35
olduqda sancaqlanmalıdır. Mühərrikin yağlama sisteminin,
süzgəclərin və gövdə qapaqlarının, yağ borularının və ştuserlərin
birləşmələrində yağ sızması olmamalıdır. «Tərləmə»
−
yağ
ləkələrinin əmələ gəlməsi normal işləməni pozmursa, nasazlıq
əlaməti sayılmır;
soyutma sisteminin, su nasosunun və silindrlər blokunun,
su borularının və şlanqlarının birləşmə yerlərindən soyuducu maye
sızmamalıdır. Soyuducu mayenin səviyyəsi və antifrizin sıxlığı
normaya uyğun olmalıdır;
qida sistemində, tormoz sisteminin hidravlik intiqalında,
ilişmə muftasının hidravlik intiqalında
birləşmə yerlərindən işçi
maye sızmamalıdır. Mayenin səviyyəsi normaya uyğun olmalıdır.
Mühərrikin karterinin, ötürmələr qutusunun, arxa körpü, sükan
mexanizmi karterlərinin müxtəlif hissələrinin görüşmə səthləri üzrə
yağ sızması olmamalı, yağın səviyyəsi normaya uyğun olmalıdır;
avtomobilin elektrik avadanlığı aqreqatları və cihazları,
xarici elektrik xətləri təmiz, yoxlanılmış və nizamlanmış olmalıdır.
Elektrik xətləri konstruksiyada nəzərdə tutulmuş yerlərdə etibarlı
bərkidilməli, birləşmələrdə kontaktlar və izolyasiyanın sazlığı
yaxşı yoxlanılmalıdır. Akkumulyator batareyaları və tıxacların
ventilyasiya deşikləri çirkdən təmizlənməli,
akkumulyator
batareyalarında elektrolitin sıxlığı və səviyyəsi
normaya uyğun
olmalıdır. Akkumulyator batareyasının qütb sıxacları və naqillərin
ucluqları təmizlənmiş və kontaktların etibarlılığını təmin etmək
üçün texniki vazelinlə yağlanmış olmalıdır;
ventilyator qayışının əyintisi (tarımlığı) normaya uyğun
olmalıdır, radiatorun jalüzləri asan açılmalı və bağlanmalı, istənilən
vəziyyətdə fiksə olunmalıdır (mövcud olduqda), qida sistemi
elementlərinin intiqalı ilişmədən işləməlidir;
ilişmə muftasının və tormozun pedallarının
boş gedişi
normaya uyğun olmalı, sükan çarxının düzxətli hərəkətə uyğun
vəziyyətində cəm lüftü normaya uyğun olmalı, tormozlar saz
olmalı, onların vəziyyəti səmərəli tormozlamanı təmin etməlidir;
mühərrikdə yağlama işləri aparılmalı, süzgəc elementləri
dəyişdirilməli və ya yuyularaq təmizlənməlidir. Mühərrikdə,
ötürmələr qutusunda,
arxa körpüdə, sükan mexanizmində,
paylayıcı qutuda yağın səviyyəsi normada olmalı, avtomobildə
36
yağlama işləri istehsalçı-zavodun verdiyi yağlama xəritəsinə
müvafiq aparılmalıdır;
mühərrik asan isə düşməli və bütün rejimlərdə dayanıqlı
işləməlidir, qida sistemi elementləri yuyulmuş, yoxlanmış və
nizamlanmış olmalıdır, zəhərli qazların (hər bir mühərrik tipi üçün
- benzin, dizel və qaz yanacaqlı
mühərriklər üçün mövcud
standartlarla müəyyən olunmuş zəhərli qazlar) işlənmiş qazlarda
miqdarı normaya uyğun olmalı, norma həddini keçməməlidir;
qida sistemində çökdürücülər təmizlənmiş, yuyulmuş
olmalı, yanacaq nasosu lazımi təzyiqi təmin etməli,
havatəmizləyici yuyulmuş və təzə yağla doldurulmuş olmalı,
süzgəc elementi dəyişdirilməlidir;
alışdırma sistemi elementləri təmiz və nizamlanmış
olmalı, şamların elektrodları arasında araboşluğu və klapanların
intiqalı mexanizmində «istilik» araboşluqları normaya uyğun
olmalıdır;
mühərrikin ventilyasiya sistemi təmizlənməli, işlənmiş
qazların sızmaması və əlavə səs-küy yaratmaması üçün süzgəc
elementi dəyişdirilməlidir. Səsboğanın hissələri bərkidilməlidir;
amortizatorların işləmə qabiliyyəti normada olmalıdır.
Amortizator mayesinin sızması olmamalıdır. Qabaq və arxa təkər
toplarında yağ dəyişdirilir və ya əlavə edilir. Qabaq asqının
oymaqları, linglərin oxları, yayların oturacaqları və asqının digər
detalları etibarlı bərkidilməlidir. Qabaq təkərlərin qurulma
bucaqları normaya yuğun olmalıdır;
arxa körpünün sürüşməsi (çəpləşməsi)
və arxa təkərlərin
qurulma bucaqları normaya uyğun olmalıdır. Qabaq və arxa
asqıların oynaqlı dayaqlarının, oynaqlarının, rezin-metal və rezin
oymaqlarının, döşəkçələrinin, qoruyucu qapaqların, örtüklərin
(çexolların) vəziyyəti normaya uyğun olmalı,
onlarda deforma-
siyalar olmamalıdır;
işıq və səs siqnallarının işi, faraların qurulması və işıq
gücü normaya yuğun olmalıdır.
TQ-dən çıxmış minik avtomobillərinin aqreqatları, yuxarıda
qeyd olunanlardan əlavə aşağıdakı texniki tələblərə də cavab
verməlidir.