Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

III.  INSTITUSIONAL TƏLƏBLƏR 



 

Maddə 6 § 1 

"Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ..., qanun əsasında yaradılmış müstəqil və qərəzsiz 

məhkəmə vasitəsilə, ... işinin ... araşdırılması hüququna malikdir. ..."  

 

1.  "Məhkəmə" anlayışı 



(a)  A

VTONOM ANLAYIŞ

 

71.  Dövlətin  məhkəmələrindən  biri  kimi  təsnif  edilməyən  orqan  6  §  1  Maddənin 

məqsədləri  baxımından  terminin  əsas  mənasında  "məhkəmə"  anlayışına  daxil  ola  bilər 

(

Sramek Avstriyaya qarşı

, § 36). 

72.  Məhkəmə  və  ya  tribunal  terminin  əsas  mənasına  görə  məhkəmə  funksiyası  nəzərə 



alınaraq, yəni səlahiyyətlərinə aid olan məsələlər üzrə hüquq normaları əsasında və müəyyən 

edilmiş  qaydada  aparılan  araşdırmadan  sonra  qərar  çıxarmaq  səlahiyyəti  baxımından 

xarakterizə olunur (

Sramek Avstriyaya qarşı

, § 36; 


Kipr Türkiyəyə qarşı

 [BP], § 233). 

73.  Qərar  çıxarmaq  səlahiyyəti  "məhkəmə"  anlayışının  təbiətinə  xasdır".  Məhkəmə 

araşdırması 6 § 1 Maddənin tələb etdiyi kimi "mübahisəli məsələlər üzrə məhkəmə tərəfindən 



qərar çıxarılmasını" təmin etməlidir (

Benthem Hollandiyaya qarşı

, § 40). 

74.  Məcburi  qüvvəsi  olmayan,  sadəcə  məsləhət  xarakterli  rəylər  vermək  səlahiyyəti,  bu 

rəylərin  məhkəmə  işlərinin  əksəriyyətində  tətbiq  olunmasına  baxmayaraq  kafi  deyil  (eyni 



yerdə.). 

75.  6 § 1 Maddənin məqsədləri üçün "məhkəmə"nin sözügedən ölkənin standart məhkəmə 

sisteminə  inteqrasiya  edilmiş  məhkəmə  olması  məcburi  deyil.  O,  adi  məhkəmə  sistemi 

xaricində müvafiq şəkildə tənzimlənə bilən müəyyən məsələlərə mahiyyəti üzrə baxmaq üçün 

yaradıla bilər. 6 § 1 Maddənin tələblərinə əməl edilməsi üçün həm maddi, həm də prossesual 

təminatlar təqdim edilməlidir (



Rolf Gustafson İsveçə qarşı

, § 45). 

76.  Bu səbəbdən, "məhkəmə", daima müvafiq təminatları təqdim etməsi şərti ilə, məhdud 

sayda konkret məsələlərə baxmaq üçün təsis  edilmiş orqandan ibarət ola bilər  (



Lithgow  və 

digərləri Birləşmiş Krallığa qarşı

§ 201 – arbitraj məhkəməsi kontekstində). 

77.  Bir  çox  funksiya  (inzibati,  normativ,  mühakimə,  məsləhət  və  intizam)  yerinə 

yetirməsi  bir  təsisatın  özlüyündə  "məhkəmə"  hesab  edilməsini  istisna  etmir  (

H.  Belçikaya 

qarşı

, § 50). 

78.  "Məhkəmə"  anlayışına  qeyri-məhkəmə  orqanı  tərəfindən  bir  tərəfin  əleyhinə 

dəyişdirilməsi mümkün  olmayan məcburi qüvvəyə  malik qərar çıxarmaq səlahiyyəti xasdır 

(

Van de Hurk Hollandiyaya qarşı

, § 45). Qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, 

hüquqi müəyyənlik prinsipidir, bu prinsipdigərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə 

yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır (

Oxşar olaraq, apellyasiya şikayəti 

üçün icazə alındığı hallarda (Brumarescu Rumıniyaya qarşı

 [BP], § 61).

8

 



79.  "Məhkəmə" həmçinin bir sıra əlavə tələblərə cavab verməlidir – müstəqillik (xüsusilə 

icra  hakimiyyətindən);  qərəzsizlik;  üzvlərinin  səlahiyyət  müddəti;  məhkəmə  proseduru  ilə 

verilən təminatlar – bunların bəziləri 6 § 1 Maddənin məzmununda yer alır (

Le Compte, Van 

Leuven  və  De  Meyere  Belçikaya

,  § 55; 

Kipr  Türkiyəyə  qarşı

  [BP],  § 233).  Faktiki  olaraq, 

müstəqillik və qərəzsizlik "məhkəmə" anlayışının əsas komponentləridir".

9

 



80.  Konvensiyanın  6-cı  Maddəsinin  1-ci  bəndinin  mənası  çərçivəsində  "məhkəmə

statusuna malik olduqları qəbul edilən orqanlara nümunə olaraq aşağıdakılar daxildir: 

8

.  Həmçinin Qərarların icrası bölməsinə baxın. 



9

.  Həmçinin Müstəqillik və qərəzsizlik bölməsinə baxın. 

20/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

-  daşınmaz  əmlak  əməliyyatları  ilə  bağlı  mübahisələr  üzrə  regional  orqan: 



Sramek 

Avstriyaya qarşı

, § 36; 


-  cinayət  əməli  ilə  vurulan  zərərin  kompensasiyası  üzrə  səlahiyyətli  orqan: 

Rolf 

Gustafson İsveçə qarşı

, § 48; 


-  meşə  təsərrüfatı  ilə  bağlı  yaranan  mübahisələrin  həlli  üzrə  komitə: 

Argyrou  və 

digərləri Yunanıstana qarşı

, § 27. 


 

(b) Y

URISDIKSIYA SƏVIYYƏSI

 

81.  6 § 1 Maddə Razılığa gələn Dövlətlərin apellyasiya və ya kassasiya məhkəmələri təsis 

etməyə  məcbur  etməməsinə  baxmayaraq,  bu  cür  məhkəmələri  təsis  edən  dövlət  bu 

proseslərdə iştirak edən şəxslərin 6 § 1 Maddədə yer alan təməl təminatlardan yararlanmasını 

təmin etməlidir (

Platakou Yunanıstana qarşı

, § 38): 

-  xüsusi  qiymətləndirmə:  bununla  belə,  6  §  1  Maddənin  apellyasiya  və  kassasiya 

məhkəmələrinə  necə  tətbiq  olunması  sözügedən  məhkəmə  proseslərinin 

xüsusiyyətlərindən asılıdır. Hüquq məsələləri ilə bağlı verilən şikayətin qəbuledilənlik 

şərtləri  adi  şikayətdən  daha  sərt  ola  bilər  (



Levages  Prestations  Services  Fransaya 

qarşı

, § 45); 

-  ümumi  qiymətləndirmə:  milli  hüquq  sistemində  aparılan  məhkəmə  prosesləri  bütöv 

şəkildə nəzərə alınmalıdır (



Levages Prestations Services Fransaya qarşı

, §§ 44-45). 

Nəticə  etibarilə,  bəzi  hallarda,  daha  yuxarı  və  ya  ən  yuxarı  instansiyalı  məhkəmə 

Konvensiyanın müddəalarının biri ilə bağlı başlanğıcda yol verilən pozuntunu aradan 

qaldıra bilər (

De Haan Hollandiyaya qarşı

, § 54). 

 

82.  İnsan hüquqlarının qorunması ilə tamamilə uyğun olan çeviklik və effektivlik tələbləri 



6-cı  Maddənin  tələblərini  hər  baxımdan  qarşılamayan  inzibati  və  ya  ixtisaslaşdırılmış 

orqanlara  və  xüsusilə  məhkəmə  orqanlarına  öncədən  müdaxilə  etmələrinə  bəraət  qazandıra 

bilər (

Le Compte, Van Leuven və De Meyere Belçikaya qarşı

§ 51). Bu orqanların apardığı 

araşdırmalar sonradan "tam yurisdiksiyaya malik olan və 6-cı Maddənin təminatlarını təmin 



edən  məhkəmə  orqanının  nəzarətinin  predmeti"  olarsa,  Konvensiyanın  pozuntusu  mövcud 

olmayacaq (



Zumtobel Avstriyaya qarşı

, §§ 29-32; 



Bryan Birləşmiş Krallığa qarşı

§ 40). 

83.  Eyni  şəkildə,  işi  həll  etmək  səlahiyyətinin  peşəkar  intizam  orqanlarına  verilməsi 



özlüyündə Konvensiyanı pozmur. Bununla belə, bu cür hallarda Konvensiya bu iki sistemdən 

ən azı birinin təmin edilməsini tələb edir: ya peşəkar intizam orqanlarının özləri bu Maddənin 

tələblərinə  cavab  verməli  və  ya  bu  tələblərə  cavab  vermədikdə,  onların  qərarları  sonradan 

"tam  yurisdiksiyaya  malik  olan  və  6  §  1  Maddədə  nəzərdə  tutulan  təminatları  təmin  edən  



məhkəmə orqanının nəzarətinin predmeti" olmalıdır  (

Albert and Le Compte Belçikaya qarşı

§ 29; 



Gautrin və digərləri Fransaya qarşı

, § 57). 

84.  Müvafiq olaraq, Məhkəmə davamlı olaraq qeyd etmişdir ki, 6 § 1 Maddəyə əsasən bu 

maddənin tələblərini qarşılamayan inzibati orqanların qərarları sonradan “tam yurisdiksiyaya 



malik olan məhkəmə orqanının" nəzarətinin predmeti olmalıdır (

Ortenberg Avstriyaya qarşı

, 

§ 31).


10

 

 



 

 

10

.  Həmçinin Ədalətlilik bölməsinə baxın.  



21/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə