Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə47/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   43   44   45   46   47   48   49   50   ...   158

101 
 
cətindir. Bunu oğuz-qıpçaq dilinin qədim xüsusiyyəti kimi Orta Asiyadan yayıldığı 
nı güman etmək olar.  
Krım-tatar  dilində  I  şəxs  təkdə  də  şəxs  əlamətinin  qapalı  variantının  -ım 
işlən-məsinə rast gəlinir; məs.: alırım, yaşarım, değilim, insanım və s. –ım şəkilçisi 
Azərbaycan dilinin ayrım şivəsində I şəxs təkin əsas ifadə vasitəsidir. Bu şəkilçinin 
işlənməsinə görə, Krım-tatar dili qaqauz, türk, türkmən və şor dilləri ilə bir qrupda 
birləşir.  
Şəxs şəkilçilərinin işlənməməsi Krım-tatar danışıq dilində qeydə alınmışdır: 
men  briqadir.  Bu  xüsusiyyət  Azərbaycan  dilinin  Qax,  Borcalı  və  Göycay  (Potu 
kənd  şivəsi)  şivələrində  hər  3  şəxsdə  özünü  göstərir:  men  çoban,  sen  çoban,  ho 
çoban, biz çoban, siz çoban, holar çoban (Qax) və s. Şəxs şəkilçilərinin işlənməmə- 
si turk dillərində Orxon-Yenisey dövrundən arxaikləşməyə başlasa da, muasir dövr 
də tatar və qaqauz dillərində məhdud arealda, sarı-uyğur, salar dillərində və özbək 
dilinin dialektlərində geniş yayılmışdır.  
Apardırdığımız  araşdırmalardan  bir  daha  aydın  olur  ki,  Krım-tatar  dilinin 
oğuz xüsusiyyətləri Azərbaycan ədəbi dili və ya şivələri ilə eyniyyət təşkil edir. Bu  
xüsusiyyətlərin bir qismi tarixən Türkiyə türkcəsinin təsiri ilə yaransa da, əksəriyyə 
ti ta qədimdən hər iki dildə möhkəmlənmişdir. Bir sözlə, Krım-tatar dilinin forma- 
laşmasında qıpcaq dilləri ilə yanaşı, oğuz dilləri də həlledici rol oynamışdır.  
 
ƏDƏBİYYAT 
1. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1984, 392 s.  
2. БаскаковН.А. Тюркскиеязыки. М.:Восточная литература, 1960, 243 с.  
3. Чобан-заде Б. Къырымтатар ильмий сарфы. Симферополь, 2003 
4. Гаспринский И. Грамматика крымско- татарского языка. 1909 
5. Гаджиева Н.З. Тюркоязычные ареалы Кавказа. М.: Наука, 1979, 263 с.  
6. İslamov M. Turk dillərində əvəzliklər. Bakı: Elm, 1986, 204 s.  
7. Kaşğari M. Divani lugat-it-turk (tərtib edən Ramiz Əskər). I c., Bakı: Ozan, 2006 
8. Məmmədov A. Kəngərlər . Bakı. Azərnəşr,  
9. Самойлович А. Опыт краткой крымско- татарской грамматики. 1916  
10. Усеинов К. Ганиева Э, Сейдаметова Н. Къырым татар тили. Симфереполь: 
Къырымдево-къувпеднешир, 2008, 208 с.  
11. htt:/ tr. wikpedia. org/ wiki/ kimmerler. 
12. www. tourdeazerbaidjan. com 
 
 
 
 
 
 


102 
 
Vahid Adil Zahidoğlu

 
 
“KİTABİ-DƏDƏ QORQUD”UN NƏŞRLƏRİNDƏ OXUNUŞ 
FƏRQLƏRİ 
 
          Qədim  yazılı  folklor  abidəsi  kimi  “Kitabi  -  Dədə  Qorqud”un  müxtəlif 
aspektlərdən  tədqiqi  üçün  bu  abidənin  mətninin  orijinala  uyğun  şəkildə 
transliterasiya edilməsi müstəsna əhəmiyyət kəsb edir. Mətn tərtibi zamanı mövcud 
əlyazmaların  müqayisəli  şəkildə  qiymətləndirilərək  düzgün  oxunuşu  bütövlükdə 
abidənin  milli  -  mənəvi  mənsubiyyətini,  bədii  -  estetik  siqlətini,  yarandığı  və 
yazıya  alındığı  dövrlərin  tarixi  -  linqvistik  həqiqətlərini  obyektiv  prizmadan 
müəyyənləşdirməyə  imkan  verir.  Təbii  olaraq  ayrı  -  ayrı  söz  və  ifadələrin  yanlış 
oxunması  mətnin  arxitektonik  quruluşunun  simmetriyasını  pozur,  mətndən 
yararlanan tədqiqatçıları yanlış istiqamətlərə yönəldir və abidənin real tarixi - bədii 
məzmununa uyğun gəlməyən fərziyyələrin meydana çıxmasına yol açır.  
          Mətn  müəyyən  məzmun  əsasında  qurulur.  Mətnin  quruluşu  qrammatik 
qaydalar,  məzmunu  isə  məntiqi  bağlılıq  əsasında  formalaşır.  Bu  parametrlərə  aid 
həlqələrdən  hər  hansı  birinin  qopması  mətnin  anlaşıqlığını  zədələir,  müxtəlif  süni 
problemlərin  yaranmasına  və  mətnin  orijinalına  kənardan  əsassız  müdaxilələrə 
rəvac  verir.  Ən  sadə  vəziyyətdə  bu  və  ya  digər  sözün  düzgün  oxunmaması, 
əhəmiyyətsiz  kimi  görünən  tərtib  xətaları  belə  bir  sıra  hallarda  zəncirvari 
reaksiyaya  gətırib  çıxarır,  nəticədə  yamaq  vurulmuş  qüsurlu  mətn  əsasında  yanlış 
hökmlər  irəli  sürülür.  “Kitabi  -  Dədə  Qorqud”un  mətni  ilə  bağlı  bir  sıra 
mübahisələrin,  fikir  müxtəlifliklərinin  yaranmasında  da  bu  amil  az  rol 
oynamamışdır.  Bu  mənada  tarixi  -  linqvistik  və  tekstoloji  cəhətlərdən 
yoxlanmamış,  başqa  türk  dillərinin  və  ümumtürk  yazılı  abidələrinin  faktlarıyla 
tutuşdurularaq təsbit edilməmiş hər hansı bir söz və ifadənin mətnə daxil edilməsi 
öz  -  özlüyündə  potensial  yanlışlıq  mənbəyi  olaraq  qalır.  Digər  tərəfdən,  mətnə 
birtərəfli    yanaşma,  fonetik    cəhətdən  oxşar  sözlərin    qarışdırılması,  habelə  ərəb 
əlifbasında  yaxın mövqeyə  malik hərflərin oxunuşundakı xətalar mətnin daha da 
dəyişdirilərək  təhrif  olunmasında  başlıca  rol  oynamışdır.  Buraya  Drezden  və 
Vatikan nüsxələri katiblərinin buraxdıqları köçürmə xətalarını da əlavə etsək, Dədə 
Qorqud  dastanlarının    mövcud  nəşrlərinin  heç  də  arzu  edilən  səviyyədə  olmadığı 
qənaətinə haqq qazandırmaq lazım gəlir.  
           “Kitabi  -  Dədə  Qorqud”    yazıya  alındığı  dövrdən  bir  neçə  əsr  əvvəlki 
hadisələrin bədii - tarixi inikas etdiricisi, qədim motiv və ünsürlərin daşıyıcısı kimi 
qiymətləndirilməlidir.  Bu  qədimliyi,  əcdadlarımızın  bizə  ötürdüyü  tarixi 
informasiyaları müasir kodlarla müəyyənləşdirmək mümkün deyil.  “Kitabi - Dədə 
Qorqud”un mətni ən azından 3 tarixi dövrün - dastanın rüşeym halında yarandığı, 
                                                           

Vahid  Adil  Zahidoğlu  –  AMEA-nın  Nəsimi  adına  Dilçilik  İnstitutunun  baş  elmi  işçisi, 
filologiya üzrə fəlsəfə doktoru. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə