Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

191.  İlkin suallar: işin ilkin baxılması ilə bağlı mexanizm mövcud olduğu təqdirdə, yerli 



məhkəmənin  müvafiq  məsələyə  baxmaqdan  imtina  etməsi  müəyyən  hallarda,  məhkəmə 

araşdırmasının  ədalətliliyini  poza  bilər  (



Ullens  de  Schooten  və  Rezabek  Belçikaya  qarşı

§§ 57-67, sonraki istinadlar ilə). Belə imtina aşağıdakı hallarda əsassız hesab olunur:   



-  tətbiq edilən qaydalar işə ilkin baxılması prinsipindən hər hansı istisnaya və ya ona 

alternativlərə icazə verməməsinə baxmayaraq imtina olunmuşdursa;  

-  imtina qaydalarda nəzərdə tutulmayan digər səbəblərə əsaslanırsa; 

-  və ya imtina bu qaydalara uyğun olaraq müvafiq qaydada əsaslandırılmayıbsa. 

 

192.  6-cı  Maddənin  1-ci  bəndi  bu  səbəbdən  işin  yerli  məhkəmə  tərəfindən  Avropa 



İttifaqının Ədalət Məhkəməsinə göndərmək hüququna təminat vermir (

Dotta İtaliyaya qarşı

 

(qərardad)). Yuxarıda istinad edilən presedent hüququnu tətbiq edərkən, Məhkəmə imtinanın  



əsassız olub-olmadığını araşdırır 

(

Canela Santiago İspaniyaya qarşı

 (qərardad)). 

193.  Yerli  məhkəmə  təcrübəsində  dəyişikliklər:  hüquqi  müəyyənlik  tələbi  və  legitim 

gözləntilərin qorunması müəyyən olunmuş məhkəmə təcrübəsinə hüququ daxil etmir (

Unédic 

Fransaya qarşı

, § 74). Presedent hüququnun inkişafı özlüyündə ədalət mühakiməsinin lazımi 

qaydada  həyata  keçirilməsinə  zidd  deyil,  belə  ki,  dinamik  və  təkmilləşdirici  yanaşmanın 

olmaması  istənilən  islahatların  və  irəliləyişlərin  qarşısını  alır  (



Atanasovski  "Keçmiş 

Yuqoslaviya  Respublikası  Makedoniyaya"  qarşı

,  § 38).  Bu  qərarda  Məhkəmə  qət  etdi  ki, 

ümumi qəbul edilmiş məhkəmə təcrübəsinin mövcudluğu Ali Məhkəmənin üzərinə  presedent 

hüququndan  yayınmaya  əsas verən səbəbləri daha detallı şəkildə bildirmək öhdəliyi qoyur, 

əks  təqdirdə  şəxsin  əsaslandırılmış  məhkəmə  qərarına  malik  olmaq  pozulmuş  olar.  Bəzi 

hallarda həllini gözləyən mülki işlərə təsir edən yerli məhkəmə təcrübəsindəki dəyişikliklər 

Konvensiyanı poza bilər (

Petko Petkov Bolqarıstana qarşı

, §§ 32-34). 

194.  Presedent  hüququnda  fikir  ayrılılıqları  ilə  bağlı  Məhkəmə  məhkəmələrin 

təcrübəsində  sistemliliyi  və  presedent  hüququnun  vahidliyini  təmin  etmək  üçün 

mexanizmlərin  yaradılmasının vacibliyini vurğulayıb (

Frimu və digərləri Rumıniyaya qarşı

 

(qərardad), §§ 43-44). Buna baxmayaraq, qanunvericiliyin vahidliyinə nail olmaq vaxt tələb 

edə  bilər  və  presedent  hüququnun  mübahisəli  olduğu  müddətlərdə,  hüquqi  müəyyənlik 

prinsipinə  xələl  gətirmədən  dözümlülük  nümayiş  etdirilə  bilər  (

Nejdet  Şahin  və  Perihan 

Şahin Türkiyəyə qarşı

 [BP], § 83; 



Albu və digərləri Rumıniyaya qarşı

, §§ 36 və 40-43).

15

 

195.  Dövlətin  tərəf  qismində  çıxış  etdiyi  məhkəmə  işi  davam  edərkən  qanunun  qüvvəyə 



minməsi:  Məhkəmə  Dövlətin  tərəf  olduğu  iş  üzrə  mübahisənin  məhkəmələr  tərəfindən  həll 

olunmasına  təsir  edən  qanunvericiliyin  retrospektiv  tətbiqinə  xas  olan  təhlükəni  xüsusilə 

vurğulayır, bura həllini gözləyən iddianın qazanılmasını mümkünsüz edən təsir də daxildir. 

Bu  cür  tədbirləri  əsaslandıran  istənilən  səbəblər  yaxından  araşdırılmalıdır  (



National  & 

Provincial Building Society, Leeds Permanent Building Society və Yorkshire Building Society 

Birləşmiş Krallığa qarşı

, § 112). Prinsipcə, qanunvericilik orqanına mövcud qanunvericiliyə 

uyğun  olaraq  yaranan  hüquqları  tənzimləmək  üçün  mülki  məsələlər  üzrə  yeni  retrospektiv 

müddəlar qəbul etməyə  heç nə mane olmur. Buna baxmayaraq, 6-cı Maddə qanunvericilik 

orqanlarının  mübahisənin  məhkəmə  qaydasında  həllinə  təsir  etmək  məqsədilə  ədalət 

mühakiməsinin  həyata  keçirilməsinə  müdaxilə  etməsini  qadağan  edir  –  "ümumi  maraqları 



ifadə  edən  məcburedici  səbəblər"  istisna  təşkil  edir  (

Zielinski  və  Pradal  və  Gonzalez  və 

digərləri Fransaya qarşı

 [BP], § 57; 



Scordino İtaliyaya qarşı (№ 1)

 [BP], § 126).  

Məhkəmə məsələn, aşağıdakılara münasibətdə pozuntular müəyyən etmişdi: 

-  Dövlətin tərəf olduğu məhkəmə prosesinin doqquz il davam etdiyi və ərizəçilər əlində 

Dövlət  əleyhinə  son  və  icra  edilə  bilən  qərarı  aldıqları  bir  vaxtda,  işin  qaçılmaz 

15

.  Həmçinin Dördüncü instansiya bölməsinə baxın. 



38/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

nəticəsini  Dövlətin  xeyrinə  dəyişmək  məqsədilə  -  qanunvericilik  orqanı  tərəfindən 



müdaxilə (

Stran Greek Refineries və Stratis Andreadis Yunanıstana qarşı

, §§ 49-50); 

-  məhkəmə işinin qaçılmaz nəticəsini Dövlətin xeyrinə dəyişdirən qanun (

Zielinski və 

Pradal və Gonzalez və digərləri Fransaya qarşı

, [BP], § 59); 

-  Kassasiya  Məhkəməsi  qarşısındakı  prosesin  əhəmiyyətli  bir  mərhələsində, 

mübahisənin mahiyyətində duran məsələni praktiki aspektdə həll  edən və məhkəmə 

araşdırmasının  davam  etdirilməsini  mənasız  edən  bir  qanunun  qəbul  edilməsi 

(

Papageorgiou Yunanıstana qarşı

); 

-  məhkəmə  prosesi  zamanı  qəbul  edilən  və  icraatın  nəticələrinə  təsir  edən  qanuna 



subsidiar  qaydada  olsa  belə  əsaslanan  apellyasiya  məhkəməsinin  qərarı 

(

Anagnostopoulos və digərləri Yunanıstana qarşı

, §§ 20-21). 

 

Bununla belə, 6-cı Maddənin 1-ci bəndi hakimiyyət orqanlarının tərəf olduqları və  həllini 



gözləyən  məhkəmə  proseslərinə  istənilən  müdaxiləsinə  mane  olan  müddəa  kimi  şərh  edilə 

bilməz.  Digər  işlərdə  Məhkəmə  hesab  etmişdir  ki,  cavabdeh  Dövlətin  istinad  etdiyi  

mülahizələr qanunun retroaktiv təsirinin əsaslandırılmasını tələb edən ictimai əhəmiyyət kəsb 

edən  məcburedici  motivlərə  əsaslanmışdır  (



National  &  Provincial  Building  Society,  Leeds 

Permanent Building Society və Yorkshire Building Society Birləşmiş Krallığa qarşı

, § 112; 



Forrer-Niedenthal  Almaniyaya  qarşı

,  § 64; 



OGIS-Institut  Stanislas,  OGEC  Saint-Pie  X  və 

Blanche de Castille və digərləri Fransaya qarşı

, §§ 71-72; 



EEG-Slachthuis Verbist Izegem 

Belçikaya qarşı

 (qərardad)). 

196.  Bu  presedent  hüquqi  həmçinin  dövlətin  tərəf  olmadığı  lakin  qanunvericilik 

səlahiyyətləri  vasitəsilə  prosesin  gedişatını  pozduğu  məhkəmə  işlərinə  də  tətbiq  olunur 

(

Ducret Fransaya qarşı

, §§ 33-42). 

197.  Qanunvericilik tərəfindən müdaxilənin digər növləri: 

-  Qanunlar məhkəmə prosesləri başlamadan öncə (



Organisation nationale des syndicats 

d’infirmiers  libéraux  (O.N.S.I.L.)  Fransaya  qarşı

  (qərardad))  və  ya  başa  çatdıqdan 

sonra  qəbul  edilibsə,  (

Preda  və  Dardari  İtaliyaya  qarşı

  (qərardad))  6-cı  Maddənin 

pozuntusu barədə məsələ qalxmır; 

-  Ümumi  qanuniverciliyin  qəbulu  hətta  davam  edən  məhkəmə  proseslərinə  faktiki 

olaraq  yönəlməyibsə  və  beləliklə,  hüququn  aliliyi  prinsipindən  yan  keçirsə,  tərəflər 

üçün əlverişsiz ola bilər (



Gorraiz Lizarraga və digərləri İspaniyaya qarşı

, § 72); 

-  Qanun məhkəmə prosesinin davam etdiyi müddətdə, bu prosesə hər hansı təsir etmək  

niyyəti  olmadan  da  qeyri-konstitusion  elan  edilə  bilər  (



Dolca  Rumıniyaya  qarşı

 

(qərardad)). 



 

198.  Ali  Məhkəmədə  "milli  hüquqi  xidmətinin  müstəqil  üzvü"nün  müşahidələrinin 



tərəflərə  açıqlanmaması  (prokurorluq  şöbəsinin  üzvləri): 

Vermeulen  Belçikaya  qarşı



Van 



Orshoven  Belçikaya  qarşı



K.D.B.  Hollandiyaya  qarşı

Baş  Prokuror/  Baş  müvəkkil: 

Göç 

Türkiyəyə  qarşı

  [BP]; 


Lobo  Machado  Portuqaliyaya  qarşı

  –  Dövlət  komissarı: 



Kress 

Fransaya  qarşı



Martinie  Fransaya  qarşı

  [BP],  və  bu  cür  müşahidələrə  cavab  vermək 

imkanının  olmaması:  əksər  cavabdeh  Dövlətlər  bildirmişlər  ki,  milli  hüquq  xidmətinin 

üzvlərinin  bu  kateqoriyası  nə  məhkəmə  prosesində  tərəf,  nə  də  ki,  hər  hansı  bir  tərəfin 

müttəfiqi  və  ya  rəqibi  deyillər,  lakin  Məhkəmə  müəyyən  etmişdir  ki,  sözügedən  vəzifəli 

şəxsin faktiki olaraq məhkəmə prosesində oynadığı rola və xüsusilə də onun təqdimatlarının 

məzmununa  və  nəticələrinə  diqqət  yetirilməlidir  (

Vermeulen  Belçikaya  qarşı

,  § 31; 



Kress 

Fransaya qarşı

 [BP], § 71 son cümlə). 

39/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə