83
Mahmud Kaşğari Sırdərya sahilində Qaraçik-Qaracik şəhərinin (Fərab şəhəri) və
qıpçaqların məntəqələri ilə Oğuz vilayətləri arasında, Xəzər dənizinin şərq
sahilində yerləşən Qaracuq dağının adını çəkir».
*******
Burada yalnız onu qeyd
edirik ki, «Qaracuq» dağı müasir türk xalqları toponimikasında necə bərpa
olunmasından və konkret olaraq hansı ərazi ilə əlaqələndirilməsindən asılı ol-
mayaraq, «Kitab»ın poetik strukturunda xüsusi çəkiyə malik vahidlərdəndir. Bu
mənada aşağıdakı detallara diqqət yetirək:
– «Qaracuq» böyüklük, ucalıq, yüksəklik mənasını ifadə edən Qara tağ,
Qazılıq tağ, Gökcə tağ kimi oronimlərlə eyni semantik şaxədə birləşir («Qaracuq»
adı
da böyük, uca və s. mənaları ifadə edir);
– «q» səsinin alliterasiyası Qaracuq, Qazlıq tağ, Qara tağ və s. kimi
oronimləri
eyni xətdə birləşdirir;
– Qaracuq vahidi «Kitab»da üç funksiyanı yerinə yetirir: dağ adı (Qaracuq),
şəxs adı (Qaracuq çoban) və Qazan xanın epiteti (Qaracuğıŋ qaplanı);
– hansı məqamda işlənməsindən asılı olmayaraq, «Qaracuq» vahidində dağ
kultunun izləri müşahidə olunur.
Qazlıq//Qazılıq. «Kitab»ın poetik strukturunda bir neçə funksiyanı yerinə
yetirən onomastik vahid kimi diqqəti cəlb edir: şəxs adı kimi (Qazılıq qoca oğlı
Yegnək…), dağ adı kimi (Bitər səniŋ otlarıŋ Qazlıq tağı), zoonim – at adı kimi
(Yalısı qara Qazlıq atıŋ butun bindiŋ). Qorqudşünaslıqda Qazlıq» oroniminin
coğrafi koordinatları barədə müxtəlif fikirlər vardır: Qafqaz sıra dağlarından
birinin adıdır (V.V.Bartold, Ə.Dəmirçizadə), «Manas» eposundakı «Qazlıq» yer
adı ilə bir sırada durur (X.Koroğlu), Daşkəndlə Sayram arasındakı «Qazlıq» dağını
xatırladır (O.Ş.Gökyay)… Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, «Qazlıq tağ»
daha çox «Qafqaz dağı» kimi bərpa oluna bilir.
Qazlıq oroniminin etimologiyası ilə bağlı müxtəlif fikirlərə rast gəlinir. İlk
olaraq A.Bayramovun fikirlərinə diqqət yetirək: «Qazılıq dağ adını asanlıqla iki
hissəyə (qaz-lıq) parçalamaq mümkündür. Dastanda uca, yüksək mənasında «qas-
qas» kəlməsi də işlənmişdir. Məsələn, «Qazan bəy əlin əlinə çaldı, qas-qas (yəni
ucadan, yüksəkdən) güldü. Görünür, qaz//kas leksik vahidi həm ümumi leksik
vahid, həm də Kaspi (Xəzər) tayfa adı kimi işlənmişdir… Qafqaz dağ adı Kaspi
dağları mənasında erməni mənbələrində də qeyd olunmuşdur».
†††††††
R.Qafarlı isə
«Qazlıq//Qazılıq» vahidini tam başqa müstəvidə təhlil etmişdir, dəqiq desək,
Qazlıq tağ oronimi və Qazlıq at zoonimini «Oğuz» etnonimi prizmasından izah
etmişdir. Müəllifin qeydlərini eynilə təqdim edirik: «Qədim Roma miflərində şəhid
çoban kimi xatırlanan «Qafqaz»da və dağ zirvəsi «Kazbek» sözlərində türk
mənşəli hissəciklərin olduğunu yazırlar. Birincinin ikinci hecasında «qaz//quz»,
ikincinin isə əvvəlində «kaz//qaz//quz» komponentlərinin mövcudluğu göstərir ki,
«işquz//aşquz//iç oğuz» tayfaları çox əski çağlardan Azərbaycanın dağlıq və
*******
Х.Короьлу. Оьуз гящряманлыг епосу. Бакы, 1999, с.174.
†††††††
А.Байрамов. «Китаби-Дядя Горгуд вя Гафгаз. Бакы, 2001, с.38.