Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

126.  Məhkəmə  işinin  baxılmasında  qeyri-peşəkar  hakimlərin  iştirakı  özlüyündə  6  §  1 



Maddəyə  zidd  deyil.  Bir  hakimin  sədrliyi  altında,  dövlət  qulluqçularının  və  maraqlı 

orqanların  nümayəndələrinin  iştirakı  ilə  təşkil  olunan  qarışıq  məhkəmə  tərkibinin 

mövcudluğu  özlüyündə  qərəzliliyin  sübutu  deyil  (

Le  Compte,  Van  Leuven  və  De  Meyere 

Belçikaya qarşı

, §§ 57 və 58), o cümlədən məhkəmədə qərarın çıxarılmasında qeyri-peşəkar 

hakim olan ekspertlərin iştirakına  per se etiraz yoxdur (

Pabla Ky Finlandiyaya qarşı

, § 32). 

127.  Qərəzsizliklə  bağlı  presedent  hüququnda  müəyyən  edilən  prinsiplər  peşəkar 

hakimlərə  olduğu  kimi  qeyri-peşəkar  hakimlərə  də  şamil  olunur  (



Langborger  İsveçə  qarşı

§§ 34-35; 



Cooper Birləşmiş Krallığa qarşı

 [BP], § 123). 

128.  Bir  qayda  olaraq,  əgər  qərar  sonradan  "tam  yurisdiksiyaya"  malik  olan  və  ilkin 

pozuntunu  aradan  qaldırmaqla  müvafiq  təminatlara  uyğunluğu  təmin  edən  məhkəmə 

orqanının  nəzarətinə  məruz  qalarsa,  qərar  verən  məhkəmənin  müstəqil  və  ya  qərəzsiz 

olmaması ya da sözügedən məhkəmənin əsas prossesual təminatı pozması 6 § 1 Maddənin 

pozulması ilə nəticələnmir (

De Haan Hollandiyaya qarşı

§§ 52-55).

11

 



129. Məhkəmə davamlı olaraq vurğulamışdı ki, Dövlətin Konvensiyanın 6 § 1 Maddəsinə 

əsasən  işə  "müstəqil  və  qərəzsiz  məhkəmə"  tərəfindən  baxılmasını  təmin etmək  öhdəliyinin 

əhatə  dairəsi  yalnız  məhkəmə  sistemi  ilə  məhdudlaşmır.  Bu,  həmçinin  səviyyəsindən  asılı 

olmayaraq  icra,  qanunverici  və  digər  hər  hansı  Dövlət  orqanı  qarşısında  məhkəmələrin 

çıxardığı  hökmlərə  və  qərarlara,  onlarla  razılaşmasalar  belə,  hörmət  və  riayət  etmək 

öhdəliyini  qoyur.  Bu  səbəbdən,  dövlətin  məhkəmələrin  səlahiyyətinə  hörmət  göstərməsi, 

cəmiyyətin məhkəmələrə və daha geniş mənada, qanunun aliliyinə etimad etməsi üçün ilkin 

zəruri şərtidir. Bunun təcrübədə həyata keçirilməsi üçün məhkəmə sisteminin müstəqilliyi və 

qərəzsizliyi  kimi  konstitusion  təminatlar  kifayət  deyil.  Onlar  səmərəli  şəkildə  gündəlik 

inzibati  münasibətlərə  və  təcrübələrə  daxil  edilməlidir  (



Agrokompleks  Ukraynaya  qarşı

§ 136).  



 

(b) M

ÜSTƏQIL MƏHKƏMƏ

 

130.  "Müstəqil"  termini  digər  hakimiyyət  qolları  (icra  və  qanunverici)  qarşısında 

(

Beaumartin  Fransaya  qarşı

,  § 38),  eləcə  də  tərəflər  qarşısında  müstəqilliyi  ifadə  edir 



(

Sramek Avstriyaya qarşı

, § 42). 

131.  Hökumətin  siyasi  orqanları  ilə  məhkəmə  sistemi  arasındakı  səlahiyyət  bölgüsü 

anlayışının Məhkəmənin presedent hüququnda  getdikcə daha çox əhəmiyyət kəsb etməsinə 

baxmayaraq,  nə  6-cı  Maddə,  nə  də  Konvensiyanın  hər  hansı  digər  müddəası  Dövlətlərdən 

hakimiyyət  orqanlarının  qarşılıqlı  əlaqəsinə  icazə  verilən  hədlərlə  bağlı  hər  hansı  nəzəri 

konstitusion  anlayışlara  əməl  etmələrini  tələb  etmir.  Əsas  məsələ  konkret  məhkəmə  işində 

Konvensiyanın  tələblərinə  riayət  olunub-olunmamasıdır  (



Kleyn  və  digərləri  Hollandiyaya 

qarşı

 [BP], § 193). Əslində, Məhkəmənin müstəqilliyi anlayışı məhkəmə hakimiyyətini digər 

hakimiyyət qollarından ayırmaq üçün prosessual təminatların mövcudluğunu nəzərdə tutur. 

 



 İcra hakimiyyəti qarşısında müstəqillik 

132.  İcra hakimiyyətinin məhkəmə işinin gedişatına onun nəticəsinə təsir etmək məqsədi 

ilə  müdaxilə  etməsi  hakimlərin  müstəqilliyini  sarsıdır  (

Sovtransavto  Holding  Ukraynaya 

qarşı

, § 80; 


Mosteanu və digərləri Rumıniyaya qarşı

, § 42).


 

133.  Hakimlərin  icra  hakimiyyəti  tərəfindən  təyin  edilməsi  və  vəzifəsindən 

kənarlaşdırılması özlüyündə 6 § 1 Maddənin pozulması üçün kifayət deyil (

Clarke Birləşmiş 

Krallığa qarşı

 (qərardad)). Hakimlərin icra hakimiyyəti tərəfindən təyin olunmasına bu şərtlə 

11

.  Həmçinin  Tam  yurisdiksiyaya  malik  olan  məhkəmə  tərəfindən  işə  yenidən  baxılması  və  Ədalətlilik 



bölmələrinə baxın. 

28/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 

                                                 



K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

icazə  verilir  ki,  onlar  məhkəmə  səlahiyyətlərini  həyata  keçirərkən  heç  bir  təsirə  və  təzyiqə 



məruz qalmasınlar (

Flux Moldovaya qarşı (№ 2)

, § 27). 

134.  Kassasiya Məhkəməsinin Sədrinin icra hakimiyyəti tərəfindən təyin olunması faktı 

özlüyündə onun müstəqilliyinə xələl gətirmir, bir şərtlə ki, təyin olunduqdan sonra o, heç bir 

təzyiqə  məruz  qalmasın,  hər  hansı  təlimat  almasın  və  öz  vəzifələrini  tam  müstəqil  şəkildə 

yerinə yetirsin (



Zolotas Yunanıstana qarşı

, § 24). 

135.  Bənzər şəkildə, İnzibati-Hüquq Şurasının hakimlərinin regional inzibati hakimiyyət 

orqanı tərəfindən təyin edilməsi faktı, onların müstəqilliyinin və qərəzsizliyinin şübhə altına 

alınması üçün kifayət deyil, bir şərtlə ki, təyin olunduqdan sonra onlar heç bir təzyiqə məruz 

qalmasınlar, hər hansı təlimat almasınlar və öz məhkəmə fəaliyyətlərini tam müstəqil şəkildə 

həyata keçirsinlər (

Majorana İtaliyaya qarşı

, (qərardad)). 

 



 Qanunvericilik hakimiyyəti qarşısında müstəqillik 



136.  Hakimlərin  Parlament  tərəfindən  təyin  edilməsi  faktı  özlüyündə,  təyin  olunduqdan 

sonra məhkəmə vəzifələrini yerinə yetirərkən hər hansı təzyiq və ya göstərişlər almadıqları 

halda,  onları  hakimiyyət  orqanlardan  asılı  etmir  (

Sacilor-Lormines  Fransaya  qarşı

,  § 67). 

Bundan  əlavə,  əsasən  peşəkar  hakimlərdən  ibarət  olan  Apellyasiya  Məhkəməsinin  ekspert 

üzvlərindən  birinin  həmçinin  Parlament  üzvü  olması  özlüyündə  müstəqil  və  qərəzsiz 

məhkəmə hüququnu pozmur (

Pabla Ky Finlandiyaya qarşı

, §§ 31-35). 

 



 Tərəflər qarşısında müstəqillik 



137.  Məhkəmənin tərkibinin üzvlərindən biri vəzifə öhdəlikləri və ya fəaliyyətinin təşkili 

baxımından  tərəflərin  biri  qarşısında  tabe  vəziyyətində  olan  şəxs  olarsa,  tərəflərin  həmin 

şəxsin müstəqilliyi ilə bağlı qanuni şübhələri ola bilər. Bu cür hal məhkəmələrin demokratik 

cəmiyyətdə doğurmaları olduqları etimada ciddi şəkildə təsir edir (



Sramek Avstriyaya qarşı

§ 42). 



 

 Müstəqilliyin qiymətləndirilməsi üçün meyarlar 



138.  Orqanın "müstəqil" hesab edilib-edilməməsini müəyyən edərkən, Məhkəmə xüsusilə 

də  aşağıdakı  meyarlara  diqqət  yetirir  (



Langborger  İsveçə  qarşı

,  § 32; 



Kleyn  və  digərləri 

Hollandiyaya qarşı

 [BP], § 190): 

-  üzvlərinin təyin olunması qaydasına və onların səlahiyyət müddətinə

-  xarici təzyiqlərə qarşı təminatların mövcud olmasına; 

-  orqanın müstəqilliyin xarici əlamətlərinə malik olub-olmamasına. 

 

(i)  Orqanın üzvlərinin təyin edilmə qaydası 



139.  Ədliyyə  Nazirliyinin  qərarverici  orqanın  üzvlərinin  vəzifəyə  təyin  edilməsi  və  ya 

vəzifədən  kənarlaşdırılmasına  müdaxiləsi  ilə  bağlı  məsələlər  qaldırılmışdır  (



Sramek 

Avstriyaya qarşı

, § 38; 


Brudnicka və digərləri Polşaya qarşı

, § 41; 


Clarke Birləşmiş Krallığa 

qarşı

 (qərardad)). 

140.  İşin konkret hakimə və ya məhkəməyə həvalə edilməsi yerli hakimiyyət orqanlarının 

bu cür məsələlərdə malik olduğu mülahizə sərbəstliyinə aid olsa da, Məhkəmə əmin olmalıdır 

ki,  bu,  6-cı  Maddənin  1-ci  bəndinə  və  xüsusilə  də  müstəqillik  və  qərəzsizlik  tələblərinə 

uyğundur (



Bochan Ukraynaya qarşı

, § 71). 

 

(ii)  Orqanın üzvlərinin səlahiyyət müddəti 



141.  Məhkəmə  qərarverici  orqanın  üzvləri  üçün  xüsusi  səlahiyyət  müddəti  müəyyən 

etməmişdir,  buna  baxmayaraq  sözügedən  üzvlərin  səlahiyyət  müddəti  ərzində 

29/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə