Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

60.  Bu cür bir imtinanın sərbəst, qanuni və birmənalı şəkildə müəyyən edilməsi şərti ilə 



fərdlər arbitrajın xeyrinə məhkəməyə müraciət etmək hüquqlarından imtina edə bilərlər (

Suda 

Çex  Respublikasına  qarşı

,  §§ 48-49).  Demokratik  cəmiyyətdə  məhkəməyə  hüquq  o  qədər 

böyük  əhəmiyyət  daşıyır  ki,  bu  hüquq  sadəcə  şəxsin  mübahisəni  işin  məhkəmə 

araşdırılmasına  münasibətdə  yardımçı  xarakter  daşıyan  prosedurun  gedişatında  həll  etməsi 

səbəbilə itirilə bilməz (eyni yerdə.)

7

.  



 

3.  Hüquqi yardım 

(a) H

ÜQUQI YARDIMIN TƏMIN EDILMƏSI

 

61.  6 § 1 Maddə dövlətin üzərinə "mülki hüquq"la bağlı bütün mübahisələr üçün pulsuz 

hüquqi  yardım  təmin  etmək  öhdəliyi  qoymur  (

Airey  İrlandiyaya  qarşı

,  § 26).  Cinayət 

prosesində müəyyən şərtlər daxilində pulsuz hüquqi yardım almaq hüququna təminat verən 6 

§  3  Maddənin  (c)  yarımbəndi  və  hüquqi  yardıma  heç  bir  istinad  etməyən  6  §  1  Maddə 

arasında aydın fərq var (



Essaadi Fransaya qarşı

, § 30). 

62.  Bununla belə, Konvensiya praktiki və effektiv olan hüquqları, xüsusilə də məhkəməyə 

çatım hüququnun qorunması üçün nəzərdə tutulur. Bu səbəbdən, 6-cı Maddənin 1-ci bəndi  

məhkəməyə  effektiv  çatım  imkanının  təmin  edilməsi  baxımından  vəkil  yardımının  zəruri 

olduğu  hallarda,  bəzən  Dövlətdən  bu  cür  yardımı  təmin  etməsini  tələb  edə  bilər  (



Airey 

İrlandiyaya qarşı

, § 26). 

63.  6-cı Maddənin mülki iddiaçı üçün hüququ təmsilçiliyin təmin edilməsini tələb edib-

etməməsi  məsələsi  işin  konkret  hallarından  asılı  olacaqdır  (



Airey  İrlandiyaya  qarşı

,  § 26; 



McVicar Birləşmiş Krallığa qarşı

, § 48; 


Steel and Morris Birləşmiş Krallığa qarşı

, § 61). İşin 

bütün  halları  nəzərə  alınmaqla,  hüququ  yardımın  təmin  edilməməsinin  ərizəçini  ədalətli 

məhkəmə araşdırmasından məhrum edib-etmədiyi müəyyən edilməlidir (



McVicar Birləşmiş 

Krallığa qarşı

, § 51). 

64.  6-cı Maddənin pulsuz hüquqi yardımın təmin edilməsini tələb edib-etmədiyi məsələsi 

digər məsələlərlə yanaşı, aşağıdakı amillərdən asılı olacaqdır: 

-  işin mahiyyətində duran məsələnin ərizəçi üçün əhəmiyyəti (

Steel və Morris Birləşmiş 

Krallığa qarşı

, § 61); 

-  müvafiq qanunvericiliyin və prosedurun mürəkkəbliyi (

Airey İrlandiyaya qarşı

, § 24); 

-  ərizəçinin  maraqlarını  səmərəli  şəkildə  təmsil  etmək  bacarığı  (

McVicar  Birləşmiş 

Krallığa qarşı

, §§ 48-62; 



Steel və Morris Birləşmiş Krallığa qarşı

, § 61; 


P., C. və S. 

Birləşmiş Krallığa qarşı

§ 100); 

- qanunvericiliyə əsasən hüquqi təmsilçiliyin olması tələbi (



Airey İrlandiyaya qarşı

, § 26; 


Gnahoré Fransaya qarşı

§ 41 sonda). 

 

65.  Buna baxmayaraq, sözügedən hüquq mütləq deyil və əvvəlki bənddə qeyd olunanlara 



əlavə olaraq, xüsusilə aşağıdakı mülahizələrə əsasən, hüquqi yardımın verilməsi bəzi şərtlərin 

mövcudluğundan asılı ola bilər: 

-  mülki  prosesdə  tərəfin  maliyyə  vəziyyəti  (

Steel  və  Morris  Birləşmiş  Krallığa  qarşı

§ 62); 



-  onun məhkəmədə mübahisəni udmaq perspektivi (

Steel və Morris Birləşmiş Krallığa 

qarşı

, § 62). 

Bu səbəbdən, hüquqi yardım təmin olunan işləri seçən hüquqi yardım sistemi mövcud 

ola  bilər.  Lakin  qanunverici  orqanla  müəyyən  edilən  sistem  fiziki  şəxslərə  onları 

7

.  Həmçinin Açıq məhkəmə araşdırması bölməsinə baxın. 



18/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 



                                                 


K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

özbaşınalıqdan  qoruyacaq  maddi  təminatlar  təqdim  etməlidir  (



Gnahoré  Fransaya 

qarşı

,  § 41; 



Essaadi  Fransaya  qarşı

,  § 36; 



Del  Sol  Fransaya  qarşı

§  26; 



Bakan 

Türkiyəyə qarşı

, §§ 76 və 75 bu qərara istinadla: 



Aerts Belçikaya qarşı

 məhkəməyə 

hüququnun  mahiyyətinə  xələl  gətirilməsi  ilə  bağlı).  Buna  görə  də,  dövlət  daxilində 

hüquqi yardım sisteminin keyfiyyətinə lazımi diqqət göstərilməsi (



Essaadi Fransaya 

qarşı

,  § 35)  və  səlahiyyətli  orqanlar  tərəfindən  seçilən  üsulun  Konvensiyaya  uyğun 

olub-olmadığının  yoxlanılması  vacibdir  (

Santambrogio  İtaliyaya  qarşı

,  § 52; 



Bakan 

Türkiyəyə qarşı

, §§ 74-78; 

Pedro Ramos İsveçrəyə qarşı

, §§ 41-45). 

 

66. Məhkəmələrin hüquqi yardımın təmin edilməsindən imtinanın əsaslarını göstərməsi və 



hüquqi yardımla bağlı tələbləri dəqiqliklə incələməsi vacibdir (

Tabor Polşaya qarşı

, §§ 45-


46; 

Saoud Fransaya qarşı

, §§ 133-136). 

67.  Bundan əlavə, xarici hüquqi şəxslərə hüquqi yardımın göstərilməməsi 6-cı Maddəyə 

zidd deyil (

Granos Organicos Nacionales S.A. Almaniyaya qarşı

, §§ 48-53). 

 

(b) T

ƏMIN EDILƏN HÜQUQI YARDIMIN SƏMƏRƏLILIYI

 

68.  Dövlət  rəsmi  olaraq  təyin  olunmuş  vəkilin  hərəkətlərindən  məsul  deyil.  Vəkilliyin 

dövlətdən  ayrı,  müstəqil  peşə  olması  baxımından,  müdafiəçinin  ödənişsiz  hüquqi  yardım 

sistemi  çərçivəsində  və  ya  fiziki  şəxsin  öz  hesabına  təyin  edilməsindən  asılı  olmayaraq, 

(

Staroszczyk  Polşaya  qarşı

,  §  133),  müdafiənin  təşkili  müdafiə  olunan  şəxs  və  onun 

müdafiəçisi arasında razılaşdırma əsasında müəyyən edilir. Başqa sözlə, xüsusi hallar istisna 

olmaqla,  müdafiəçinin  davranışı  Dövlətin  Konvensiya  üzrə  məsuliyyətini  yarada  bilməz 

(

Tuziński Polşaya qarşı

 (qərardad)). 

69.  Bununla  belə,  prosesdə  tərəfin  maraqlarını  təmsil  etmək  üçün  müdafiəçinin  təyin 

edilməsi özlüyündə səmərəli yardıma təminat vermir (

Siaƚkowska Polşaya qarşı

, §§ 110 və 

116). Hüquqi yardım məqsədləri üçün təyin edilmiş vəkil uzun müddət prosesdə iştirakdan 

uzaqlaşdırıla və ya vəzifələrini yerinə yetirməkdən yayına bilər. Səlahiyyətli milli orqanlar bu 

vəziyyətdən  xəbərdar  olduqda,  onu  digər  vəkillə  əvəz  etməlidirlər;  əvəz  etmədikləri  halda, 

prosesdə  iştirak  edən  tərəf  pulsuz  hüququ  yardım  ilə  təmin  edilməsinə  baxmayaraq, 

praktikada effektiv yardımdan məhrum olacaq (

Bertuzzi Fransaya qarşı

, § 30). 

70.  Bir tərəfdən ədalət mühakiməsinə çatım hüququndan səmərəli istifadə, digər tərəfdən 

isə vəkillik peşəsinin müstəqilliyi arasında düzgün balansın təmin edilməsi hər şeydən əvvəl 

Dövlətin məsuliyyətidir. Məhkəmə aydın şəkildə vurğulamışdır ki, ödənişsiz hüquqi yardım 

göstərmək üçün təyin edilən vəkilin fəaliyyət göstəməkdən imtina etməsi müəyyən keyfiyyət 

tələblərinə cavab verməlidir. Pulsuz hüquqi yardım sistemindəki çatışmazlıqlar fərdləri malik 

olduqları  məhkəməyə  "praktiki  və  effektiv"  çatım  hüququndan  məhrum  edirsə,  bu  tələblər 

yerinə  yetirilməmiş  hesab  olunur  (

Staroszczyk  Polşaya  qarşı

,  §  135; 



Siaƚkowska  Polşaya 

qarşı

, § 114 - pozuntu). 

 

 

 



 

19/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə