Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

yalnız  hüquq  məsələlərinə  baxılan  proseslər  6-cı  Maddənin  tələblərinə  cavab  verə  bilər, 



baxmayaraq  ki,  şəxs  apellyasiya  və  kassasiya  instansiyası  məhkəmələri  tərəfindən  şəxsə 

dinlənilmə imkanı verilməmişdir (



Miller İsveçə qarşı

, § 30).  

252. Müvafiq olaraq, dinləmələri istisna edən hallar müəyyən olunmayıbsa, 6-cı Maddənin 

1-ci bəndi çərçivəsində açıq məhkəmə araşdırması hüququ ən azından bir instansiyada şifahi 

araşdırma hüququnu ehtiva edir (

Fischer Avstriyaya qarşı

, § 44; 


Salomonsson İsveçə qarşı

§ 36).  



253. Ümumi və mütləq prinsipə əsasən mülki işə qapalı iclasda mahiyyəti üzrə baxılması, 

işin  xüsusi  hallarına  görə  ərizəçi  açıq  məhkəmə  araşdırması  hüququnu  tələb  edə  bilmədiyi 

halda,  prinsip  etibarilə  6-cı  Maddənin  1-ci  bəndinə  uyğun  hesab  edilə  bilməz;  xüsusilə 

müstəsna hallar istisna olmaqla, tərəflər ən azından açıq məhkəmə araşdırmasını tələb etmək 

imkanına malik olmadılar, baxmayaraq ki, məhkəmələr işin hallarına və müvafiq səbəblərə 

görə bu tələbi rədd edə bilərlər və işə qapalı iclasda baxa bilərlər (



Martinie Fransaya qarşı

 

[BP], § 42). 



254.  Ən nəhayət, prosesin həlledici mərhələsində dinləmələrin olmaması prosesin sonrakı 

mərhələsində  bəzi  hallarda  yetərli  dərəcədə  bərpa  oluna  bilər,  digər  hallarda  isə  bərpa 

olunmaya bilər (

Le Compte, Van Leuven və De Meyere Belçikaya qarşı

, §§ 60-61; 



Malhous 

Çex Respublikasına qarşı

 [BP], § 62). 

255.  Konkret nümunələr

-  Məhkəmə dinləmələrinin keçirilməsini zəruri edən etibarlı məsələlərin və mübahisəli 

faktların  olmaması  halında,  iclasın  keçirilməsi  tələb  olunmaya  bilər  və  məhkəmələr 

tərəflərin  təqdimatlarına  və  digər  yazılı  materiallara  əsasən  işə  ədalətli  və  əsaslı 

şəkildə baxa bilərlər (

Döry İsveçə qarşı

, § 37; 


Saccoccia Avstriyaya qarşı,

 § 73); 


-  Məhkəmə həmçinin qəbul etmişdi ki, dinləmələrin keçirilməməsinə məhdud xarakterli 

hüquqi məsələləri qaldıran (



Allan Jacobsson İsveçə qarşı (№ 2)

,§§ 48-49; 

Valová və 

digərləri Slovakiyaya qarşı

, §§ 65-68) və ya xüsusilə mürəkkəb olmayan işlərdə haqq 

qazandırıla  bilər  (

Varela  Assalino  Portuqaliyaya  qarşı

  (qərardad); 



Speil  Avstriyaya 

qarşı

 (qərardad)); 

-  Bu, həmçinin xüsusilə texniki məsələlərə də şamil olunur. Məhkəmə şifahi formaya 

nisbətən  yazılı  olaraq  daha  yaxşı  araşdırılan  sosial  təminatla  bağlı  mübahisələrin 

texniki xarakterinə diqqət yetirmişdir. O, dəfələrlə qeyd etmişdir ki, bu sahədə milli 

hakimiyyət  orqanları  effektivlik  və  iqtisadi  tələblərini  nəzərə  alaraq,  dinləmələrin 

keçirilməsindən imtina edə bilərlər, belə ki, sistematik olaraq dinləmələrin keçirilməsi 

sosial mühafizə sahəsində icraatlarda zəruri olan işlərə xüsusi səylə baxılmasına mane 

ola  bilər  (

Schuler-Zgraggen  İsveçrəyə  qarşı

,  § 58; 



Döry  İsveçə  qarşı

,  § 41;  əksinə 

bax: 

Salomonsson İsveçə qarşı

, §§ 39-40). 

 

256.  Bunun  əksinə  olaraq,  məsələn,  məhkəmənin  yurisdiksiyası  hüquqi  məsələlərə  və 



mühüm fakt məsələlərinə tətbiq olunduqda (

Fischer Avstriyaya qarşı

, § 44) və ya faktların 

hakimiyyət  orqanları  tərəfindən  düzgün  şəkildə  müəyyən  edilib-edilmədiyinin 

qiymətləndirilməsi zamanı (



Malhous Çex Respublikasına qarşı

 [BP], § 60), ərizəçiyə şəxsən 

və  ya  nümayəndəsi  vasitəsilə  öz  şəxsi  vəziyyətini  izah  etmək  üçün  imkan  yaratmaqla 

məhkəməyə ərizəçı barədə özündə təəssürat  yaratmaq lazım olduğu hallarda (



Miller İsveçə 

qarşı

, § 34, son cümlə 



Andersson İsveçə qarşı

, § 57) - məsələn, kompensasiyanın məbləğini 

müəyyən etmək üçün ərizəçi üzləşdiyi çətinlikləri danışmalı olduqda  (

Göç  Türkiyəyə  qarşı

 

[BP],  § 51; 



Lorenzetti  İtaliyaya  qarşı,

  § 33)  -  və  ya  digərlərlə  yanaşı  bu  vasitələrlə 

məhkəmənin müəyyən aspektlər üzrə izahatlar əldə edə bilməsi üçün (

Fredin İsveçə qarşı (№ 

2)

, § 22; 


Lundevall İsveçə qarşı

, § 39) şifahi dinləmələrin keçirilməsi zəruri hesab ediləcək.   

50/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

257.  Mətbuatın  və  ictimaiyyətin  iştirakı:  Açıq  məhkəmə  araşdırması  hüququ  prinsip 



etibarilə,  müvafiq  məhkəmə  qarşısında  açıq  məhkəmə  dinləmələrini  ifadə  edir.  Lakin  6-cı 

Maddənin  1-ci  bəndi  məhkəmə  işinin  xüsusi  xarakterinin  işığında  məhkəmələrin  bu 

prinsipdən yayınmağa qərar verməsini qadağan etmir (

Martinie Fransaya qarşı

 [BP], § 40). 

6-cı Maddənin 1-ci bəndinin mətni bu qaydadan bəzi istisnaları nəzərdə tutur. 

258.  "Mətbuat və ictimaiyyət məhkəmə iclasının bir hissəsinə və ya hamısına buraxılmaya 



bilər": 

-  “demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə 



görə" (

B. və P. Birləşmiş Krallığa qarşı

, § 39; 


Zagorodnikov Rusiyaya qarşı

, § 26); 

-  "yetkinlik  yaşına  çatmayanların  maraqları  və  tərəflərin  şəxsi  həyatının  müdafiəsi 

bunu  tələb  etdikdə":  məsələn,  valideynlərinin  ayrılmasından  sonra  yetkinlik  yaşına 

çatmayanların yaşayış yerinin müəyyən edilməsi və ya eyni ailənin üzvləri arasındakı 

mübahisələrlə  bağlı  məhkəmə  işlərində  yetkinlik  yaşına  çatmayanların  maraqları  və 

ya  tərəfin  şəxsi  həyatının  müdafiəsi  söz  mövzusudur  (



B.  və  P.  Birləşmiş  Krallığa 

qarşı

,  § 38);  bununla  belə,  uşağın  dövlət  müəssisəsinə  yerləşdirilməsi  ilə  bağlı 

məhkəmə  işlərində  məhkəmə  iclasınıb  ictimaiyyətdən  qapalı  keçirilməsi  ilə  bağlı 

səbəblər diqqətli şəkildə araşdırılmalıdır (



Moser Avstriyaya qarşı

, § 97). 

Həkimə  qarşı  intizam  icraatına  gəldikdə,  peşə  sirrinin  və  pasientlərin  şəxsi 

həyatlarının  müdafiəsi  zərurəti  məhkəmə  iclasının  qapalı  keçirilməsinə  əsaslandırsa 

da, şərtlər bu cür tədbiri ciddi şəkildə tələb etməlidir (

Diennet Fransaya qarşı

, § 34; 


məsələn, vəkilə qarşı icraatın qaldırılması, 

Hurter İsveçrəyə qarşı

, §§ 30-32). 

-  "yaxud məhkəmənin fikrincə aşkarlığın ədalət mühakiməsin maraqlarını poza biləcəyi 

xüsusi hallar zamanı": şahidlərin təhlükəsizliyinin və şəxsi həyatlarının qorunması və 

ya ədalət naminə məlumatların və rəylərin azad mübadiləsinə təşviq etmək məqsədilə 

proseslərin  açıq  və  ictimai  xarekterini  məhdudlaşdırmaq  mümkündür  (

B.  Və  P. 

Birləşmiş Krallığa qarşı

, § 38; 


Osinger Avstriyaya qarşı

, § 45). 

 

259.  Açıq  məhkəmə  araşdırması  hüququndan  imtina:  6  §  1  Maddənin  nə  mətni,  nə  də 



ruhu şəxsi öz iradəsi ilə, açıq şəkildə və ya susmaqla, açıq məhkəmə araşdırması hüququndan 

imtina etməsini qadağan etmir, lakin bu cür imtina birmənalı şəkildə həyata keçirilməli və hər 

hansı  mühüm  ictimai  marağa  zidd  olmamalıdır  (

Le  Compte,  Van  Leuven  və  De  Meyere 

Belçikaya qarşı

, § 59; 


Håkansson və Sturesson İsveçə qarşı

, § 66; 


Exel Çex Respublikasına 

qarşı

, § 46). Məhkəməyə çağırışlar da vaxtında əldə edilməlidir (



Yakovlev Rusiyaya qarşı

, §§ 


20-22). 

260.  Açıq məhkəmə araşdırması hüququndan imtinanı tənzimləyən şərtlər: Müvafiq şəxs 

öz  iradəsi  ilə  (

Albert  və  Le  Compte  Belçikaya  qarşı

,  § 35)  buna  razılıq  verməlidir  (



Le 

Compte, Van Leuven və De Meyere Belçikaya qarşı

, § 59). Bu hüquqdan açıq şəkildə və ya 

susmaqla imtina edilə bilər (

Le Compte, Van Leuven və De Meyere Belçikaya qarşı

, § 59). 

Lakin bu imtina birmənalı şəkildə həyata keçirilməli (

Albert və Le Compte Belçikaya qarşı

§ 35, və 



Håkansson və Sturesson İsveçə qarşı

, § 67) və hər hansı mühüm ictimai marağa zidd 

olmamalıdır (

Håkansson və Sturesson İsveçə qarşı

, § 66).  

261.  Açıq məhkəmə araşdırmasının tələb edilməməsi müvafiq şəxsin mütləq surətdə bu 

bu  hüquqdan  imtina  etməsi  demək  deyil;  müvafiq  daxili  qanunvericilik  nəzərə  alınmalıdır 

(

Exel  Çex  Respublikasına  qarşı

,  § 47; 



Göç  Türkiyəyə  qarşı

  [BP],  § 48,  son  cümlə).  Əgər 

mövcud daxili qanunvericilik bu imkanı açıq şəkildə istisna edirsə, ərizəçinin açıq məhkəmə 

araşdırmasını  tələb  edib-etmədiyinin  əhəmiyyəti  yoxdur  (



Eisenstecken  Avstriyaya  qarşı

§ 33). 



 

 

51/71 



 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə