Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

199.  Məhkəmə mülki prosesdə milli hüquq xidmətinin müstəqil üzvünün təqdimatlarının 



tərəflərə  əvvəlcədən  bildirilmədiyi  və  bu  səbəbdən,  tərəflərin  onlara  cavab  vermək 

imkanından  məhrum  edildiyi  məhkəmə  işlərində  məhkəmə  prosesinin  çəkişmə  qaydasında 

keçirilməsinin əhəmiyyətini vurğulamışdır (

Vermeulen Belçikaya qarşı

, § 33; 


Lobo Machado 

Portuqaliyaya qarşı

, § 31; 


Van Orshoven Belçikaya qarşı

, § 41; 


Göç Türkiyəyə qarşı

 [BP], 


§§ 55-56; 

Kress Fransaya qarşı

, § 76; 


Immeubles Groupe Kosser Fransaya qarşı

, § 26). 

200.  Milli  hüquq  xidmətinin  bu  üzvlərinin  iş  üzrə  fikirlərini  bildirdikdən  sonra  işə 

baxılmasında "aktiv" və ya "passiv" şəkildə iştirakı və ya sadəcə olmaları belə qəbul olunmaz 

hesab  edilir  (



Vermeulen  Belçikaya  qarşı

,  § 34; 

Lobo  Machado  Portuqaliyaya  qarşı

,  § 32; 



Kress  Fransaya  qarşı

,  § 87).  Bu  presedent  hüququ  əsasən  xarici  əlamətlər  nəzəriyyəsinə 

əsaslanır

16

 (



Martinie Fransaya qarşı

 [BP], § 53). 

201.  Bu səbəbdən problemin tərəfin davranışının və ya Dövlətin münasibətinin və yaxud 

tətbiq edilən qanunvericiliyin nəticəsinin olub-olmadığını müəyyənləşdirmək üçün (müqayisə 

et: 

Kress  Fransaya  qarşı

,  § 76,  və 



Göç  Türkiyəyə  qarşı

  §§ 55-57),  iş  üzrə  məhkəmə  

prosesinin  aparıldığı  şərtləri,  xüsusilə  də  məhkəmə  proseslərinin  çəkişməli  olub-olmadığını 

və  tərəflərin  bərabərliyi  prinsipinə  əməl  edilib-edilmədiyini  araşdırmaq  lazımdır  (



Fretté 

Fransaya qarşı

, §§ 49-51). 

Avropa  İttifaqının  Məhkəmə  Palatasındakı  prosedur  üçün

17



Cooperatieve 

Producentenorganisatie van de Nederlandse Kokkelvisserij Hollandiyaya qarşı

 (qərardad). 

202.  Məhdudiyyətlər: 

-  Tərəflərin bərabərliyi tərəfə, prosesin digər tərəfinə və ya məruzə edən hakimə və ya 

işə  kollegial  baxan  hakimlərə  açıqlanmamış  təqdimatların  məhkəmədən  əvvəl  ona 

açıqlanmasını tələb etmək hüququ vermir (



Kress Fransaya qarşı

, § 73); 

-  Əldə edilə bilməyən və ya mahiyyəti olmayan hüququn tanınmasının heç bir mənası 

yoxdur:  bu,  çıxarılan  qərar  hüquqi  baxımından  mübahisəsiz  olduğundan, 

Konvensiyada nəzərdə tutulan hüququn işin nəticəsinə təsiri olmadığı halda ola bilər.   

 

(c)  D



ÖRDÜNCÜ INSTANSIYA

18

 

(i)  Ümumi prinsiplər  

203.  Məhkəməyə  təqdim  edilən  şikayətlərin  xüsusi  kateqoriyasına  ümumi  olaraq 

"dördüncü-instansiya"  şikayətləri  deyilir.  Konvensiya  mətninə  daxil  edilməyən  və 

Konvensiya institutlarının presedent hüququ ilə formalaşan bu termin (

Kemmache Fransaya 

qarşı  (№ 3)

,  § 44) –  bir  qədər  paradoksaldır,  çünki  Avropa  Məhkəməsinin  olmadığı  bir 

məsələni  vurğulayır:  Məhkəmə  Konvensiyanın  iştirakçısı  olan  dövlətlərdə  məhkəmələr 

tərəfindən verilən qərarları ləğv edə biləcək və ya bu məhkəmələrdə baxılan işlərə yenidən 

baxa  biləcək  bir  məhkəmə  və  ya  apellyasiya  məhkəməsi  deyil,  bundan  əlavə  işlərə  Ali 

Məhkəmə  kimi  yenidən  baxa  bilməz.  Bu  səbəbdən  dördüncü  instansiyaya  şikayətlər  iki 

aspekt üzrə geniş yayılmış yanlış anlaşılmanın nəticəsi olur. 

204.  İlk  növbədə,  ərizəçilərdə  Məhkəmənin  rolu  və  Konvensiya  ilə  qurulan  məhkəmə 

sisteminin  xarakteri  barədə  geniş  yayılmış  yanlış  anlaşılma  mövcuddur.  Məhkəmənin  rolu 

yerli  məhkəmələri  əvəz  etmək  deyil;  onun  səlahiyyətləri  Razılığa  gələn  Dövlətlərin 

Konvensiyanı  qəbul  edərkən  insan  hüquqları  sahəsində  götürdükləri  öhdəlikləri  yerinə 

yetirmələrinə  nəzarətlə  məhdudlaşır.  Bundan  əlavə,  Razılığa  gələn  Dövlətlərin  hüquq 

sistemlərinə  birbaşa  müdaxilə  etmə  səlahiyyəti  olmadığından,  Məhkəmə  sözügedən  hüquq 

sistemlərinin  muxtariyyətinə  hörmət  etməlidir.  Bu  o  deməkdir  ki,  sözügedən  səhvlər 

16

.  Baxın yuxarıda. 



17

.  Avropa İcmalarının Ədalət Məhkəməsi/Avropa İttifaqının Ədalət Məhkəməsi. 

18

 Bu, Qəbuledilənlik üzrə Təlimatın müvafiq bölməsinin yenilənmiş versiyadır.  



40/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

Konvensiya  ilə  qorunan  hüquq  və  azadlıqları  pozmursa  və  ya  bu  hüquq  və  azadlıqlarla 



əlaqədar  deyilsə,  yerli  məhkəmənin  yol  verdiyi  iddia  edilən  faktiki  və  hüquqi  səhvləri 

düzəltmək  Məhkəmənin  vəzifəsi  deyil.  Məhkəmə  özü  milli  məhkəmənin  bu  deyil,  digər 

qərarı qəbul etməsinə əsas verən faktları qiymətləndirə bilməz. Əks halda, Məhkəmə üçüncü 

və ya dördüncü instansiya məhkəməsi qismində çıxış edərdi, bu isə onun fəaliyyətinə qoyulan 

məhdudiyyətlərin pozulması deməkdir (

García Ruiz İspaniyaya qarşı

 [BP], § 28). 

205.  İkincisi,  Konvensiyanın  6-cı  Maddəsinin  1-ci  bəndində  nəzərdə  tutulan  "ədalət

termininin  əsl  mənası  ilə  bağlı  tez-tez  yanlış  anlaşılma  olur.  Maddə  6  §  1  tərəfindən  tələb 

olunan "ədalət" "maddi" ədalət deyil (bu anlayış qismən hüquqi, qismən əxlaqi anlayışdır və 

birinci  instansiya  məhkəməsi  tərəfindən  tətbiq  edilə  bilər),  "prossesual"  ədalətdir.  6-cı 

Maddənin  1-ci  bəndi  yalnız  "prosessual"  ədalətə  təminat  verir,  bu  isə  təcrübədə  tərəflərin 

təqdimatlarının  dinlənildiyi  və  məhkəmə  qarşısında  bərabər  şərtlərdə  iştirak  etdiyi  çəkişmə 

xarakterli  məhkəmə  prosesində  həyata  keçirilir  (

Star  Cate  Epilekta  Gevmata  və  digərləri 

Yunanıstana qarşı

 (qərardad)). Məhkəmə araşdırmasının ədalətliliyi hər zaman bütöv şəkildə 

dəyərləndirilir, belə ki, ayrıca bir səhv bütün məhkəmə prosesini ədalətsiz hesab etmək üçün 

kafi deyil (



Miroļubovs və digərləri Latviyaya qarşı

, § 103). 

206.  Bundan  əlavə,  Məhkəmə  Avropanın  hüquq  və  məhkəmə  sistemlərinin  fərqliliyinə 

hörmətlə  yanaşır  və  onu  standartlaşdırmaq  Məhkəmənin  vəzifəsi  deyil.  Məhkəmə 

özbaşınalığına  dair  heç  bir  sübut  olmadığı  halda,  yerli  məhkəmə  qərarlarının  doğruluğunu 

araşdırmaq da Məhkəmənin vəzifəsi deyil (



Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı

 

[BP], §§ 68, 89 və 94). 



 

(ii)  Məhkəmənin nəzarətinin əhatə dairəsi və məhdudiyyətləri 

207.  Məhkəmə  hər  zaman  qeyd  etmişdir  ki,  yerli  məhkəmələr  tərəfindən  yol  verildiyi 

iddia  edilən  fakt  və  hüquq  məsələləri  ilə  bağlı  səhvləri  düzəltmək  onun  vəzifəsi  deyil,  bir 

şərtlə ki, sözügedən səhvlər Konvensiya ilə qorunan  hüquq və azadlıqları pozmasın (

García 

Ruiz  İspaniyaya  qarşı

  [BP],  § 28; 



Perez  Fransaya  qarşı

  [BP],  § 82; 



Dulaurans  Fransaya 

qarşı

  (§ 38)  Məhkəmə “açıq  məhkəmə  səhvi"  ilə  əlaqədar  6  § 1-ci  Maddənin  pozulduğunu 

qeyd  etmişdir;  lakin  əksinə  bax: 

Société  anonyme  d’habitations  à  loyers  modérés  terre  et 

famille Frannsaya qarşı

 (qərardad)). 

208.  Bu  o  deməkdir  ki,  bir  qayda  olaraq  Məhkəmə  aşağıdakı  məsələlərdə  milli 

məhkəmələrin mülahizələrini və nəticələrini şübhə altına ala bilməz: 

(a)  Məhkəmə  işinin  faktlarının  müəyyən  edilməsi:  Məhkəmə  milli  məhkəmələrin 

nəticələrini,  kobudcasına  və  açıq-aşkar  əsassız  olduğu  hallar  istisna  olmaqla, 

mübahisələndirə bilməz (

García Ruiz İspaniyaya qarşı

 [BP], §§ 28-29). 

(b)  Daxili  qanunvericiliyin  şərhi  və  tətbiqi:  milli  qanunvericiliyin  şərhi  ilə  bağlı 

məsələləri  həll  etmək  əsasən,  Strasburq  Məhkəməsinin  deyil,  milli  məhkəmələrin 

vəzifəsidir  (

Perez  Fransaya  qarşı

  [BP],  § 82),  Strasburq  Məhkəməsinin  vəzifəsi  bu 

cür  şərhin  nəticələrinin  Konvensiyaya  uyğun  olub-olmadığını  yoxlamaqdır  (

Nejdet 

Şahin  və  Perihan  Şahin  Türkiyəyə  qarşı

  [BP],  § 49).  İstisna  hallarda  Məhkəmə 

Razılığa gələn Dövlətlərin milli məhkəmələri tərəfindən  yerli qanunvericiliyin  açıq-

aydın  əssasız  və  yanlış  şəkildə  şərh  edildiyi  barədə  müvafiq  nəticələrə  gələ  bilər 

(

Barać və digərləri Monteneqroya qarşı

, §§ 32-34, sonraki istinadlar ilə; 



Anđelković 

Serbiyaya qarşı

, §§ 24-27 (ədalət mühakiməsindən imtina); həmçinin bax: 



Laskowska 

Polşaya  qarşı

  §  61),  lakin  bu,  əsasən 6-cı  Maddənin  1-ci  bəndi  çərçivəsində  deyil,  

Konvensiyanın digər müddəalarına əsasən edilir (

Kushoglu Bolqarıstana qarşı

, § 50; 

Işyar Bolqarıstana qarşı

, § 48; 


Fabris Fransaya qarşı

 [BP], § 60). 

41/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə