Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

54.  Dövlət  immuniteti:  Dövlət  immuniteti  doktrinası  beynəlxalq  ictimaiyyət  tərəfindən 



ümumi  qayda  olaraq  qəbul  edilir.  Üzv  Dövlət  tərəfindən  alınan  və  beynəlxalq  ümumi 

hüququn dövlət immuniteti barədə ümumilikdə qəbul edilən qaydalarını əks etdirən tədbirlər, 

avtomatik olaraq məhkəməyə çatım hüququnun qeyri-mütənasib məhdudiyyətini təşkil etmir 

(

Fogarty  Birləşmiş  Krallığa  qarşı

  [BP],  § 36; 

McElhinney  İrlandiyaya  qarşı

  [BP],  § 37; 



Sabeh El Leil Fransaya qarşı

 [BP], § 49). 

-  Yurisdiksiyadan Dövlət immuniteti: Dövlətin  yurisdiksiyadan immuniteti prinsipinin 

tətbiqi məhkəməyə çatım hüququnu məhdudlaşdırdığı hallarda, işin hallarının bu cür 

məhdudiyyətə  haqq  qazandırıb-qazandırmadığı  müəyyən  edilməlidir.  Məhdudiyyət 

legitim  məqsəd  daşımalı  və  bu  məqsədə  mütənasib  olmalıdır  (



Cudak  Litvaya  qarşı

 

[BP],  § 59; 



Sabeh  El  Leil  Fransaya  qarşı

  [BP],  §§  51-54).  Mülki  məhkəmə  icraatı 

çərçivəsində Dövlətə suveren immunitetin verilməsi, dövlətlərarası nəzakətin və yaxşı 

əlaqələrin  inkişaf  etdirilməsi  məqsədilə,  beynəlxalq  hüquqa  riayət  etmək  "legitim 



məqsədini"  daşıyır  (

Fogarty  Birləşmiş  Krallığa  qarşı

  [BP],  § 34  və 



Al-Adsani 

Birləşmiş Krallığa qarşı

 [BP], § 54; 



Treska Albaniya və İtaliyaya qarşı

, (qərardad)). 

Alınan  tədbirin  mütənasib  olub-olmamasına  gəldikdə  isə,  sözügedən  tədbir  bəzi 

hallarda fərdin məhkəməyə çatım hüququnun mahiyyətinə xələl gətirə (



Cudak Litvaya 

qarşı

  [BP],  § 74; 



Sabeh  El  Leil  Fransaya  qarşı

  [BP],  § 49),  bəzi  hallarda  isə 

gətirməyə  bilər    (

Al-Adsani  Birləşmiş  Krallığa  qarşı

  [BP],  § 67; 



Fogarty  Birləşmiş 

Krallığa qarşı

 [BP], § 39; 



McElhinney İrlandiyaya qarşı

 [BP], § 38).  

Dövlətin  yurisdiksiya  immuniteti  beynəlxalq  adət  hüququndakı  dəyişikliklərlə 

məhdudlaşdırılmışdır:  məsələn,  immunitet  qaydası,  ciddi  şəkildə  nizamlanan  hallar 

istisna  olmaqla,  dövlətin  ölkə  xaricindəki  diplomatik  missiyalarının  əməkdaşları  ilə 

bağladığı əmək müqavilələrinə tətbiq olunmur (



Sabeh El Leil Fransaya qarşı

 [BP], §§ 

53-54 and §§ 57-58). İmmunitetə məhdudlaşdırıcı yanaşma həmçinin Dövlət və xarici 

fiziki şəxslər arasındakı ticarət əməliyyatları ilə əlaqədar qəbul edilə bilər (



Oleynikov 

Rusiyaya  qarşı

,  §§ 61  and  66).  Digər  tərəfdən  Məhkəmə  2001-ci  ildə,  iddianın 

baxıldığı Dövlətin ərazisində hərəkət və  ya hərəkətsizlik nəticəsində vurulmuş şəxsi 

zərərlə  bağlı  beynəlxalq  hüquqda  və  müqayisəli  hüquqda  Dövlət  immunitetini 

məhdudlaşdırmağa  yönəlik  tendensiyanın  mövcud  olmasına  baxmayaraq,  bu 

praktikanın  heç  bir  şəkildə  universal  olmadığını  qeyd  etmişdir  (



McElhinney 

İrlandiyaya qarşı

 [BP], § 38). 

-  Məcburi icradan Dövlət immuniteti özlüyündə 6-cı Maddənin 1-ci bəndinə zidd deyil. 

Məhkəmə  2005-ci  ildə  bildirmişdir  ki,  Dövlət  immuniteti  məsələlərini  tənzimləyən 

bütün  beynəlxalq  hüquqi  mexanizmlər  ümumi  prinsip  yaradırlar:  konkret,  ciddi 

şəkildə  məhdudlaşdırılan  istisnaların  predmeti  olmaqla,  xarici  Dövlətlər  məhkəmə 

proseslərinin aparıldığı Dövlətin ərazisində icraya qarşı immunitetdən istifadə edirlər 

(

Manoilescu  və  Dobrescu  Rumıniyaya  qarşı

(qərardad),  § 73).  Məsələn,  Məhkəmə 

2002-ci  ildə  qərara  aldı  ki,  “Yunan  məhkəmələri  Almaniya  tərəfindən  ərizəçilərə 



təzminat  ödənilməsi  barədə  qərar  çıxarmalarına  baxmayaraq,  bu,  Yunanıstanın 

üzərinə    ərizəçilərin  borclarını  mütləq  surətdə  Yunanıstanda  aparılan  icra  icraatı 

çərçivəsində almalarını təmin etmək öhdəliyi” qoymur (

Kalogeropoulou və digərləri 

Yunanıstan  və  Almaniyaya  qarşı

  (qərardad)).  Bu  qərarlar  sözügedən  müddətdə 

beynəlxalq  hüququn  cari  vəziyyətinə  münasibətdə  qüvvədədir  və  gələcəkdə  həmin 

hüquqda dəyişikliklərin olacağını istisna etmir. 

 

55.  Deputat  toxunulmazlığı:  dövlətlərin  ümumilikdə  xalqın  nümayəndələrinin  söz 



azadlığını təmin etmək və qərəzli şikayətlərin parlamentin funksiyalarını yerinə yetirməsinə 

mane  olmasının  qarşısını  almaq  məqsədilə  millət  vəkillərinə  müxtəlif  səviyyələrdə 

16/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

toxunulmazlıq verməsi uzun müddətdir ki, davam edən bir təcrübədir (



C.G.I.L. Və Cofferati 

(№. 2) İtaliyaya qarşı

, § 44). Nəticə etibarilə, deputat toxunulmazlığı aşağıdakı şərtlərlə 6-cı 

Maddəyə uyğun ola bilər: 

-  legitim məqsədlər daşıyarsa: parlamentdə söz azadlığının müdafiəsi və qanunvericilik 

və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünün qorunması (

A. Birləşmiş 

Krallığa qarşı

, §§ 75-77 və § 79); 

-  qarşıya  qoyulan  məqsədlərə  mütənasibdirsə  (müvafiq  şəxs  öz  hüquqlarını  effektiv 

şəkildə  müdafiə  etmək  üçün  ağlabatan  alternativ  vasitələrə  malikdirsə  (



A.  Birləşmiş 

Krallığa qarşı

, § 86) və immunitet yalnız deputatlıq funksiyalarının həyata keçirilməsi 

ilə  məhdudlaşırsa  (

A.  Birləşmiş  Krallığa  qarşı

,  §  84; 



Zollmann  Birləşmiş  Krallığa 

qarşı

 (qərardad)).  Deputatlıq fəaliyyəti ilə hər hansı aydın əlaqənin olmaması, qarşıya 

qoyulan  məqsəd  və  tətbiq  olunan  vasitələr  arasında  mütənasiblik  anlayışının  dar 

çərçivədə  şərhini  tələb  edir  (



Cordova  İtaliyaya  qarşı  (№. 2)

,  §  64; 



Syngelidis 

Yunanıstana  qarşı

,  §  44).  Mübahisəli  bəyanat  Parlament  üzvü  tərəfindən  verilibsə, 

fiziki  şəxslərin  məhkəməyə  çatım  hüququ  6  §  1  Maddəyə  uyğun  olmayan  şəkildə 

məhdudlaşdırıla bilməz 

(Cordova İtaliyaya qarşı (№ 1)

, § 63; 


C.G.I.L. və Cofferati 

(№  2)  İtaliyaya  qarşı

,  §§  46-50,  bundan  əlavə,  qurbanlar  öz  hüquqlarını  müdafiə 

etmək üçün hər hansı ağlabatan alternativ vasitəyə malik olmadığı halda). 

 

56.  Hakimlərin  toxunulmazlığı  legitim  məqsəd  daşıyırsa,  yəni  ədalət  mühakiməsinin 



düzgün  şəkildə  aparılması  məqsədini  güdürsə 

(

Ernst  və  digərləri  Belçikaya  qarşı



,  § 50)  və 

ərizəçilərin Konvensiya çərçivəsində malik olduqları hüquqlarını effektiv şəkildə qorumaları 

üçün  ağlabatan  alternativ  vasitələrə  malik  olmaları  baxımından  mütənasiblik  prinsipinə 

uyğundursa, eynilə 6 § 1 Maddəyə zidd deyil (



Ernst və digərləri Belçikaya qarşı

, § 53-55). 

57.  Dövlət qulluqçularının immuniteti: Fərdlərin, dövlət məmurlarının fərdlərin nüfuzuna 

xələl  gətirən  ifadələrinə  və  hərəkətlərinə  etiraz  etmək  üçün  məhkəmədə  iddia  qaldırmaq 

hüquqlarına  qoyulan  məhdudiyyətlər  ictimai  maraqlar  çərçivəsində  legitim  məqsəd  daşıya 

bilər (


Fayed Birləşmiş Krallığa qarşı

, § 70); bununla belə, sözügedən legitim məqsədlə tətbiq 

olunan  vasitələr  arasında  mütənasiblik  əlaqəsi  olmalıdır  (

Fayed  Birləşmiş  Krallığa  qarşı

§§ 75-82). 



58.  İmmunitetin hədləri: əgər dövlət, hər hansı məhdudiyyət və Konvensiyanın tətbiqinə 

məsul  qurumların  nəzarəti  olmadan,  mülki  iddiaların  bütöv  spektrini  məhkəmələrin 

yurisdiksiyasından  çıxara  bilsəydi  və  ya  şəxslərin  geniş  qruplarına,  yaxud  kateqoriyalarına 

mülki məsuliyyətdən immunitet verə bilsəydi, bu, demokratik cəmiyyətdə qanunun aliliyi və 

6 § 1 Maddədə əksini tapan əsas prinsip,  yəni mülki iddiaların hakim tərəfindən baxılması 

üçün  məhkəməyə  təqdim  edilə  bilməsi  prinsipi  ilə  uzlaşmazdı  (



Fayed  Birləşmiş  Krallığa 

qarşı

,  §  65; 

McElhinney  İrlandiyaya  qarşı

  [BP],  §§ 23-26; 



Sabeh  El  Leil  Fransaya  qarşı

 

[BP],§ 50). 



 

2.  Məhkəməyə hüquqdan imtina 

(a)  P

RINSIP

 

59.  Razılığa  Gələn  Dövlətlərin  milli  hüquq  sistemlərində,  şəxsin  işinə  məhkəmə  və  ya 

tribunal  tərəfindən  baxılması  hüququndan  imtina  etməsinə  tez-tez  mülki  məsələlərdə, 

xüsusilə də müqavilələrdə arbitraj şərtləri formasında rast gəlinir. Sözügedən şəxs üçün, eləcə 

də  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  üçün  inkaredilməz  üstünlükləri  olan  imtina 

prinsip etibarilə Konvensiya ilə ziddiyyət təşkil etmir (



Deweer Belçikaya qarşı

, § 49). 

 

(b)  Ş

ƏRTLƏR

 

17/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə