Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 

37 


Dadaş əlini arvadının alnına qoydu: 

-Yox, qızdırman yoxdu, bə niyə sayıqlıyırsan?  

-A kişi, məni dəli edəcəksən, sən deyildin deyən ki, qonşunun qarajında..  

-Hansı qarajda?  

-O tualetin yanındakı qarajda...  

-Orda, bəyəm, qaraj var?  

 

BEŞİNCİ FƏSİL 

DƏFNİMDƏN ÜÇ GÜN ÜÇ SAAT SONRA 

 

“Varlıq  axınını  adlayıb  keçərkən  Keçmişdən  imtina  et, 



Gələcəkdən imtina et, onların arasında qalandan da imtina et. 

Əgər 

zehnin 

azaddırsa, 

nə 

olur-olsun, 

yenidən 

doğulmayacaqsan və qocalmayacaqsan”.  

Dhammapada (miladdan öncə III ya IV əsrlərdə 

Hindistanda yaranmış buddist ədəbi abidəsi) 

 

“Çoxsaylı  örnəklər  məni  inandırdı  ki,  insan  təbiət 

dünyasından  ruh  dünyasına  keçərkən  hər  şeyi  özüylə  aparır, 

tək bir bədənindən başqa”.  

 E. Svedenborq, 

İsveç mistiki 

 

Kəfənin içində çabalayır, səsim gəldikcə bağırırdım: 



-Ey, kim var orda? Çıxarın məni burdan, imdad!  

Bir az sonra kiminsə yaxınlaşdığını duydum.  

-Tez ol, aç məni, çıxart burdan.  

Hiss etdim ki, kimsə kəfənimi dartır, sifətimi açır.  

Saf hava sərin külək kimi üzümə çırpıldı. Qaranlıqda gözüm heç nəyi seçmirdi, 

amma burnuma ucuz araq iyi, bir də şirintəhər bir qoxu çaldı.  




 

38 


-Tez ol, aç əlimi - qolumu.  

Boğuq bir səs eşitdim: 

-Səbrin  olsun,  açıram  da...  qədeş,  amma  öz  aramızdı,  sən  heç  sarışqa  deyilsən 

ki...  


Kəfən açıldıqca əzalarımda gərnəşmək ehtiyacı hiss edirdim. Bir yandan da mat 

qalmışdım ki, məni beləcə xilas edən adam - kim olur olsun- dirilməyimə, loru dillə 

desək «xortdamağıma» zərrə qədər təəccüb qalmayıb.  

-Çıxar məni burdan. 

-Ver əlivü görüm. 

Əlimdən tutub dartdı. Əli qaba, qabarlı, cod, həm də çox güclüydü.  

Bu an, bu yerdə qəribədən qəribə səslənən sözlər dedi: 

-Xoş gördük.  

-Sən kimsən?  

-Kilimçi. Nə işüvə...  

Bir kənara atılmış beli gördüm. 

-Qəbirqazansan?  

-Elə deyillər. 

-Bəs mənim dirilməyimə heç təəccüb eləmədin?  

-Nöş təəccüb edim? Eşitməmisən: flankəs kəfənin yırtıb çıxdı, sən də olardansan 

da...  


Danışdıqca  araq  iyini  və  şirintəhər  qoxunu  (tütün,  tənbəki?)  daha  yaxından 

duyurdum, ürəyim bulanırdı.  

-  Məni  haçan  dəfn  ediblər?  -  deyə  soruşdum  və  sorumun  nə  qədər  absurd 

səsləndiyinin fərqinə vardım.  

-Gavar şənbə günüydü, - sonra nəyisə yada salıb. - Həri, düzdü, - dedi, - üç gün 

bundan qabaq.  

-Heç diri-diri basdırarlar adamı?  

-Olan işdi, olanda olur da...  

-Məndən savayı da qəbirdə dirilən görmüsən?  

-Oxartana...  




 

39 


Tam  açılmamış  kəfənin  içində  lüt-ətcəbalaydım.  Utandığımdan  kəfənlə 

qabağımı tutmuşdum.  

- Soyun, - dedim. 

Qəbirqazan  buna  da  təəccüb  qalmadı.  Dinməz-söyləməz  şalvarını,  köynəyini 

çıxardı.  Bunu  o  qədər  adi,  sıradan  bir  iş  kimi  görürdü,  sanki  hər  gün  üst-başını 

çıxarıb qəbirdən dirilib çıxan «ölülərə» verirdi. Get-gedə gözlərim qaranlığa alışırdı. 

Bez  köynəyi  qurumuş,  tərdən  qaysaqlanmışdı.  Tozlu-palçıqlı  çəkməsinin  altı 

aralanmışdı,  ordan  görünən  xırda  mismarcıqlar  timsah  cəhəngini  andırırdı.  Balağı 

bükülüb  corabının  içinə  salınmış  yamaq-yırtıqlı,  rəngi  bilinməyən  şalvarı  sidik  iyi 

verirdi.  Bütün  bu  iylərə  açıq  məzardan  gələn  rütubət  qoxusu  da  qarışırdı.  Ürəyim 

qalxır,  öyüyürdüm,  qusmaq  istəyirdim.  Bir  təhər  özümü  ələ  aldım.  Olanlar  hələ  də 

mənə  yuxu  kimi  gəlirdi.  Amma  qarşımda  bir  alt  tumanında  qalmış  adam  canlıydı, 

yuxu deyildi, it iyi verirdi. Hər halda, nə olur olsun, bu adam mənim xilaskarım idi.  

-Burdasan? -deyə xəbər aldım, - iki-üç saata sənə qət təzə paltar alıb gətirərəm.  

İlk dəfə təşvişlə: 

-Yox,  yox,  -  dedi,  -  bu  saat  burdan  sivişib  gedirəm.  Çapıq  gələr,  sənin  çıxıb 

getdiyini biləndə dərimə saman təpər, - birdən gözlənilməz sual verdi: 

-Akademiksən?  

-Yox  

-Professor?  



-Yox, bunu hardan çıxardın?  

-Nə bilim, sir-sifətindən alimə-zada oxşayırsan.  

-Maraqlı adamsan, - dedim. - Sənə borcluyam. Elə böyük borcum var ki... Bəs 

səni hardan tapım?  

-Axtaran tapar, - dedi, - sonra dibində bir az araq qalmış stəkanı mənə uzatdı: 

-Bəlkəm, gillədəsən...  

-Yox, üç gündü dilimə bir tikə dəyməyib. Ürəyim qalxar.  

-Özün bilən yaxşudu. Dedim, bəlkə, o dünyadan gəlməyinin sağlığına vurasan.  

Arağı stəkanın dibinəcən içdi.  



 

40 


-Andıra qalsın bunu icad edəni, - dedi. Bir azdan xorultu səsi gəldi. Qəbirqazan 

başını sinəsinə sallayıb yuxuya getmişdi. Heyf, ondan soruşmalı o qədər sualım vardı 

ki... Birdən xorultu kəsildi, qəbirqazan gözü yumulu soruşdu: 

-Gedirsən?  

-Hə, - dedim - sənə çox minnətdaram, məni o dünyadan qaytardın.  

Gözlərini açmadan «Hamlet»dəki məzarçılar sayağı fəlsəfi bir kəlam söylədi: 

-O dünya, bu dünya... elə bilirsən, böyük təvafütü var? Orda ölülər diri kimidi, 

burda dirilər ölü kimi.  

-Salamat  qal,  -  dedim,  -  Bəlkəm,  bir  də  görüşdük,  -  sonra  mən  də  onunsayağı 

əlavə etdim: - ya bu dünyada, ya o dünyada...  

-İnşallah, - dedi.  

Mənə  elə  gəlirdi  ki,  yüksəklikdən  kəllə-mayallaq  aşanda,  zərblə  torpağa 

yapışanda  burnum  yanaqlarımın  arasından  harasa  içəri  çökmüşdü,  üzüm  fətirə 

dönmüşdü. Əlimi sifətimə çəkdim - burnım, ağzım, hamısı cabəca yerindəydi, fətir-

flan da olmamşdı.  

Qəbirlərin  arasından  dolanbac  çığırlarla  hadırlaya-hadırlaya  küçəyə  çıxdım. 

Ömrüm  boyu  Bakıda  yaşamışdımsa  da,  bu  həndəvərə  yolum  düşməmişdi.  Amma 

nədən  bu  əyri-üyrü  dalanlar  yaman  tanış  gəlirdi  mənə?  Elə  bil  haçansa  nəinki  bu 

küçələrdən keçmişəm, hətta uzun zaman buralarda yaşamışam da.  

 

ALTINCI FƏSİL 



ŞERŞE LA FAMM

2

 

“Əgər  bir  insan  ömründə  qadın  görməyibsə  və  qadınla 

cinsi  əlaqənin  nə  olduğunu  bilmirsə,  şəhvani  yuxu  görən 

zaman  ehtiras  odu  duyacaq,  amma  dərk  etməyəcək  ki,  bu, 

cinsi  əlaqə  istəyidir  və  bu  alovu  söndürməyə  qadir  qadın 

haqqında da təsəvvürü olmayacaq”. 

Əl Qəzali, İran filosofu, sufizmin nəzəriyyəçisi. «İnam 

elminin dirçəlişi» kitabından  

                                                 

2

 

Şerşe la famm (fr.) hərfi tərcüməsi: qadını axtarın, məcazı mənası: bu işdə qadın barmağı var.



 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə