Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   2   3   4   5   6   7   8   9   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

GİRİŞ 



 

6-cı Maddənin 1-ci bəndi - Ədalətli məhkəmə araşdırması hüququ: 

"

Hər kəs, onun mülki hüquq  və vəzifələri müəyyən edilərkən ..., qanun əsasında yaradılmış müstəqil və qərəzsiz 

məhkəmə  vasitəsi  ilə,  ağlabatan  müddətdə  işinin  ədalətli  və  açıq  araşdırılması  hüququna  malikdir.  Məhkəmə 

qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və milli təhlükəsizlik mülahizələrinə 

görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb 

etdikdə,  yaxud  məhkəmənin  fikrincə  aşkarlığın  ədalət  mühakiməsinin  maraqlarını  poza biləcəyi  xüsusi  hallar 

zamanı  ciddi  zərurət  olduqda  mətbuat  və  ictimaiyyət  bütün  proses  boyu  və  ya  onun  bir  hissəsində  məhkəmə 

iclasına buraxılmaya bilər."

 

 

1.  Hazırki  təlimat  təsis  edildiyi  vaxtdan  bu  günə  qədər  mövzu  ilə  bağlı  Strasburq 



Məhkəməsinin çıxardığı ən vacib qərarlar barədə praktik hüquqşünaslara məlumatın təqdim 

edilməsi  üçün  nəzərdə  tutulub

1

.  Beləliklə,  sənəddə  Məhkəmənin  presedent  hüququnun 



formalaşdırdığı  əsas  prinsiplər,  müvafiq  presedentlərlə  birlikdə  şərh  olunur.  İstinad  edilən 

presedent hüququ seçilib: bunlar aparıcı, mühüm və ən son qərarlar və qərardadlardır

2



2.  Əslində Məhkəmənin qərarları yalnız Məhkəmənin qarşısına çıxarılan konkret  işlərin 



həllinə  xidmət  etmir,  eyni  zamanda  ümumi  mənada  Konvensiya  ilə  müəyyən  olunan 

qaydaların  izah  olunmasına,  qorunmasına  və  inkişaf  etdirilməsinə  kömək  edir,  beləliklə 

Dövlətlərin Razılığa gələn Tərəf kimi üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirməsinə 

töhfə  verir.  (



İrlandiya  Birləşmiş  Krallığa  qarşı, 

§ 154).  Konvensiya  sisteminin  missiyası 

məsələləri  ictimai  maraq  çərçivəsində  ictimai-siyasi  əsaslarla  həll  etmək,  bu  yolla  insan 

hüquqlarının qorunması ilə bağlı ümumi standartları yüksəltmək və Konvensiyanın iştirakçısı 

olan  Dövlətlərdə  insan  hüquqları  sahəsindəki  məhkəmə  təcrübəsini  yaymaqdır  (

Konstantin 

Markin Rusiyaya qarşı

 [BP], § 89). 

 

 

1



.  Presedent hüququna istinadlar 1 may 2013-ci il tarixədək yenilənib. 

2

.  İstinad edilən qərar və qərardadların hiperlinkləri İngilis və ya Fransız dilində (Məhkəmənin iki rəsmi dili) 



yazılan  oriinal  mətnlərə  keçidi  təmin  edir.  Oxucular  İngilis  və/və  ya  Fransız  dilində  qərar  və  qərardadlara, 

eləcə  də  onların  təxminən  iyirmi  digər  dilə  olunan  tərcümələrə  çatımı  təmin  edən  Məhkəmənin  presedent 

hüququnun 

HUDOC


 verilənlər bazasına müraciət edə bilərlər. 

4/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 

                                                 



K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

I.  TƏTBİQ DAIRƏSI: "MÜLKİ HÜQUQ VƏ VƏZIFƏLƏR" ANLAYIŞI



3

 

 



Maddə 6 § 1  

"Hər  kəs,  onun  mülki  hüquq  və  vəzifələri  müəyyən  edilərkən  ...,  ...  [a]  məhkəmə  vasitəsi  ilə,  ...  işinin  ... 

araşdırılması hüququna malikdir." 

 

1.  6 § 1 Maddənin tətbiqiliyinə dair ümumi tələblər 

3.  "Mülki  hüquq  və  vəzifələr"  anlayışı  təkcə  cavabdeh  Dövlətin  milli  qanunvericiliyinə 

istinadən şərh edilə bilməz; sözügedən ifadə Konvesiyadan irəli gələn "avtonom" anlayışdır. 

6 § 1 Maddə tərəflərin statusundan, "mübahisə"nin necə həll olunmalı olduğunu tənzimləyən 

qanunvericiliyin  mahiyyətindən  və  bu  məsələnin  həllində  yurisdiksiyaya  malik  orqanın 

xarakterindən asılı olmayaraq tətbiq olunur (

Georgiadis Yunanıstana qarşı

, § 34). 

4.  Bununla  belə,  Konvensiyada  ehtiva  olunan  avtonom  anlayışların  bugünkü  şərtlərin 

işığında  şərh  olunması  prinsipi  Məhkəməyə  6  §  1  Maddəni  sanki  onun  mətnində  "mülki

sifətinin (bu Maddənin tətbiq edildiyi "hüquq və vəzifələr" kateqoriyası üzrə mütləq şəkildə 

işlədilməsinə  dair  məhdudiyyətlər  ilə)  yer  almadığı  kimi  şərh  etmək  səlahiyyəti  vermir 

(

Ferrazzini İtaliyaya qarşı

 [BP], § 30). 

5.  6  §  1  Maddənin  mülki  məsələlərdə  tətbiqiliyi  ilk  növbədə  "mübahisə"nin 

mövcudluğundan asılıdır. İkincisi isə mübahisə ən azı milli qanunvericiliklə tanındığı iddia 

olunan  "hüquq  və  vəzifələr"  ilə  əlaqədar  olmalıdır.  Son  olaraq,  bu  "hüquq  və  vəzifələr" 

Konvesiyanın  mənası  baxımından  "mülki"  xarakterə  malik  olmalıdır,  baxmayaraq  ki,  6-cı 

Maddə  özlüyündə  "hüquq  və  vəzifələr"ə  Razılığa  gələn  Dövlətlərin  hüquq  sistemində  hər 

hansı konkret məzmun vermir (



James və digərləri Birləşmiş Krallığa qarşı

, § 81). 

 

(a) “



MÜBAHISƏ



 ANLAYIŞI

 

6.  "Mübahisə"  sözü  (Fransız  dilində  "contestation")  formal  mənada  deyil,  daha  çox  

maddi mənada başa düşülməlidir (

Le Compte, Van Leuven və De Meyere Belçikaya qarşı

, § 


45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə 

işinin  hallarına  uyğun  olaraq,  diqqəti  faktiki  vəziyyətə  yönəltmək  lazımdır  (



Gorou 

Yunanıstana qarşı (№. 2)

 [BP], § 29; və 



Boulois Luksemburqa qarşı

 [BP], § 92). 6-cı Maddə 

qarşı  tərəflərin  olmadığı  və  hüquqlarla  bağlı  hər  hansı  bir  mübahisəli  vəziyyətin  mövcud 

olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura 

tətbiq olunmur (

Alaverdyan Ermənistana qarşı

, (qərardad), § 35). 

7.  "Mübahisə"  real  və  ciddi  olmalıdır  (

Sporrong  və  Lönnroth  İsveçə  qarşı

,  §  81).  Bu 

qayda, məsələn, sadəcə həbsxanada İİV-infeksiyasına yoluxmuş məhbusların aşkarlanmasına 

əsasən həbsxana səlahiyyətlilərinə qarşı mülki icraatı istisna edir. (



Skorobogatykh Rusiyaya 

qarşı

 (qərardad)). Məsələn, hüquqi məsələlər üzrə apellyasiya şikayəti vermək üçün dövlət 

ittihamçısına müraciət ilə bağlı məhkəmə işində, Məhkəmə sözügedən müraciətin ərizəçinin 

təzminat almaq məqsədilə mülki iddiaçı kimi çıxış etdiyi məhkəmə prosesinin ayrılmaz tərkib 

hissəsini təşkil etdiyi üçün "mübahisənin" real olduğuna qərar vermişdir.(

Gorou Yunanıstana 

qarşı (№. 2)

 [BP], § 35). 

8.  Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata 

keçirilmə qaydası ilə də əlaqəli ola bilər (



Benthem Hollandiyaya qarşı

, § 32). O, həmçinin 

fakt məsələləri ilə bağlı ola bilər. 

9.  Məhkəmə  prosesinin  nəticəsi  sözügedən  hüquq  üçün  bilavasitə  həlledici  olmalıdır 

(məsələn, 

Ulyanov  Ukraynaya  qarşı

  (qərardad)).  Nəticə  etibarilə,  zəif  əlaqə  və  ya  uzaq 

3

.  Bu, Qəbuledilənlik üzrə Təlimatın müvafiq bölməsinin yenilənmiş versiyasıdır. 



5/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə