49
da birinci dəfə onun tələbini qəbul etdilər. Lakin qış olduğundan
Pompey Kürün kənarında qışladı. Bu zaman albanlar qırx
min nə-
fərlə gözlənmədən onunla müharibəyə gəldilər. Pompey albanların
çaydan keçməsinə mane ola bilərdi, lakin keçincəyə qədər onlara
hücum etmədi. Albanlar Kür çayını keçdikdən sonra, Pompey mü-
haribəyə başladı və onları yaman bir halda məğlub etdi. Bu əhva-
latdan sonra, Albaniya padişahı Orizi çarəsiz qalıb, barışıq istədi və
buna da nail oldu.
Pompey qarşısına qoyduğu səfərə davam etdi. Kolxidaya çat-
dıqda ona xəbər verdilər ki, albanlar ikinci dəfə olaraq toplaşmışlar.
O (Pompey), getdiyi yol ilə geri qayıtdı. Kürü və Kür ilə Araz çayları
arasındakı susuz çölləri və çətin yolları keçdikdən sonra, Abaza çayı
kənarında 60 min piyada və 12 min süvaridən ibarət Albaniya
qoşununa rast gəldi. İkinci dəfə, onları məğlub etdi. Qoşun sərdarı
olan Albaniya padişahının oğlu Kozisi də öz əlilə öldürdü. Pompey
albanları oradan üç günlük məsafədə olan dəniz sahillərinə qədər
təqib etmək istəyirdi. Lakin bu nahiyədə olan
çoxlu zəhərli ilan
onun yürüşünə mane oldu. O buradan Kiçik Ermənistana qayıtdı.
Qeysər ləqəbi daşıyan Roma imperatorlarının ilk hökmranlıq-
ları dövründə albanlar İveriya sultanları ilə müttəfiq idilər. Onlar
Ermənistan vilayətləri uğrunda parfyanlarla - yəni Kürdüstan tayfa-
sı ilə - romalılar arasında gedən çəkişmələrə müdaxilə edirdilər. O
dövrün hadisələrini qeyd edən tarixçi Tatsitin
1
yazdıqlarından ən
məhşuru budur: Qeysər Tiberi öz səltənəti zamanında İveriyada
səltənət sürən Farazmanın qardaşı Mitridadı Ermənistan əyalətinə
təyin etdi. Lakin Ermənistan səltənətinə göz dikmiş parfyan padişa-
hı Artaban bu işə razı deyildi. Farazman, albanlarla bərabər Mitri-
dada kömək edirdi. Dağıstan, Şirvan və indi Gəncə mülkü adlanan
Qarabağ dərəsi yolu ilə Sərmat tayfasından onun köməyinə qoşun
1
Tatsit -məşhur Roma tarixçilərindəndir, I əsrin ikinci yarısında anadan olmuş və II
əsrin birinci rübündə vəfat etmişdir.
50
gətirdilər, bu iş yaxşı nəticə verdi. İran vilayətlərindən bir çoxu
Parfyan və Ermənistan sultanlarının əlində idi; Albaniya da erməni-
lərin ixtiyarında və istilası altında idi.
Erməni tarixçisi Çamçiyan deyir: Ermənistan padişahı Artaşes
Sanatruk oğlu, miladın 88-ci ilində Alan, yəni Muğan səhrasında
birləşmiş Alan, Dağıstan, Kuhistan və iveriyalıların bəzisi ilə mühari-
bəyə girişərək onlara qalib gəldi. Alan padişahının oğlu Saten əsir
alındı. Erməni qoşunundan bir dəstə Kürün sol tərəfinə də keçmişdi.
Alan padişahı sülh etmək istədi. Onun qızı Satenek Kürün kənarına
gəlib, çayın o biri kənarında olan Artaşes ilə mütərcim vasitəsilə da-
nışmağa başladı və dedi: «Ey ağıllı və güclü padişah! Rəva deyildir ki,
qardaşımın öldürülməsi üzündən iki şövkətli və əzəmətli padişah
arasında daimi ədavət düşsün». Artaşes (bunu eşidib) Kürdən keç-
di, üz-üzə onunla danışmağa başladı, onun kamal və camalına aşiq
oldu. Sonra öz qoşununun sərdarı Sumbatı, qızın atası Alan padi-
şahının yanına elçiliyə göndərdi. Qohumluq baş tutdu,
Saten azad
edildi və hər iki padişah da öz hökumət mərkəzlərinə qayıtdılar.
Bir zaman keçdikdən sonra, Alan padişahı vəfat etdi və onun
sərdarlarından biri səltənətə keçdi. Saten qaçıb Artaşesə pənah
apardı, o da Sumbatı külli qoşunla onun köməyinə göndərdi. Bö-
yük bir vuruşma oldu, səltənəti qəsb edən sərdar türk ölkəsinə
qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth və
zəfərə nail oldu. Onun qoşunlarından bir çoxunu öldürdü və bir
çoxunu da əsir aldı. Onlar Ermənistan ölkəsinə Ağrı dağının ətrafın-
da yerləşdilər. Saten də öz atasının mülkündə müstəqil oldu. Qazi-
qumuq şəhəri ətrafında bir kəndlə bir dağın indi də Sumbat adı ilə
məhşur olması bu mətləbi təsdiq edir.
Ermənistan padişahı Xosrovu, miladi 258-ci ildə öz əmisi oğlu
Anak, Udi şəhəri yaxınlığında hiylə ilə öldürdü. Xosrovun vərəsələri
də Anakı bir çox övlad və tabeləri ilə bərabər öldürdülər. Anakın iki
kiçik yaşlı oğlunu lələlər götürdülər; böyüyü həzrət Corcisi Qeysə-
riyyəyə, kiçiyi Sureni də bibisinin - Haptaq padişahı Cavanşirin
arvadının yanına gətirdilər. Sonra Suren 39 il
Dərbənddə hökmran-
51
lıq etmişdir. Xosrovun qətlindən sonra, Ermənistan ölkəsində
iğtişaş başladı. Ərdəşir Sasani bu ölkəni istila etməyə və Xosrovun
nəslini kəsməyə qalxmışdı. Bu zaman Ermənistan əmirlərindən
Artavazd Xosrovun oğlu Tiridatı götürüb Qeysəriyyəyə qaçdı.
Tiridat çox qüvvətli və şücaətli idi, əsgəri xidmətə girərək yük-
sək şöhrətə malik oldu. Axırda Roma qoşunu ilə gəlib Ermənistan
ölkəsini aldı. Daha sonra, 289 və 290-cı illərdə İveriya, Əğvan və
Massageteni ələ keçirdi. Sumbat övladından Sumbat adlı birini
göndərib, Alan padişahının qızı Əşkəni aldı. II Xosrov bundan ol-
muşdur. Əğvanlar ikinci dəfə iğtişaşa başladıqları üçün Tiridat yenə
gəldi. Hər iki tərəfdən çoxlu qoşun toplandı; Muğan səhrasında
çox şiddətli bir müharibə oldu. Ermənilərin böyük sərdarı qoca
Artavazd öldürüldü. Tiridat bundan qəzəblənərək,
özü müharibəyə
girişdi. Alanda doğulmuş Baslas padişahı cəsur Katarhun, Tiridata
bir kəmənd atdı. Tiridat kəməndi kəsib onu öldürdü. Xülasə əğ-
vanlar məğlub oldular. Tiridat onları təqib etdi. Nəsl və qaynayıb-
qarışma səbəbilə bir tayfa hesab edilən alan, baslas, haptaq və
hunları özünə tabe etdi. Onlardan girov alıb geri qayıtdı. Bundan
sonra, sasanilərdən Hürmüzün oğlu Şapur ilə müharibəyə başladı.
Azərbaycanı aldıqdan sonra, onunla barışdı...
Vaqarşapat şəhərini Ermənistan padişahı Vaqarş miladi II əsrin
axırında bina etmişdi. Tiridatın vəfatına qədər bura Ermənistanın
paytaxtı olmuşdur; indiyə qədər də ermənilərin böyük xəlifəsinin
(patriarxının) oturduğu yerdir.
Məhəmməd Əvvabi Aqtaşi (Ağdaşlı), hicri XI əsrin əvvəllərində
Şamxal Çoban bəy Gəray
xan oğlunun xahişinə görə, İndiri kəndin-
də ixtisarla farscadan türkcəyə tərcümə etdiyi “Dərbəndnamə”də
deyir: Türklərlə iranlılar arasında daima müharibə getdiyindən
Şirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan zülm və təx-
ribat yetişirdi. İran padişahı Qubad Firuz oğlu Sasani, paytaxtı Atil
çayı kənarında olan Xəzər padişahı Xaqan ilə barışıb, onun qızını
aldı. Xaqanın 400000 nəfər qoşunu var idi. Moskva, Noqrad – ehti-
mal ki, Novqorod olsun - və bütün ruslar ona (Xaqana) xərac verir-
52
dilər. Bundan sonra Qubad elçi göndərib, istədi ki, iki ölkənin ara-
sında bir sədd çəkdirsin. Xaqan da buna razı oldu. Qubad tarix-
lərdə görmüşdü ki, müqəddəs hesab edilən Dərbənddə İskəndər
Zülqərneynin səddi olmuşdur.
Deyirlər ki, bu səddin bir mil qədəri
Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə qədər
uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və qumun al-
tından çıxarıb təmir etsinlər. Hasarı Təbərsəranın yuxarısına qədər
çəkib, ona dəmir qapılar saldılar. Bundan sonra Dərbəndin cənub
tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin ha-
mısı yeddi ilə tamam oldu. İş bitdikdən sonra, xəzərilərin çox qüv-
vətli olmasına baxmayaraq, onların bu möhkəm hasara əl tapa bil-
məyəcəklərinə arxayın oldu. Xaqanın qızını atasının
evinə geri qaytar-
dı ki, nəslin qarışması üzündən ölkənin işlərinə ixtilal yol tapmasın.
Deyirlər ki, bu səddi Qubaddan əvvəl Bəhrami-Gurun oğlu
Yəzdicird Sasani də təmir etdirmişdi. Bu təmir Nuşirəvan dövründə
tamam oldu. Qubad və Nuşirəvan - hər ikisi İran vilayətlərindən
müxtəlif xalqları köçürüb bu ölkədə bir çox şəhər və kənd bina et-
dirmişdilər. Nuşirəvan atasının səltənəti dövründə xeyli zaman bu
ölkədə yaşamışdır. O, Dərbənd səddindən əvvəl (Xəzərlər səddi ilə
adlanır) İsfəndiyar Güştasib oğlunun dənizdən dağa qədər çəkdir-
diyi Alğon səddinin uçulan yerlərini təmir etdirdi. Ona Babi-Alan
adlı bir darvaza saldırdı. Nuşirəvan özü də burada sakin olurdu.
Sonra atasının icazəsilə Dərbənd ətrafında 360 qala və şəhər bina
etdirdi. İran vilayətlərindən bir çox əhalini köçürüb buralarda sakin
etdirdi. Alğon səddindən Əhrana qədər
olan yerləri yeddi vilayətə
böldü və hər birinə ayrı-ayrı əmir təyin etdi:
1. Gülbax. Burada, Qoysu çayının sağ kənarında, indiki Çilyurd
yerində Əhran şəhərini; İndiri kəndinin aşağı tərəfində, Qızılyarda
Sürxab qalasını; İndiri kəndinin yuxarı tərəfində, Çumlu adlanan
yerdə Kiçik-Macarı; indi Minarət və daha əvvəllər Tatartop adlanan
Ulu-Macarı bina etdirdi.
2. Tumanşah mülkü. Burada, Tarxu şəhəri yerində, Səməndər
qalasını; bunun üç ağaclığında, dəniz kənarında İnci qalasını (xara-