Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə36/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   32   33   34   35   36   37   38   39   ...   158

78 
 
bölgənin  sərhədini  ayıran  bu  dağ  Borçalı  və  Qazax  türkmənlərinin  (türklərinin  – 
Ə.T)  yaylağıdır…  başından  duman  əskilməyən  çiskinli  (çox  nəmli,  sis)  və  çox 
yağmurlu  olduğundan  bu  adı  almışdır».
§§
  A.Bayramov  bu  fikri  zənginləşdirərək 
yazır: «Kəskin və amansız qışı olan bu dağın başı həmişə çiskin, duman olur. Yaz, 
yay  və  payız  fəsillərində  yağıntı  çox  olur.  Qışı  isə  çox  sərt  keçir.  Yaylaq  alp  və 
subalı çəmənlikləri ilə zəngin olduğu üçün Borçalı, Şörəyel və Ağbaba türklərinin 
qədimdən  yaylağı  olmuşdur.  Rus  mənbələrində  bu  oronim  tərcümə  edilərək 
«Mokrıy qor» kimi yazılır. Ağlağan oronimi ağla felindən və – ağan sifət düzəldən 
şəkilçidən (ağla+(a)ğan) ibarətdir. İnsana aid olan xüsusiyyət (ağlamaq) metaforik 
formada dağa aid edilmişdir».
***
 Tarixi-linqvistik müstəvidə söylənilmiş bu fikirlər 
bütün  parametrlərinə  görə  (oronimin  coğrafi  koordinatları,  təbiətlə  birbaşa 
bağlılığı,  metaforik  ad  olması,  kök  və  şəkilçi  morfemlərinin  düzgün 
səciyyələndirilməsi,  rus  dilinə  tərcümə  olunmuş  variantın  təqdimi…)  inandırıcı 
görünür. Bu mənada B.Budaqov və Q.Qeybullayevin müxtəlif mənbələrə istinadən 
söylədiklərini qəbul etmək olmaz. Həmin fikirləri eynilə veririk: «Ağlağan… türk 
dillərində  rəng  bildirən  ağ  və  mənası  məlum  olmayan  «lağan»  sözlərindən 
ibarətdir.  XIX  əsrdə  Eçmiadzin  qəzasında  Qızıl  Loğan  (bulaq  adı),  Şimali 
Qafqazda  Stavropol  quberniyasının  Böyük  Derbet  ulusunda  Laqan-Xuduk  (dağ 
adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsində Cakas-Lağan toponimləri ilə 
mənaca eynidir».
†††
 
«Ağlağan»  dağının  səciyyəvi  xüsusiyyətləri  bayatılarımızda  poetik  şəkildə 
ifadə olunur: 
Əzizim ağlağandı, 
Qaraqaş, Ağlağandı. 
Gedək dərd bilənlərə 
Görək kim ağlağandı? 
 
Əzizinəm Ağlağan, 
Qaraqaşla Ağlağan. 
İldə bir tufan eylər, 
Görünməmiş Ağlağan. 
Arqıç  qır.  «Dastan»da  intensivliyi  az  olan  oronimlərdəndir.  Dəqiq  desək, 
cəmi  bir  dəfə  işlənmişdir:  Arqıç  qırda  yıqanır  Əmman  dəŋizində.  O.Ş.Gökyaya 
görə,  «arqıç»  yazda  sürünün  istirahət  etdiyi  (dincəldiyi)  yer,  arxac,  dağ  yamacı, 
dağ ətəyi kimi mənaları ifadə edir.
‡‡‡
 M.Ergin tərtib etdiyi lüğətdə «arqıç» sözünün 
                                                           
§§
О.Ш.Эюкйай. Дедем Коркудун китабы. Истанбул, 2000, с.332. 
***
А.Байрамов. Китаби-Дядя Горгуд вя Гафгаз. Бакы, 2001, с.20. 
†††
Ермянистанда  Азярбайъан  мяншяли  топонимлярин  изащлы  лцьяти.  Бакы,  1998, 
с.108. 
‡‡‡
О.Ш.Эюкйай. Дедем Коркудун китабы. Истанбул, 2000, с.165, 166. 


79 
 
qarşısında sual işarəsi (?) qoymaqla kifayətlənmişdir.
§§§
 S.Əlizadə isə «arqıç» sözü 
işlənmiş  parçanı  belə  sadələşdirmişdir:  «Qayalıqda  salınmışdı,  kafirin  şəhəri 
Əmmanın  sularında  yuyunur  sahilləri».
****
  Bu  cür  sadələşdirmə,  yəni  «Arqıç  qır-
da»nın qayalıqda  mənasında  verilməsi  mətnin semantik tutumu  ilə  səsləşir. Qeyd 
etdiyimiz  kimi,  «qır»  sözü  dağ  anlayışının  arxaik  ifadə  formalarından  biridir.  Bu 
mənada  «Arqıç  qır»  oroniminin  «Arxac  dağ»  şəklində  bərpası  daha  inandırıcı 
görünür. 
Ala  tağ.  «Kitab»da  yeddi  dəfə  işlənmişdir:  Arqurı  yatan,  Ala  tağı  dünin 
aşğıl!  «Ala  tağ»  oronimik  modelindəki  «ala»  sözü  hündür  mənasındadır.  Bu 
oronim bayatılarımızda da müşahidə olunur: 
Eləmi, Ala dağı 
Ün tutub Bala dağı 
Hər yara qurtarsa da, 
Qurtarmaz dava dağı. 
Gögcə  tağ.  «Kitab»da  cəmi  bir  dəfə  Qazan  xan  obrazının  dilində 
işlənmişdir:  «Kafər  sərhəddinə  Cızığlara,  Ağlağana,  Gökcə  tağa  aluban  çıqayın». 
Bu oronimin arealı  müəyyənləşdirilmişdir: Kökçə, Kökçəsu (Türkiyə) Gögçə  dağ 
(Türkmənistan),  Kökçə,  Kökçəli  (Bolqarıstan),  Gökçə,  Göyçəli  (İran).  «Gögcə» 
vahidi  «Kitab»da  hidronim  kimi  də  müşahidə  olunur:  «Andan  Şirokuz  ucından 
Gökcə dəŋizə dəkin el çarpdı». A.Bayramov hər iki onomastik vahidə (Gögcə tağ, 
Gögcə dəŋiz) münasibət bildirmişdir: «Oğuzların otu, suyu bol olan belə yaylaqlar-
da  yaşaması təbiidir. Ona görə də dağın əlamətinə, çayır-çəməninə  görə ona Göy 
dağ, Gökçə  dağ demişlər.  «Kitabi-Dədə  Qorqud» dastanındakı bir atalar sözünün 
də  tərkibində  gökçə  sözü  işlənir:  «Yapağlu  gökçə  çəmən  güzə  qalmaz».  …Gökçə 
dəniz hidroniminin qədim formasının «Qoqaruni olduğunu da nəzərə alsaq, görərik 
ki, hidronimin nüvəsindəki quqar//gögər//göyər türk mənşəli tayfa adıdır, «uni» isə 
qədim  pəhləvicə  topluluq,  aidlik  bildirən  şəkilçidir.  Deməli,  Gögəruni//Qoqaruni 
«Göyərlər» mənasındadır. Azərbaycan toponimiyasındakı Göyər, Göyərçin, Göylər 
Göl,  Göylər  Dağ  oykonimləri  də  etnonim  mənşəlidir».
††††
  Yeri  gəlmişkən,  digər 
araşdırmalarda  da  Göyçə  oronimi  rəng  anlamlı  «göy»,  «Göyçə»  hidronimi  isə 
bəzən  rəng  anlamlı  göy  (mavi)  sözü,  bəzən  isə  tayfa  adı  mənasında  izah  olunur. 
Halbuki  bu    onomastik  vahidlərin  yaranmasında  eyni  apelyativ  (gögcə)  iştirak 
etmişdir.  Yəni  Gögcə  dəŋiz  (göl)  hidronimi  ilə  Gögcə  dağ  oronimi  eyni  məna 
yükünə malikdir. Konkret desək, bu vahidlər səma rəngi, mavi anlamlı «göy» sözü 
deyil,  yer  üzünün  üzərində  mavi  bir  qübbə  kimi  görünən  fəza,  boşluq  anlamlı 
«göy»  sözü  əsasında  yaranmışdır.  Bu  isə  birbaşa  türk  mifoloji  düşüncəsi  ilə  səs-
ləşir. Digər tərəfdən, Gögcə tağ və Gögcə dəŋiz vahidlərinin məna yükünü müasir 
dil  kontekstində  də  dəqiqləşdirmək  mümkündür.  Belə  ki,  «göy»  sözü  müasir  dili-
                                                           
§§§
М.Ерэин. Деде Коркут китабы. ЫЫ, Анкара, 1998, с.19. 
****
Китаби-Дядя Горгуд. Бакы, 1988, с.216. 
††††
А.Байрамов. Китаби-Дядя Горгуд вя Гафгаз. Бакы, 2001, с.34-36. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə