84
dağətəyi sahələrində məskunlaşmışlar. Maraqlıdır ki, «Dədə Qorqud» dastanında
da bu dağın adı «Qafqaz» sözünün məhz ikinci hissəsinə («quz»a) məkan anlamlı
yeni söz düzəldən «lıq» şəkilçisi artırmaqla yaranır: //Qaz//lıq»… «Dirsə xan oğlı
Buğac xan boyın»da «Qazlıq» sözü iki mənada işlənir. Birinci anlamda Qazlıq dağ
adıdır, «Qafqaz» sözünün yerini tutur. Əslində, «Qazlıq atım» kəlmələrindəki ilk
söz dağ deyil, əski mənasında işlənir, yəni oğuz atı… «Qaz» komponenti artırılan –
lıq isə hər iki halda məkan anlamlıdır: birinci «Qazlıq» dağ – Oğuz yurdu, ikinci
«Qazlıq» (at) - Oğuz yurduna məxsus at deməkdir».
‡‡‡‡‡‡‡
Hər iki izahı düzgün
hesab etmək olar. Amma «Qazlıq» adına mətn semantikası, eyni zamanda tarixi-
linqvistik prizmadan yanaşma aşağıdakı nəticələri söyləməyə imkan verir:
– Qazlıq adındakı «qaz» kök morfemi dağ anlayışının arxaik ifadəsi kimi
çıxış edir (əvvəlki səhifələrə bax);
– «Qazlıq» sözündəki «qaz»la «qas-qas gülmək» ifadəsi arasında
assosiativlik görünmür. Əksinə, «Qaza bəŋzər qızımıŋ-gəlinimiŋ çiçəgi oğul!»
ifadəsindəki«qaz» sözü daha çox «dağ» mənasında başa düşülür;
– «Qazlıq»dakı «qaz» sözü dağ anlayışını ifadə edən arxaik «qar» vahidinin
fonetik tərkibcə dəyişikliyə uğramış variantı kimi görünür.
«Kitab»da işlənmiş dağ adları ilə bağlı yuxarıda təqdim etdiklərimizi
aşağıdakı kimi ümumiləşdirmək olar:
– Ağlağan, Ala tağ, Gögcə tağ, Qazlıq tağ, Qara tağ və s. kimi oronimlər
qədim Azərbaycanın coğrafi koordinatları barədə müəyyən təəssürat yaradır;
– Qazlıq tağ vahidi Qafqaz dağı
kimi bərpa olunur;
– Gögcə tağ, Günortac, Qazlıq tağ kimi oronimlərin yaranmasında dağ
kultunun rolu daha qabarıq görünür;
– eyni söz əsasında yaranmış oronim və hidronimlərə təsadüf olunur ki, bu
da, bir tərəfdən, qədim Azərbaycan toponimikası, digər tərəfdən, dastan poetikası
baxımından maraqlıdır; Gögcə tağ (oronim), Gögcə dəŋiz (hidronim); Yaxud eyni
söz bir neçə onomastik vahidin apelyativi kimi çıxış edir: Qazlıq qoca
(antroponim), Qazlıq tağ (oronim), Qazlıq at (zoonim);
– oronimlərin bir qismi müasir ədəbi dilimizdə fonetik tərkibcə dəyişikliyə
uğramış vəziyətdədir: Gögcə tağ-Göyçə dağı, Qara tağ-Qara dağ;
– oronimlərin yaranmasında iştirak edən apelyativlərin bir hissəsi müasir
ədəbi dilimizdə əsasən eynilə işlənir: Ağlağan (ağlağan), Qara tağ (qara), Ala tağ
(ala)…;
– arxaik apelyativli dağ adlarına nisbətən az rast gəlinir: Arqıç qır (qır-dağ),
Qazlıq tağ (qaz-dağ)…;
– oronimlərin əksəriyyətinin leksik-semantik tutumunda böyüklük, ucalıq,
yüksəklik kimi məna çalarları ehtiva olunur: Ala tağ, Qara tağ, Gögcə tağ…;
‡‡‡‡‡‡‡
Р.Гафарлы. Миф, яфсаня, наьыл вя епос. Бакы, 2002, с.588, 589.
85
– oronimlərin bir qismi düzəltmə (Ağlağan, Qaracuq) və mürəkkəb (Ağayıl,
Günortac) quruluşludursa, bir qismi təyini söz birləşmələri modelindədir (Arqıç
qır, Ala tağ);
– «qarşı yatan qara tağlar» tipli ifadələrin sonrakı
dövr abidələrimizdə eynilə
işlənməsi müşahidə olunur ki, bu da «Kitab»ı Azərbaycana bağlayan detallardan
biri
kimi götürülə bilər;
– «Kitab»da təsadüf olunan Ala tağ, Ağlagan, Gögcə tağ, Qara tağ kimi
oronimlər sonrakı dövr bədii əsərlərimizdə də ən mühüm obrazlar kimi çıxış edir.
Məmmədəli Qıpçaq
TÜRK ƏLİFBALARI (TİBET ƏLİFBASI
)
Türk xalqlarının istifadə etdiyi əlifbalardan biri də Tibet əlifbasıdır. Bu
əlifba ilə yazılmış abidələr kifayət qədər azdır. Bunu iki cür izah etmək olar.
Birincisi, türklər Tibet əlifbasından çox az istifadə etdiklərinə görə bu əlifba ilə
yazılmış abidələr azlıq təşkil edir. İkincisi, Tibet əlifbası ilə yazılmış abidələr
dövrümüzə qədər gəlib çatmamış, tarixin keşməkeşlərində məhv olub getmişdir.
Bu izahların hər ikisi qəbul oluna bilər. Həqiqətən də, bu əlifba Tibetin təsiri
altında olan Qansu vilayətində seyrək istifadə olunmuşdur. İkinci bir tərəfdən,
məlumdur ki, Dun-xuandakı Bin Budda mağaralarında aşkar edilmiş əlyazmalar
tanqutların Qansuya hücumundan əvvəl həmin mağarada gizlədilmişdi.
Tədqiqatçılar Tibet əlifbası ilə yazılmış mətnləri VIII-X əsrlərə aid edirlər.
Bu abidələr Şərqi Türküstandan əldə olunmuşdur. Dun-xuandakı Bin Budda
mağaralarında aşkar edilmiş 14 mindən artıq abidələr kolleksiyasının içərisində bir
neçə kiçik həcmli Tibet əlifbası ilə türkcə yazılmış abidə də var. Həmin mətnlərdən
birini (41 sətirdən ibarət buddizm dini məzmunlu abidəni) məşhur fransız
şərqşünası P.Pelyo 1921-ci ildə nəşr etdirmişdir. Bu abidə daha sonralar (1984-cü
ildə) D.Maue və K.Röhrborn, eləcə də yapon alimi T.Moriyasu tərəfindən də çap
olunmuşdur. Tibet əlifbası ilə türkcə yazılmış abidələr Fransada, Paris Milli
Kitabxanasında saxlanılır.
Qırğızıstan Respublikasında da Tibet əlifbası ilə yazılmış bəzi epiqrafik
abidələr əldə olunmuşdur (10, s. 78). Lakin bunlar türk dilində deyil, Tibet
dilindədir və buddist zəvvarlar tərəfindən yazıldığı güman edilir. A.N.Bernştam
həmin abidələri XVI-XVII əsrlərə, cunqarların hakimiyyəti illərinə aid edir (8, s.
112).
Novruzov Məmmədəli – Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər
doktoru.
Bu yazının ilkin variantı “Türk əlifbaları (XIX məqalə) Tibet əlifbası” adı altında “Səs”
qəzetinin 19, 20, 21 və 23 iyun 1999-cu il tarixli 136, 137, 138 və 139-cu saylarında çap
olunmuşdur.