GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


 Elektrik avadanlığının təmiri sahəsi



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə36/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   32   33   34   35   36   37   38   39   ...   112
Avtoservis - 2010 a

2.2.5.8. Elektrik avadanlığının təmiri sahəsi 
 
TQ və CT zamanı bilavasitə avtomobildə nasazlığı aradan 
qaldırıla bilməyən elektrik avadanlığı cihazları bu sahədə (şəkil 
2.26) təmir olunur. Yerinə yetirilən işlərin həcmindən və 
xarakterindən asılı olaraq elektrik avadanlığının təmiri cari və 
əsaslı təmirə bölünür. 
Elektrik avadanlığının CT zamanı aşağıdakı işlər yerinə 
yetirilir: cihaz və ya aqreqatların, ayrı-ayrı qovşaqların sökülməsi
qovşaq və detalların nəzarəti və qüsurlaşdırılması, yararsız xırda 
detalların (oymaqlar, yastıqlar, fırçalar, kontaktlar) dəyişdirilməsi, 
kollektorun təmizlənməsi və yonulması (halqaların), kollektorun 
lövhələri arasında izolyasiyanın frezlənməsi, birləşdirici naqillərin 
izolyasiyasının zədələnmiş hissələrinin bərpası, naqillərin 
ucluqlarının lehimlənməsi, cihaz və ya aqreqatın yığılması. 
Əsaslı təmirdə elektrik avadanlığı aqreqatları və cihazlarının 
tam sökülməsi, əsas qovşaq və detalların dəyişdirilməsi ilə bağlı 
işlər həyata keçirilir. 


76 
Şəkil 2.26. Elektrik avadanlığının təmiri sahəsi 
CT-nin aparılması məqsədəuyğundur. Əsaslı təmirin təşkili 
üçün kifayət sayda və nomenklaturada ehtiyat hissəsi, müvafiq 
istehsalat sahələri və avadanlıq olmalıdır. Baza detallarının (lövbər, 
generator və starter, dolaqlar və b.) bərpası ilə bağlı əsaslı təmir, 
həmçinin ayrv-ayrı əsas qovşaqların təmiri ixtisaslaşdırılmış 
emalatxanada təşkil olununr.
Avtoservis müəssisəsində avtomobilin təmirdə dayanma 
vaxtını azaltmaq üçün təzə və təmir olunmuş cihaz və aqreqatların 
dövriyyə fondu təşkil оlunа bilər. Fondun ehtiyatlarının sayı və 
nomenklaturası istehsalat proqramı ilə müəyyən olunur. 
Dərindən yoxlamaq, nizamlanma və təmir üçün gətirilmiş 
elektrik avadanlığı cihazı əvvəlcə çirkdən təmizlənir, sonra nəzarət 
postuna göndərilir. Burada nəzarət-sınaq stendlərində və cihazlarda 
yoxlanılır. Yoxlamadan sonra təmirə ehtiyacı olan aqreqat və 
cihazlar sökmə postuna verilir və nasazlığın xarakterindən asılı 
olaraq qismən və ya tam sökülür. 
Dolaqları olmayan sökülmüş qovşaqlar və detallar yuma 
postuna göndərilir, fırça ilə kerosində təmiz yuyulur, sonra sıxılmış 
hava ilə qurudulur (mis-qrafit içliklər kerosində yuyulmamalıdır). 
ТГ вя ЖТ зонасы 


77 
Şəkil 2.27. Elektrotexniki şöbədə texnoloji prosesin təşkil sxemi 
Dolaqları olan qovşaqları benzində isladılmış əski ilə silir, 
sonra quru əski və ya sıxılmış hava ilə qurudurlar. 
Təmiz, quru qovşaq və detallar təmir və yığma postuna 
göndərilir. Təmir prosesində yararsız qovşaq və detallar yeniləri ilə 
əvəz edilir, yeyilmiş hissələr isə bərpa olunur. 
Təmir edilmiş elektrik avadanlığı cihazları və aqreqatları 
nəzarət postuna göndərilir və burada, texniki şərtlərə yuğun nəzarət 
sınaqları aparılır. 
Elektrotexniki şöbədə iş yerlərini və texnoloji avadanlığı 
yerləşdirdikdə texnoloji ardıcıllığa riayət olunmalıdır. Əmək 
məhsuldarlığını və işlərin keyfiyyətini yüksəltmək üçün əsas iş 
Хариждян 
тямизлямя 
Низамлама
Nəzarət sınaq 
stendlərində yoxlama 
Дювриййя 
фонду 
Sökmə 
Йума, тямизлямя 
Qüsurlaşdırma 
Тямир, йыьма 
Yararsız detallar 
Тязя вя тямир 
олунмуш деталлар 
Анбардан 


78 
növləri üzrə texnoloji və post xəritələri (təlimatlar) olmalıdır. İşlər 
müəyyən texnoloji ardıcıllıqla yerinə yetirilir (şəkil 2.27). 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə