Guide on Article 6 : Right to a fair trial (civil limb) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix01.12.2017
ölçüsü1,37 Mb.
#13357
1   2   3   4   5   6   7   8   9   ...   34

K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (



Boulois Luksemburqa 

qarşı

  [BP],    § 90).  Məsələn,  Məhkəmə  bir  nüvə  elektrik  stansiyasının  istismarı  üçün 

lisenziyasının  müddətinin  uzadılmasının  qanuniliyini  mübahisələndirən  iddianın  6  § 1 

Maddənin tətbiq dairəsinə düşmədiyi barədə qərar qəbul etmişdir, çünki müddətin uzadılması 

barədə  qərarla  həyatın,  fiziki  toxunulmazlığın  və  əmlakın  qorunması  hüquqları  arasındakı 

əlaqə "çox zəif və uzaq" idi və ərizəçilər yalnız konkret deyil, hər şeydən əvvəl qaçınılmaz 

olan bir təhlükəyə bilavasitə məruz qaldıqlarını sübut edə bilməmişdilər (

Balmer-Schafroth 

və Digərləri İsveçrəyə qarşı

, § 40; 


Athanassoglou və Digərləri İsveçrəyə qarşı

 [BP], §§ 46-

55);  bax,  son  qərarlardan, 

Sdruzeni  Jihoceske  Matky  Çex  Respublikasına  qarşı

  (qərardad); 

fabrikdə səs-küylü çirklənmənin məhdudlaşdırılması ilə bağlı məhkəmə işi üzrə bax 

Zapletal 

Çex  Respublikasına  qarşı

  (qərardad);  dağ-mədən  tullantılarının  emalı  üzrə  fabrikin 

fəaliyyətinin ətraf mühitə ehtimal olunan təsirlə bağlı bax 

Ivan Atanasov Bolqarıstana qarşı

§§ 90-95.  Oxşar  olaraq,  iki  dövlət  qulluqçusunun  həmkarlarından  birinin  vəzifəyə  təyin 



edilməsinə qarşı qaldırdıqları iddia ilə bağlı icraatın onların mülki hüquqlarına  yalnız uzaq 

təsiri  olmuşdur  (xüsusən,  onların  şəxsi  təyin  olunmaq  hüquqlarına:  bax 



Revel  və  Mora 

Fransaya qədər

 (qərardad)). 

10.  Əksinə, Məhkəmə ərizəçilərin kəndində su daşqınına səbəb ola biləcək səddin inşası 

ilə bağlı işdə (



Gorraiz Lizarraga və digərləri İspaniyaya qarşı

, § 46) və ərizəçilərin kəndləri 

yaxınlığında  siyonid  turşusu  ilə  qələvələşdirmə  üsulundan  istifadə  edən  qızıl  mədəninin 

fəaliyyətinə  icazə  verilməsi  ilə  bağlı  işdə 6  § 1  Maddənin  tətbiq  olunduğunu  müəyyən 

etmişdir  (

Taşkın  və  digərləri  Türkiyəyə  qarşı

,  § 133;  həmçinin  bax 



Zander  İsveçə  qarşı

§§ 24-25).  Yaxın  keçmişdə,  ətraf  mühiti  mühafizə  dərnəyinin  planlaşdırma  icazəsinin  ləğv 



edilməsi üçün verdiyi apellyasiya şikayəti ilə bağlı işdə Məhkəmə müəyyən etdi ki, dərnəyin 

və onun təsisçilərinin statusunu, eləcə də dərnəyin yaradılma məqsədinin müəyyən məkan və 

mahiyyəti  etibarilə məhdudlaşdırıldığını nəzərə alsaq, mübahisə ilə hüquqi şəxs tərəfindən 

iddia edilən hüquq arasında yetərli əlaqə mövcud olmuşdur (



L’Erablière A.S.B.L. Belçikaya 

qarşı

,  §§  28-30).  Bundan  əlavə,  şəxsin  hüquqi  qabiliyyətinin  bərpası  ilə  bağlı  məhkəmə 

prosesi onun mülki hüquq və vəzifələrinin müəyyən edilməsi üçün bilavasitə həlledici hesab 

edilir (


Stanev Bolqarıstana qarşı

 [BP], § 233). 

 

(B)  M

ILLI QANUNVERICILIKDƏ MÜBAHISƏ YARADAN HÜQUQUN MÖVCUDLUĞU

 

11.  Ərizəçi  milli  qanunvericilikdə  tanınan  hüququn  həyata  keçirilməsini  ağlabatan 

əsaslarla  tələb  edə  bilməlidir  (

Masson  və  Van  Zon  Hollandiyaya  qarşı

,  § 48; 



Gutfreund 

Fransaya  qarşı

,  § 41;  və 



Boulois  Lüksemburqa  qarşı

  [BP],  §§ 90-94).  6-cı  Maddə  üzv 

ölkələrin milli qanunvericilikdəki "hüquq" anlayışına hər hansı bir xüsusi məzmun vermir və 

prinsipcə,  Məhkəmə  bu  hüququn  mövcud  olub-olmadığını  müəyyən  etmək  üçün  milli 

qanunvericiliyə müraciət etməlidir. Səlahiyyətli orqanlarının müəyyən ərizəçi tərəfindən tələb 

edilən  imtiyazın  qəbul  edilib-edilməməsinə  qərar  verərkən  diskresion  səlahiyyətlərindən 

istifadə  edib-etmədiyi  nəzərə  alına  bilər  və  hətta  həlledici  ola  bilər.  Bununla  belə,  sadəcə 

hüquqi  normanın  mətninin  müəyyən  qiymətləndirmə  sərbəstliyinə  imkan  verməsi  faktı, 

özlüyündə hüququn mövcudluğunu istisna etmir. Məhkəmə tərəfindən diqqətə alınacaq digər 

meyarlara oxşar hallarda iddia edilən hüququn yerli məhkəmələr tərəfindən tanınması və ya 

yerli məhkəmələr tərəfindən ərizəçinin tələbini əsaslandıran arqumentlərin araşdırılması faktı 

daxildir (



Boulois Luksemburqa qarşı

 [BP], §§ 91-101). 

12.  Məhkəmə  yaşamaq,  sağlamlıq,  sağlam  ətraf  mühitdə  yaşamaq  və  mülkiyyət 

toxunulmazlığına  hörmət  hüquqları  kimi  hüquqların  milli  qanunvericilikdə  tanındığını 

müəyyən edə bilər (

Athanassoglou və digərləri İsveçrəyə qarşı

 [BP], § 44). 

13.  Sözügedən  hüququn  mili  qanunvericilikdə  hüquqi  əsası  olmalıdır  (

Szücs  Avstriyaya 

qarşı

§ 33). 

6/71 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




K

ONVENSIYANIN 

6-

CI MADDƏSI ÜZRƏ TƏLIMAT 



 MÜLKI HÜQUQI ASPEKT

 

 

14.  Bununla belə, qeyd etmək vacibdir ki, şəxsin milli səviyyədə iddia qaldırıla biləcək 



tələbinin olub-olmaması faktiki olaraq, təkcə müvafiq mülki hüququn milli qanunvericilikdə 

müəyyən  edilən  məzmunundan  deyil,  eyni  zamanda  potensial  iddiaların  məhkəmədə 

qaldırılmasının  qarşısını alan  və  ya  məhdudlaşdıran  prosessual  manelərin  mövcudluğundan 

asılıdır. İkinci kateqoriyaya daxil olan işlərdə Konvesiyanın 6 § 1 Maddəsi tətbiq oluna bilər 

(

Al-Adsani Birləşmiş Krallığa qarşı

 [BP], §§ 47; 



McElhinney İrlandiyaya qarşı

 [BP], § 25). 

Lakin, 6 § 1 Maddə milli qanunvericiliyə əsasən mövcud olan hüquqa tətbiq edilən substantiv 

(maddi-hüquqi)  məhdudiyyətlərə  tətbiq  edilə  bilməz  (



Roche  Birləşmiş  Krallığa  qarşı

  [BP], 


§ 119).  Konvensiya  qurumları  6  §  1  Maddəni  şərh  etməklə  sözügedən  Dövlətin 

qanunvericiliyində  heç  bir  hüquqi  əsası  olmayan  maddi  mülki  hüquq  yarada  bilməz  (eyni 



yerdə, § 117). 

15.  Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual 

kimi  təsnifləndirildiyini  müəyyən  edərkən,  ilk  növbədə  milli  qanunvericiliyin  müvafiq 

müddəalarına  və  yerli  məhkəmələr  tərəfindən  bu  müddəların  necə  şərh  edildiyinə 

baxılmalıdır (

Masson və Van Zon Hollandiyaya qarşı

, § 49). Zahiri formadan kənara çıxmaq, 

milli  qanunvericiliyin  müəyyən  məhdudiyyəti  necə  təsnifləndirdiyini  araşdırmaq  və  faktiki 

hallar  üzərində  dayanmaq  lazımdır  (



Van  Droogenbroeck  Belçikaya  qarşı

,  § 38).  Nəticə 

etibarilə, yekun məhkəmə qərarı ərizəçilərin şikayətlərinin mübahisələndirilməsi imkanından 

mütləq  olaraq  retrospektiv  qaydada  məhrum  etmir.  (



Le  Calvez  Fransaya  qarşı

,  § 56). 

Məsələn,  xarici  siyasət  fəaliyyəti  ilə  bağlı  aparılan  məhkəmə  araşdırmasının  dairəsinin 

məhdud  olması  (NATO-nun  Serbiya  üzərində  reallaşdırdığı  hava  hücumları),  ərizəçilərin 

dövlətə qarşı qaldırdıqları iddiaları baxılması imkanından retrosprektiv qaydada məhrum edə 

bilməzdi,  çünki yerli məhkəmələr bu məsələ haqqında ilk dəfə qərar verməyə dəvət edilmişdi 

(

Markovic və digərləri İtaliyaya qarşı

 [BP], §§ 100-02). 

16.  Bu  meyarlar  işığında  maddi  və  prosessual  məhdudiyyətlər  arasında  fərqi  müəyyən 

edərək, Məhkəmə məsələn, yol verilən səhlənkarlığa görə polisə (



Osman Birləşmiş Krallığa 

qarşı

) və ya yerli hakimiyyət orqanlarına (



Z və digərləri Birləşmiş Krallığa qarşı

 [BP]) qarşı 

qaldırılan  mülki  iddiaların  6  §  1  Maddənin  əhatə  dairəsinə  düşdüyünü  qəbul  etmiş  və 

müəyyən  bir  məhdudiyyətin  (cinayət  təqibindən  və  ya  məsuliyyətdən  azad  olma)  6  §  1 

Maddə  baxımından  proporsional  olub-olmadığını  dəyərləndirmişdir.  Digər  tərəfdən 

Məhkəmə  müəyyən etdi ki, Krallığın silahlı qüvvələrin üzvləri qarşısında daşıdığı hüquqi 

məsuliyyətdən  azad  olunması  maddi  məhdudiyyətdən  irəli  gəlir  və  nəticə  etibarilə,  yerli 

qanunvericilik  Konvensiyanın  6  §  1  Maddəsinin  mənası  baxımından  "hüquq"u  tanımır 

(

Roche  Birləşmiş  Krallığa  qarşı

  [BP],  § 124;  həmçinin  bax: 



Hotter  Avstriyaya  qarşı

 

(qərardad), və 



Andronikashvili Gürcüstana qarşı

 (qərardad)). 

17.  Məhkəmə  qəbul  etmişdir  ki,  assosiyasiyaların  üzvlərinin  konkret  hüquq  və 

maraqlarının (



Gorraiz Lizarraga və digərləri İspananiyaya qarşı

, § 45) və hətta hüquqi şəxs 

qismində tələb etdikləri konkret hüquqların ("ictimai" məlumat almaq və ətraf mühitlə bağlı 

qərarların verilməsi prosesində iştirak etmək hüququ kimi) (



Collectif national d’information 

et  d’opposition  à  l’usine  Melox  –  Collectif  Stop Melox  et  Mox  Fransaya  qarşı

 (qərardad)) 

tanınmasını  istədiyi  halda  və  ya  assosiyasiyalar  tərəfindən  qaldırılan  iddia  actio  popularis 

qəbul edilmədiyi halda, assosiyasiyaların da 6 § 1 Maddəyə əsasən təmin edilən müdafiədən 

yararlana bilərlər (

L’Erablière A.S.B.L. Belçikaya qarşı

). 


18.  Qanunvericilik  müəyyən  iş  və  ya  peşə  ilə  bağlı  qəbul  şərtlərini  müəyyən  halda,  bu 

şərtlərə  cavab  verən  namizədlər  sözügedən  işə  və  ya  peşəyə  qəbul  olunmaq  hüququna 

malikdir (

De Moor Belçikaya qarşı

, § 43). Məsələn, ərizəçinin həkim ola bilmək üçün zəruri 

qanuni şərtlərə cavab verdiyinə dair mübahisələndirilə bilən iddiası varsa, 6-cı Maddə tətbiq 

edilir  (



Chevrol  Fransaya  qarşı

,  § 55;  əksinə  bax: 



Bouilloc  Fransaya  qarşı

  (qərardad)). 

İstənilən  halda,  mülki  hüquqla  bağlı  icraatın  qanuniliyi  ərizəçinin  istifadə  etdiyi  hüquqi-

müdafiə vasitəsi ilə mübahisələndirilə bildikdə, yekun qərar ərizəçinin qanuni şərtlərə cavab 

7/71 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə