45
qaytardı. İskəndər xərac qoyduqdan sonra Kontalı,
sair əsirlərlə
bərabər, azad edib geri qayıtdı.
Kvint Kurtsi
1
, təqribən dörd yüz il İskəndərdən sonra yazdığı
tarix kitabında bu hadisələrin çoxunu bir qədər dəyişdirərək başqa
şəkildə göstərir: Nuşabə, ehtimal ki, İskəndərə məhəbbət yetirən
və onun ordusuna gələn Amazon məlikəsi imiş. Böyüksu Atil və ya
Don çayıdır. Skif həmin yeddi tayfadan ibarət olmalıdır; çünki
qədim tarixçilər bütün şimal əhalisini skif adlandırırdılar. Dərbənd
qalası həmin qalaçadır ki, fəthi başqa bir şəkildə yazılmışdır.
«Dərbəndnamə» və sair kitablarda da İskəndərin Dərbənd
səddini təmir etməsi haqqında izahat verilmişdir. Dərbənd, xalq
arasında indi də «Səddi-İskəndər» adı ilə məşhurdur. Diqqətlə
baxılsa Quranda da bu məsələ qeyd edilmişdir. Qurandakı ayələrin
məzmunu belədir: «Zülqərneyn yola düşüb getdi, günəşin batdığı
yerə çatdı. Gördü günəş isti bir bulağa batır; yenə yol alıb günəşin
doğulduğu yerə çatdı. Burada günəş bir xalqın
üzərinə düşürdü,
onların günəşə qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam
etdi, iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında söz
qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: «Ey Zülqərneyn! Yə-
cuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə xərac ver-
sək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?» İskəndər ca-
vab verdi: allahın mənə verdiyi dövlət kifayətdir. Sonra o, işçilər və
dəmir parçaları tələb etdi. Bir-birinə müqabil iki nüqtənin arasında
bir sədd çəkildi. Onlar (Yəcuc və Məcuc) bu səddin üzərinə çıxa
bilmədilər və onu deşməyi də bacarmadılar».
Bir çox təfsirçilərin və məşhur tarixçilərin yazdıqlarına görə,
Zülqərneyn Rum, İran və ya Məğrib və Məşriqin padişahı olan
Makedoniyalı İskəndərdir. O, Afrikanı və Qıpçaq çölünü fəth etmiş-
di. Deyirlər ki, onun tacında iki buynuz vardı, bu da iki cıqqaya
1
Kvint Kurtsi - Roma tarixçisidir, ehtimala görə, I əcpdə yaşamışdır. Yunan mənbə-
lərinə əsasən Makedoniyalı İskəndərin tarixini yazmışdır.
46
işarə ola bilər.
Bulaq da, su axınından ibarət olub, qərbi Okyanus
dənizinə işarədir, Mədari-sərətanə yaxın olduğundan burada hava
isti və dənizin suyu axmaqdadır.
Yunan tarixçilərinin yazdıqları kimi, İskəndərin Məğrib-zəmin-
də ucsuz-bucaqsız qumsal və isti çöllərdən keçərək Yupiter məbə-
dinə getməsi də bu mətləbi təsdiq edir. Qıpçağın çılpaq çöllərində
yaşayan vəhşi əhalinin həqiqətən günəşdən qorunmaq üçün heç
bir imarət, meşə və bağları yox idi. Qərb ilə şərq arasından keçən
üçünçü yol, şimala doğru getməlidir; çünki cənuba doğru gedərsə,
ğarşıya okean çıxar. İki sədd - Ermənistan və Azərbaycanın iki sıra-
dağlarından və Xəzər ilə Qara dənizdən ibarətdir.
Dil bilməyənlər
isə, Qafqazın cənub tərəfində yaşayan xalqlardır. Dillərinin qəribəli-
yi, çoxluğu və ya inkişaf etməməsi üzündən onları anlamaq müm-
kün deyildi. Yəcuc və Məcuc Yafəs nəslindən olub, şimalda yaşayan
vəhşi və qarətkar tayfalardan ibarətdi. Deyirlər ki, Yəcuc türklərdən,
Məcuc isə dağlılardandır.
Bu məsələni Tövratın təfsiri də təsdiq edib deyir: skif tayfası,
Yafəsin oğlu Məcuc nəslindən nəşət etmişdir, bunlar Qafqaz dağı-
nın ətəyində sakindirlər; skiflərin burada Məcuc adlı bir şəhəri də
var imiş, ona Yaropol da deyərlərmiş. Yəcuc İsrail övladından biri-
nin adıdır; cadugərlər padişahının adı Yəcuc idi.
Eronim və başqalarının təfsirinə görə, Məcuc Kaspi, yəni Xəzər
dənizinin sahilləri yaxınlığında, Yəcuc isə bunlardan daha uzaqda,
şimalda yaşayırlarmış. Hər iki tayfa skif hesab olunur.
Sədd də Dər-
bəndin həmin hasarıdır, ona külli dəmir işlədilmişdir. İki müqabil
olan nüqtə də Xəzər dənizi və Qaytaq dağlarıdır, yaxud da - Xəzər
ilə Qara dənizdir...
Müəllif deyir: Madam ki, İskəndərin Ermənistana və Gilana
gəlməsi, Venedik dənizindən Qanq çayına qədər və cənubi Okya-
nus dənizindən Qara dənizə və Xəzər dənizinə qədər ölkələri istila
etməsi isbat edilmişdir, o zaman, bu yerlərə yaxın olub və keçmiş-
də bir çoxları tərəfindən dünyanın axırı sayılan və İskəndərin qəri-
bəliklər yurdu adlanan Qafqaza gəlməsi, İranı, şimalın
vəhşi tayfa-
47
ları şərrindən qorumaq üçün bir sədd çəkdirməsi, ya da başqa
tədbirlər görməsi təəccüblü və ağıldan uzaq bir məsələ deyildir.
İslam və erməni tarixçilərindən bir çoxunun verdiyi məlumat...
sədd xarabalarının varlığı və xalq arasındakı şöhrəti, başqa əlamət-
lər və Kvint Kurtsinin - coğrafi cəhətdən rabitəsiz olsa da - İskən-
dərin Qafqaza gəlməsi haqqındakı bəyanatı, onun bu ölkəyə (Qaf-
qaza) gəlməsini və səddin onun əmrilə tikilməsini aydın bir surətdə
göstərir.
Bəzi tarixçilər və alimlər bu xüsusda şübhələnmişlər; onlar
dünyanın vəziyyətindən lazımi dərəcədə xəbərdar olmadıqları və
öz təsəvvürlərini başqalarının fikri ilə qarışdırdıqları üçün belə ol-
muşdur. Buna görə də, əxbar kitablarını və tarixi əsərləri qarışıq bir
hala salmışlar. Misal olaraq bir neçə nümunə göstərmək olar: Katib
Çələbi «Çahannüma» adlı əsərində deyir ki, aparılan tədqiqata gö-
rə, Makedoniyalı İskəndər Zülqərneyn deyildir. O (Zülqərneyn),
İbrahim (peyğəmbər) ilə müasir olub,
Yəmən himyərilərindən bir
padişah idi. Zülqərneyn dünyanın şərq və qərbini dolandı və səddi
dünyanın sonunda bina etdi. Bu bina, ehtimala görə, şimal-şərq
tərəfdə bəlli olmayan bir yerdədir. Dərbənd səddi haqqında da
deyir: bu, İskəndərin səddi ola bilməz; çünki Nuşirəvan bu səddi
Şirvan, Ermənistan və Azərbaycan vilayətlərində qətl və qarət ilə
məşğul olan Xəzər tayfasının və sair türklərin qarşısını almaq üçün
bina etdirmişdi. Fars padişahları daima onlarla müharibə edirdilər.
Deyirlər ki, onu əvvəlcə Güştasib oğlu İsfəndiyar bina etmişdi.
«Nüzhətülqülub» müəllifi səddin bina edilməsini Güştasibin atası
Lührasibə nisbət verir və onun Nuşirəvan tərəfindən ancaq təzə-
ləndiyini bildirir. Katib Çələbi kimi bir alimin fikrinə təəccüb etməli-
dir. O öz iddiasının doğruluğuna heç bir dəlil və sübut gətirmədən
bu məsələni açıq-açığına inkar edir; İmam Fəxrəddin Razi
1
, Qazi
1
Fəxrəddin Razi - Şərqdə yetişən böyük alim və filosoflardan biridir. Hicri 554-cü
(=1159) ildə Rey şəhərində anadan olmuş və 606-cı (=1209/10) ildə Heratda vəfat
etmişdir. Müxtəlif elmlərə aid bir çox əsərlər yazmışdır.
48
Beyzavi
1
və başqaları Makedoniyalı İskəndərə Zülqərneyn və
Dərbənd hasarına da Yəcuc və Məcuc səddi dedikləri üçün onların
fikrini doğru hesab etmir. Bunu təsəvvür etmir ki, səddin binası
Nuşirəvandan əvvəl İsfəndiyara nisbət verdiyi kimi, İskəndərə də
nisbət verilə bilər. Fərz edək ki, onu Zülqərneyn himyəri bina etmiş
və sonra dağılmışdır, İskəndərin yenə onu təmir etməsi ağıldan
uzaq deyildir. Çünki İbrahimin peyğəmbərliyə çatması hicrətdən
2543 il əvvəl, İskəndərin taxta oturması isə hicrətdən 958 il əvvəl
vaqe olmuşdur. Arada 1500 ildən artıq bir müddət vardır. Yenə
ehtimal ki, bu padişahlardan hər biri, vadilərdə və dağlarda binalar
tikdirmiş və ya xaraba qalanları təmir etdirmişdir. Nuşirəvan isə
indiki hasarın (Dərbənd səddinin) hamısını sonradan tikdirmişdir.
O (Katib Çələbi), fəsadçı, soyğunçu və vəhşi türk tayfalarını
Yəcuc və Məcuc adlandırmaq istəmir, çünki
bəzi tarixçilərin isnad
etdikləri əsassız nişanələr onlarda yoxdur. Ola bilər, onlar bunu
yalnız kinayə yolu ilə söyləmişlər. Mövcud səddi burada qoyub,
əsla olmayan bir mövhum səddi göstərir. Plutarx
2
və Strabonun
yazdıqlarına görə, Albaniyadan Pompeyə qarşı göndərilən qoşu-
nun miqdarını nəzərə aldıqda, təsəvvür etmək olar ki, Albaniya
İsanın anadan olmasından təqribən 65 il əvvəl əzəmətli və qüvvətli
bir dövlət imiş. Pompey, Pont padişahı Mitridadı məğlub və Ermə-
nistan padişahı Tiqranı özünə tabe edən Roma sərdarlarından bi-
rincisidir. Pompey öz qoşunu ilə Qafqaz dağlarından keçərək Qara
dənizin şimal-şərq tərəflərinə gedən Mitridadı təqib
etmək istəyir-
di. O, bu məqsədlə albanlardan və iveriyalılardan yol istədi, onlar
1
Qazi-Beyzavi - tarixçi olmaqdan artıq bir təfsirçi kimi şöhrət tapan Beyzavi, İranın
Beyzavi şəhərində anadan olmuş və hicri 685-ci (=1286/87) və ya 691-ci
(=1291/92) ildə Təbrizdə vəfat etmişdir. Müxtəlif mövzularda yazılmış bir çox əsəri
vardır. Əsərlərini ərəb dilində yazan Beyzavi, yalnız «Nizamüttəvarix» adlı tarix
kitabını fars dilində yazmışdır. Bu kitab, dünyanın yaradılışından hicri 674-cü
(=1275) ilə qədər olan hadisələri təsvir edir.
2
Plutarx - məşhur yunan tarixçisidir, 46-cı ildə anadan olmuş və 120-ci ildə vəfat
etmişdir. Əsərlərindən ən məşhuru «Müqayisəli tərcümeyi-hallar» adlı kitabıdır.