Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə51/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   47   48   49   50   51   52   53   54   ...   158

109 
 
s.  kimi  kök  və  şəkilçisi  birikmiş,  kök  morfeminin  mənşəyi  və  etimologiyası 
mübahisəli olan sözlərdə də müşahidə etmək mümkündür.  
         Dəb[lək]  “kiçik  davul,  təbil,  dəf”.  Sözə  yalnız  Vatikan  nüsxəsinin    “Uruz 
dutsaq  olduğu”  boyunda  təsadüf  edilir.  Mətndə  dopa  / düpədəblərهپودرلبدşəklində 
yazılmışdır:Qazan  bəg  atından  yerə  endi.Arı  [sudan]  abdəst  alub  iki  rikət  namaz 
qıldı.  Ады  эюрклц  Мцhяммядя  sалавaт  эятцрди.  Дəхi  гара  дiнлц  кaфиря  ат 
śалдылар,  гылыж  урдылар.Dopa  dəblərgцмцр-  gцмцр  давуллар  чалынды  (V. 
73). Drezden nüsxəsində həmin parça  belədir: Qazan gördi ki, kafir qatı yaqlandı. 
Atından endi, aru sudan abdəst aldı, ağ alnın yerə qodı, iki rikət namaz qıldı. Adı 
görklü  Mühəmmədi  yad  gətürdi,  qara  dinlü  kafirə  göz  qarartdı,  hayqırdı,  at  saldı 
qarşu vardı, qılıc urdı. Gümbür - gümbür tavullar çalındı, burması altun tuc borılar 
çalındı  (D.  132).  M.  Ergin  nüsxə  fərqlərində  ifadəni  düpe  düpler  kimi  oxumuş, 
əlavə izah verməmişdir. S. Tezcan və H. Böhöten mətnə düpe dep[di]ler şəklində 
düzəliş  vermişlər.  (30,  262).    M.  S.  Kaçalin  də  eyni  düzəlişi  qəbul  etmişdir  (18, 
85).  Türkmən  tədqiqatçısı  Annaqurban  Aşırov  ifadəni  düpe  -  dübler  kimi 
transliterasiya etmişdir (4,  243). 
         Bizcə,  göstərilən  oxunuş  və  düzəliş  variantları  mətnin  ümumi  məzmununa 
uyğun deyil. S. Tezcan və H. Böhötenin düzəlişindən belə anlaşılır ki, oğuz igidləri 
kafirlə  vuruşduqdan  sonra  düpə  (mərkəzə)  dəpmiş,  daha  sonra  isə  davullar 
çalınmağa başlamışdır. Halbuki əksinə olmalı idi: Davullar çalınmalı, sonra vuruş 
başlanmalı idi. Buna görə də biz başqa bir düzəliş variantı təklif edirik: düpə sözü 
dopa  kimi  oxunmalı,  dəblər  yazılış  şəkli  isə  dəb
[
lək
]
lər  şəklində  düzəldilməlidir. 
Çox güman ki, köçürmə prosesində katib dəbləklər sözündəki lək hecasını yazmağı 
unutmuşdur.  (Sözün  tərkibində  iki  lə  ünsürünün  ard  -  arda  gəlməsi  burada 
yanlışlığın  yaranmasında  əsas  rol  oynamışdır).  Dəblək/  deplek    sözünün  orta  əsr 
yazılı abidələrində “kiçik davul, təbil, dəf” mənasında  işlənməsi ilə bağlı “Tarama 
Sözlüğü”ndə    13  müəllifin  əsərindən  nümünələr  verilmişdir:  Eğer 
deplekکلبدçalarsa  gerü  depleği  boynunda  ola  (Kesir.  XIV);  Halim  nola  gör 
zilletimi  Zati  güzeller  /  Başuma  kakarlarsa  bu  gün  nite  ki  deplek  (Zati,  XVI); 
Dünbek  [Fa.]-  Deplek  tabir  olunan  küçük  tabldır,  oyunbazlar  ,  mahalle  bekçileri 
çalarlar  (Bürh.  XVIII  -  XIX)  və  s.  (23,  II,  1092  -1093).  Mətndəki  هپودyazılışının 
dopa“topa,  birlikdə”  şəklindəoxunması  ilə  cümlə  aşağıdakı  kimi  səslənir:  Допа 
дəб
[
lək
]
лəр,  давуллар  gцмцр-  gцмцр  чалынды“Təbillər,  nağaralar  birlikdə 
gumbur - gumbur çalındı”.  
Saltan“qısır,  doğmamış”.  Söz  Drezden  nüsxəsinin  “Beyrək  boyu”nda  bir  dəfə 
işlənmişdir: Qızlar keyigi götürdilər, Gözəllər şahı Banı Çiçəgüñ öñinə gətürdilər. 
Baqdı gördi ki, bir saltanن اطلس  semüz sığın keyikdür (D. 77). Vatikan nüsxəsində 
bəzi  başqa  sözlərlə  yanaşı  bu  söz  də  ixtisar  edilərək  cümlə  aşağıdakı  kimi 
verilmişdir:  Qızlar  keyigi  içəri  gətürdilər  (V.  26).  Drezden  nüsxəsindəki  saltan 
sözünü M. Ergin, S. Əlizadə, S. Tezcan, S. Özçəlik, M. S. Kaçalin sultan şəklində, 
H. Araslı isə sultansuz kimi oxumuşdur. Ş. Cəmşidov ifadəni mətndə “bir sultan 
simüz  sığın  keyik”,  lüğətdə  isə  sultansuz“soltanı  yandıran,  əla,  gözəl”  kimi 


110 
 
vermişdir (8,  47, 66). V.V. Bartoldun tərcüməsində də  da qrafik kompleks sultan 
kimi  oxunmuş  və  “sultanlara  layiq,  yağlı  erkək  keçi”  şəklində  izah  edilmişdir: 
“Девушки  унесли козу, положили её  перед  царицею  красавиц Бану  -  Чечек; 
она  посмотрела  и  увидела,  что  это  царственный,  жирный  козёл  -  самец  (6, 
35). O. Ş.  Gökyay H.  Araslının  sultansuz  oxunuşuna  sərt reaksiya  verərək  yazır: 
“Bu da ne demektir? Geyigin sultanlısısultansızı mı oluyor?.. Metnin aslında ise 
bir  sultan  sığın  geyikdir”  deniyor.  Ama  kitabın  kıyısında  kalmayıp  da  bütünün 
içine  girebilmişsek  buradasultan  kelimesinden  sonra  bir  kelime  daha  olmalıdır, 
diyebilmeliyiz.  Ben  böyle  düşünerek  oraya  kendiliğimden  bir  beğendi  koydum, 
çünkü Türkçemizde  bir de  Hünkar beğendi  adında  bir yemek  var, o halde  geyik 
için de  Sultan beğendi  denebilir” (16, 342). O, mətndə  olmayan  beğendi  sözünü 
əlavə etməklə süni şəkildə yaratdığı sultan beğendi ifadəsinə “sultanın beğendiği, 
sultanın  hoşuna giden” kimi izah verir (15, 35, 283). H. Araslının oxunuşuna O. Ş. 
Gökyayın etirazı  əsaslı olsa  da, onun özünün  təklif etdiyi  sultan beğendi  oxunuş 
variantı inandırıcı deyil. Hər iki halda müəlliflər sultan sözünün məntiqindən çıxış 
edirlər.    S.  Özçəlik  də  qrafik  kompleksi  sultan  kimi  oxuyaraq  mətnə  düzəliş 
etmişdir:  Bakdı  gördi  ki  sığın[lar]  sultan[ı]  bir  semüz  keyikdür  (24,  s.  145). 
Göründüyü  kimi,  bütün  naşirlər  ن  اطلس    yazılışını  sultan  kimi  oxumuşlar. 
Tədqiqatçılar  arasındakı  fikir  ayrılıqları  da  məhz  bu  oxunuş  xətasından 
qaynaqlanmaqdadır.  Əslində,  qrafik  kompleksin  saltan  şəklində  oxunması  bu 
mənasız  mübahisələrə  son  qoya  bilər.  Dastanda  sultan  vəsaltan  sözlərinin  eyni 
şəkildə  yazılması  bu  sözlərin  naşirlər  tərəfindən  eyniləşdirilməsində  əsas  rol 
oynamışdır. Hər iki sözün yazılışında “sin” hərfindən istifadə edilmişdir ki, bu da 
klassik  imla  normalarına  görə  qrafik  kompleksin  ilk  hecasının  incə  saitlərlə 
transkripsiya  olunmasına  əsas  verir.  Lakin  istər  Anadolu  mətnlərində,  istərsə  də 
Azərbaycan  yazılı  abidələrində  bu  normadan  istisnalar  vardır.  Xüsusilə  də,  erkən 
dövrlərə  aid  abidələrdə  türk  mənşəli  sözlərdə  “sad”    və  “sin”    hərflərinin  bir  - 
birinin yerində işlənməsinə aid kifayət qədər örnəklər vardır . Elə  “Kitabi - Dədə 
Qorqud”un  özündə  işlənmiş  saq  “ehtiyatlı,  oyanıq”,  saqar“alnında  ağ  ləkə  olan 
heyvan”,    salqum“salxım”,    Salur,  sancaq,  sancıl  -,  sarımsaq,  sovqat,  sayra  - 
“(quş haqqında) oxumaq”,  san  “həddən çox”  və  s.  sözlərin  “sad”la  deyil,  “sin”lə  
yazılışında da bunu görmək mümkündür. Digər tərəfdən, sözün ikinci hecasında ط 
(ta)  hərfinin  işlənməsi  qrafik  kompleksin  saltan  şəklində  qalın  saitlə  oxunuşunu 
zərurət  halına  gətirir.  Türkmən  dilinin  bir  sıra  dialektlərində  bu  sözsalt  və 
saltmanformalarında  “yaş  çaqası  bolmadık  ayal  (körpə  uşağı  olmayan  (qısır) 
qadın”  mənası  ifadə  edir  (3,  155).  Həmin  söz  qazaxcada  salt  vəsaltañ  “subay” 
(məs. saltañ yiqit “subay gənc”)”, qaraqalpakcada salt“yüksüz, boş” (məs. salt atlı 
“yüksüz,  boş  atlı”),  qırğızcada  salt  “yüksüz,  boş  (atlı  haqqında)”,  özbəkcədə 
salt“boş,  yəhərsiz  (at)”:  otni  salt  minmok  “atı  yəhərsiz  minmək”  şəklində  işlənir. 
Özbəkcədə salt sözü subay sözü ilə birgə işlənərək qoşa söz yaradır: salt - suboy 
“ortikça  taşvişi,  bola  -  çakasi  yok;  takasaltanq  (uşaqları  olmayan  qayğısız  (boş) 
adam), ailəsi olmayan subay adam” .  Saltan / saltañ sözünə özbək dilində işlənən 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə