GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə10/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   6   7   8   9   10   11   12   13   ...   112
Avtoservis - 2010 a

Təminatlı təmir
− istehsalçı-müəssisənin təminat öhdə-
liklərinin yerinə yetirməsi ilə bağlı olan və 
təminatlı xidmət 
dövründə
konsruksiya və istehsalat xarakterli gizli qüsurların 
nəticəsində ortaya çıxan (yaranan) qüsurların və nasazlıqların 
aradan qaldırılmasına və məmulatın istehsalçı-müəssisənin 
müəyyən etdiyi istismar xarakteristikaları çərçivəsində tam işləmə 
qabiliyyətinin bərpasına yönəldilmiş işlər (əməliyyatlar) 
kompleksidir. 
Avtomobil
sahibi istismar etdiyi avtomobilin texniki 
vəziyyətinə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan 
qaydada

tam

məsuliyyət

daşıyır.
 
Təminatlı xidmət sistemi aşağıdakıları nəzərdə tutur: 

satılan avtomobillərin və əsas aqreqatların təminatlı 
xidmətinin istehsalçı-zavodların müvafiq xidmətləri tərəfindən 
aparılması; 

istehsalçı-zavodlar özünün təminatlı xidmət müəssisələri 
şəbəkəsini təşkil edir və bu müəssisələri həmin zavodlar xüsusi 
alətlər və texniki sənədlərlə təchiz edir; 

təmianatlı texniki xidmət işlərinin digər avtoservis müəs-
sisələrində müqavilə əsasında yerinə yetirilməsi; 

təminatlı xidmət üzrə işlərin istehsalçı-zavodların tələb-
lərinə, tövsiyələrinə və texniki şərtlərinə uyğun aparılması; 

təminatlı xidmət dövründə avtomobillərin normal 
istismarı üçün lazımi və kifayət şəraitin yaradılmasına yönəlmiş 
tədbirlər kompleksinin avtomobillərin təminatlı xidmətinə daxil 
edilməsi. 
Təminatlı xidmət dövründə aşağıdakı iş növləri yerinə 
yetirilir: 

avtomobillərə TQ; 


18 

avtomobillərin və əsas aqreqatların təminatlı təmiri; 

avtomobil sahiblərinə texniki və hüquqi məsləhətlərin 
verilməsi. 
Təminatlı xidmət dövründə TQ aşağıdakı hallardan biri ilə 
aparıla bilər: 

ixtisaslaşdırılmış avtomərkəzlərdə, təminatlı xidmət 
stansiyalarında və ümumi təyinatlı TXS-də planlı-xəbərdaredici 
qaydada; 

müqavilə əsasında. 
TQ işlərinə yığışdırma-yuma, nəzarət-diaqnostika, bərkitmə-
nizamlama və doldurma-yağlama işləri aiddir. 
TQ işlərinin növləri, periodikliyi, həcmi və yerinə 
yetirilməsinin texniki şərtlərini istehsalçı-zavod avtomobilin 
konstruksiya və texniki xüsusiyyətlərini nəzərə almaqla müəyyən 
edir. 
Təminatlı xidmət dövründə avtomobillərə servis kitabçaları 
əsasında TQ göstərilməsi çox geniş yayılmışdır. Servis 
kitabçasında xüsusi talonlar (kuponlar) olur və bunlarda növbəti 
TQ-lər arasında yürüşü, hər bir TQ üçün yerinə yetirilməli olan 
işlərin siyahısı haqda məlumatlar verilir. TQ işləri üçün ödəniləcək 
haqq bu halda yerinə yetirilən əməliyyatların siyahısına və əmək 
tutumuna müvafiq olaraq qüvvədə olan preyskurant (qiymətlər 
cədvəli) əsasında müəyyən edilir. İri avtomobil firmaları təminatlı 
xidmət dövründə texniki quluq işlərinin ödənişsiz yerinə 
yetirilməsini təmin edir (bu zaman bəzi ödənişlər, məsələn, yağ 
süzgəcinin və yağların bazar qiymətlərinə görə dəyərinin 
ödənilməsi və s. mümkündür). 
Avtomobil 
sahibi 
istehsalçı-zavodun 
tövsiyələrində, 
sənədlərində (məsələn, avtomobilin istismarı və xidməti üzrə 
rəhbərlik kitabçası, təlimatlar, texniki qulluğun proqramı, TQ işləri 
üzrə rəhbərlik və s.) göstərilmiş texniki istismar qaydalarına və TQ-
nin tövsiyə olunan periodikliyinə dəqiq, düzgün əməl etdikdə 
təminatlı xidmət dövründə ortaya çıxan imtinalar və nasazlıqlar 
zavod (avtomobil firması) hesabına aradan götürülür. 
Təminatlı təmir aşağıdakı hallarda aparılır: 

imtinalar və ya nasazlıqlar istehsalçı-zavodun günahı 
üzündən baş verdikdə; 


19 

TXS-də təminatlı dövrdə TQ və təmir işlərinin 
keyfiyyətsiz yerinə yetirildiyi və avtomobilin texniki şərtlərə cavab 
vermədiyi halda yenidən istismara buraxılması. 
Təminatlı xidmət müəssisələrində avtomobil sahibləri üçün 
pulsuz (ödənişsiz) məsləhətlər təşkil olunur və avtomobillərin 
istismarı, qulluğu və saxlanması qaydaları izah edilir, ayrı-ayrı 
nizamlama işlərini müstəqil yerinə yetirmək üçün lazımi vərdişlər 
öyrədilir. İstehsalçı-zavodlar təminatlı istismar dövründə 
avtomobillərin təminatlı xidmət məsələlərinə böyük əhəmiyyət 
verirlər. Avtomobillərin imtinasız işləməsi və reklamasiyaların sayı 
TQ və CT-nin öz vaxtında və keyfiyyətlə aparılmasından çox 
asılıdır. Bu isə öz növbəsində zavodun buraxdığı avtomobilin 
keyfiyyətini müəyyən edir və onun təkmilləşdirilməsi üçün 
obyektiv məlumat verir. Bu dövrdə TQ-nin periodikliyinin 
pozulması avtomobil sahibini təminatlı xidmət üzrə iddialar 
bildirmək hüququndan məhrum edir.
Buna görə də iri avtomobil firmaları öz alıcılarına təminatlı 
xidməti həmin firmaların dilerləri tərəfindən və firmanın 
ixtisaslaşdırılmış TXS-də və yaxud onun bəyəndiyi və tövsiyə 
etdiyi TXS-də yerinə yetirilməsini təkidlə məsləhət və israr edirlər. 
Hətta bu təminatın əsas şərti kimi də qiymətləndirilir. Hər bir TQ 
növü yerinə yetirildikdən sonra servis kitabçasında müvafiq 
qaydada ştamp vurulur. "Yaxşı ştamp-lanmış" servis kitabçası 
sahibinin öz avtomobilinə olan diqqətini, qayğısını göstərir və 
avtomobilin bazar qiymətini yüksək saxlamağa imkan verir. 
Təminatlı istismar dövründə sahiblərin avtomobillərin 
texniki vəziyyətinə aid bütün iddialarına TX məntəqələrində və ya 
müvafiq istehsalçı-zavodun TXS-də, həmçinin avtomobil zavodları 
ilə müqavilə əsasında işləyən avtoservis müəssisələrində baxılır. 
Əsaslı, haqlı iddialar istehsalçı-zavodun hesabına aradan götürülür. 
Avtomobil sahibləri yuxarıda qeyd olunanlardan başqa, birbaşa 
həmin avtomobil modelinin istehsalçı-zavoduna da müraciət edə 
bilərlər. Məntəqə və ya stansiyanın rəhbərliyi isə öz səlahiyyətli 
mütəxəssislərini iddiaları yerindəcə araşdırmaq və lazımi tədbirlər 
görmək üçün ezam etmək hüququna malikdir. 


20 
Avtomobil zavodunun təminatı üzrə avtomobillərin aradan 
qaldırılmalı qüsurları iki qrupa bölünür: reklamasiya olunan və 
reklamasiya olunmayan. 
Birinci qrupa elə imtina və nasazalıqlar (nizamlamaların 
pozulması, hissələrin vaxtından qabaq yeyilməsi, sınması və s.) aid 
edilir ki, onların aradan qaldırılması üçün tərtibatlar və xüsusi 
alətlər tətbiq etməklə aqreqatın sökülməsi və ya əvəz edilməsi tələb 
olunsun. 
İkinci qrupa elə nasazlıqlar aid edilir ki, bunları xırda 
hissələrin (məsələn, lampa və s.) dəyişdirilməsi, həmçinin TQ-nin 
müəyyən olunmuş reqlamentdən kənar ayrı-ayrı işlərinin yerinə 
yetirilməsi yolu ilə aradan qaldırmaq mümkündür. 
Reklamasiya qüsurları üzrə avtomobil sahibinin iddiaları o 
vaxt reklamasiya hesab olunur ki, onun aradan qaldırılması xərcləri 
yeni avtomobilin satış qiymətindən müəyyən faizlə hesablanmış 
qiymətdən çox olsun (məsələn, yeni avtomobilin qiymətinin 0,3%-
dən çox). Bu zaman xərclər, qüvvədə olan qiymətlər əsas 
götürülməklə, yerinə yetirilən təmir işlərinin qiyməti və 
dəyişdirilən hissələrin satış qiymətlərinin cəmi kimi hesablanır. 
Müəyyən olunmuş formalar üzrə reklamasiyalar üçün 
"Reklamasiya aktı", reklamasiya olunmayan qüsurlar üçün isə 
"Təminatlı xidmət aktı" tərtib olunur. Aktın tərtib olunduğu andan 
lazımi istehsalat işləri başa çatdırılanadək müddətdə avtomobilin 
istismarına icazə verilməməlidir. 
Təminatlı xidmət məntəqəsində avtomobilin qəbulu zamanı 
onun sahibi texniki pasport və servis kitabçasını təqdim etməlidir, 
ona isə avtomobilin təmirə qəbulu haqqında sənəd verilir və 
avtomobilin təmirdən çıxarılaraq təhvil veriləcəyi gün və saat 
bildirilir. 
Zavodun müəyyən etdiyi təminatlı xidmət müddəti 
avtomobilin təminatlı təmirdə olduğu müddət qədər uzadılır. 
Təminat üzrə mühərrik, ötürmələr qutusu, arxa körpü və ya qabaq 
asqı dəyişdirildikdə dəyişdirilmiş aqreqatların təminat müddəti 
artırılır. Artırılan müddət istehsalçı-zavodun tövsiyəsinə əsasən 
aylarla və ya bir neçə min km yürüşlə müəyyən oluna bilər. 
Qüsurlar aradan qaldırıldıqdan sonra avtomobilin sahibi onu 
qəbul edərək qəbul aktına imza edir, servis kitabçasında isə işin 


21 
yerinə yetirilmə tarixi və aktın nömrəsi qeyd olunur. İddialar 
təkrarlandıqda, onlar kifayət qədər əsaslandırılmış olarsa, günahkar 
tərəfin hesabına növbədənkənar aradan qaldırılır. Bu zaman 
müvafiq inzibati tədbirlər (sanksiyalar) də tətbiq edilə bilər. 
Avtomobil sahibi təminatlı xidmət müddəti bitənədək, ancaq 
aşağıdakı hallarda təminatlı xidmətə hüququnu itirir: 

avtomobilin istismarı üzrə zavod təminatının göstərici-
lərinə əməl etmədikdə, məsələn, uyğun olmayan istismar 
materiallarından istifadə etdikdə, mühərrikin buraxılabilən dövrlər 
sayı həddini keçdikdə, pis yollarda yüksək sürətlə hərəkət etmə 
faktı olduqda və təsdiq edildikdə, servis kitabçasına və ya onu əvəz 
edən başqa sənədə müvafiq növbəti TQ keçirilmədikdə və s.; 

yol-nəqliyyat 
hadisəsi 
nəticəsində 
avtomobilin 
zədələndikdə avtomobilin aqreqatlarından birinin − kuzovun, 
mühərrikin, arxa körpünün, ötürmələr qutusunun, asqının 
dəyişdirilməsi; avtomobilin bir və ya bir neçə aqreqatının baza 
detallarının dəyişdirilməsi və ya bərpası ilə aparılan təmiri; 
kuzovun sökülməyən elementlərinin dəyişdirilməsi və ya xüsusi 
tərtibatlar və qurğularla dartılıb düzəldilməsi tələb olunarsa; 

asqının zədələnməsi və ya onun bərkidilmə elementlərinin 
deformasiyası zamanı avtomobil sahibi asqıya və kuzova təminatlı 
xidmət hüququnu itirir. Yuxarıda sadalanan hallardan başqa qalan 
bütün qəza hallarında avtomobil sahibi ancaq zədələnmiş qovşaq 
üçün təminatlı xidmət hüququnu itirir. Yol-nəqliyyat hadisəsinə 
səbəb istehsal və ya konstruksiya qüsurlarıdırsa, bu zaman təminatlı 
xidmət öhdəliklərinin yerinə yetirilməsi tamamilə öz qüvvəsində 
qalır; 

avtomobilin konstruksiyasında sahibi dəyişiklik etdikdə
standart aqreqat, qovşaq və detalları normativ-texniki sənədlərdə 
nəzərdə tutulmayan başqaları ilə əvəz etdikdə, avtomobili təminatlı 
təmir məntəqəsinə və ya zavodun həmin yerdə nümayəndəsinə 
təqdim etmədən, bildirmədən başqa yerlərdə aqreqatları və 
qovşaqları təmir etdikdə, həmçinin avtomobil müxtəlif yarışlarda 
iştirak etdikdə və ya tədris məqsədi ilə istifadə edildikdə. 
Avtomobil sahibi istehsalçı-zavodun nümayəndəsinin qərarı 
ilə razılaşmadıqda qüvvədə olan qanunvericiliyə əsasən müvafiq 
təşkilatlara müraciət edə bilər. 


22 
Təminatlı xidmətin avtomobil sahiblərinin iddialarının uçotu 
və baxılması məsələləri üzrə bölməsi üçün rəhbər texniki sənəd 
istehsalçı-zavodun müvafiq təlimatlarıdır. Zavod yuxarıda qeyd 
olunan hallardan başqa özünün məsləhət bildiyi digər halları da 
nəzərdə tuta bilər və avtomobil sahibinə bu məlumatı çatdırmalıdır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə