86
Tibet əlifbasının mənşəyi barədə elmdə iki mülahizə mövcuddur. Bu
mülahizələrdən biri yerli əfsanə əsasında formalaşmışdır. Rəvayətə görə, Tibet
əlifbası b.e. 630-cu ilində birbaşa Hindistandan götürülmüş və onun əsasında Tibet
dilinə qismən uyğunlaşdırılmışdır. İkinci mülahizə A.H.Franke və A.Hörnle
tərəfindən irəli sürülmüşdür. Onların fikrincə, Tibet əlifbası birbaşa Hindistandan
alınmamışdır. A.H.Franke və A.Hörnle sübut etməyə çalışırlar ki, Mərkəzi
Asiyanın monastrlarında Şimali Hindistan əlifbalarının bir tipi olan qupta
əlifbasının xüsusi forması işlənib hazırlanmış, həmin xüsusi variant sonralar Tibet
əlifbasının əsasında dayanmışdır. Belə bir fikir XIX əsrdə yazı tarixi üzrə görkəmli
alim K.Faulman tərəfindən də söylənilmişdir. Onun fikrincə, bu yazını Thonmi-
Sambhoda b.e. VII əsrində hind yazısından alaraq Tibet dilinə uyğunlaşdırmışdır
(29, s. 127). İ.N.Komarova yazır ki, VII əsrdə Tibet hökmdarı Sronszan Qambo
Thonmi-Sambhodanın rəhbərliyi altında Hindistana bir neçə alim göndərir. Onlar
Tibetə qayıtdıqdan sonra hind əlifbası əsasında Tibet əlifbasını yaradırlar (12, s.
12).
Qeyd etmək lazımdır ki, hər iki halda Tibet əlifbası öz mənşəyinə görə
brahmi yazısına, yaxud onun şimal variantına söykənir (24). İstənilən hind
əlifbasını (brahmi, kxoraştxi, devanaqari, qupta, naqari, benqali, şarada, oriya,
krişna və s.) Tibet dilinin səs quruluşuna uyğunlaşdırmaq kifayət qədər çətindir və
bir sıra problemlərlə müşayiət olunur. Məsələ ondadır ki, hind əlifbaları hind-
avropa dillərinin səs quruluşuna uyğunlaşdırılmış bir yazı sistemidir. Tibet dili isə
hind-avropa dili deyil. Bu dil tay-tibet dilləri ailəsinə daxildir. Bu dillər hind-
avropa dillərindən fərqli olaraq monosillabuk dillər olduqlarından burada tonlar
mənafərqləndirici funksiya daşıyır. Yəni eyni sözü müxtəlif tonlarla dedikdə həmin
sözün mənası dəyişir. Məhz bu baxımdan hind əlifbası Tibet dilinin səs quruluşuna
uyğunlaşdırılarkən əlifba əlavə işarələrin hesabına daha çox işarəyə malik olmalı
idi.
Tibet əlifbası da hind əlifbaları kimi heca yazısı ilə əlifba arasında olan bir
yazı sistemidir. Hind əlifbalarında olduğu kimi, burada da hər bir qrafem ayrıca
samiti deyil, “samit + a” hecasını bildirir. Tibet yazısının əsas xüsusiyyəti bundan
ibarətdir ki, hər bir hecadan sonra sətrin yuxarısında sağ tərəfdən nöqtə işarəsi
qoyulur. Bundan başqa, Tibet əlifbasının kəsir cəhətlərindən biri bu dildə mövcud
olan tonların yazıda öz əksini tapa bilməməsidir. Məsələ ondadır ki, Tibet dilinə
qohum olan Birma dilində hind əlifbası əsasında yaranmış yazıda tonları ifadə
etmək mümkündür (29, s. 147). Bu cəhət tay (siam) əlifbasına da aiddir.
K.Faulman yazır ki, siam dili (tayca) təkhecalı bir dildir və Çin dili kimi, uyğun səs
tərkibinə malik sözlər fərqli tonlar sayəsində ayırd edilir (29, s. 150).
Elmi ədəbiyyatda Tibet əlifbasının iki variantı fərqləndirilir. Bunlardan biri
kitab və çap şriftləri olan u-çen (yaxud utşen) (başlıqlı) variantı, digəri isə kursiv
yazı üçün nəzərdə tutulmuş u-med (yaxud umin) (başlıqsız) variantıdır. U-çen
variantı daha qədim yazı tərzidir. Bu variant özünü lamaizmə aid müqəddəs
kitablarda qoruya bilmişdir və qupta yazılarına çox bənzəyən bir xarakterə
87
malikdir. Tibet kursiv yazısı (u-med, yaxud umin) u-çen əsasında formalaşmışdır
və öz növbəsində müxtəlif (bir neçə) yarımtiplərə ayrılır. Tibet kursiv yazısının
daha da işlək forması olan kuqayi yazı növünü buna nümunə göstərmək olar.
Tibet əlifbasını (yazısını) xüsusi tədqiq edən İ.N.Komarova bu əlifbanın altı
növünü fərqləndirir: 1. U-çen; 2. U-mey; 3. Yig-qen; 4. Yik-qunq; 5. Kyuk-çhi; 6.
Horyiq. U-çen növü rəsmi, kallioqrafik variant hesab olunur. U-mey (u-med) növü
yarımrəsmi, kursiv yazı variantıdır. Tibet əlifbasının bu növü kargüzarlıqda və
diplomatik yazışmalarda istifadə olunur. Yig-qen növü u-mey (u-med) növünün
dəyişmiş formasıdır. Yig-qen və yik-qunq növləri yalnız əlyazma şəklinə malikdir.
Tibet əlifbasının bu növləri qeyri-rəsmi yazışmalarda, fərdi məktub və qeydlərdə
istifadə olunur. Kyuk-çhi növü əlifbanın digər variantlarından şriftlərin yazılışına
görə əsaslı şəkildə fərqlənir. Bu variant sürətli yazı zamanı tətbiq edilir. Horyiq
növü (Tibet əlifbasının bu növü elmi ədəbiyyatda monqol yazısı, eləcə də uyğur
yazısı da adlanır) dekorativ xarakterə malikdir (12, s. 12-14).
Tibet əlifbası özündən sonrakı bəzi əlifbaların əmələ gəlməsi üçün baza
rolunu oynamışdır. Belə yazılara nümunə olaraq Passe-pa, lepça və ronq yazılarını
göstərmək olar.
Yuxarıda qeyd etdiyimiz kimi, Tibet əlifbası ilə yazılmış türkcə mətnlər çox
azdır. Həm də nəzərə almaq lazımdır ki, həmin mətnlər güclü aşınmaya məruz
qalıb. Belə ki, Tibet əlifbası ilə yazılmış türkcə mətnlərin, demək olar ki,
hamısında ya cümlənin əvvəli, ya ortası, ya da axırı pozulmuşdur. Bu da öz
növbəsində bu abidələrin məzmunu və janrı haqqında müəyyən fikir söyləməyi
çətinləşdirir.
Türkcə mətnlərdə Tibet əlifbasının kursiv variantından deyil, kitab və çap
şriftlərindən (u-çen) istifadə olunmuşdur. Bu mətnlərdə samit səsləri yazıda işarə
etmək üçün brahmi yazı sistemindəki üsullardan istifadə edilir. Sait səslərin yazıda
ifadə olunması baxımından brahmi yazısı ilə Tibet əlifbası arasında kiçicik bir fərq
var. Belə ki, Tibet əlifbasında türkcənin ı səsi “i” səsini bildirən qrafemlə, i səsi isə
“iy” hecasını bildirən qrafemlə ifadə olunur. Məhz bunun əsasında deyə bilərik ki,
Tibet əlifbası yeganə əlifbadır ki, qədim türk dövründə yazıda ı səsi ilə i səsi bir-
birindən fərqləndirilir. Qədim türk (run) əlifbası, eləcə də uyğur, manixey, soqd,
Suriya və digər əlifbalarla yazılmış türkcə mətnlərdə biz bunun şahidi olmuruq.
Tibet əlifbasında türk dillərindəki ö və ü saitlərini ifadə etmək üçün qrafemlər
yoxdur və bu səbəbdən də həmin səsləri ifadə etmək üçün hərflərin müxtəlif
kontominasiyalarından istifadə olunur. Buna baxmayaraq Tibet əlifbası ilə türkcə
yazılmış mətni transkripsiya etmək kifayət qədər çətindir. Məsələn, bilgə biligin
ifadəsini Tibet əlifbası ilə byil ga byi lig gin şəklində, sezik könüllük ifadəsini isə ze
zig go ngol lug kimi yazmaq olar. Buradan aydın olur ki, bu yazı sistemində sözün
sərhədi göstərilmir, hecalara bölünmüş şəkildə yazılır.
Burada bir məsələyə də öz münasibətimizi bildirmək istəyirik.
Türkologiyaya aid bir sıra araşdırmalarda Tibet əlifbasını bəzən tanqut əlifbası da
adlandırırlar. Bunun əsas səbəblərindən biri tanqutların Tibet tayfalarından biri
Dostları ilə paylaş: |