Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə49/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   45   46   47   48   49   50   51   52   ...   158

105 
 
      S.  Əlizadə  (1988):  Bañ  al  -  ala  ev  yanında  dikilsə,  gərdək  görkli  .“Qeydlər” 
bölməsində özünün oxunuş variantına belə izah vermişdir: “  Bañ al - ala. OŞ və 
Er-  də  “yañal  ala”,  HA  -da“bunar  ala”.  KDQ  -  nin  1962  -ci  və  1978  -ci  il  Bakı 
nəşrlərində  bunar  sözünə  şərh  verilməmişdir.  Orijinaldakı  qrafik  kompleksi  isə 
türk nəşrlərinə uyğun oxumaq doğru sayıla bilməz. Bizim mətndə verilmiş variant 
yenə  də  sifətlərin  ardıcıllığını  və  qoşalaşmasını  əks  etdirir.  Burada  al  -  ala  qoşa 
sözünü “qıpqırmızı mənasında başa düşmək lazımdır. M. Seyidov yazır ki, “Qorqut 
ab  -  alaca  çiçəkdən  (ağacdan)  çıxmışdır...  Bəzi  mifoloji  materiallardan  aydınlaşır 
ki,  ala  rəng  türk  xalqlarında  uduq  -  müqəddəs  düşümlü,  Baş  tanrı  Ülgenin  rəngi 
sayılmışdır”  (M.  Seyidov.  “Qorqut”  sözünün  etimoloji  təhlili  və  obrazının  kökü 
haqqında qeydlər - “Azərbaycan” jurnalı, 1979, № 1, s. 199). Belə fərz etmək olar 
ki, KDQ - nin şifahi şəkildə formalaşdığı ilkin mərhələlərdə cümlədəki ev sözünün 
təyini  ban  ala  şəklində  imiş;  lakin  yazıya  köçürülərkən  artıq  al  (“qırmızı” 
mənasında  )  sözü  daha  “düşümlü”  sayılırmış;  ona  görə  də  katib  dastanların 
dilindəki  qoşa  sözlər  sisteminə  uyğun  olaraq  al  sözünü  ala  sözü  ilə 
qoşalaşdırmışdır.  Əlbəttə,  məqsədin  gərdəyin  (gəlin  otağının)  toxunulmaz, 
hörmətli, bəlkə də  müqəddəs olduğunu bildirməkdir. Beləliklə, həmin qoşa sözün 
işləndiyi  cümlənin  məzmunu  belədir:  “Gəlin  otağı  (çadırı)  uca,  qırmızı  və 
müqəddəs bir evin yanında qurulsa, gözəldir!” (13,  226 - 227).  
       S. Tezcan, H. Böhöten (2000): Yañal ala ev yanında dikilsə, gərdək görkli .S. 
Tezcan ayrıca nəşr etdirdiyi “ Dede Korkut Oğuznameleri Üzerine Notlar” əsərində 
(2001) yazır:  “Ergin yañal ‘yan taraf’ olarak vermiştir, bu doğru olamaz. Gökyay 
ise yaklaşmıştır” (29, 52). Daha sonra müəllif türk dili dialektlərində işlənən yañal, 
yanal,  yanıl  1.  ‘kırmızı,  pembe,  pembeleşmiş’,  2.  ‘bir  yanı  al’  3.  ‘alaca,  açıklı 
koyulu, değişik renkli (genellikle hayvan için) ’; yail ‘parlak kırmızı’; yağal (I) 1. 
‘yüzü  kahverengi  olan  hayvan’  2.  ‘kulağı  sarı  hayvan’;  yağal  (II)  ‘yanardöner, 
parlak kırmızı’ nümunələrinə və “Kitabi Dədə Qorqud”un mətnində keçən kızıl ala 
gerdek,  ap  alaca  gerdek,  ala  gerdek  ifadələrinə  istinad  edərək  yañal’ın  “qırmızı, 
parlaq  qırmızı”  mənası  bildirdiyini  göstərir.  Naşir  D.  280  -  də  işlənmiş  və  başqa 
tərtibçilərin  yuñlı  şəklində  transliterasiya  etdikləri  لکیqrafik  komleksini  də  yañal 
kimi oxuyaraq bu sözlə əlaqələndirmişdir (29, 52). 
       Fikrimizcə, M. Erginin bu söz haqqındakı mülahizəsi daha doğru sayılmalı və 
qrafik  kompleks    yañal  şəklində  oxunaraq  “kənardakı,  qıraqdakı”  mənasında 
dəyərləndirilməlidir.  Sözü  “yanaşı” mənasında müəyyənləşdirmək mümkün deyil, 
çünki  cümlədəki  yanında  sözü  həmin  məzmunu  ifadə  edir.  Leksik  vahid    bu 
mənada  mətnə  daxil  edildikdə  cümlə  məntiqsiz  və  məzmunsuz  bir  şəklə  düşür: 
Yanaşı ala ev yanında (?). Çadırın və ya gərdəyin kənar yerdə qurulması faktını 
“Kitabi -  Dədə Qorqud”un müxtəlif boylarından  götürülmüş bir neçə  nümunə də 
açıq  şəkildə  təsdiq  edir:  Qırañ  yerdə  tikilmiş  otaxlaruñ  /  O  zalım  yıqdurdı  ola, 
qardaş (D. 222); Alar sabah sapa yerdə dikiləndə ağ ban evlü (D. 109); Alan sabah 
sapa yerdə dikiləndə ağ ban evlü (D. 204) və s.  


106 
 
        Yañal    sözü  etimoloji  cəhətdən    yan  “yan,  ətraf”  kökü  ilə  bağlıdır.  Adətən, 
abidələrdə yan sözü adi  n ilə yazılır. Lakin bəzi qaynaqlarda, xüsusilə də cağatay 
abidələrində  bu  sözün  və  ondan  yaranmış  derivatların  ñ  ilə  (‘sağır  nun’la) 
yazılışına  da  təsadüf  edilir:  yañ  کنی  “yañ  yan,  ətraf”,  yañaاکنی“yana  doğru,  yana 
tərəf”,  yañlığ  غیلکنی  “yanındakı;  kimi”  və  s.  (7,  II,  341  -  342).  M.  Kaşğarlı 
divanında yaña 
 
اکنی  sözü “derenin yanı, her hangi bir ırmağın bir yanı (Oğuzca)” 
şəklində  izah  olunur.(  19,  III,  369).  Əbu  Həyyan  lüğətində  yañکنی  “yan  tərəf”, 
yañaاکنی“cəhət” mənasında qeyd olunmuşdur. (10, 119). 
Güman  edirik  ki,  yañal    sözü  *yaña  -  “yana  tərəf  dönmək”  felindən  -  l  şəkilçisi 
vasitəsilə  yaranmışdır.Yazılı  abidələrdə  və  müasir  türk  dillərində  eyni  model 
əsasında  yaranmış  bir  sıra  sözlərə  təsadüf  edilir:  Qədim  yazılı  abidələrdə  -  tükel 
(<*tüke  -  “bitmək,  tükənmək”)    “bütün,  tamam”,  ınal  (<ına  -  “inanmaq”)                   
“etibarlı”, ökil (<ök - “yığmaq, toplamaq”) “çox”, türk. öngül  “tərs”, yaral (<yara 
- “yaramaq”), türkm. qabsal (<qabsa- “əhatə etmək, ətrafını bürümək”) “boğanaq, 
bürkü ” (31, 136) və s. Tədqiqatçıların fikrinə görə, müasir türk dillərində kök və 
şəkilçiyə ayrılmayan bir sıra sözlərin tərkibində (çatalkötəlsökəl...) - l şəkilçisi 
daşlaşmış şəkildə qalmışdır. (Bax: 27, 191 - 194.). 
Qabza “çadır örtüyü”. Söz Drezden nüsxəsində aşağıdakı məqamlarda işlənmişdir: 
Dünlügi  altun  ban  evümüñqan  bürəsi
 
یس  هربنق oğul!  (D.  52);  Dünlügi  altun  ban 
evümüñ qabzası یس هضبق oğul! (D. 119); Dünlügi altun ban evümüñ qabzası هضبق
یس  oğul!  (D.  163);  Şahi  -  mərdan  Əlinüñ    Düldülinüñ  əyəri  ağac!  Zülfüqaruñ 
qınıyla  qəbzəsiیس  هضبق  ağac!  (D.  55);  Böylə  degəc  Beyrək  yayı  aldı,  çəkdi. 
Qəbzəsindənن  دنس  هضبق  yay  iki  para  oldı  (D.  108).  Vatikan  nüsxəsində  bir  yerdə 
həmin  söz  ض  əvəzinə    زze  ilə  yazılmışdır:  Beryik:  “Barı”,  -  deyüb  hərifüñ  yayını 
aldı çəkdi qəbzəsindən ن دنسزبق iki para etdi  (V. 43). 
        Demək  olar  ki,  bütün    nəşrlərdə  bu  nümunələrdəki  هضبقyazılışı  “qəbzə,  bir 
şeyin tutacaq  yeri” mənasında qəbul edilmişdir. İlk dəfə S. Tezcan  “Dünlügi altun 
ban evümüñ qabzasıیس هضبق oğul!” cümləsindəki qabza sözünün ərəbcədən alınma 
qəbzə  sözü  ilə  eyni  köklü  leksik  vahid  olmadığını  irəli  sürmüşdür.  O,  türk  dili 
dialektlərində  işlənən  kapsa,  kapsalık,  kapsak,  kapsalak  “qapı”,  həmçinin 
türkməncədəki  qapsa  “qapı”  sözlərinə  istinadən  evümüñ  qabzası  birləşməsindəki 
qabza sözünün qapsa “qapı” leksik vahidinin fonetik variantı kimi izah etmişdir: 
“Bence    DKK,  Anadolu  ağızları  ve  Türkmencede  bulunan  bu  sözcüğün  Arapça 
kabza ‘sap’ ile ilişkisi yoktur; sadece benzerlik yüzünden karıştırıldığı için DKK- 
da dat ile yazılmıştır... Babanın oğlunu ‘çadırımın kapısı’ diye nitelendirmesi için 
iki açıklama söz konusu olabilir. 1) Genellikle kapıda her an hizmete hazır nökerler 
(uşaklar  )  durur.  Oğullar  ,  özellikle  genç  oğullar  her  an  hizmete  hazır  bir  nökere  
benzetilmiş  olabilir.  2)  Kapı,  çadırın  dünyaya  açılan  yeridir;  bu  deyim  ‘soyumu 
yeryüzüne, geleceğe taşıyacak olan kişi’ anlamına kullanılabilir ”(29,  129 - 130. S. 
Tezcanın yayın və ya qılıncın qəbzəsi anlayışının məntiqi ilə evin də qəbzəsinin ola 
biləcəyi  fikrinə  qarşı  etirazı  əsaslıdır.  Həqiqətən  də,  evin  qəbzəsi,  tutacaq  yeri 
ifadəsi  heç  bir  məntiqə  sığmır.  Lakin  onun  qabza  sözünü  “evin  qapısı”  şəklində 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə