Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   2   3   4   5   6   7   8   9   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

4.  İstisna edilən məsələlər 



38.  Mübahisənin sadəcə "maddi" xarakterə malik olduğunu göstərmək 6-cı Maddənin 1-ci 

bəndinin  mülki-hüquqi  aspekti  baxımından  tətbiq  edilməsi  üçün  yetərli  deyil  (



Ferrazzini 

İtaliyaya qarşı

 [BP], § 25). 

39.  Vergi  ilə  bağlı  icraatlar  6-cı  Maddənin  əhatə  dairəsi  xaricində  qalan  məsələlər 

arasında  yer  alır:  vergi  ödəyicisi  ilə  cəmiyyət  arasındakı  əlaqənin  ictimai  mahiyyətinin 

üstünlük  təşkil  etməsilə  vergi  məsələləri  hələ  də  ictimai-hakimiyyət  imtiyazlarının  əsas 

hissəsini  təşkil  edir  (

eyni  yerdə.

,  §  29).  Həmçinin  istisnalara  gömrük  öhdəlikləri  və  ya 

rüsumları ilə bağlı müvəqqətin tədbirin tətbiqi ilə əlaqədar sadələşdirilmiş icraatlar daxildir 

Emesa Sugar N.V. Hollandiyaya qarşı

 (qərardad)). 

40. Eyni hal, şəxsi həyat və ailə həyatı və  ya məşğulluq imkanları baxımından mümkün 

ciddi  nəticələrə  baxmayaraq,  immiqrasiya  sahəsində  siyasi  sığınacağın  verilməsi  və  ya 

deportasiya  ilə  bağlı  proseslərlə  əlaqədar  əcnəbilərin  girişi,  yerləşməsi  və  ölkədən 

çıxarılmasına  tətbiq  olunur  (deportasiya  əmrinin  ləğv  edilməsinə  dair  ərizə:  bax  Maaouia



 

Fransaya qarşı

 [BP] § 38; ekstradisiya: bax 



Peñafiel Salgado İspaniyaya qarşı

 (qərardad) və 



Mamatkulov  and  Askarov  Türkiyəyə  qarşı

  [BP],  §§  81-83;  və  sığınacağın  verilməsindən 

imtina  ilə  əlaqədar  sığınacaq  axtaran  şəxslər  tərəfindən  açılan  təzminat  iddiası:  bax 

Panjeheighalehei  Danimarkaya  qarşı

  (qərardad)).  İstisnalar  əcnəbinin  Şengen  Məlumat 

Sisteminə daxil edilməsinə də tətbiq edilir (

Dalea Fransaya qarşı

 (qərardad)). 6-cı Maddənin 

məqsədləri  üçün  pasport  və  vətəndaşlıq  almaq  hüququ  mülki  hüquqlar  deyil  (

Smirnov 

Rusiyaya qarşı

 (qərardad)). Bununla belə, əcnəbinin iş icazəsi üçün müraciət hüququ (həm 

işəgötürən, həm də işçi adından) daxili qanunvericiliyə əsasən işçinin məhkəməyə müraciət 

etmək  hüququ  olmasa  belə  6-cı  maddənin  əhatə  dairəsinə  düşə  bilər;  bir  şərtlə  ki,  bu 

məhdudiyyət sırf prosessual xarakter daşıyır və hüququn mahiyyətinə təsir etmir (



Jurisic və 

Collegium Mehrerau Avstriyaya qarşı

, §§ 54-62). 

41.  

Vilho  Eskelinen  və  digərləri  Finlandiyaya  qarşı

  [BP]  məhkəmə  işinə  əsasən,  dövlət 



qulluqçuları ilə əlaqədar mübahisələr iki meyara cavab verdiyi halda 6-cı Maddənin əhatə 

dairəsinə düşmür: Dövlətin milli qanunvericiliyində sözügeden vəzifəni tutan şəxslər və  ya 

personal  üçün  məhkəməyə  çatım  açıq  şəkildə  qadağan  olmalı  və  bu  qadağa  Dövlətin 

maraqları  baxımından  obyektiv  əsaslarla  əsaslandırılmalıdır  (§ 62).  Bir  işdə  intizam 

pozuntularına görə ordudan tərxis olunan əsgərin vəziyyəti bununla bağlı idi; ərizəçinin tərxis 

olunma  barədə  qərarı  məhkəmələrdə  mübahisələndirmək  hüququ  yox  idi  və  onun  dövlətlə 



“xüsusi etibar və sədaqət əlaqəsi” şübhə altına alınmışdı (

Suküt Türkiyəyə qarşı

 (qərardad)). 

İstisnanı  əsaslandırmaq  üçün  Dövlətin  sözügedən  dövlət  qulluqçusunun  dövlət 

hakimiyyətinin  həyata  keçirilməsində  iştirak  etdiyini  və  ya  Məhkəmənin  Pellegrin  işində 

istifadə  etdiyi  terminologiyanı  ifadə  etsək,  dövlət  qulluqçusu  ilə  işəgötürən  olaraq  dövlət 

arasındakı  "xüsusi  etibar  və  sədaqət  əlaqəsinin"  olduğunu  ortaya  qoyması  yetərli  deyil. 

Mübahisə predmetinin dövlət hakimiyyətinin həyata keçirilməsi olduğunu və  ya sözügedən 

xüsusi  əlaqənin  müzakirə  mövzusu  olduğunu  göstərmək  də  dövlətin  vəzifəsidir.  Prinsipcə, 

əmək  haqların,  müavinətlərin  və  ya  oxşar  təzminatların  ödənilməsi  ilə  bağlı  adi  əmək 

mübahisələrinə  münasibətdə,  müəyyən  dövlət  məmuru  ilə  sözügedən  dövlət  arasındakı 

əlaqənin xüsusi xarakterinə əsaslanaraq, 6-cı maddənin təmin etdiyi təminatlardan məhrum 

etməyin heç bir haqlı əsası ola bilməz (



Vilho Eskelinen və digərləri Finlandiyaya qarşı

 [BP], 


§ 62). 

42.  Son  olaraq,  seçilmək  və  seçildiyi  yeri  saxlamaq  hüququ  (seçki  mübahisəsi:  bax 



Pierre-Bloch  Fransaya  qarşı

,  §  50),  sabiq  parlament  üzvü  olaraq  pensiya  almaq  hüququ 

(

Papon Fransaya qarşı

 (qərardad)), siyasi partiyanın siyasi fəaliyyəti yerinə yetirmək hüququ 

(partiyanın ləğv edilməsi ilə bağlı məhkəmə prosesi üçün, bax: 

Refah Partisi (The Welfare 

Party) və digərləri Türkiyəyə qarşı

 (qərardad)) kimi siyasi hüquqlar 6 § 1 Maddənin mənası 

baxımından mülki hüquqlar olaraq qəbul edilə bilməz. Eyni şəkildə, parlament seçkilərində 

12/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

müşahidəçlik  aparan  qeyri-hökümət  təşkilatının  onunla  bağlı  olmayan  sənədlərə  çıxış 



tələbinin rədd edilməsi ilə bağlı məhkəmə prosesləri 6 §  Maddənin əhatə dairəsi xaricində 

qalmışdır (



Geraguyn Khorhurd Patgamavorakan Akumb Ermənistana qarşı

 (qərardad)). 

43.  Bundan  əlavə,  Məhkəmə  bu  yaxınlarda  yenidən  təsdiq  etmişdir  ki,  açıq  məhkəmə 

iclasında  müəyyən  edilmiş  hallar  barədə  məlumat  vermək  hüququ  da  mülki  hüquq  deyil 

(

Mackay and BBC Scotland Birləşmiş Krallığa qarşı

, §§ 20-22). 

44.  Nəticə: Yuxarıda göstərilən meyarlara əsasən görə müəyyən olunan "mülki hüquq və 

vəzifələr" ilə bağlı "mübahisə" mövcud olduğu hallarda, 6 § 1 Maddə sözügedən şəxsin mülki 

hüquqları  və  vəzifələri  ilə  bağlı  istənilən  iddianı  məhkəmə  qarşısına  çıxarmaq  hüququnu 

təmin edir. Beləliklə, sözügedən Maddə məhkəməyə çatım hüququnu, yəni mülki işlər üzrə 

məhkəmə qarşısında iddia qaldırmaq hüququnu təşkil edən aspektlərdən birini "məhkəməyə 



müraciət  hüququnu"  ehtiva  edir.  Bura  məhkəmənin  təşkili  və  tərkibi,  eləcə  də  məhkəmə 

baxışının aparılması ilə bağlı 6-cı Maddənin 1-ci bəndinin müəyyən etdiyi təminatlar da əlavə 

olunur. Xülasə, bunların hamısı birlikdə "ədalətli məhkəmə araşdırması" hüququnu təşkil edir 

(

Golder Birləşmiş Krallığa qarşı

, § 36). 

 

 



II.  MƏHKƏMƏYƏ HÜQUQ 

 

Maddə 6 § 1  



"Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ..., qanun əsasında yaradılmış müstəqil və qərəzsiz 

məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir."  

 

1.  Məhkəməyə hüquq və məhkəməyə çatım hüququ 

45.  Konvensiyanın 6 § 1 Maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ 

qanunun aliliyi baxımından şərh olunmalıdır, bu da tərəflərin öz mülki hüquqlarını müdafiə 

etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitəsinə malik olmalarını tələb edir (

Beles və 

digərləri Çexiya Respublikasına qarşı

, § 49). 

 Hər  kəs  "mülki  hüquq  və  vəzifələri"inə  aid  hər  hansı  tələbini  məhkəmə  və  ya  tribunal 

qarşısına çıxarmaq hüququna malikdir. Bu mənada, 6 § 1 Maddə "məhkəməyə hüququ" ehtiva 

edir ki, məhkəməyə çatım hüququ, yəni mülki məsələlərdə icraatı başlamaq hüququ onun bir 

aspektidir.  (

Golder  Birləşmiş  Krallığa  qarşı

,  §  36).  "Məhkəməyə  hüquq"  və  çatım  hüququ 

mütləq  deyil.  Onlar  müəyyən  məhdudiyyətlərə  məruz  qala  bilərlər,  lakin  bu  cür 

məhdudiyyətlər  fərdin  məhkəməyə  çatım  imkanını  sözügedən  hüququn  mahiyyətinə  xələl 

gətirə biləcək dərəcədə azaltmamalı və məhdudlaşdırmamalıdır. (

Philis Yunanıstana qarşı

§ 

59; 


De Geouffre de la Pradelle Fransaya qarşı

 § 28, və 



Stanev Bolqarıstana qarşı

 [BP], § 

229).

4

 



 

(a)  P

RAKTIKI VƏ EFFEKTIV OLAN HÜQUQ

 

46.  Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır  (



Bellet Fransaya qarşı

,  § 


38).  Çatım  hüququnun  effektiv  olması  üçün  fərd  "hüquqlarına  müdaxilə  təşkil  edən  bir 

hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana" malik olmalıdır (

Bellet Fransaya qarşı

§  36; 



Nunes  Dias  Portuqaliyaya  qarşı

).  Apellyasiya  şikayəti  və  ya  məhkəmə  qərarına 

yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt 

4

.  Həmçinin Ədalətlilik  bölməsinə baxın. 



13/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə