Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

qazanmasıdır. Buna görə də, qərəzsizliyinin şübhə altına alınması üçün legitim əsaslar olan 



istənilən hakim prosesdən uzaqlaşdırılmalıdır (

Micallef Maltaya qarşı

 [BP], § 98). 

155.  Məhkəmələrin cəmiyyətdə etimad doğurması üçün daxili təşkilatçılıq məsələləri də 

nəzərə alınmalıdır. Qərəzsizliyin təmin edilməsi üzrə milli prosedurların, yəni hakimə etirazı 

tənzimləyən qaydaların mövcud olması mühüm amil hesab olunur (hakimlərə etirazla bağlı 

xüsusi  qaydalara  bax, 



Micallef  Maltaya  qarşı

  [BP],  § 99-100).  Bu  cür  qaydalar  sözügedən 

hakimin  və  ya  məhkəmənin  qərəzsizliyinə  dair  bütün  ağlabatan  şübhələri  yox  etmək  üçün 

milli  qanunvericilik  orqanının  narahatlığını  göstərir  və  bu  cür  narahatlıqların  səbəblərini 

aradan qaldırmaqla qərəzsizliyi təmin etməyə cəhd edir. Bu qaydalar faktiki olaraq tərəfkeş 

münasibətin  olmamasını  təmin  etməklə  yanaşı,  qərəzli  münasibətin  istənilən  əlamətlərinin 

aradan qaldırılmasına yönəlib və demokratik cəmiyyətdə məhkəmələrin oyandırmalı olduğu 

etimadın artırılmasına xidmət edir (



Mežnarić Xorvatiyaya qarşı

, § 27). 

 



 



Məhkəmənin qərəzsizliyinə dair şübhə doğuran hallar

 

156.  Məhkəmənin qərəzsizliyinə dair şübhə doğura biləcək iki mümkün hal var: 



-  Birincisi  təbiəti  etibari  ilə  funksional  olub,  məsələn,  eyni  insanın  məhkəmə  prosesi 

daxilində  müxtəlif  vəzifələri  icra  etməsi,  yaxud  onunla  məhkəmə  prosesinin  digər 

iştirakçıları arasında iyerarxik və ya başqa əlaqənin mövcud olması ilə bağlıdır. 

-  İkincisi fərdi xarakter daşıyır və müəyyən bir məhkəmə işində hakimin davranışından 

irəli gəlir. 

 



 Funksional xarakterli hallar 

(i)  Bir məhkəmə işində həm məsləhətçi, həm də məhkəmə vəzifələrinin eyni anda 

həyata keçirilməsi 

157.  Bir  şəxs  tərəfindən  məsləhətçi  və  məhkəmə  vəzifələrinin  ardıcıl  şəkildə  icra 

edilməsi,  müəyyən  hallarda,  obyektiv  baxımdan  həmin  şəxsin  qərəzsizliyinə  dair  6  §  1 

Maddəyə əsasən məsələ qaldıra bilər (



Procola Lüksemburqa qarşı

, § 45 – pozuntu). 

158.  Məsələ  "eyni  məhkəmə  işi",  "eyni  qərar"  və  ya  "analoji  məsələlər"  ilə  əlaqəli 

məhkəmə və məsləhətçı funksiyalarının yerinə yetirilib-yetirilməməsidir (



Kleyn və digərləri 

Hollandiyaya qarşı

 [BP],§ 200; 



Sacilor-Lormines Fransaya qarşı

, § 74 – pozuntu yoxdur). 

 

(ii)  Bir  məhkəmə  işində  məhkəmə  və  qeyri-məhkəmə  funksiyalarının  eyni  anda 



həyata keçirilməsi 

159.  Ərizəçinin  şübhələri  üçün  obyektiv  əsaslandırma  müəyyən  edilərkən,  hakimin 

məhkəmə  prosesində  ikili  vəzifəsi,  onun iştirak etdiyi  iki  məhkəmə  prosesi  arasında  keçən 

müddət  və  onun  məhkəmə  prosesində  iştirak  dərəcəsi  kimi  amillər  nəzərə  alına  bilər 

(

McGonnell Birləşmiş Krallığa qarşı

§§ 52-57). 

160.  Qanunverici  aktın  və  ya  təşkilati  qaydaların  qəbul  edilməsində  istənilən  birbaşa 

iştirak,  sonradan  bu  qanunvericilik  aktının  və  qaydaların  tətbiqindən  imtina  üçün  əsasların 

olub-olmaması  ilə  bağlı  mübahisəyə  dair  qərar  çıxarması  gözlənilən  şəxsin  məhkəmə 

qərəzsizliyinin şübhə altına alınması üçün kifayət olacaq (bax: 

McGonnell Birləşmiş Krallığa 

qarşı

,  § 55-58,  bu  işdə  məhkəmə  prosesində  baxılan  məsələ  üzrə  inkişaf  planının  qəbul 

edilməsində hakimin bilavasitə iştirakı ilə əlaqədar, Məhkəmə 6-cı Maddənin 1-ci bəndinin 

pozuntusunu müəyyən etmişdir; müqayisə et: 



Pabla Ky Finlandiyaya qarşı

, § 34 – pozuntu 

yoxdur).  

161.  Eyni  şəxs  iki  paralel  proseslərdən  birində  hakim,  digər  prosesdə  isə  qarşı  tərəfin 

qanuni  nümayəndəsi  olaraq  çıxış  etdikdə,  ərizəçi  hakimin  onu  qarşı  tərəf  olaraq  görməkdə 

davam etməsi ilə bağlı narahatlığında haqlı ola bilər (



Wettstein İsveçrəyə qarşı

, §§ 44-47).

 

162.  İcraatın  əvvəlində  ərizəçinin  qarşı  tərəfinin  hüquqi  məsləhətçisi  kimi  çıxış  edən 



hakim tərəfindən konstitusiya şikayətinə baxılması 6-cı Maddənin 1-ci bəndinin pozuntusuna 

32/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

gətirib  çıxarmışdı  (



Mežnarić  Xorvatiyaya  qarşı

,  § 36).  Birinci  instansiya  məhkəməsində 

mülki  məhkəmə  icraatı  çərçivəsində  ərizəçinin  qarşı  tərəfi  üçün  hüquq  eksperti  kimi  çıxış 

edən  Konstitusiya  Məhkəməsinin  hakiminin  qərəzsizliyi  ilə  bağlı  bax: 



Švarc  və  Kavnik 

Sloveniyaya qarşı

, § 44). 

 

(iii)  Müxtəlif məhkəmə funksiyalarının həyata keçirilməsi 



163.  Eyni  hakimin  mülki  prosesin  müxtəlif  mərhələlərində  iştirakının  6  § 1  Maddədə 

nəzərdə  tutulan  qərəzsizlik  tələbinə  uyğunluğunun  qiymətləndirilməsi  konkret  işin  halları 

əsasında, fərdi şəkildə aparılmalıdır. 

164.  Hakimin sadəcə məhkəmədən əvvəlki mərhələdə qərarların verilməsində artıq iştirak 

etməsi  faktı  onun  qərəzsizliyi  ilə  bağlı  şübhələrə  haqq  qazandıra  bilməz.  Əsas  məsələ 

məhkəmə iclasından əvvəl hakim tərəfindən görülən tədbirlərin mahiyyəti və əhatə dairəsidir. 

Eynilə hakimin işin materialları barədə hərtərəfli məlumata malik olması faktı onun ön yarğılı 

olduğuna  gətirib  çıxarmır,  əks  halda  bu,  işin  mahiyyəti  üzrə  qərar  çıxarılarkən  onun 

qərəzsizliyi barədə nəticəni istisna edərdi. Eyni zamanda mövcud informasiyanın ilkin təhlili 

də  yekun  təhlilin  əvvəlcədən  müəyyən  olunduğunu  nəzərdə  tutmur.  Önəmli  olan  bu  cür 

təhlilin qərar qəbul edilərkən aparılması və məhkəmə iclasında təqdim olunan sübutlara və 

dinlənilən arqumentlərə əsaslanmasıdır (



Morel Fransaya qarşı

, § 45).   

165.  Məhkəmə  araşdırmasının  müxtəlif  mərhələlərində  müəyyən  edilmiş  əhəmiyyətli 

məsələlərin  arasındakı  əlaqənin,  bu  mərhələlərdə  qərar  vermədə  iştirak  edən  hakimin 

qərəzsizliyinə  şübhə  yaradacaq  qədər  yaxın  olub-olmamasını  müəyyən  etmək  zəruridir 

(

Toziczka Polşaya qarşı

, § 36). 

Məsələn

-  Məhkəmə  və  ya  inzibati  qaydada  çıxarılmış  qərarı  ləğv  edən  yuxarı  instansiya 

məhkəməsinin qərəzsizlik tələbindən irəli gələrək işi başqa məhkəməyə və ya eyni 

məhkəmənin başqa tərkibinə göndərmək vəzifəsi ümumi qayda hesab oluna bilməz 

(

Ringeisen Avstriyaya qarşı

son cümlə § 97); 

-  Hakimin eyni qrup faktlarla bağlı iki məhkəmə prosesində iştirakı onun qərəzsizliyi 

barədə məsələ qaldıra bilər (



Indra Slovakiayaya qarşı

, §§ 51-53); 

-  Apellyasiya  məhkəməsinə  sədrlik  edən  hakim  iki  məhkəmə  iclasçısı  ilə  birlikdə  öz 

qərarından verilən apellyasiya şikayətinə baxa bilməz (



De Haan Hollandiyaya qarşı

§ 51); 



-  Birinci  instansiya  məhkəməsinin  hakimləri  öncə  verdikləri  qərarlarında 

qanunvericiliyin  səhv  şərh  olunması  və  ya  tətbiq  olunması  məsələsinə  baxılması 

üçün  Apellyasiya  Məhkəməsinə  çağırıldıqları  halda,  Apellyasiya  Məhkəməsinin 

qərəzsizliyinə  dair  şübhələr  yarana  bilər  (



San  Leonard  Band  Club  Maltaya  qarşı

§ 64); 



-  Eyni  hakimin  əvvəlcə  məhkəmə  işi  üzrə  qərarın  çıxarılmasında,  daha  sonra  həmin 

qərardan verilən şikayətin qəbuledilənliyinin araşdırılması ilə bağlı prosesdə iştirakı, 

ilk baxışda qərəzsizlik tələblərinə zidd deyil (

Warsicka Polşaya qarşı

, §§ 38-47); 

-  Hakimin  birinci  prosesdə  ərizəçi  şirkətə  qarşı  tərəfi  təmsil  edən  vəkil  və  ikinci 

prosesdə  Apellyasiya  Məhkəməsinin  hakimi  qismində  ikili  rola  malik  olmasıyla 

əlaqədar olaraq, Məhkəmə müəyyən etdi ki, xüsusilə birinci prosesin ikinci prosesə 

nəzərən zaman baxımından uzaq və fərqli predmetə malik olduğunu, vəkil və hakim 

vəzifələrinin  zaman  ərzində  kəsişmədiyini  nəzərə  alaraq,  ərizəçilərin  sözügedən 

hakimin  qərəzsizliyində  obyektiv  qaydada  əsaslandırılmış  şübhələri  ola  bilməzdi 

(

Puolitaival və Pirttiaho Finlandiyaya qarşı

, §§ 46-54); 

-  Daha  əvvəl  iş  üzrə  qərar  çıxarmış  bəzi  hakimlər  əvvəlki  qərarlarında  səhv  edib-

etmədiklərini müəyyən etmələri üçün cəlb olunduqları və digər üç hakim məsələ ilə 

33/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə