Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   2   3   4   5   6   7   8   9   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

karyerası ilə bağlı proseslərə (vəzifənin qaldırılması ilə bağlı daxili müsabiqədə iştirak etmək 



hüququ: bax 

Fiume İtaliyaya qarşı

, §§ 33-36) 6 § 1 Maddə tətbiq edilir. 

27.  Əgər  konstitusion  icraat  (“mülki”  hüquq  barədə)  mübahisənin  ümumi  yurisdiksiyalı 

məhkəmələrdə nəticəsinə həlledici təsirə göstərirsə, konstitusion mübahisələr 6-cı Maddənin 

əhatə  dairəsinə  düşür  (

Ruiz-Mateos  İspaniyaya  qarşı

).  Bu  hal  müstəsna  olaraq  fiziki  şəxsə 

vətəndaşlıq  verən  prezident  fərmanı  və  ya  Prezidentin  konstitusiya  andını  pozub-

pozmadığının müəyyən edilməsi ilə bağlı mübahisələrə tətbiq edilmir, çünki bu cür məhkəmə 

prosesləri mülki hüquq və vəzifələrlə əlaqədar deyil. (

Paksas Litvaya qarşı

 [BP], §§ 65-66). 

6-cı Maddənin 1-ci bəndinin müvəqqəti tədbirə tətbiqini tənzimləyən meyarlar Konstitusiya 

Məhkəməsini də əhatə edir (



Kübler Almaniyaya qarşı

, §§ 47-48). 

28.  Nəticədə,  6-cı  Maddə  həmçinin  yaşamaq,  sağlamlıq  və  ya  sağlam  ətraf  mühitlə 

əlaqədar mübahisələr yarandıqda ətraf mühit məsələləri (



Taşkın və digərləri Türkiyəyə qarşı

); 


uşaqların  tərbiyəsi  (

McMichael  Birləşmiş  Krallığa  qarşı

);  uşaqlar  üçün  məktəb  təhsilinin 

təşkili (

Ellès və digərləri İsveçrəyə qarşı

, §§ 21-23); atalığın müəyyən edilməsini tələb etmək 

hüququ (

Alaverdyan Ermənistana qarşı

 (qərardad), § 33); azadlıq hüququ (



Laidin Fransaya 

qarşı (№. 2)

); məhbusların həbsdə saxlanılmasına dair tənzimləmələr (məsələn, məhbusların 

yüksək  təhlükəsiz  bölmədə  və  ya  yüksək  təhlükəsiz  kamerada  yerləşdirilmələri  nəticəsində 

məruz qaldıqları məhdudiyyətlərlə bağlı mübahisələr (

Enea İtaliyaya qarşı

 [BP], §§ 97-107) 

(

Stegarescu  və  Bahrin  Portuqaliyaya  qarşı

))  və  ya  həbsxanada  ailə  ziyarətinin 

məhdudlaşdırılması ilə nəticələnən intizam prosesləri (

Gülmez Türkiyəyə qarşı

, § 30) və ya 

digər  oxşar  məhdudiyyətlər  (

Ganci  İtaliyaya  qarşı

,  § 25);  yaxşı  nüfuz  hüququ  (



Helmers 

İsveçə  qarşı

);  inzibati  sənədlərə  çatım  hüququ  (



Loiseau  Fransaya  qarşı

  (qərardad))  və  ya 

nüfuz hüququna, mülkiyyətin qorunması hüququna və iş tapmaq və beləliklə yaşayışın təmin 

edilməsi  imkanına  təsir  edən  adının  polis  məlumatlar  bazasına  daxil  edilməsindən  şikayət 

etmək  hüququ  (

Pocius  Litvaya  qarşı

,  §§  38-46,  və 



Užukauskas  Litvaya  qarşı

,  §§  32-40); 

dərnəyə üzv olmaq hüququ (

Sakellaropoulos Yunanıstana qarşı

 (qərardad) – oxşar şəkildə, 

hətta  yığıncaqlar  azadlığı  yerli  qanunvericiliyə  əsasən  ictimai  hüquq  sahəsinin  dairəsinə 

düşməsinə baxmayaraq, assosiasiyanın qeydiyyatının mübahisələndirilməsi ilə bağlı proseslər  

assosiasiyanın mülki hüquqları ilə bağlı olduğundan: bax 

APEH Üldözötteinek Szövetsége və 

digərləri  Macarıstana  qarşı

,  §§  34-35);  və  son  olaraq  ibtidai  təhsil  kontekstində  a  fortiori 

tətbiq edilən mövqe ) (

Oršuš və digərləri Xorvatiyaya qarşı

 [BP], § 104) - ali təhsili davam 

etdirmək  hüququ    (

Emine  Araç  Türkiyəyə  qarşı

,  §§  18-25)  kimi  digər  ciddi  şəkildə  maddi 

olmayan  məsələlərə  də  tətbiq  oluna  bilər.  Beləliklə,  6-cı  Maddə  fərdlərin  həyatı  üzərində 

şübhəsiz  olaraq,  birbaşa  və  əhəmiyyətli  təsiri  ola  bilən  proseslərə  tətbiq  olunur  (



Alexandre 

Portuqaliyaya qarşı

, §§ 51 və 54). 

 

3.  6-cı Maddənin əsas proseslərdən əlavə digər proseslərə tətbiq edilə bilməsi 

29.  İddianın təmini tədbiri kimi müvəqqəti tədbirin tətbiqi ilə bağlı proseslərə bənzər ilkin 



proseslər adətən mülki hüquqları və vəzifələri "müəyyən edən" proseslər olaraq qəbul edilmir 

və  müvafiq  olaraq  6-cı  Maddənin  tətbiqi  dairəsinə  düşmür  (bax,  digərləri  arasında



Verlagsgruppe  News  GmbH  Avstriyaya  qarşı

  (qərardad),  və 



Libert  Belçikaya  qarşı

 

(qərardad)).  Buna  baxmayaraq,  Məhkəmə  bu  yaxınlarda  əvvəlki  presedent  hüququndan 



uzaqlaşmış və yeni yanaşma qəbul etmişdir

30.  


Micallef Maltaya qarşı

 [BP], §§ 83-86, işdə Məhkəmə müəyyən  etdi ki, müvəqqəti 

tədbirlərə 6-cı Maddənin tətbiq oluna bilməsi müəyyən şərtlərin icra edilib-edilməməsindən 

asılı  olacaqdır.  İlk  növbədə,  istər  əsas  icraatda  (işə  mahiyyəti  üzrə  baxışda),  istərsə  də 

iddianın  təmini  tədbirlərinin  tətbiqi  ilə  bağlı  prosesdə  sözügedən  hüquq  Konvensiyanın 

mənası baxımından "mülki" xarakterli olmalıdır. İkinci olaraq, müvəqqəti tədbirin xarakteri, 

mövzusu, məqsədi və eləcə də sözügedən hüquq üzərindəki təsiri yaxından araşdırılmalıdır. 

10/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

Müvəqqəti  tədbirin  sözügedən  mülki  və  vəzifələrin  müəyyən  edilməsində  effektiv  olduğu 



hesab  edildikdə,  bu  tədbir  nə  qədər  müddətdə  qüvvədə  olmasından  asılı  olmayaraq,  6-cı 

Maddə tətbiq olunacaq. 

31.  Aralıq qərar müvəqqəti və ya şərti tədbirlərə və proseslərə bərabər tutula bilər və bu 

səbəbdən  də,  6-cı  Maddənin  mülki  hüquqi  aspektinin  tətbiq  olunub-olunmaması  müvafiq 

olaraq eyni meyarlarla müəyyən edilir (

Merciecal və digərləri Maltaya qarşı

, § 35).  

32.  Yenə də 

Micallef Maltaya qarşı

  [BP], işdə müəyyən edilmiş prinsiplərə istinadən, 6-

cı Maddə yuxarıda qeyd olunan meyarlara uyğun olaraq, icra üzrə icraata tətbiq oluna bilər 

(

Central Mediterranean Development Corporation Limited Maltaya qarşı (№. 2) ,

 §§ 21-23). 

33.  Sözügedən  müvəqqəti  məhkəmə  əmri  dərhal  icra  edilə  bildikdə  və  eyni  hüquq  üzrə 

qərarın  çıxarılması  ilə  nəticələndiyi  hallarda,  6-cı  Maddə  davam  etməkdə  olan  əsas 

proseslərlə  eyni  məqsədi  daşıyan  müvəqqəti  proseslərə  tətbiq  oluna  bilər  (



RTBF  Belçikaya 

qarşı

, §§ 64-65). 

34.  Cinayət və mülki proseslərin sonrakı mərhələlərinə gəldikdə isə, əgər Dövlətin daxili 

qanunvericiliyi birincisi, təzminat hüququnun olub-olmadığına qərar vermək və ikincisi isə, 

təzminat məbləğini təyin etmək üzrə iki mərhələli məhkəmə prosesi nəzərdə tutursa, konkret 

təzminat  məbləği  təyin  olunduqdan  sonra  sözügedən  mülki  hüququn  "müəyyən  edildiyini

hesab etmək 6 § 1 Maddənin məqsədləri baxımından ağlabatandır; çünki hüququn müəyyən 

edilməsi  yalnız  sözügedən  hüququn  mövcudluğu  haqqında  deyil,  eyni  zamanda  sözügedən 

hüququn tətbiq dairəsi və üsulu haqqında da qərar verilməsini tələb edir; bu, da şübhəsiz ki, 

təzminat məbləğinin təyin olunmasını əhatə edir (



Torri İtaliyaya qarşı

, § 19).  

35

.  


Məhkəmə qərarlarının icrasına gəldikdə isə, Maddə 6 § 1 işin mahiyyəti üzrə qərarın 

çıxarılmasından sonrakı  mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən 



edilməsi"  üzrə  məhkəmə  araşdırmasının  bütün  mərhələlərinə  tətbiq  olunur.  Hər  hansı 

məhkəmə  tərəfindən  verilən  qərarın  icra  edilməsi  6-cı  Maddənin  məqsədləri  çərçivəsində 

"məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (

Hornsby Yunanıstana qarşı

, § 


40; 

Romańczyk Fransaya qarşı

, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının 

icrası  ilə  bağlı).  6-cı  Maddənin  ilkin  proseslərə  tətbiq  olunub-olunmamasından  asılı 

olmayaraq, mülki hüquqları müəyyən edən icra sənədi mütləq surətdə 6-cı Maddənin tətbiq 

dairəsinə  düşən  məhkəmə  proseslərinin  nəticəsində  qəbul  edilməli  deyil  (

Buj  Xorvatiyaya 

qarşı

,  § 19).  Xarici  məhkəmənin  müsadirə  əmrinin  icrası  yalnız  mülki  hüquqları  aspekti 

baxımından 6-cı Maddənin əhatə dairəsinə düşür (

Saccoccia Avstriyaya qarşı

 (qərardad)) 

36.  İş üzrə icraatın yenidən açılması ilə bağlı müraciətlər: 6-cı Maddə barəsində yekun 

qərar  çıxarılan  mülki  işlərin  yenidən  açılması  üçün  verilən  müraciətlərlə  bağlı  proseslərə 

tətbiq  olunmur  (

Sablon  Belçikaya  qarşı

,  §  86).  Bu,  həmçinin  Məhkəmə  Konvensiyanın 

pozulması  halını  aşkar  etdikdən  sonra  məhkəmə  işinin  yenidən  açılması  üçün  verilən 

müraciətə də şamil olunur (



Verein gegen Tierfabriken Schweiz (VgT) İsveçrəyə qarşı (№. 2)

 § 


24). Bununla belə, olduqca müstəsna bir məhkəmə işi olmuşdur ki, bu məhkəmə işində daxili 

hüquq sistemində məhkəmə işinin yenidən açılması mülki maraqların pozulması ilə əlaqədar 

təzminatın tələb edilməsi üçün yeganə hüquqi mexanizm idi və bu səbəbdən, onun nəticəsinin 

ərizəçinin "mülki hüquqları və  vəzifələri" baxımından həlledici olduğuna qərar verilmişdir 

(

Melis Yunanıstana qarşı

, §§ 19-20). 

37.  6-cı  Maddənin  həmçinin  ərizəçinin  mülki  hüquqları  və  vəzifələri  üzərində  birbaşa 

təsiri  olan  üçüncü  tərəfin  şikayətinə  tətbiq  olunduğu  qeyd  olunmuşdu  (



Kakamoukas  və 

digərləri Yunanıstana qarşı 

[BP], § 32). 

 

 

 



11/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə