Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə43/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   39   40   41   42   43   44   45   46   ...   158

92 
 
Məlum  olduğu  kimi,  lamaizmin  Tuvaya  nüfuz  etdiyi  dövrdə  yerli  əhalidən 
olan  rahiblərə  Tibet  dili  və  Tibet  əlifbası  öyrədilirdi.  Təkcə  belə  bir  faktı  qeyd 
etmək  kifayətdir  ki,  lamaizm  rahibləri  arasında  Tibet  dilini  və  əlifbasını  bilənlər 
əski  monqol  dilini  və  yazısını  bilənlərdən  çox  idi.  Məsələn,  buddist  qurultayında 
Tuvadan  olan  33  nümayəndənin  hamısı  Tibet  dilini  və  əlifbasını  bildiyi  halda, 
onlardan  yalnız  7-i  əski  monqol  dilini  və  əlifbasını  bilirdi  (9).  Tuvada  Tibet 
yazısından  istifadə  olunması,  eləcə  də  Tibet  əlifbası  ilə  yazılmış  türkcə  mətnlər 
problemləri araşdırılmadığından bu barədə qəti fikir söyləmək çətindir.  
Müasir  dövrdə  Tuvada  lamaizm  yenidən  özünün  çiçəklənmə  dövrünü 
yaşayır.  1990-cı  illərdən  Hindistandakı  buddist  məbədlərində  dini  təhsil  almaq 
üçün  göndərilmiş  gənclər  təhsil  aldıqdan  sonra  Tuvaya  qayıtmışlar.  Bu  dövrdə 
Tibetdən Tuvaya dəvət olunmuş bir qrup tibetli lama Tuva arxivlərdə Tibet əlifbası 
ilə  yazılmış  əlyazmaların  inventarlaşdırılması  ilə  məşğuldurlar.  Tibetli  lama 
Lobsan  Tubtenə  görə,  bu  əlyazmaların  böyük  qismi  Tibet  dilini  bilən  tuvalılar 
tərəfindən  yazılmışdır  (28,  s.  19).  Çünki  həmin  əlyazmalarda  müasir  Tuva 
Respublikası ərazisində yerləşən, lamaizm dini baxımından müqəddəs hesab edilən 
bir  sıra  yerlərin  adları  qeyd  olunmuşdur.  Əgər  bu  əlyazmalar  Tuva 
Respublikasından  kənarda  yazılsaydı,  onda  bu  müqəddəs  yer  adları  əlyazmaya 
düşə  bilməzdi.  Güman  etmək  olar  ki,  gələcək  araşdırmalar  Tuva  dilində  Tibet 
əlifbası ilə yazılmış abidələrin varlığı haqqında müəyyən bir fikir söyləməyə imkan 
verəcək. 
Lamaizmə  tapınan  türk  xalqlarından  biri  də  sarı  uyğurlardır.  Onlar  Çinin 
Qansu  vilayətində  məskunlaşmışlar  (19;  25).  Son  statistik  məlumatlara  görə, 
onların  sayı  13  min  nəfərdən  çoxdur.  Sarı  uyğurlrın  yalnız  bir  qismi  öz  doğma 
dillərində - türk dilində danışır. Onların bir qismi Çin, bir qismi Tibet, bir qismi isə 
monqol  dilində  danışır.  Sarı  uyğurların  hamısı  Çin  dilini  bilir.  Monqol  dilində 
danışan  sarı  uyğurların  dili  Ə.R.Tenişev  və  B.X.Todayeva  tərəfindən  tədqiq 
olunmuşdur (26).  
Qeyd  etmək  lazımdır  ki,  sarı  uyğurların  ulu  babaları  bu  bölgədə  hun 
dövründən  bəri  yaşamaqdadır.  840-cı  ildə  qırğızlar  Uyğur  xaqanlığına  son 
qoyduqda  Yağlakar  soyundan  olan  uyğurlar  Qansuya  köç  etmiş,  buradakı  yerli 
uyğurlarla  qarışmışlar.  870-ci  ildə  onlar  Qansuda  öz  dövlətlərini  qururlar.  Çin 
tarixçiləri bu dövləti Qançjou uyğur dövləti adlandırır. Bu dövlət 1035-ci ilə qədər 
mövcud  olmuşdur.  Onun  mövcudluğuna  tanqutlar  son  qoymuşdur.  Tanqutlara 
məğlub olan uyğurların bir qismi qərbə köç edir və  Koço uyğur dövlətinə sığınır. 
Onların  digər  bir  qismi  Tibetə  üz  tutur,  Kukunor  gölü  ətrafında  məskunlaşır. 
Müasir  sarı  uyğurların  əcdadları  tanqutların  hakimiyyətini  qəbul  edən  uyğurlar 
hesab olunur (5). Güman etmək olar ki, Tibet əlifbasından istifadə edən uyğurlar da 
məhz onlardır.  
Qədim  türklərlə  tibetlilər  arasındakı  münasibətlər  qədim  türk  yazılı 
abidələrində  də  öz  əksini  tapmışdır.  Buna  nümunə  kimi  II  Altıngöl  abidəsini 
göstərmək  olar.  Abidə  Ərən  Uluğun  şərəfinə  qoyulmuşdur  (1,  II,  s.  89-93).  Bu 


93 
 
abidənin sağ tərəfindəki mətnin 2-ci sətrində mərhumun Tibetə elçi (səfir) getməsi 
barədə  məlumat  verilir:  Ərdəm  üçün  Tüpüt  kanka  yalabaç  bardım,  kəlürtim  “İgid 
olduğum  üçün  Tibet  xaqanının  yanına  elçi  (səfir)  getdim,  cavab  gətirdim”.  Bu, 
qədim türklərlə Tibet arasında mövcud olmuş diplomatik münasibətlərin izi hesab 
oluna bilər. 
Tibet  tarixi  salnamələrində  də  ayrı-ayrı  türk  xaqanlıqlarından  Tibetə  elçi 
gəlmiş  şəxslərin  adları  qorunub  qalmışdır.  Bundan  başqa,  son  illərdə  Tibetdə 
qədim  türk  (run)  əlifbası  ilə  yazılmış  abidələr  də  aşkar  edilmişdir.  2000-2001-ci 
illərdə  “Lena-Avrasiya”  fondu  Tibetə  ekspedisiya  təşkil  edir.  Ekspedisiyanın 
məqsədlərindən biri də Tibetdə run əlifbası ilə yazılmış abidələrin öyrənilməsi olur 
(18). Ekspedisiya Tibetdə run əlifbası ilə yazılmış bir neçə abidə aşkar edir. Yaxşı 
qorunmuş abidələrdən biri Potalada – Dalay-lamanın iqamətgahı yerləşən sarayda 
(Dalay-lamanın iqamətgahı Tibetin paytaxtı Lxasa şəhərindədir) üzə çıxarılmışdır. 
Ümumən,  sarayın  mərkəzi pilləkəninin (Bu pilləkənin  uzunluğu 100  m-dir) aşağı 
hissəsində 6 fraqmentar  mətn və 20-ə qədər runik işarə var. Bu mətnlər bir-birinə 
yaxın məsafədə yerləşir. Pilləkəndəki daş pilətələrin üzərində təkcə run əlifbası ilə 
deyil,  eləcə  də  arami,  hananey  və  soqd  əlifbası  ilə  yazılmış  abidələrə  də  təsadüf 
olunur.  Verilən  məlumata  görə,  daş  plitələrin  böyük  qismi  saray  tikilərkən  Qərbi 
Tibetdəki naməlum məzarlıqlardan gətirilmişdir. 
Qədim  türk  (run)  əlifbası  ilə  yazılmış  abidələr  Tibetdə  Şiqadze  şəhəri 
yaxınlığında,  Tibet  çarlarının  məzarlığında  da  aşkar  edilmişdir.  Çində  mədəni 
inqilab dövründə Tibet çarlarının məzarlığı dağıdıldığından bu bölgədə  yalnız bir 
abidə aşkar edilmişdir.  
Tibetdə    qədim  türk  (run)  əlifbası  ilə  yazılmış  abidələri  üzə  çıxaran  və 
oxumağa  cəhd  edən  Q.Q.Levin  Potaladan  tapılmış  abidələri  b.e.  VIII  əsrinə  aid 
edir. Onun fikrincə, Tibet çarlarının məzarlığından tapılan abidələr isə daha sonrakı 
əsrlərə  aiddir  və  paleoqrafik  baximdan  Turfandan  tapılan  abidələrlə  uyğun  gəlir 
(18).  Görkəmli  türkoloq  Ə.R.Tenişev  bu  abidələrin  yazılması  ilə  bağlı  fərqli 
fikirdədir.  O,  abidələrin  qədim  uyğurlara  aid  olduğunu,  monqol  istilasından  sonra 
(XIII-XIV  əsrlər)  Tibetə  köç  etmiş  uyğurlar  tərəfindən  yazıldlğını  söyləyir.  Bu 
mülahizələrdən  hansının  (yəni  Tibetdən  tapılan  abidələrin  VIII,  yaxud  XIII-XIV 
əsrlərə  aid  olması)  daha  düzgün  olması  sonrakı  tədqiqatlar  vasitəsi  ilə 
müəyyənləşdirilə bilər və prinsipial əhəmiyyət kəsb etmir.  
Ümumən,  qədim  türk  yazılı  abidələrində  Tüpüt  (Tibet)  sözünün  dəfələrlə 
işlənməsi,  eləcə  də  Tibetdə  qədim  türk  (run)  əlifbası  ilə  yazılmış  abidələrin  üzə 
çıxarılması  türklərlə  tibetlilər  arasında  tarixən  mövcud  olmuş  mədəni,  siyasi, 
iqtisadi əlaqələrdən xəbər verir. 
Tibet  əlifbası  ilə  yazılmış  türkcə  mətnlər  türk  mədəniyyətinin  ayrılmaz  bir 
hissəsidir  və  bu  abidələrin  araşdırılması  müasir  türkologiyanın  aktual 
problemlərindən biridir. Aşağıda Tibet  əlifbasının cədvəlini veririk. Həmin cədvəl 
K.Faulmanın  "Yazı  Kitabı.  Tüm  Yerkürenin,  Tüm  Zamanların  Yazı  Göstergeleri 
ve Alfabeleri, İstanbul, 2005" kitabından götürülmüşdür.  


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə