K
ONVENSIYANIN
6-
CI MADDƏSI ÜZRƏ TƏLIMAT
–
MÜLKI HÜQUQI ASPEKT
(c) Sübutların qəbuledilənliyi və qiymətləndirilməsi
19
: 6-cı Maddənin 1-ci bəndində
nəzərdə tutulan təminatlar yalnız prossesual səviyyədə sübutların idarə olunmasını
əhatə edir. Sübutların qəbuledilənliyi və ya qiymətləndirilməsi üsulu əsasən milli
məhkəmələr üçün əhəmiyyət daşıyır ki, onların vəzifəsi təqdim edilən sübutları
dəyərləndirməkdir (
García Ruiz İspaniyaya qarşı
[BP], § 28;
Farange S.A. Fransaya
qarşı
(qərardad)).
209. Bu səbəbdən, 6 § 1-ci Maddə Məhkəməyə əksər hallarda tərəflərdən birinin qalib
gəldiyi, digərinin uduzduğu mülki mübahisənin nəticələrinin maddi nöqteyi nəzərədn
ədalətliliyini şübhə altına qoymağa icazə vermir.
210. Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinə əsasən təqdim edilən “dördüncü
instansiyaya” şikayət Məhkəmə tərəfindən ərizəçi çəkişmə xarakterli prosesdən
faydalandığına görə; prosesin müxtəlif mərhələlərində işi üçün əhəmiyyətli hesab etdiyi
arqumentləri və dəlilləri təqdim etdiyinə görə; qarşı tərəfin irəli sürdüyü arqumentlərə və
dəlillərə effektiv şəkildə etiraz etmək imkanına malik olduğuna görə; obyektiv şəkildə
baxıldıqda məhkəmə işinin həll edilməsi baxımından əhəmiyyətli olan bütün arqumentləri
yerli məhkəmə tərəfindən müvafiq şəkildə dinlənildiyinə və araşdırıldığına görə;
mübahisələndirilən qərarın faktiki və hüquqi əsasları ətraflı şəkildə açıqlandığına görə və bu
səbəbdən də, ümumi götürüldükdə bütün proses ədalətli olduğuna görə rədd edəcək (
García
Ruiz İspaniyaya qarşı
[BP], § 29). “Dördüncü instansiyaya” şikayətlərin əksəriyyəti təkbaşına
hakim və ya üç hakimdən ibarət Komitə tərəfindən de plano (hər hansı çətinlik olmadan)
qəbuledilməz elan edilir (Konvensiyanın 27 və 28-ci Maddələri). Bunun əksinə olaraq, bax:
Donadzé Gürcüstana qarşı,
§ 35.
(iii) Daxili məhkəmə təcrübəsinin uyğunluğu
211. 6-cı Maddənin 1-ci bəndi məhkəmə təcrübəsinin uyğunluğuna malik olmaq
hüququnu müəyyən etmir. Məhkəmə təcrübəsinin inkişafı özlüyündə ədalət mühakiməsinin
lazımi qaydada həyata keçirilməsinə zidd deyil, belə ki, dinamik və təkmilləşdirici
yanaşmanın olmaması istənilən islahatların və irəliləyişlərin qarşısını alır (
Nejdet Şahin və
Perihan Şahin Türkiyəyə qarşı
[BP], § 58).
212. Prinsipcə hətta ilk baxışda bənzər və ya əlaqəli görülən məhkəmə işlərində belə,
milli məhkəmələrin müxtəlif qərarlarını müqayisə etmək Məhkəmənin rolu deyil, belə ki, o,
milli məhkəmələrin müstəqilliyinə hörmət etməlidir. Məhkəmə təcrübəsində fikir
ayrılıqlarının olması ehtimalı, ərazi yurisdiksiyası üzrə səlahiyyətə malik olan birinci və
apellyasiya instansiyası məhkəmələrindən ibarət istənilən məhkəmə sisteminin ayrılmaz
nəticəsidir. Bu cür fərqliliklər eyni məhkəmə daxilində də yarana bilər. Bu, özüyündə
Konvensiyaya zidd hesab oluna bilməz (
Santos Pinto Portuqaliyaya qarşı
, § 41). Bundan
əlavə, mübahisənin predmeti olan faktiki hallar obyektiv şəkildə müxtəlif olduğu halda, heç
bir "fərqlilik" mövcud ola bilməz (
Uçar Türkiyəyə qarşı
(qərardad)).
213. Buna baxmayaraq, həmçinin məhkəmə təcrübəsindəki fərqliliklərin 6-cı Maddənin
1-ci bəndinin pozulmasına gətirib çıxardığı məhkəmə işləri də var. Belə hallarda
Məhkəmənin yanaşması sözügedən fərqliliklərin eyni məhkəmə qolu daxilində, yaxud bir-
birindən tamamilə müstəqil iki fərqli məhkəmə qolları arasında olmasından asılı olaraq
dəyişir.
214. Birinci halda, ziddiyyətli qərarlar yeganə ölkədaxili Ali Məhkəmə tərəfindən və ya
son instansiyada məhkəmə sisteminin eyni qolu daxilində müxtəlif məhkəmələr tərəfindən
çıxarılır. Bu cür hallarda, üst-üstə düşməyən qərarların saxlanması xalqın məhkəmə sisteminə
olan etimadının azalmasına səbəb ola biləcək hüquqi qeyri-müəyyənlik vəziyyəti yarada bilər
19
. Həmçinin Sübutların idarə olunması bölməsinə baxın.
42/71
Avropa İnsan Hüquqları Məhkəməsi
K
ONVENSIYANIN
6-
CI MADDƏSI ÜZRƏ TƏLIMAT
–
MÜLKI HÜQUQI ASPEKT
ki, digər tərəfdən bu etimad qanunun aliliyi prinsipinə söykənən bir dövlətin təməl
komponentlərindən biridir. Məhkəmə aşağıdakı üç meyar əsasında hər iş üzrə belə bir qeyri-
müəyyənlik halının olub-olmadığını müəyyən edir:
(a) məhkəmə təcrübəsindəki fərqliliklərin əhəmiyyətli və davamlı olub-olmadığı;
(b) milli qanunvericiliyin bu cür uyğunsuzluqları aradan qaldıra biləcək mexanizmlər
təmin edib-etmədiyi;
(c) bu mexanizmlərin tətbiq edilib-edilmədiyi və təsirinin nə olduğu. Razılığa gələn
Dövlətlər öz məhkəmə sistemlərini elə təşkil etməlidirlər ki, ziddiyyətli məhkəmə
qərarları qəbul edilməsin və istənilən ciddi ziddiyyətlər müvafiq prosessual vasitələrlə
aradan qaldırıla bilsin (
Beian Rumıniyaya qarşı (№ 1)
, §§ 37 və 39;
Nejdet Şahin və
Perihan Şahin Türkiyəyə qarşı
[BP], §§ 56-57 və 80).
Məhkəməni diqqətə aldığı əlavə meyar uyğunsuzluğun bir məhkəmə işinə və ya çox sayda
insanlara təsir ediib-etməməsidir (
Albu və digərləri Rumıniyaya qarşı
, § 38).
215. İkinci halda ziddiyyətli qərarlar məhkəmə sisteminin iki fərqli qolu daxilində son
instansiya məhkəmələri tərəfindən çıxarılır; bu qolların hər biri ümumi məhkəmə
iyerarxiyasına tabe olmayan müstəqil Ali Məhkəməyə malikdir. Burada 6-cı Maddənin 1-ci
bəndi şaquli nəzarət mexanizminin və ya ümumi tənzimləyici bir orqanın (məsələn,
yurisdiksiya barədə mübahisələri həll edən məhkəmə kimi) mövcudluğunu tələb edəcək qədər
irəliyə gedə bilməz. Çoxlu sayda fərqli məhkəmə qollarının, və eyni zamanda və paralel
şəkildə qanunvericiliyi şərh edən bir neçə Ali Məhkəmənin yanaşı olaraq mövcud olduğu
məhkəmə sistemində, məhkəmə təcrübəsinin uyğunluğunun təmin edilməsi vaxt tələb edə
bilər və bununla əlaqədar hüquqi müəyyənlik prinsipini pozmadan, məhkəmə təcrübəsində
ziddiyyətlərin mövcudluğuna icazə verilə bilər. Beləliklə, hər biri öz ərazi yurisdiksiyasına
malik və fərqli işləri araşdıran iki məhkəmə, analoji faktiki hallar üzrə eyni hüquqi məsələ ilə
bağlı 6 § 1 Maddəni pozmadan fərqli, bununla belə məntiqli və əsalandırılmış qərarlar çıxara
bilər (
Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı
[BP], §§ 81-83 & 86).
(d) Ç
ƏKIŞMƏLI MƏHKƏMƏ PROSESLƏRI
216. Çəkişmə prinsipi: Ədalətli məhkəmə araşdırması anlayışı fundamental çəkişməli
məhkəmə hüququnu ehtiva edir.
217. Çəkişməli məhkəmə hüququndan irəli gələn tələblər mülki və cinayət işlərində
prinsip etibarilə eynidir (
Werner Avstriyaya qarşı
, § 66).
218. Vaxta qənaət etmək və məhkəmə proseslərini sürətləndirmək istəyi, çəkişməli
məhkəmə hüququ kimi təməl prinsipin məhəl qoyulmamasına bəraət qazandıra bilməz
(
Nideröst-Huber İsveçrəyə qarşı
, § 30).
219. Məzmun: çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə
tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü
tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh
vermək imkanını nəzərdə tutur (
Ruiz-Mateos İspaniyaya qarşı
, § 63;
McMichael Birləşmiş
Krallığa qarşı
, § 80;
Vermeulen Belçikaya qarşı
, § 33;
Lobo Portuqaliyaya qarşı
, § 31;
Kress
Fransaya qarşı
[BP], § 74). Bu tələb həmçinin Konstitusiya Məhkəməsindəki icraata da
tətbiq edilə bilər (
Milatova Çex Respublikasına qarşı
, §§ 63-66;
Gaspari Sloveniyaya qarşı
, §
53).
- Məhkəmənin qərarına faktiki təsir az əhəmiyyətli idi (
Nideröst-Huber İsveçrəyə qarşı
,
§ 27;
Ziegler İsveçrəyə qarşı
, § 38);
- Çəkişməli məhkəmə hüququ qənaətbəxş şərtlərdə həyata keçirilməlidir: məhkəmə
prosesinin tərəfləri məhkəməyə təqdim edilmiş dəlillərlə tanış olmaq imkanına, eləcə
43/71
Avropa İnsan Hüquqları Məhkəməsi