9
dən müxtəlif tarixlərdə yazılmış bu əlyazmaları arasında
bir çox
fərq vardır. Buna görə də «Gülüstani - İrəm» redaktə edilərkən, ye-
nidən yoxlanılmış və 1844-cü ildə Tiflisdə, 1862-ci ildə Səlyanda,
1867-ci ildə Qubada, 1879-80-ci ildə Dağıstanda yazılmış əlyazma-
ları və habelə A. Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüs-
xə ilə də müqayisə olunmuşdur.
İstifadə edilən bu əlyazmalarının hamısı Azərbaycan SSR Elm-
lər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları
şöbəsində saxlanılır.
Əsərdən, tarixi əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi
hissələr çıxarılaraq nöqtələr ilə əvəz edilmişdir.
«Gülüstani - İrəm» XIX əsrin birinci yarısında Azərbaycan tarixi
haqqında yazılmış ən dəyərli əsərlərdən biridir.
Azərbaycan SSR
Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu tərəfindən çap edilən
bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün
qiymətli bir məxəz olacaqdır.
M. Şərifli
10 yanvar 1951
10
Müəllifdən
…
1
Təbiətimiz hər şeydən artıq tarixə malikdir. O, hadisələrdən
başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və
bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə,
onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix
hökümsüz və zülümsüz elə bir hökmdardır ki, bütün Adəm övladı
onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dün-
yanın müəllimləri əlifba oxuyan bir uşaqdılar… Tarix elə bir danış-
mayan natiqdir ki, sələflərin vəsiyyətlərini
bütün təfsilat və tərif-
lərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tə-
nəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin
libasında insanların ibrət nəzərinə catdırır. Bəli, keçmişdə vaqe olan
bir iş gələcək üçün düsturüləməldir və elmə əsaslanan bir əməl
möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə
başlamaq yolsuz və qorxulu bir cölə yönəlmək kimilir. Öz qısa öm-
ründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar.
Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha
yaxşı nə olə bilər? Xüsusən hər bir ölkənin
tarixi orada yaşayan
xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlə-
rindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlu-
mat verər, muxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərə-
rini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi tə-
xəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan saninin
oğlu,
yol göstəmək məqsədilə, işin çətinliyindən xəbərdar oldu-
ğum halda, müxtəlif dövlərdə Şirvan, Dağıstan vilayətləri və ətra-
fında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım.
Ümidvarəm ki, həqiqətə bələd olan oxyucular bu əsərin qüsur və
1
Burada və başqa yerlədə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin
mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə
edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.
11
nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəyifliyinə, halımın
pərişanlığına və vəsaitn azlığına
həml edib, onun islah və təkmilinə
çalışarlar…
Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə
vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə
bu ölkə müxtəlif tayfaların gediş-gəlişi və istilası üzündən həmişə
iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər
və maddi mədəniyyət asarı məhv və tələf olmuşdur. Başqa millət-
lərdən heç birinin tarix kitabları da, bu məsələləri layiqlə izah etmir.
Bununla bərabər «
- öyrənilməsi
tamamilə
mümkün olmayan bir şeyi tamamilə də tərk etmək olmaz»
kəlamının məzmununca, bu işə lazım olan vasitələrdən mümkün
olanını ələ keçirib, dağınıq məsələləri bir-birilə əlaqələndirdim.
Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum.
Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri
müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və ha-
disələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən
tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbə-
cür
kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-
ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və
bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı
yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət
etdim.
Kitabı bir müqəddəmə, beş fəsil və bir nəticəyə böldüm.
Müəllifindir:
Bu əsər bir tarix kitabı olaraq tanındı,
hiyəttarix
(1257=1841/2) sözü onun təlif tarixi oldu.
Onun adını «Gülüstani-İrəm» qoydum.
Məzmununa mütabiq ad verdim.
M ü q ə d d ə m ə - Şirvan və Dağıstan vilayətlərinin hüdud və
ərazisi, adlanmalarının səbəbi, əhalisinin mənşəi, dilləri və dinləri
haqqında.
12
B i r i n c i f ə s i l - İslam dövlətinin zühurundan ərəb
qoşununun gəlməsinə qədər Şirvan və Dağıstan
ölkələrində baş
verən qədim hadisələr haqqında.
İ k i n c i f ə s i l - ərəb ordusunun gəlməsindən başlayaraq
moğolların istilasına qədər.
Ü ç ü n c ü f ə s i l - moğol istilasından Səfəvilərin zühuruna
qədər və Şirvanşahlar sülaləsinin səltənəti dövrü.
D ö r d ü n c ü f ə s i l - Səfəvilərin zühurundan Nadir şahın
vəfatına qədər.
B e ş i n c i f ə s i l - Nadir şahın vəfatından «Gülüstan» adlı
yerdə Rusiya-İran dövlətləri arasında bağlanan sülh müahidəsi
zamanına qədər.
N ə t i c ə - Şirvan vilayətində və onunla qonşu olan yerlərdə
təlifat sahibi və ya başqa fəzilət və məziyyətə malik olan şəxslərin
tərcümeyi-halları haqqıda.