Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   2   3   4   5   6   7   8   9   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

vermədiyinə  dair  olsa  belə  (ərizəçinin  xaricdə  əldə  etdiyi  tibb  ixtisası  icra  etməyə  davam 



etmək  hüququ:  bax  Kök  Türkiyəyə  qarşı,  § 37)  "mülki  hüquqla"  bağlı  "mübahisə"  olduğu 

qənaətinə gəlinməlidir. 

 

(c)  

HÜQUQUN 



MÜLKI



 XARAKTERI

 

19.  Hüququn Konvensiyanın mənası çərçivəsində mülki olaraq qəbul edilib-edilməyəcəyi, 

bu  hüququn  sözügedən  Dövlətin  yerli  qanunvericiliyində  müəyyən  edilən  hüquqi 

təsnifləndirməsinə  deyil,  onun  maddi  məzmununa  və  təsirlərinə  istinadən  müəyyən 

edilməlidir. Məhkəmə nəzarət funksiyalarını həyata keçirərkən, Konvensiyanın predmetini və 

məqsədini, o cümlədən digər Razılığa  gələn Dövlətlərin milli hüquq sistemlərini də nəzərə 

almalıdır (

König Almaniyaya qarşı

, § 89). 

20.  Prinsip  etibarilə,  6  §  1  Maddənin  özəl  şəxslər  arasında  baş  verən  və  yerli 

qanunvericilikdə  mülki  olaraq  təsnifləndirilən  mübahisələrə  tətbiqi  Məhkəmə  qarşısında 

mübahisə  mövzusu  deyil  (ər-arvadın  məhkəmə  qərarına  əsasən  ayrı  yaşamalarına  dair  işlə 

bağlı, bax: 



Airey İrlandiyaya qarşı

, § 21). 

 

(d)    F

ƏRDI ŞƏXSLƏRIN HÜQUQLARI

:

 MADDI QIYMƏTLƏNDIRMƏ

 

21.  Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi 

fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin 

əhatə dairəsinə düşdüyünü hesab edir. Bu cür məhkəmə prosesləri, digərləri arasında, torpaq 

sahəsinin  satışına  icazə  verilməsi  (

Ringeisen  Avstriyaya  qarşı

,  §  94),  özəl  klinikanın 

işlədilməsi  (

König  Almaniyaya  qarşı

,  §§  94-95),  tikinti  icazəsi  (bax:  digərləri  arasında



Sporrong  və  Lönnroth  İsveçə  qarşı

,  §  79)  dini binaya  sahiblik  və  ondan  istifadə  (



Sâmbata 

Bihor  Greco-Catholic  Parish  Rumıniyaya  qarşı

,  §  65),  peşə  fəaliyyətinin  həyata  keçirilmə 

şərtlərilə bağlı inzibati icazə (

Benthem Hollvəiyaya qarşı

, § 36), spirtli içkilər satmaq üçün 

lisenziya verilməsi (

Tre Traktörer Aktiebolag İsveçə qarşı

, § 43), və ya peşə xəstəliyi və ya 

qəzasına  görə  təzminat  ödənilməsilə  bağlı  (

Chaudet  Fransaya  qarşı

,  §  30)  mübahisələrlə 

əlaqəli ola bilər. 

22.  Eyni əsasla 6-cı Maddə müəyyən peşə fəaliyyətini həyata keçirmək hüququ təhlükə 

altında olan peşə qurumları qarşısında irəli sürülən intizam icraatına (

Le Compte, Van Leuven 

və  De  Meyere  Belçikaya  qarşı;  Philis Yunanıstana  qarşı  (№. 2), 

§  45),  səhlənkarlığa  görə 

Dövlətə qarşı irəli sürülən iddialara (

X. Fransaya qarşı

), ərizəçinin hüquqlarını pozan inzibati 

qərarın  ləğv  edilməsi  ilə  bağlı  iddialara  (

De  Geouffre  de  la  Pradelle  Fransaya  qarşı

ərizəçilərə məxsus sularda balıqçılığın qadağan olunması üzrə inzibati icraata (



Alatulkkila və 

digərləri  Finlandiyaya  qarşı

,  § 49)  və  dini  inancına  və  siyasi  mənsubiyyətinə  görə  ayrı-

seçkiliyə məruz qalmamaq kimi mülki hüququn təhlükə altında olduğu, ictimai işlərin yerinə 

yetirilməsi ilə bağlı müqavilələrin bağlanması zamanı tender təkliflərinin qiymətləndirilməsi 

üzrə icraata tətbiq olunur (

Tinnelly & Sons Ltd və digərləri və McElduff və digərləri Birləşmiş 

Krallığa qarşı

, § 61; əksi 



I.T.C.Ltd Maltaya qarşı

 (qərardad)).  

23.  6  §  1  Maddə  cinayət  prosesində  mülki iddialara  tətbiq  oluna  bilər  (

Perez  Fransaya 

qarşı

  [BP],  §§ 70-71),  ancaq  tam  şəxsi  intiqam  almaq  və  ya  cəzalandırmaq  məqsədi  ilə  

açılan  mülki  iddialar  istisna  təşkil  edir  (

Sigalas  Yunanıstana  qarşı

,  § 29; 



Mihova  İtaliyaya 

qarşı

 (qərardad)). Bu səbəbdən Konvensiya cinayət əməlinə görə üçüncü tərəflərin təqibi və 

ya cəzalandırılması ilə bağlı hər hansı hüquq nəzərdə tutmur. Konvensiyanın əhatə dairəsinə 

düşməsi  üçün  belə  hüquq  hətta  simvolik  təzminat  əldə  etmək  və  ya  "yaxşı  nüfuz"a  malik 

olmaq hüququ kimi mülki hüquqlarının qorunması məqsədilə olsa belə, zərərçəkmişin yerli 

qanunvericilikdə  nəzərdə  tutulan  mülki  iddia  qaldırmaq  hüququnu  həyata  keçirməsi  ilə 

ayrılmaz olmalıdır (

Perez Fransaya qarşı

 [BP], § 70; 



Gorou Yunanıstana qarşı (№. 2)

 [BP], 


§  24).  Bu  səbəbdən,  ərizəçi  mülki  iddiaçı  qismində  icraata  qoşulduğu  andan  etibarən    6-cı 

8/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

Maddə mülki iddialarla bağlı məhkəmə prosesinə tətbiq olunur, bir şərtlə ki, ərizəçi təzminat 



hüququndan birmənalı şəkildə imtina etməsin.  

24.  6 § 1 Maddə həmçinin, dövlət rəsmiləri tərəfindən yol verildiyi iddia edilən pis rəftara 

görə təzminatın tələb edilməsi  üzrə mülki iddiaya da tətbiq olunur (

Aksoy Türkiyəyə qarşı

, § 


92). 

 

2.  Digər mübahisə növlərinə tətbiq edilə bilməsi 

25.  Məhkəmə müəyyən etdi ki, 6 § 1  Maddənin sosial məsələlərlə bağlı mübahisələrə, o 

cümlədən  işçinin  özəl  şirkət  tərəfindən  işdən  çıxarılması  ilə  bağlı  məhkəmə  proseslərinə 

(

Buchholz  Almaniyaya  qarşı

),  sosial-sığorta  müavinətləri  ilə  bağlı  məhkəmə  proseslərinə 

(

Feldbrugge  Hollandiyaya  qarşı

),  hətta  ilkin  ödənişlərə  əsaslanmayan  belə  müavinətlərlə 

bağlı  məhkəmə  proseslərinə  (

Salesi  İtaliyaya  qarşı

)  və  həmçinin  məcburi  sosial-sığorta 

ödəmələri ilə bağlı məhkəmə proseslərinə (

Schouten və Meldrum Hollandiyaya qarşı

) tətbiq 

edilir.  (İşəgötürən  tərəfindən  işçinin  peşə  xəstəliyinə  tutulmasının  mübahisələndirməsi  ilə 

əlaqədar, bax 



Eternit Fransaya qarşı

 (qərardad), § 32). Bu cür işlərdə Məhkəmə qət etdi ki, 

xüsusi hüquq aspektləri ictimai hüquq aspektləri üzərində üstünlük təşkil edir. Bundan əlavə, 

Məhkəmə hesab etdi ki, özəl fonddan sosial müavinət almaq hüququ ilə Nasist təqibinə görə 

təzminat almaq hüququ arasında oxşarlıqlar mövcuddur (

Woś Polşaya qarşı

, § 76).  

26.  Dövlət qulluqçuları ilə bağlı mübahisələr prinsipcə 6 § 1 Maddənin tətbiq dairəsinə 

düşür. 


Pellegrin  Fransaya  qarşı

  [BP],  §§  64-71,  işdə  Məhkəmə  "funksional"  meyar  qəbul 

etmişdir. 

Vilho Eskelinen və digərləri Finlandiyaya qarşı

 [BP], §§ 50-62, işdə Məhkəmə yeni 

yanaşma qəbul etməyə qərar vermişdir. Hazırda prinsip odur ki, 6-cı Maddənin tətbiqinə dair 

prezumpsiya  qüvvədir  və  cavabdeh  dövlət  ilk  növbədə  yerli  qanunvericiliyə  əsasən  dövlət 

məmuru olan ərizəçinin məhkəməyə çatım hüququnun olmadığını və ikincisi isə sözügedən 

dövlət  məmurunun  6-cı  maddə  ilə  təminat  verilən  hüquqlardan  məhrum  edilməsinin  əsaslı 

olduğunu sübut etməlidir (xüsusilə, § 62-yə baxın). Ərizəçinin  yerli qanunvericiliyə əsasən 

məhkəməyə çatım imkanı olduğu halda, 6-cı maddə tətbiq edilir (hətta xidmətdə olan zabitlər 

və onların hərbi məhkəmələr qarşısında qaldırdıqları iddiaları üçün:   bax 

Pridatchenko və 

digərləri  Rusiyaya  qarşı

,  § 47).  Yerli  qanunvericiliyə  əsasən  qeyri-məhkəmə  orqanı,  açıq 

şəkildə məhkəmə funksiyalarını icra edərsə, bu terminin maddi mənasında "məhkəmə" kimi 

qəbul  oluna  bilər  (



Oleksandr  Volkov  Ukraynaya  qarşı

,  §§  88-91).  İkinci  meyara  gəlincə,  

dövlət qulluqçusunun 6-cı Maddə ilə təminat verilən hüquqlardan məhrum edilməsi "Dövlətin 

mənafeyinə  xidmət  edən  obyektiv  səbəblərə"  əsaslanmalıdır;  bu,  dövlətdən  sözügedən 

mübahisə predmetinin Dövlət hakimiyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu və ya 

dövlət  ilə  dövlət  qulluqçusu  arasındakı  xüsusi  əlaqənin  sual  altına  alındığını  sübut  etməyi 

tələb edir. Bu səbəbdən, müvafiq dövlət qulluqçusu ilə sözügedən Dövlət arasındakı əlaqənin 

xüsusi  xarakterinə  əsaslanaraq,  məsələn  əmək  haqları,  müavinətlər  və  ya  oxşar  hüquqlarla 

bağlı adi əmək mübahisələrində 6-cı Maddədə nəzərdə tutulan təminatlardan məhrum etmə 

prinsipcə  heç  cür  əsaslandırıla  bilməz  (məsələn, 

Vilho  Eskelinen  və  digərləri  Finlandiyaya 

qarşı

 [BP] işdə polis işçisinin xüsusi müavinət almaq hüquqi ilə bağlı mübahisəyə bax). Vilho 



Eskelinenin işi üzrə çıxardığı qərarda göstərilən meyarların işığında, Məhkəmə bəyan etdi ki,  

səfirlik işçisinin (Polşa Səfirliyində katib və stansiya operatoru: 



Cudak Litvaya qarşı

 [BP], §§ 

44-47;  və  eynilə  baş  mühasibin: 

Sabeh  El  Leil  Fransaya  qarşı

  [BP],  §  39),  baş  polis 

məmurunun  (

Šikić  Xorvatiyaya  qarşı

,  §§ 18-20)  və  ya  hərbi  məhkəmələrdə  hərbi  zabitin 

(

Vasilchenko  Rusiyaya  qarşı

,  §§  34-36)  haqsız  yerə  işdən  çıxarılması  ilə  bağlı  proseslərə, 

deputat köməkçisi vəzifəsini tutmaq hüququ ilə bağlı prosesə (

Savino və digərləri İtaliyaya 

qarşı

), hakimə qarşı başladılan intizam proseslərinə (



Olujić Xorvatiyaya qarşı

), prokurorun 

onun  köçürülməsinə  əmr  verən  prezident  fərmanından  şikayətinə  (

Zalli  Albaniyaya  qarşı

 

(qərardad)  və  burada  göstərilən  digər  istinadlarla  birlikdə)  və  gömrük  işçisinin  peşəkar 



9/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə