Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə20/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

 
81 
O həmişə alimlər və şairlərlə oturub-durardı. Bəzən şeir söylə-
məyə də həvəs edərdi. Bu rübai onundur: 
 
Dünən sevgilim gözümdən bir öpüş aldı,  
O getdi, amma gözüm onun ardınca yaşlı qaldı.  
Sevgilim gözümdən ona görə, öpdü ki,  
O öz camalını mənim gözümdə görmüşdü. 
 
Məlikşahın dövründə Həsən Səbbah, bir çox xüsuslarda xürrə-
milərin qanunlarına  əsaslanaraq, mülhidlərin çirkin məzhəbini 
meydana atdı. O, ətrafına canından keçən bir çox fədai toplayıb 
fitnə-fəsad yolu ilə öz əzəmət və istibdadını artırdı. Axırda, Məlik-
şahın baş  hərəmi Türkan xatun, cürbəcür böhtanlarla Nizamül-
mülkü padişahın gözündən saldı. Nizamülmülk işdən kənar edildi 
və bir il sonra Nəhavənd  şəhərində  Həsən Səbbahın fədailəri 
tərəfindən bıçaqla öldürüldü. Vəfat etdiyi zaman bu qitəni yazıb, 
padişahın hüzuruna göndərdi: 
 
Ey gənc taleli şahım! 
Sənin xoşbəxtliyinlə qırx il, 
Dünya üzündən zülmün tozunu sildim. 
Əz-qəza ömrüm 96-ya çatınca, 
Səfərdə, bir bıçaq zərbəsindən öldüm. 
Niknamlıq və səadət fərmanını, 
Sənin imzanla səma padişahının hüzuruna apardım. 
Bu qədim vəzifəni oğluma tərk etdim, 
Onu da, Allaha və padişaha tapşırdım. 
 
Nizamülmülkün vəfatından 40 gün sonra, Məlikşah da hicri 
482-ci (=1089) ildə, Bağdad yaxınlığında vəfat etdi. Böyük oğlu 
Börküyarıq taxta oturdu. Gəncədə sakin olan Azərbaycan, Ermənis-
tan və sair yerlərin hakimi Məhəmməd Məlikşah oğlu üsyan bay-
rağı qaldırdı. Sultan Börküyarığ qardaşının şərrini dəf etmək üçün 
 
82
hərəkət etdi. Bir gün, onun qoşun başçıları  iğtişaş salıb, sultanın 
çadırında baş vəzir qumlu Məcdəddini öldürdülər. Padişah belə bir 
cəsarətdən qorxuya düşüb  İraq Quhistanından Rey (mülkünün) 
mərkəzinə qaçdı. Məhəmməd maniəsiz və  zəhmətsiz səltənət 
taxtında oturdu. Daha sonra, iki qardaş arasında dörd dəfə müha-
ribə oldu. Bunlar gah qalib və gah məğlub olurdular, nəticədə sülh 
etdilər. Şam, Diyarbəkir, Azərbaycan, Muğan, Şirvan və Ermənistan 
vilayətləri Sultan Məhəmmədə,  İranın sair vilayətləri isə, Börkü-
yarığa çatdı. Hicri 489-cu (=1096) ildə Börküyarıq vəfat etdi. Sultan 
Məhəmməd bütün ölkədə müstəqil oldu. Hicri 491-ci (=1098) ildə 
Bağdada gedib xəlifə Müstəzhir Billah
1
 ibni-Müqtədi Billahdan 
Nasiri-Əmirəlmöminin ləqəbini aldı. Bunun vəfatından sonra hicri 
502-ci (=1109) ildə Sultan Səncər Məlikşah oğlu, Bürhani-Əmirəl-
möminin ləqəbilə səltənət taxtına oturdu. 40 il müstəqil olaraq səl-
tənət sürdü. 
Mahmud Sultan Məhəmməd oğlu,  əmisi Sultan Səncər tərə-
findən İraq, Ermənistan və Azərbaycan ölkələrinə hakim təyin olun-
du. Dövlətşah Səmərqəndi
2
 təzkirəsinin qeydinə görə, o, bu yerlər-
də 8 il, «Rövzətüssəfa»nın yazdığına görə isə 11 il padişahlıq 
etmişdir. Şirvan və Dağıstan işləri də onun ixtiyarında idi. Axırda o, 
hicri 519-cu (=1126) ildə öz əmisinə qarşı üsyan etdi, nəticədə 
məğlub oldu. Sultan Səncər isə onun taqsırından keçdi və adı çə-
kilən vilayətlərdən başqa,  Şam mülkünü də onun ixtiyarına verdi. 
Bundan əlavə iki qızını da - birincisi vəfat etdikdən sonra ikincisini 
- ona verdi. Özü isə Xorasan və Mavəraünnəhrdə olurdu. 
Sultan Mahmud səltənətə keçincə, kiçik qardaşı Məsud onun-
la müharibəyə başladı. Bir müddət iki qardaş bir-birilə vuruşaraq 
bu ölkənin nizamsızlığına və xaraba qalmasına səbəb oldular. Gür-
                                                 
1
 Müstəzhir Billah - abbasilərdən iyirmi səkkizinci xəlifədir (487-512=1094-1118). 
2
 Dövlətşah Səmərqəndi - əslən səmərqəndli olub, Sultan Hüseyn Bayqara zama-
nında Heratda yaşamışdır. Məşhur «Təzkirətüşşüəra”sını hicri 995-ci (=1586/87) 
ildə Sultan Hüseyn ilə onun vəziri Əlişir Nəvainin adına yazmışdır. 


 
83 
cülər bundan istifadə edib Tiflis şəhərini və  ətrafını  ələ keçirdilər. 
Sultan Mahmud vəfat etdi, oğlu Toğrul taxta çıxdı. O da, çox keç-
mədi Həmədan  şəhərində  vəfat etdi, Sultan Məsud ölkədə müs-
təqil oldu. 
Bunun dövründə Həsən Səbbahın fədailəri İraq və Azərbaycan 
hüdudunda zülm və tüğyana başladılar. Xəlifə Müstərşid Billah
1
 
hicri 534
2
-cü (=1140) ildə, bunları  dəf etmək məqsədilə o tərəfə 
hərəkət etdi. Bəzi səbəblərə görə, xəlifə ilə Sultan Məsudun arasına 
ziddiyyət düşüb müharibə ilə  nəticələndi. Xəlifə  məğlub olub və 
əsir oldu. Xorasandan Sultan Səncərin yazdığı məzəmmət və nəsi-
hət nəticəsində, Sultan Məsud xəlifəni çox izzət və ehtiramla Bağ-
dada yola saldı. Lakin fədailərdən bir dəstə yolda fürsət tapıb, bı-
çaqla onu öldürdülər və özləri də Sultanın qəzəb və əzabına düçar 
oldular. 
Bəzi tarixçilərin qeydinə görə, xəlifənin öldürülməsi Sultan 
Məsudun işarəsilə olduğu halda, fədailərin adına isnad verilmişdir. 
Xülasə, bu xəbər Bağdada çatınca, Raşid Billah
3
 ibni-Müstərşid Bil-
lah xilafətə keçdi. Sultan Məsud onun ardınca Darülxilafəyə (Bağ-
dada) hərəkət etdi. Raşid Billah ona qarşı müqavimət göstərə bil-
məyəcəyindən, Mosula getdi. Bir ildən sonra Azərbaycan və  İraq 
ətrafında sərgərdan gəzirdi. İsfahanın yaxınlığında fədailər tərəfin-
dən bıçaqla öldürüldü. 
Sultan Məsud Bağdada daxil olandan sonra, Müqtəfi li-Əmril-
lahı
4
 xilafətə oturtdu və özü də ona beyət etdi. Lakin, buna baxma-
yaraq o, hər bir xüsusda müstəqil hökm sürürdü. Deyirlər ki, Sultan 
Məsud elçi vasitəsilə  xəlifədən soruşdu: «Ona məsarif üçün nə 
qədər pul lazımsa (desin) təyin edək». Xəlifə cavabında: «Hər gün 
su daşımaq üçün 40 baş qatır lazımdır, qalan mayehtacı da buna 
                                                 
1
 Müstərşid Billah - abbasilərdən iyirmi doqquzuncu xəlifədir (512-529=1118-1135). 
2
 Mətndə yanlışlıq var, hicri 534-cü ildə Müstərşid Billah deyil, Müqtəfi li-Əmrillah 
xəlifə idi. 
3
 Raşid Billah - abbasilərdən otuzuncu xəlifədir (529-530=1135-1136) 
4
 Müqtəfi li-əmrillah - abbasilərdən otuz birinci xəlifədir (530-555=1136-1160). 
 
84
əsasən təyin etsin» dedi. Sultan dedi: «Bəh-bəh! Əcəb cəlal sahi-
bini xilafətə oturtmuşuq, Allah onun şərrini müsəlmanların başın-
dan götürsün». Sultan Səncərin səltənətinin axırlarında, Quz tayfası 
Ceyhundan keçdi. Sultan Səncər də onların müharibəsinə gedib, 
məğlub oldu və  əsir düşdü. Bir müddətdən sonra qaçıb qurtardı, 
intiqam almaq tədarükündə ikən, hicri 542-ci (=1148) ildə  vəfat 
etdi... 
Sultan Məsud, onun vəfatından sonra, 12 il də müstəqil 
səltənət sürdü. O, hünər və şücaət sahibi olub rəhmdil və rəiyyət-
pərvərlikdə  məşhur idi. Onun hökmranlıq dövrünün axırlarında, 
Məlikşah ibni-Sultan Mahmud Həmədanda üsyan etdi. Sultan gəlib 
fitnəni yatırtdı. Sultan Məsud hicri 554-cü (=1159) ildə vəfat etdiyi 
zaman, II Məlikşah ibni-Mahmud taxta oturdu. Son dərəcə eyş-
işrətə alüdə olduğundan, səltənət əlindən çıxdı. Qardaşı II Məhəm-
məd padişahlıq taxtına oturdu. O öz əmisi Süleyman ibni-Sultan 
Məhəmməd ilə Arazın kənarında müharibə edib qalib gəldi. 
Bəzi səbəblərə görə, onunla xəlifə Müstəncid Billah
1
 ibni-
Müqtəfi Billahın
2
 arasında  ədavət törədi. Bir neçə gün Bağdadı 
mühasirə etdikdən sonra, xəlifənin qızı Kirman xatunu alıb sülh 
etdi. Ondan sonra, hicri 556-cı (=1161) ildə, Süleyman ibni-Mə-
həmməd ibni-Məlikşah taxta oturdu. 0, boşboğaz və əyyaş olduğu 
üçün, altı ay sonra həbsə alındı. Arslan ibni-Tuğrul ibni-Mahmud 
hökmranlığa keçdi. Nizami, Zəhir və Ənvəri tərəfindən mədh edi-
lən Arslan alim, adil, ağıllı, təcrübəli və xeyirli işlər görən bir padi-
şah idi. Ondan sonra, hicri 571-ci (=1176) ildə  oğlu Tuğrul taxta 
oturdu. Əmisi Məhəmməd ibni-Tuğrul da ona vəzir oldu. Məhəm-
məd vəfat etdikdən sonra, qardaşı Qızıl Arslan onun yerinə keçdi. 
Axırda, dostluq düşmənçiliyə çevrilib, Qızıl Arslan xəlifənin köməyi-
lə müharibədə qalib gəldi. Tuğrulu həbsə alıb özü səltənətə keçdi. 
Qızıl Arslan vəfat etdikdən sonra, Tuğrul ikinci dəfə səltənətə keçdi. 
                                                 
1
 Müstəncid Billah - abbasilərdən otuz ikinci xəlifədir (555-566=1160-1170). 
2
 Mətndə yanlışlıq var, Müqtəfi li-Əmrillah olmalıdır.
 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə