111
takasaltanq “ailəsiz, sərbəst, boş (subay) adam” mürəkkəb sözünün tərkibində də
rastlanır. Türk dilinin dialektlərində
salt, zalt, saltan “yalnız, tək, sadəcə”
şəkillərində işlənən sözlər də eyni köklə bağlıdır (11, 353). Qırğız və uyğur (
suvay
- saltan) dillərində
subay - saltan “uşağı olmayan qadın” qoşa sözünün tərkibində
saltan sözü
subay sözünün mütləq sinonimii kimi özünü göstərir. Güman edirik ki,
Azərbaycan dilindəki
Subaylıq sultanlıqdır ifadəsinin yaranmasında
subay -
saltanifadəsininrolu olmuşdur;
ilkin dövrdəsubay - saltanşəklində işlənən ifadə söz
oyunu nəticəsində, sözün tərkibindəki bir saitin dəyişilməsi ilə atalar sözünə
çevrilmişdir.
Salt / saltañsözləri V.V. Radlov lüğətində “yüksüz, boş (at və atlı
haqqında); yalnız, tək, boş”, L. Budaqov lüğətində “yüksüz; tək, boş, sırf, sadəcə”
(
salt atlığ “yüksüz atlı, kavaleriya”,
salt akça “nəğd pul”), “Tarama Sözlüğü”ndə
“yalnız, sadəcə” mənalarında qeydə alınmışdır. Bir sıra tədqiqatçılar
subaysözü
kimi
salt / saltañ sözünün də monqolcadan alındığını güman edirlər (11, 353).
Həqiqətən də, monqolcadakı
saltanq “yüksüz (baqajsız), boş (atlı haqqında”),
habelə bu sözlə bağlı olan
salan“səliqəsiz, pinti, başıboş”,
salxqar“geniş, boş
(paltar haqqında)”,
saltaan“aralıq, boşluq” və s. sözlər türk dillərində işlənən
salt/ saltañ sözlərinə yaxın mənadadır və eyni kökdəndir. Lakin bu sözlərin
monqolcada işlənməsi onların həmin dildən alınma olduğuna tam zəmanət vermir.
Salt/ saltañ sözləri türk diliəri materialları ilə də izah oluna bilir. Fikrimizcə, bu
sözlər türk dilləri zəminində
sal - “boş buraxmaq, sərbəst buraxmaq” felindən
yaranmışdır: Ol aradan atın başın
saldılar, Seğirdim ile kapuya sürdüler (Süh.
XIV); Gözünden
saldıbu fani cihanı, Civar - ı Hakka pervaz etti canı (Şeh.Ş. XVI
) və s. (23, V, 3278 - 3279). Türk dillərində bu kökdən yaranmış
salak “başıboş,
səliqəsiz, avam, pinti (türk, qırğız),
salañ“bacarıqsız, avam” (yakut),
salı “həftənin
2 - ci günü; boş gün” (türk),
salma“boş, azad edilmiş, sərbəst” (türk; Azərbaycan -
salma çay “boş çay (şəkər əlavə edilməmiş çay),
salqın“sərbəst verği”,
salma ko -
“sərbəst buraxmaq”,
salt“yalnız, sadəcə”,
salı ver - “boş, sərbəst buraxmaq” (türk),
salta “tamamilə” (qırğ.) və s. derivatlara rast gəlmək mümkündür. Azərbaycan
dilinin Şamaxı və Bakı dialektlərində işlənən
səlt“bütünlüklə, tamamilə”, Quba
dialekti və Cəbrayıl şivəsində rast gəlinən
səllimi “özbaşına, başlı - başına,
sərbəst” sözlərini də bu nümunələrə əlavə etmək olar (5, 358).
Salt (<salıt)
sözündən yaranmış
saltan - “sərbəst, boş buraxılmaq” felinə Anadoluda tərcümə
edilmiş XIV əsrə aid “Qisasül - ənbiya” adlı əsərdə təsadüf edilir: Ay bulara haber
gelmedi mi kim deve yerini öğler ve yatağın anar,
satltanuban makamına gider
(Enb. XIV) (23, V, 3288). Eyni zamanda qırğız dilindəki
sal “subay, gənc və
qüvvətli oğlan”,
sal - manap “boş və məqsədsiz şəkildə dolaşaraq vaxtlarını
əyləncələrdə keçirən varlı balaları” sözlərində
sal - “boş (sərbəst) buraxmaq”
felinin ad korrelyatı əks olunmuşdur. Müasir türk dillərində
saltansözü yalnız
insanlara aid keyfiyyəti bildirir. Görünür ki, ilkin dövrlərdə bu söz “boş, sərbəst”
mənası ifadə etmiş, daha sonra bu məna əsasında həm heyvanlara, həm də
insanlara aid edilə bilən “qısır, doğmamış” mənası ortaya çıxmışdır. Müqayisə
üçün göstərək ki, hazırda türk dillərində (azərb, özbək) işlənən və yalnız insanlara,