Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

175.  Apellyasiya  şikayəti  verən  tərəfin  məhkəmə  prosesində  zəruri  iştirakı  üçün, 



məhkəmənin sərəncamında olan sənədləri öz təşəbbüsü ilə açıqlaması tələb olunur. Buna görə 

də,  ərizəçinin  müvafiq  sənədlərin  açıqlanmamasından  şikayət  edib-etməməsi  və  ya  işin 

materiallarına çatımı əldə etmək üçün təşəbbüsü öz üzərinə götürməsi əhəmiyyət kəsb etmir 

(

Kerojärvi  Finlandiyaya  qarşı

,  § 42).  Sadəcə  ərizəçinin  işin materialları  ilə  tanış  olmaq  və 

nüsxələrini  əldə  etmək  imkanı  özlüyündə  yetərli  təminat  deyil  (



Göç  Türkiyəyə  qarşı

  [BP], 


§ 57). 

176.  İnzibati  orqanların  öhdəlikləri:  Apellyasiya  şikayəti  verən  şəxsin  zərurət  olduqda 

sənədlərin  açıqlanması  proseduru  vasitəsilə,  inzibati  orqanların  sərəncamında  olan  müvafiq 

sənədlərə  çatımı  olmalıdır  (



McGinley  və  Egan  Birləşmiş  Krallığa  qarşı

,  §§ 86  və  90). 

Cavabdeh  Dövlət,  üzrlü  səbəb  olmadan,  sərəncamında  olan  və  ərizəçilərinn  iddialarının 

müdafiəsinə köməkola biləcək sənədlərin əldə olunmasına mane olarsa və ya bu sənədlərin 

mövcudluğunu  yalandan  inkar  edərsə,  bu,    6-cı  Maddənin  1-ci  bəndini  pozmaqla  ədalətli 

məhkəmə araşdırmasından imtina edilməsi təsirinə malik olacaq (yenə orada.). 

177.  Məhkəmə prosesinin bütövlükdə qiymətləndirilməsi: prosesin ədalətli olub-olmaması 

onu bütövlükdə təhlil etməklə müəyyən olunur (



Ankerl İsveçrəyə qarşı

, § 38; 


Centro Europa 

7 S.R.L. və di Stefano İtaliyaya qarşı

 [BP], § 197). 

178.  Nəticə etibarilə, məhkəmə prosesinin ədalətlililiyi ilə bağlı istənilən nöqsan müəyyən 

şərtlər daxilində daha sonraki mərhələdə, ya eyni məhkəmə (



Helle Finlandiyaya qarşı

,§ 54) 

və  yaxud  yuxarı  məhkəmə  tərəfindən  aradan  qaldırıla  bilər  (



Schuler-Zgraggen  İsveçrəyə 

qarşı

, § 52; əksi 



Albert və Le Compte Belçikaya qarşı

, § 36; 


Feldbrugge Hollandiyaya qarşı

§§ 45-46). 



179.  İstənilən  halda,  əgər  nöqsana  yuxarı  instansiya  məhkəməsində  yol  verilibsə  - 

məsələn  bu  məhkəmənin  gəldiyi  nəticələrdən  sonradan  şikayət  etmək  imkanı  yoxdursa  - 

ədalətli məhkəmə araşdırması hüququ pozulmuş olur (

Ruiz-Mateos İspaniyaya qarşı

, §§ 65-


67). 

180.  Prosessual  səhv  ancaq  o  halda  aradan  qaldırıla  bilər  ki,  sözügedən  qərar  tam 

yurisdiksiyaya  malik  olan  və  6-cı  Maddənin  1-ci  bəndinin  tələb  etdiyi  təminatları  təqdim 

edən  müstəqil  məhkəmə  orqanının  nəzarətinə  məruz  qalsın.  Bu  məsələlərə  baxılması 

apellyasiya  məhkəməsinin  səlahiyyətlərinin  dairəsinə  daxildir  və  işin  halları  işığında 

araşdırılır (



Obermeier Avstriyaya qarşı

, § 70).


13

 

181.  Ədalətli məhkəmə araşdırması təminatlarını təmin etməyən əvvəlki qərarlar: bu cür 



işlərdə ərizəçi işi tam yurisdiksiyaya malik olan və 6-cı Maddənin 1-ci bəndinin tələb etdiyi 

təminatları  təmin  edən  müstəqil  məhkəmə  qarşısında  qaldırmaq  üçün  hüquqi  müdafiə 

vasitəsinə  malik  idisə,  pozuntusu  barədə  məsələ  qalxmır  (

Oerlemans  Hollandiyaya  qarşı

§§ 53-58; 



British-American  Tobacco  Company  Ltd  Hollandiyaya  qarşı

,  § 78).  Əhəmiyyətli 

olan kifayət qədər təminatlar təmin edən bu cür hüquqi müdafiə vasitəsinin mövcud olmasıdır 

(

Air Canada Birləşmiş Krallığa qarşı

, § 62). 

182.  Apellyasiya məhkəmələrində işə baxılması: 6-cı Maddənin 1-ci bəndi Razılığa gələn 

Dövlətləri  apellyasiya  məhkəmələri  və  ya  kassasiya  məhkəmələri  qurmağa  məcbur  etmir; 

lakin bu cür məhkəmələr mövcud olduğu halda, Dövlət bu məhkəmələr qarşısında tərəflərin 

6-cı  Maddənin  1-ci  bəndində  nəzərdə  tutulan  əsas  təminatlardan  yararlanmasını  təmin 

etməlidir (



Andrejeva Latviyaya qarşı

 [BP], § 97). Bununla belə, 6-cı Maddənin 1-ci bəndinin 

yuxarı instansiya məhkəmələrində proseslərə tətbiqi üsulu sözügedən məhkəmə proseslərinin 

fərdi  xüsusiyyətlərindən  asılıdır;  daxili  hüquq  sistemində  bütün  məhkəmə  prosesi  və  

apellyasiya  məhkəməsinin  (

Helmers  İsveçə  qarşı

,  § 31)  və  ya  kassasiya  məhkəməsinin 

oynadığı  rol  nəzərə  alınmalıdır

 

(



Levages  Prestations  Services  Fransaya  qarşı

,  §§ 44-45; 



K.D.B. Hollandiyaya qarşı

, § 41). 

13

.  Həmçinin Tam yurisdiksiyaya malik olan məhkəmə tərəfindən işə yenidən baxılması bölməsinə baxın. 



36/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

183.  Kassasiya Məhkəməsinin qanunun düzgün tətbiq olunub-olunmamasının yoxlanması 



ilə məhdudlaşan xüsusi rolu nəzərə alsaq, işə yenidən baxılma daha formal ola bilər (

Levages 

Prestations Services Fransaya qarşı

, §§ 48). Kassasiya Məhkəməsində ixtisaslaşmış vəkillə 

təmsil  olunmaq  tələbi  özlüyündə  6-cı  Maddəyə  zidd  deyil  (

G.L.  və  S.L.  Fransaya  qarşı

 

(qərardad); 



Tabor Polşaya qarşı

§ 42).

 

184.  Məhdudiyyətlər:  ümumi  qaydaya  görə  faktlar  milli  məhkəmələr  tərəfindən 



qiymətləndirilir:  Məhkəmənin  rolu  milli  məhkəmələr  tərəfindən  həyata  keçirilən  faktların 

qiymətləndirilməsinin  özünün  qiymətləndirməsi  ilə  əvəz  etmək  deyil  (



Dombo  Beheer  B.V. 

Hollandiyaya  qarşı

,  § 31).

14

 Bundan  əlavə,  ərizəçilər  işə  aid  olduğunu  hesab  etdikləri 



arqumentlərini təqdim etmək hüququna malik olsalar da,  6-cı Maddənin 1-ci bəndi proses 

iştirakçısına müsbət nəticəyə dair təminat vermir (



Andronicou və Constantinou Kiprə qarşı

§ 201). 



185.  Xarici əlamətlər nəzəriyyəsi: Məhkəmə ədalət mühakiməsinin həyata keçirilməsində 

xarici  əlamətlərin  əhəmiyyətini  vurğulamışdır;  onlar  proseslərin  ədalətliliyinin  aşkar 

olmasının  təmin  edilməsi  üçün  əhəmiyyətlidir.  Bununla  belə,  Məhkəmə  həmçinin 

aydınlaşdırdı  ki,  maraqlı  şəxslərin  fikirləri  özlüyündə  həlledici  deyil;  məhkəmə 

araşdırmasının  ədalətliliyi  ilə  bağlı  şəxslərin  şübhələri  obyektiv  şəkildə  əsaslandırılmalıdır 

(

Kraska  İsveçrəyə  qarşı

,  § 32).  Məhz  bu  səbəbdən  məhkəmələrin  işi  necə  həll  etdiklərini 

araşdırmaq lazımdır. 

186.  Ali  Məhkəmələr  tərəfindən  baxılan  digər  işlər  üzrə  Məhkəmə  qeyd  etdi  ki,  ədalət 

mühakiməsinin  həyata  keçirilməsinə  münasibətdə  ictimaiyyətin  artan  həssaslığı  məhkəmə 

araşdırmasının  xarici  əlamətlərinə  verilən  əhəmiyyətin  artmasını  əsaslandırmışdı  (

Kress 

Fransaya  qarşı

  [BP],  § 82; 



Martinie  Fransaya  qarşı

  [BP],  § 53; 



Menchinskaya  Rusiyaya 

qarşı

, § 32). Məhkəmə bu işlərdə xarici əlamətlərinin əhəmiyyətini qeyd etdi (həmçinin bax 



Vermeulen Belçikaya qarşı

, § 34; 


Lobo Machado Portuqaliyaya qarşı

, § 32). 

187.  Məhkəmə  təcrübəsi:  daxili  hüquq  qaydasının  reallığını  nəzərə  alaraq,  Məhkəmə 

daxili  qanunvericiliyin  6-cı  Maddənin  1-ci  bəndinə  uyğunluğu  məsələsini  araşdırarkən 

həmişə məhkəmə təcrübəsinə müəyyən əhəmiyyət vermişdir (

Kerojärvi Finlandiyaya qarşıı

§ 42; 



Gorou  Yunanıstana  qarşı  (№ 2)

  [BP]  § 32).  Belə  ki,  tərəflərin  ədalətli  məhkəmə 

araşdırması hüquqlarına əməl edilməsinin qiymətləndirilməsi zamanı işin ümumi faktiki və 

hüquqi əsası nəzərə alınmalıdır (



Stankiewicz Polşaya qarşı

, § 70). 

188.  Dövlət orqanları milli təhlükəsizlik və ya terrorizm məsələləri ilə bağlı məhkəmələrin 

səmərəli nəzarəti olmadan keçinə bilməzlər: həm qanuni təhlükəsizlik məsələlərini, həm də 

fərdin prossesual hüquqlarını eyni zamanda təmin edə biləcək üsullar mövcuddur (



Dağtekin 

və digərləri Türkiyəyə qarşı

, § 34). 

189.  Proseslərin  nəticələrindən  müstəqillik  prinsipi:  6-cı  Maddənin  1-ci  bəndinin 

prossesual  təminatları  yalnız  milli  məhkəmələrdə  uduzan  tərəfə  deyil,  bütün  proses 

iştirakçılarına tətbiq edilir (

Philis Yunanıstana qarşı (№ 2)

, § 45). 

 



 Nümunələr: presedent hüququ çoxsaylı halları əhatə edir, o cümlədən

190.  Məhkəmə tərəfindən apellyasiya məhkəməsinin qərarına təsir göstərməsi məqsədilə 



təqdim  olunan  müşahidələr:  tərəflər  məhkəməyə  faktiki  təsirindən  asılı  olmayaraq, 

müşahidələrə öz şərhlərini təqdim etmək imkanına malik olmalıdırlar, hətta baxmayaraq ki, 

bu müşahidələr apellyasiya məhkəməsinin (

Nideröst-Huber İsveçrəyə qarşı

, §§ 26-32) və ya 

Strasburq  Məhkəməsində  cavabdeh  Hökumətin  nümayəndəsinin  (

APEH  Üldözötteinek 

Szövetsége  və  digərləri  Macarıstana  qarşı

,  § 42)  fikrinə  görə  mübahisələndirilən  qərarda 

nəzərdə tutulmayan hər hansı faktları və ya arqumentləri təqdim etmir.  

14

.  Dördüncü instansiya bölməsinə baxın. 



37/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə