Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə38/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   34   35   36   37   38   39   40   41   ...   158

82 
 
«Ortac  qır»  oronimik  modelindəki  «qır»  morfemi  dağ  mənasındadır  (əvvəlki 
səhifələrə bax). 
Qara  tağ.  «Kitab»da  intensivliyi  ilə  fərqlənən  oronimlərdəndir  (30  dəfə 
işlənmişdir):  «Qarşu  yatan  qara  tağım  yüksəgi  oğul»  H.Məmmədlinin  fikrincə, 
«qara  dağ»  və  ya  qara  dağlar  müəyyən  ünvanı  olmayan  müxtəlif  coğrafi 
məkanlarla  səsləşir,  məna  baxımından  isə  iki  cür  anlaşılır:  uca,  böyük,  əzəmətli; 
şimal.
††††††
  R.Əlizadə  «Qara  dağ»  oronimini  yalnız  dağ  kultu  müstəvisində  izah 
edir, həm də konkret olaraq bir dağdan söhbət getmədiyini əsaslandırmağa çalışır: 
«Eposda  hər  obanın,  hər  yurdun,  hətta  hər  bir  adlı-sanlı  ailənin,  kişinin  öz  Qara 
dağının  olması  Qara  dağın  birbaşa  tapınaq  yeri  olaraq  kulta  çevrilməsini  sübut 
edir».
‡‡‡‡‡‡
 Yazıçı Anara görə, «Qara dağ» oronimindəki «qara» sözünün semantik 
yükünü  üç  istiqamətdə  müəyyənləşdirmək  mümkündür:  rəng  anlamlı  söz  kimi; 
böyüklük,  ucalıq  anlamlı  söz  kimi;  səmti,  cəhəti  göstərən  söz  kimi.  Müəllifin 
ehtimallarını  eynilə  təqdim  edirik:  «Güman  ki,  Dədə  Qorqud  dünyasının  «Qarşı 
yatan Qara dağı»da Azərbaycanın şimal sərhədi olan Böyük Qafqaz sıra dağlarıdır. 
Bəlkə,  Azərbaycandakı  bir  çox  yerlərin,  kəndlərin,  şəhərlərin,  dağların,  çayların, 
meşələrin  adlarının  tərkib  hissəsi  olan  Ağ,  Qara,  Göy  sözləri  də  yalnız  rəng,  ya 
böyüklüyü (Qara  həm də  iri,  böyük deməkdir)  yox, bir də  səmti göstərirdi».
§§§§§§
 
Bu qeydlər belə bir həqiqəti də söyləməyə imkan yaradır: «Qara tağ» oronimik mo-
delindəki  sözləri  eyni  semantik  yuvaya  daxil  etmək  olar  –  qara  (iri,  böyük,  uca, 
yüksək…), dağ (yerin hündür, dik, zirvə hissəsi). Deməli, «Qara dağ» oronimində 
böyüklük,  yüksəklik,  ucalıq  kimi  məna  çalarları  çulğaşmış  vəziyyətdədir. 
«Kitab»da «qarşı yatan qara tağlar», «qarşı yatan qarlı tağlar», «qara-qara dağlar» 
və s. kimi ifadələrin işlədilməsi isə birbaşa dağ kultu ilə bağlıdır.  
Bu  gün  «Qara  dağ»  oronimi  təkcə  obrazlı  ifadələr  daxilində  yox,  həm  də 
Azərbaycan,  ümumən  türk  xalqları  toponimikasında  yaşamaqdadır.  Bəzi 
nümunələrə diqqət yetirək: Azərbaycanda – Qara dağ, Türkmənistanda – Kara tav, 
Qırğızıstanda – Qara too, Qazaxıstanda – Qara tau… 
Qaracuq. «Kitab»da üç dəfə işlənmişdir»: Türkistanıŋ dirəgi! Amit soyınıŋ 
aslanı,  Qaracuğıŋ  qaplanı!..  Qoŋur  atıŋ  ayası,  xan  Uruzun  babası…  Qaracuq 
oroniminin  coğrafi  koordinatları  belə  göstərilir:  Xorasan  yaxınlığında  dağ  (Qa-
racuq), Naxçıvanda Araz çayı sahilində qədim kənd (Qaracuq), Mosul yaxınlığında 
dağ  (Qaracuq),  Mil  düzünə  yaxın  bir  ərazidə  dağ  (Qaracuq  çoban  dağı)…  Bu 
istiqamətdə  sistemli  şəkildə  araşdırmalar  aparmış  X.Koroğlu  yazır:  «Qaracuğın 
qaplanı epiteti isə, əksinə, Qazanın adını Oğuzların Qafqaza və Kiçik Asiyaya köç-
mələrindən  əvvəlki  yerlərlə  bağlayır.  Bəzi  türk  oğuzşünasları  Qaracuğın 
Diyarbəkrdən  cənub-qərbdə  yerləşən  bir  dağ  olduğunu  və  guya  türkmənlər 
tərəfindən  köhnə  coğrafi  adın  yeni  məskənə  keçirildiyini  iddia  edirlər.  Halbuki 
                                                           
††††††
Щ.Мяммядли. Дядям Горгуд эязян йерди бу йерляр. Бакы, 1999, с.166. 
‡‡‡‡‡‡
Р.Ялизадя. Азярбайъан фолклорунда тябият култлары. Бакы, 2008, с.39-40. 
§§§§§§
Анар. Дядя Горгуд дцнйасы. Сизсиз. Бакы, 1992, с.23. 


83 
 
Mahmud  Kaşğari  Sırdərya  sahilində  Qaraçik-Qaracik  şəhərinin  (Fərab  şəhəri)  və 
qıpçaqların  məntəqələri  ilə  Oğuz  vilayətləri  arasında,  Xəzər  dənizinin  şərq 
sahilində  yerləşən  Qaracuq  dağının  adını  çəkir».
*******
  Burada  yalnız  onu  qeyd 
edirik  ki,  «Qaracuq»  dağı  müasir  türk  xalqları  toponimikasında  necə  bərpa 
olunmasından  və  konkret  olaraq  hansı  ərazi  ilə  əlaqələndirilməsindən  asılı  ol-
mayaraq,  «Kitab»ın  poetik  strukturunda  xüsusi  çəkiyə  malik  vahidlərdəndir.  Bu 
mənada aşağıdakı detallara diqqət yetirək: 
–  «Qaracuq»  böyüklük,  ucalıq,  yüksəklik  mənasını  ifadə  edən  Qara  tağ, 
Qazılıq tağ, Gökcə tağ kimi oronimlərlə eyni semantik şaxədə birləşir («Qaracuq» 
adı da böyük, uca və s. mənaları ifadə edir); 
–  «q»  səsinin  alliterasiyası  Qaracuq,  Qazlıq  tağ,  Qara  tağ  və  s.  kimi 
oronimləri eyni xətdə birləşdirir
– Qaracuq vahidi «Kitab»da üç funksiyanı yerinə yetirir: dağ adı (Qaracuq), 
şəxs adı (Qaracuq çoban) və Qazan xanın epiteti (Qaracuğıŋ qaplanı); 
– hansı məqamda işlənməsindən asılı olmayaraq, «Qaracuq» vahidində dağ 
kultunun izləri müşahidə olunur. 
Qazlıq//Qazılıq.  «Kitab»ın  poetik  strukturunda  bir  neçə  funksiyanı  yerinə 
yetirən  onomastik  vahid  kimi  diqqəti  cəlb  edir:  şəxs  adı  kimi  (Qazılıq  qoca  oğlı 
Yegnək…),  dağ  adı  kimi  (Bitər  səniŋ  otlarıŋ  Qazlıq  tağı),  zoonim  –  at  adı  kimi 
(Yalısı  qara  Qazlıq  atıŋ  butun  bindiŋ).  Qorqudşünaslıqda  Qazlıq»  oroniminin 
coğrafi  koordinatları  barədə  müxtəlif  fikirlər  vardır:  Qafqaz  sıra  dağlarından 
birinin  adıdır  (V.V.Bartold,  Ə.Dəmirçizadə),  «Manas»  eposundakı  «Qazlıq»  yer 
adı ilə bir sırada durur (X.Koroğlu), Daşkəndlə Sayram arasındakı «Qazlıq» dağını 
xatırladır (O.Ş.Gökyay)… Əvvəlki səhifələrdə  qeyd etdiyimiz  kimi,  «Qazlıq tağ» 
daha çox «Qafqaz dağı» kimi bərpa oluna bilir. 
Qazlıq oroniminin etimologiyası ilə bağlı müxtəlif fikirlərə rast gəlinir. İlk 
olaraq  A.Bayramovun  fikirlərinə  diqqət  yetirək:  «Qazılıq  dağ  adını  asanlıqla  iki 
hissəyə (qaz-lıq) parçalamaq  mümkündür. Dastanda uca,  yüksək  mənasında  «qas-
qas»  kəlməsi  də  işlənmişdir.  Məsələn,  «Qazan  bəy  əlin  əlinə  çaldı,  qas-qas  (yəni 
ucadan,  yüksəkdən)  güldü.  Görünür,  qaz//kas  leksik  vahidi  həm  ümumi  leksik 
vahid,  həm  də  Kaspi  (Xəzər)  tayfa  adı  kimi  işlənmişdir…  Qafqaz  dağ  adı  Kaspi 
dağları mənasında erməni mənbələrində də qeyd olunmuşdur».
†††††††
 R.Qafarlı isə 
«Qazlıq//Qazılıq»  vahidini  tam  başqa  müstəvidə  təhlil  etmişdir,  dəqiq  desək, 
Qazlıq  tağ  oronimi  və  Qazlıq  at  zoonimini  «Oğuz»  etnonimi  prizmasından  izah 
etmişdir. Müəllifin qeydlərini eynilə təqdim edirik: «Qədim Roma miflərində şəhid 
çoban  kimi  xatırlanan  «Qafqaz»da  və  dağ  zirvəsi  «Kazbek»  sözlərində  türk 
mənşəli  hissəciklərin  olduğunu  yazırlar.  Birincinin  ikinci  hecasında  «qaz//quz», 
ikincinin isə əvvəlində  «kaz//qaz//quz»  komponentlərinin  mövcudluğu  göstərir ki, 
«işquz//aşquz//iç  oğuz»  tayfaları  çox  əski  çağlardan  Azərbaycanın  dağlıq  və 
                                                           
*******
Х.Короьлу. Оьуз гящряманлыг епосу. Бакы, 1999, с.174. 
†††††††
А.Байрамов. «Китаби-Дядя Горгуд вя Гафгаз. Бакы, 2001, с.38. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə