Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

(c)  Sübutların  qəbuledilənliyi  və  qiymətləndirilməsi



19

:  6-cı  Maddənin  1-ci  bəndində 

nəzərdə  tutulan  təminatlar  yalnız  prossesual  səviyyədə  sübutların  idarə  olunmasını 

əhatə  edir.  Sübutların  qəbuledilənliyi  və  ya  qiymətləndirilməsi  üsulu  əsasən  milli 

məhkəmələr  üçün  əhəmiyyət  daşıyır  ki,  onların  vəzifəsi  təqdim  edilən  sübutları 

dəyərləndirməkdir (



García Ruiz İspaniyaya qarşı

 [BP], § 28; 



Farange S.A. Fransaya 

qarşı

 (qərardad)). 

 

209.  Bu  səbəbdən,  6  §  1-ci  Maddə  Məhkəməyə  əksər  hallarda  tərəflərdən  birinin  qalib 



gəldiyi,  digərinin  uduzduğu  mülki  mübahisənin  nəticələrinin  maddi  nöqteyi  nəzərədn 

ədalətliliyini şübhə altına qoymağa icazə vermir. 

210.    Konvensiyanın  6-cı  Maddəsinin  1-ci  bəndinə  əsasən  təqdim  edilən  “dördüncü 

instansiyaya”  şikayət  Məhkəmə  tərəfindən  ərizəçi  çəkişmə  xarakterli  prosesdən 

faydalandığına  görə;  prosesin  müxtəlif  mərhələlərində  işi  üçün  əhəmiyyətli  hesab  etdiyi 

arqumentləri  və  dəlilləri  təqdim  etdiyinə  görə;  qarşı  tərəfin  irəli  sürdüyü  arqumentlərə  və 

dəlillərə  effektiv  şəkildə  etiraz  etmək  imkanına  malik  olduğuna  görə;  obyektiv  şəkildə 

baxıldıqda  məhkəmə  işinin  həll  edilməsi  baxımından  əhəmiyyətli  olan  bütün  arqumentləri 

yerli  məhkəmə  tərəfindən  müvafiq  şəkildə  dinlənildiyinə  və  araşdırıldığına  görə; 

mübahisələndirilən qərarın faktiki və hüquqi əsasları ətraflı şəkildə açıqlandığına görə və bu 

səbəbdən də, ümumi götürüldükdə bütün proses ədalətli olduğuna görə rədd edəcək (

García 

Ruiz İspaniyaya qarşı

 [BP], § 29). “Dördüncü instansiyaya” şikayətlərin əksəriyyəti təkbaşına 

hakim  və  ya  üç  hakimdən  ibarət  Komitə  tərəfindən  de  plano  (hər  hansı  çətinlik  olmadan) 

qəbuledilməz elan edilir (Konvensiyanın 27 və 28-ci Maddələri). Bunun əksinə olaraq, bax: 



Donadzé Gürcüstana qarşı,

 § 35. 


 

(iii)  Daxili məhkəmə təcrübəsinin uyğunluğu

 

211.  6-cı  Maddənin  1-ci  bəndi  məhkəmə  təcrübəsinin  uyğunluğuna  malik  olmaq 



hüququnu müəyyən etmir. Məhkəmə təcrübəsinin inkişafı özlüyündə ədalət mühakiməsinin 

lazımi  qaydada  həyata  keçirilməsinə  zidd  deyil,  belə  ki,  dinamik  və  təkmilləşdirici 

yanaşmanın  olmaması  istənilən  islahatların  və  irəliləyişlərin  qarşısını  alır  (

Nejdet  Şahin  və 

Perihan Şahin Türkiyəyə qarşı

 [BP], § 58). 

212.  Prinsipcə  hətta  ilk  baxışda  bənzər  və  ya  əlaqəli  görülən  məhkəmə  işlərində  belə, 

milli məhkəmələrin müxtəlif qərarlarını müqayisə etmək Məhkəmənin rolu deyil, belə ki, o, 

milli  məhkəmələrin  müstəqilliyinə  hörmət  etməlidir.  Məhkəmə  təcrübəsində  fikir 

ayrılıqlarının  olması  ehtimalı,  ərazi  yurisdiksiyası  üzrə  səlahiyyətə  malik  olan  birinci  və 

apellyasiya  instansiyası  məhkəmələrindən  ibarət  istənilən  məhkəmə  sisteminin  ayrılmaz 

nəticəsidir.  Bu  cür  fərqliliklər  eyni  məhkəmə  daxilində  də  yarana  bilər.  Bu,  özüyündə 

Konvensiyaya  zidd  hesab  oluna  bilməz  (

Santos  Pinto  Portuqaliyaya  qarşı

,  § 41).  Bundan 

əlavə, mübahisənin predmeti olan faktiki hallar obyektiv şəkildə müxtəlif olduğu halda, heç 

bir "fərqlilik" mövcud ola bilməz (



Uçar Türkiyəyə qarşı

 (qərardad)). 

213.  Buna  baxmayaraq,  həmçinin  məhkəmə  təcrübəsindəki  fərqliliklərin  6-cı  Maddənin 

1-ci  bəndinin  pozulmasına  gətirib  çıxardığı  məhkəmə  işləri  də  var.  Belə  hallarda 

Məhkəmənin  yanaşması  sözügedən  fərqliliklərin  eyni  məhkəmə  qolu  daxilində,  yaxud  bir-

birindən  tamamilə  müstəqil  iki  fərqli  məhkəmə  qolları  arasında  olmasından  asılı  olaraq 

dəyişir. 

214.  Birinci halda, ziddiyyətli qərarlar yeganə ölkədaxili Ali Məhkəmə tərəfindən və ya 

son  instansiyada  məhkəmə  sisteminin  eyni  qolu  daxilində  müxtəlif  məhkəmələr  tərəfindən 

çıxarılır. Bu cür hallarda, üst-üstə düşməyən qərarların saxlanması xalqın məhkəmə sisteminə 

olan etimadının azalmasına səbəb ola biləcək hüquqi qeyri-müəyyənlik vəziyyəti yarada bilər 

19

.  Həmçinin Sübutların idarə olunması bölməsinə baxın. 



42/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

ki,  digər  tərəfdən  bu  etimad  qanunun  aliliyi  prinsipinə  söykənən  bir  dövlətin  təməl 



komponentlərindən biridir. Məhkəmə aşağıdakı üç meyar əsasında hər iş üzrə belə bir qeyri-

müəyyənlik halının olub-olmadığını müəyyən edir: 

(a)  məhkəmə təcrübəsindəki fərqliliklərin əhəmiyyətli və davamlı olub-olmadığı; 

(b)  milli  qanunvericiliyin  bu  cür  uyğunsuzluqları  aradan  qaldıra  biləcək  mexanizmlər 

təmin edib-etmədiyi; 

(c)  bu  mexanizmlərin  tətbiq  edilib-edilmədiyi  və  təsirinin  nə  olduğu.  Razılığa  gələn 

Dövlətlər  öz  məhkəmə  sistemlərini  elə  təşkil  etməlidirlər  ki,  ziddiyyətli  məhkəmə 

qərarları qəbul edilməsin və istənilən ciddi ziddiyyətlər müvafiq prosessual vasitələrlə 

aradan qaldırıla bilsin (

Beian Rumıniyaya qarşı (№ 1)

, §§ 37 və 39; 



Nejdet Şahin və 

Perihan Şahin Türkiyəyə qarşı

 [BP], §§ 56-57 və 80). 

 

Məhkəməni diqqətə aldığı əlavə meyar uyğunsuzluğun bir məhkəmə işinə və ya çox sayda 



insanlara təsir ediib-etməməsidir (

Albu və digərləri Rumıniyaya qarşı

, § 38). 

215.  İkinci  halda  ziddiyyətli  qərarlar  məhkəmə  sisteminin  iki  fərqli  qolu  daxilində  son 

instansiya  məhkəmələri  tərəfindən  çıxarılır;  bu  qolların  hər  biri  ümumi  məhkəmə 

iyerarxiyasına tabe olmayan müstəqil Ali Məhkəməyə malikdir. Burada 6-cı Maddənin 1-ci 

bəndi  şaquli  nəzarət  mexanizminin  və  ya  ümumi  tənzimləyici  bir  orqanın  (məsələn, 

yurisdiksiya barədə mübahisələri həll edən məhkəmə kimi) mövcudluğunu tələb edəcək qədər 

irəliyə  gedə  bilməz.  Çoxlu  sayda  fərqli  məhkəmə  qollarının,  və  eyni  zamanda  və  paralel 

şəkildə  qanunvericiliyi  şərh  edən  bir  neçə  Ali  Məhkəmənin  yanaşı  olaraq  mövcud  olduğu 

məhkəmə  sistemində,  məhkəmə  təcrübəsinin  uyğunluğunun  təmin  edilməsi  vaxt  tələb  edə 

bilər  və  bununla  əlaqədar  hüquqi  müəyyənlik  prinsipini  pozmadan,  məhkəmə  təcrübəsində 

ziddiyyətlərin mövcudluğuna icazə verilə bilər.  Beləliklə, hər biri öz ərazi yurisdiksiyasına 

malik və fərqli işləri araşdıran iki məhkəmə, analoji faktiki hallar üzrə eyni hüquqi məsələ ilə 

bağlı 6 § 1 Maddəni pozmadan fərqli, bununla belə məntiqli və əsalandırılmış qərarlar çıxara 

bilər (

Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı

 [BP], §§ 81-83 & 86). 

 

(d)  Ç

ƏKIŞMƏLI MƏHKƏMƏ PROSESLƏRI

 

216.  Çəkişmə  prinsipi:  Ədalətli  məhkəmə  araşdırması  anlayışı  fundamental  çəkişməli 

məhkəmə hüququnu ehtiva edir. 

217.  Çəkişməli  məhkəmə  hüququndan  irəli  gələn  tələblər  mülki  və  cinayət  işlərində 

prinsip etibarilə eynidir (

Werner Avstriyaya qarşı

, § 66).


 

218.  Vaxta  qənaət  etmək  və  məhkəmə  proseslərini  sürətləndirmək  istəyi,  çəkişməli 

məhkəmə  hüququ  kimi  təməl  prinsipin  məhəl  qoyulmamasına  bəraət  qazandıra  bilməz 

(

Nideröst-Huber İsveçrəyə qarşı

, § 30). 

219. Məzmun: çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə 

tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü 

tərəfindən  təqdim  edilmiş  bütün  sübutlar  və  müşahidələrlə  tanış  olmaq  və  onlara  dair  şərh 

vermək  imkanını  nəzərdə  tutur  (

Ruiz-Mateos  İspaniyaya  qarşı

,  § 63; 



McMichael  Birləşmiş 

Krallığa qarşı

, § 80; 


Vermeulen Belçikaya qarşı

, § 33; 


Lobo Portuqaliyaya qarşı

, § 31; 


Kress 

Fransaya  qarşı

  [BP],  § 74).  Bu  tələb  həmçinin  Konstitusiya  Məhkəməsindəki  icraata  da 

tətbiq edilə bilər (

Milatova Çex Respublikasına qarşı

, §§ 63-66; 

Gaspari Sloveniyaya qarşı

, § 

53). 


-  Məhkəmənin qərarına faktiki təsir az əhəmiyyətli idi (

Nideröst-Huber İsveçrəyə qarşı

§ 27; 


Ziegler İsveçrəyə qarşı

, § 38);

 

-  Çəkişməli  məhkəmə  hüququ  qənaətbəxş  şərtlərdə  həyata  keçirilməlidir:  məhkəmə 

prosesinin tərəfləri məhkəməyə təqdim edilmiş dəlillərlə tanış olmaq imkanına, eləcə 

43/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə