Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   2   3   4   5   6   7   8   9   10   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə 



və  xüsusilə  hüquqi  müəyyənlik  prinsipinin  təmin  edilməsinə  yönəlib  (

Cañete  de  Goñi 

İspaniyaya qarşı

, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, 

mübahisə  tərəflərinin  mövcud  hüquqi  müdafiə  vasitəsindən  istifadəsinə  mane  olmamalıdır 

(

Miragall Escolano İspaniyaya qarşı



Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı

,§ 51). 

47.  İşin  konkret  hallarında  bu  hüququn  praktiki  və  effektiv  xarakteri  pozula  bilər, 



məsələn

-  fərdin  maliyyə  imkanları  baxımından  həddən  artıq  yüksək  məhkəmə  xərclərinin 

olması ilə: 

  cinayət mühakimə icraatında mülki iddiaçı qismində iştirak etmək üçün zəruri 



məhkəmə məsrəflərinin təminat məbləğinin həddən artıq yüksək olması (

Aït-

Mouhoub  Fransaya  qarşı

,  §§  57-58;  həmçinin  baxın 



Garcia  Manibardo 

İspaniyaya qarşı

, §§ 38-45; 

  məhkəmə rüsumlarının həddən artıq çox olması (



Kreuz Polşaya qarşı (№. 1)

§§ 60-67)



Podbielski və PPU PolPure Polşaya qarşı

, §§ 65-66; 



Weissman və 

digərləri Rumıniyaya qarşı

, § 42; həmçinin baxın, 



Reuther Almaniyaya qarşı

 

(qərardad)); 



-  vaxt məhdudiyyətləri ilə bağlı məsələlərlə: 

  apellyasiya  şikayətinin  baxılmasına  sərf  olunan  müddətin  şikayətin 



qəbuledilməz elan olunması ilə nəticələnməsi (

Melnyk Ukraynaya qarşı

§ 26); 

  “ərizəçilərin vicdanla və fəal şəkildə iştirak etdikləri məhkəmə prosesinin gec 



mərhələsində  iddia  müddətinin  keçməsinin  bildirilməsi  onları  hüquqlarını 

müdafiə  etmək  imkanından  qəti  olaraq  məhrum  etmişdir" (

Yagtzilar  və 

digərləri Yunanıstana qarşı

, § 27);  

-  məhkəməyə  müraciət  imkanının  qarşısını  alan  və  onu  məhdudlaşdıran  prosessual 

manelərin mövcudluğu səbəbi ilə: 

  prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh 



edilməsi (həddən artıq formalizm), ərizəçiləri məhkəməyə çatım hüququndan 

məhrum edə bilər (



Perez de Rada Cavanilles İspaniyaya qarşı

, § 49;


Miragall 

Escolano  İspaniyaya  qarşı

,  §  38; 



Société  anonyme  Sotiris  və  Nikos  Koutras 

ATTEE  Yunanıstana  qarşı

,  §  20; 

Beles  və  digərləri  Çexiya  Respublikasına 

qarşı

, § 50; 

RTBF Bekçikaya qarşı

 §§ 71, 72, 74); 

  öncəki  məhkəmə  qərarının  icrasıyla  bağlı  tələblər,  məhkəməyə  çatım 



hüququna  xələl  gətirə  bilər;  məsələn,  ərizəçinin  kifayət  qədər  maliyyə 

vəsaitlərinin olmaması, onun hətta daha əvvəlki qərarı icra etməyə başlamasını  

qeyri-mümkün  etdiyi  hal  (

Annoni  di  Gussola  və  digərləri  Fransaya  qarşı

,  § 


56; 

Arvanitakis Fransaya qarşı 

(qərardad)) ilə müqayisə edin). 

  müəyyən  hüquq  subyektlərinin  məhkəmə  icraatını  başlamasına  maneə  təşkil 



edən  prosessual  qaydalar  (

The  Holy  Monasteries  Yunanıstana  qarşı

  §  83; 



Philis  Yunanıstana  qarşı

,  §  65;  həmçinin  baxın 



Lupas  və  başqaları 

Rumıniyaya  qarşı  (№  1)

,  §§  64-67;  hüquq  qabiliyyəti  olmayan  yetkinlik 

yaşına çatmayanlarla bağlı bax: 

Stanev Bolqarıstana

 qarşı [BP], §§ 241-245)

5



Lakin,  yenə  formalizm  ilə  əlaqədar  olaraq,  hüquq  məsələləri  üzrə  şikayətin 



qəbuledilənlik  şərtləri  qanuna  uyğun  şəkildə  adi  şikayətdən  daha  ciddi  ola 

bilər.  Kassasiya  Məhkəməsinin  rolunun  xüsusi  xarakterini  nəzərə  alsaq, 

xüsusilə  də  işə  tam  yurisdiksiyaya  malik  olan  əvvəl  birinci  instansiya 

məhkəməsində,  daha  sonra  apellyasiya  məhkəməsində  baxıldıqda,  Kassasiya 

5

.  Həmçinin Hüquqi yardımın təmin edilməsi bölməsinə baxın. 



14/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

Məhkəməsindəki  icraat  daha  formal  ola  bilər  (



Levages  Prestations  Services 

Fransaya qarşı

, §§ 44-48; 



Brualla Gomez de la Torre İspaniyaya qarşı

, §§ 34-


39). 

 

48.Bundan  əlavə,  məhkəməyə  hüquq  təkcə  məhkəmə  icraatı  başlatmaq  hüququnu  deyil, 



həmçinin  mübahisənin  məhkəmə  tərəfindən  həllini  əldə  etmək  hüququnu  da  ehtiva  edir 

(

Kutic Xorvatiyaya qarşı

, § 25 və § 32 məhkəmə icratının təxirə salınması ilə bağlı; 

Acimovic 

Xorvatiyaya  qarşı

,  §  41; 



Beneficio  Cappella  Paolini  San  Marinoya  qarşı

,  §  29  ədalət 

mühakiməsindən  imtina  ilə  bağlı).  Məhkəməyə  hüquq  həmçinin  o  halda  pozulur  ki,  yerli 

məhkəmə müddət məhdudiyyəti olan silsilə məhkəmə qərarından verilən şikayətlərə qanunla 

nəzərdə  tutulmuş  müddətdə  baxmır  (

Musumeci  İtaliyaya  qarşı

,  §§  41-43)  və  ya  qərar 

çıxarmır  (

Ganci  İtaliyaya  qarşı

,  §  31).  “Məhkəməyə  hüquq"  həmçinin  qərarların  icrası 

hüququnu da əhatə edir

6



 

(b)  M

ƏHDUDIYYƏTLƏR

 

49.  Məhkəməyə  çatım  hüququ  mütləq  deyil  və  dolayı  şəkildə  yol  verilən  

məhdudiyyətlərə  məruz  qala  bilər  (

Golder  Birləşmiş  Krallığa  qarşı

,  § 38; 



Stanev 

Bolqarıstana qarşı

 [BP], §§ 230). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir,  

çünki  bu  məsələ  təbiəti  etibarilə,  bu  sahədə  müəyyən  mülahizə  sərbəstliyinə  malik  olan 

Dövlət tərəfindən tənzimlənmə tələb edir (



Luordo İtaliyaya qarşı

, § 85). 

50.  Bununla  belə,  tətbiq  olunan  məhdudiyyətlər  fərdin  məhkəməyə  çatım  imkanını 

sözügedən  hüququn  mahiyyətinə  xələl  gətirə  biləcək  dərəcədə  azaltmamalı  və 

məhdudlaşdırmamalıdır.  Bundan  əlavə, məhdudiyyət  "legitim  məqsəd" daşımırsa və  "tətbiq 

edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi 

yoxdursa,  6-cı  Maddənin  1-cı  bəndi  ilə  uyğunluq  təşkil  etmir" (

Ashingdane  Birləşmiş 

Krallığa qarşı

, § 57; 


Fayed Birləşmiş Krallığa qarşı

, § 65; 


Markovic və digərləri İtaliyaya 

qarşı

 [BP], § 99). 

51.  Məhkəməyə  çatım  hüququ  həmçinin  müəyyən  hallarda  qanunla  nəzərdə  tutulmuş 

iddia  müddəti 

(

Stubbings  və  digərləri  Birləşmiş  Krallığa  qarşı

,  §§ 51-52),  məhkəmə 

xərclərinin  təminatı  (

Tolstoy  Miloslavsky  Birləşmiş  Krallığa  qarşı

,  §§ 62-67)  və  ya 

məhkəmədə  təmsilçilik  tələbi  (

R.P.  və  digərləri  Birləşmiş  Krallığa  qarşı

,  §§ 63-67)  kimi  



qanuni məhdudiyyətlərə məruz qala bilər. 

52.  Məhkəməyə  çatım  qanunvericilikdə  və  ya  təcrübədə  məhdudlaşdırıldığı  halda, 

Məhkəmə  məhdudiyyətin  hüququn  məzmununa  təsir  edib-etmədiyini  və  xüsusilə  onun 

legitim məqsəd daşıyıb-daşımadığını və ya tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd 

arasında ağlabatan mütənasiblik əlaqəsinin olub-olmadığını araşdırır: (

Ashingdane Birləşmiş 

Krallığa qarşı

, § 57). Məhdudiyyət Məhkəmə tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun 

olarsa, 6-cı Maddənin 1-ci bəndi pozulmuş olmur.  

53.  Beynəlxalq təşkilatlatların milli yurisdiksiyadan immuniteti: legitim  məqsəd daşıyan 

(

Waite  və  Kennedy  Almaniyaya  qarşı

  [BP],  § 63)  bu  müqavilə  əsaslı  qaydaya  yalnız  6-cı 

Maddənin  1-ci  bəndi  baxımından  bir  şərtlə  icazə  verilir  ki,  ondan  irəli  gələn  məhdudiyyət  

qeyri-mütənasib olmasın. Müvafiq olaraq, sözügedən şəxslər Konvensiya çərçivəsində malik 

olduqları  hüquqlarını  effektiv  şəkildə  müdafiə  etmələri  üçün  münasib  alternativ  vasitələrlə 

təmin edilərlərsə, bu qayda 6 § 1 Maddə ilə uyğundur (



Waite və Kennedy Almaniyaya qarşı

 

[BP], §§ 68-74; 



Prince Hans-Adam II of Liechtenstein Almaniyaya qarşı

 [BP] § 48; 



Chapman 

Belçikaya qarşı

 (qərardad), §§ 51-56). 

6

.  Həmçinin Qərarların icrası bölməsinə baxın. 



15/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə