Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

 



(a)  M

ƏHKƏMƏ PROSESLƏRININ MÜDDƏTININ MÜƏYYƏN EDILMƏSI

 

272.  Müvafiq  müddətin  başlanğıc  nöqtəsi,  bir  qayda  olaraq,  səlahiyyətli  məhkəmə 

qarşısında  iddia  qaldırıldığı  andan  etibarən  başlayır  də  icraatın  başlayır  (

Poiss  Avstriyaya 

qarşı

,  § 50; 

Bock  Almaniyaya

,  § 35),  inzibati  orqana  müraciət  məhkəmə  araşdırmasının 

başlanması  üçün  ilkin  şərtdirsə,  bu  müddət  icbari  ilkin  inzibati  proseduru  da  daxil  edəcək 

(

König Almaniyaya qarşı

, § 98; 


X. Fransaya qarşı

, § 31; 


Kress Fransaya qarşı

 [BP], § 90). 

273. Beləliklə,  bəzi  hallarda  ağlabatan  müddətin  axımı  iddiaçının  mübahisəni  təqdim 

etdiyi məhkəmədə iş üzrə icraatın başlanması barədə qərardan əvvəl də başlaya bilər (



Golder 

Birləşmiş  Krallığa  qarşı

,  § 32  son  cümlə 



Erkner  və  Hofauer  Avstriyaya  qarşı

,  § 64; 



Vilho 

Eskelinen  və  digərləri  Finlandiyaya  qarşı

  [BP],  § 65).  Bununla  belə,  bu  bir  istisnadır  və 



məsələn, məhkəmə prosesi başlayana qədər müəyyən ilkin  tədbirlərin zəruri olduğu halda 

qəbul edilmişdir (



Blake Birləşmiş Krallığa qarşı

, § 40). 

274.  Maddə 6  § 1  həmçinin  tam  məhkəmə  xarakterli  olmayan,  bununla  belə  məhkəmə 

orqanı tərəfindən həyata keçirilən nəzarəti ilə yaxından əlaqəli olan proseslərə də tətbiq oluna 

bilər. Məsələn, bu, iki notarius arasında məhkəmədən kənar, lakin məhkəmə tərəfindən təyin 

və təsdiq edilən əmlakın bölgüsü ilə bağlı mübahisəsiz qaydada həyata keçirilən prosedurla 

bağlı  olmuşdur  (

Siegel  Fransaya  qarşı

,  §§ 33-38).  Notariusdakı  prosedurun  müddəti 

ağlabatan müddətin hesablanması zamanı nəzərə alınmışdır. 

275. Müddətin  nə  zaman  başa  çatdığına  gəldikdə  isə,  bu  adətən  sözügedən  bütün 

prosesləri, o cümlədən apellyasiya proseslərini əhatə edir (

König Almaniyaya qarşı

, § 98 son 

cümlə)  və  mübahisəni  həll  edən  qərar  çıxarılanadək  davam  edir  (

Poiss  Avstriyaya  qarşı

§ 50). Bu səbəbdən ağlabatan müddət tələbi işin mahiyyəti üzrə qərarın qəbul edilməsindən 



sonrakı mərhələlər də daxil olmaqla, mübahisənin həllinə yönəlmiş məhkəmə icraatının bütün 

mərhələlərinə tətbiq edilir (



Robins Birləşmiş Krallığa qarşı

, §§ 28-29).  

276. Hər  hansı  məhkəmə  tərəfindən  çıxarılan  qərarın  icrası  buna  görə  də,  müvafiq 

müddətin hesablanması məqsədləri baxımından məhkəmə prosesinin ayrılmaz hissəsi hesab 

edilməlidir  (

Martins  Moreira  Portuqaliyaya  qarşı

,  § 44; 



Silva  Pontes  Portuqaliyaya  qarşı

§ 33; 



Di Pede İtaliyaya qarşı

, § 24). Məhkəmə prosesində təsdiq edilmiş hüquq faktiki olaraq 

effektiv  olmayanadək  müddətin  axımı  dayanmayacaq  (

Estima  Jorge  Portuqaliyaya  qarşı

§§ 36-38). 



277.  İşin  mahiyyəti  üzrə  qərar  vermək  səlahiyyətinə  malik  olmasa  da,  Konstitusiya 

Məhkəməsinin  qərarı  adi  məhkəmələrdə  mübahisənin  nəticəsinə  təsir  edə  bildiyi  üçün,  

Konstitusiya  Məhkəməsindəki  proseslər  nəzərə  alınır  (

Deumeand  Almaniyaya  qarşı

,  § 77; 



Süßmann Almaniyaya qarşı

 [BP], § 39; 



Pammel Almaniyaya qarşı

, §§ 51-57). Bununla belə, 

konstitusiya məhkəməsinin işə ağlabatan müddətdə baxmaq öhdəliyi, adi məhkəmələr üçün 

olduğu  kimi  şərh  edilə  bilməz  (



Süßmann  Almaniyaya  qarşı

  [BP],  § 56; 



Oršuš  və  digərləri 

Xorvatiyaya qarşı

 [BP], § 109). 

278.  Son olaraq, mülki prosesə üçüncü şəxslərin cəlb olunmasına gəldikdə isə, aşağıdakı 

fərq  nəzərə  alınmalıdır:  ərizəçi  milli  məhkəmələrdəki  prosesə  yalnız  öz  adından  daxil 

olduqda, nəzərə alınmalı müddətin axımı həmin tarixdən etibarən başlayır; lakin əgər ərizəçi 

məhkəmə prosesinə varis qismində davam etdirmək niyyətini bildirmişsə, o, bütün məhkəmə 

prosesinin müddətindən şikayət edə bilər (

Scordino İtaliyaya qarşı (№ 1)

, § 220). 

 

(b)  A

ĞLABATAN MÜDDƏT TƏLƏBININ QIYMƏTLƏNDIRILMƏSI

 

(i)  Prinsiplər 

279.  Konkret işdə qiymətləndirmə: 6 § 1 Maddənin əhatə dairəsinə daxil olan məhkəmə 

prosesinin  müddətinin  ağlabatanlığı,  hər  məhkəmə  işinin  konkret  hallarına  görə 

qiymətləndirilməlidir (

Frydlender Fransaya qarşı

 [BP], § 43), bu isə qlobal qiymətləndirmə 

54/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

tələb  edə  bilər  (



Obermeier  Avstriyaya  qarşı

,  § 72; 



Comingersoll  S.A.  Portuqaliyaya  qarşı 

[BP], § 23). 

280.  Məhkəmə  prosesləri  bütövlükdə  nəzərə  alınmalıdır  (

König  Almaniyaya  qarşı

,  § 98 


son cümlə). 

-  Fərqli gecikmələr ayrılıqda hər hansı məsələ qaldırmasa da, birlikdə və cəm şəklində 

baxıldığı  zaman  ağlabatan  müddətin  keçməsi  ilə  nəticələnə  bilər  (

Deumeland 

Almaniyaya qarşı

, § 90). 

-  Məhkəmə prosesinin müəyyən mərhələsində gecikməyə məhkəmə prosesinin ümumi 

müddətinin ağlabatan müddəti aşmaması şərti ilə icazə verilə bilər (



Pretto və digərləri 

İtaliyaya qarşı

, § 37). 

-  Hər hansı açıqlama verilmədən "məhkəmə prosesinin uzun təxirə salma müddətləri…

qəbul olunmur (



Beaumartin Fransaya qarşı

, § 33). 

 

281. 6  § 1  Maddənin  ilkin  proseslərə  tətbiq  oluna  bilməsi  müəyyən  şərtlərin  yerinə 



yetirilib-yetirilməməsindən asılı olacaq (

Micallef Maltaya qarşı

 [BP], §§ 83-86).

21

 

282.  Məsələnin ilkin qərar üçün AİƏM/AİƏM-nə göndərilməsi ilə bağlı proseslər nəzərə 



alınmır

22

 (



Pafitis və digərləri Yunanıstana qarşı

, § 95). 

 

(ii)  Meyarlar 



283.  Məhkəmə  prosesinin  müddətinin  ağlabatanlığı  Məhkəmənin  presedent  hüququ 

əsasında formalaşan aşağıdakı meyarların işığında qiymətləndirilməlidir: işin mürəkkəbliyi, 

ərizəçinin  və  müvafiq  hakimiyyət  orqanlarının  davranışı,  ərizəçi  üçün  mübahisənin 

mahiyyətində  duran  məsələ  (



Comingersoll  S.A.  Portuqaliyaya  qarşı 

[BP]; 


Frydlender 

Fransaya qarşı

 [BP], § 43; 



Sürmeli Almaniyaya qarşı

 [BP], § 128). 

 



 İşin mürəkkəbliyi 



284.  İşin mürəkkəbliyi həm faktlar, həm də hüquqla bağlı ola bilər (

Katte Klitsche de la 

Grange  İtaliyaya  qarşı

,  § 55; 



Papachelas  Yunanıstana  qarşı

  [BP]  § 39).  Bu,  məsələn,  işə 

müxtəlif tərəflərin cəlb olunması (

H. Birləşmiş Krallığa qarşı

, § 72) və ya əldə edilməli olan 

sübutların müxtəlid növləri ilə bağlı ola bilər (

Humen Polşaya qarşı

 [BP] § 63). 

285.  Daxili məhkəmə proseslərinin mürəkkəbliyi onun uzunluğunu izah edə bilər (

Tierce 

San Parlament qarşı

, § 31). 

 



 Ərizəçinin davranışı 



286.  6 § 1 Maddə ərizəçilərdən məhkəmə orqanları ilə aktiv şəkildə əməkdaşlıq etməsini 

tələb etmir; həmçinin  onlar daxili qanunvericiliyə uyğun olaraq onlara təqdim edilən hüquqi 

müdafiə  vasitələrindən  tam  istifadə  etmələrinə  görə  günahlandırıla  bilməzlər  (

Erkner  və 

Hofauer Avstriyaya qarşı

, § 68). 

287.  Müvafiq  şəxsdən  yalnız  onunla  bağlı  olan  prosessual  tədbirlərin  yerinə 

yetirilməsində  səy  göstərmək,  gecikdirici  gedişlərlərdən  istifadə  etməkdən  yayınmaq  və 

məhkəmə araşdırmasının müddətinin qısaldılması üçün daxili qanunvericiliyin təqdim etdiyi 

imkanlardan  faydalanmaq  tələb  olunur  (



Unión  Alimentaria  Sanders  S.A.  İspaniyaya  qarşı

§ 35). 



288.  Ərizəçilərin davranışı cavabdeh Dövlətə aid edilə bilməyən obyektiv faktı təşkil edir 

və  6  §  1  Maddədə  istinad  edilən  ağlabatan  müddətin  aşılıb-aşılmadığını  müəyyən  etmək  

məqsədi ilə nəzərə alınmalıdır (

Poiss Avstriyaya qarşı

,§ 57; 


Wiesinger Avstriyaya qarşı,

 § 57; 


21

.  Tətbiq dairəsi bölməsinə baxın.  

22

.  Avropa İcmalarının Ədalət Məhkəməsi/Avropa İttifaqının Ədalət Məhkəməsi. 



55/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə