85
Deyirlər ki,
Tuğrul elmi, hünəri sevən və himayə edən bir
padişah olub, bəzən şeir də söylərmiş...
Tuğrul hicri 590-cı (=1194) ildə, Təkəş xan Xarəzmşahın
müharibəsində öldürüldü. Bu sülalənin səltənəti də bir neçə il
ondan əvvəl Fars və Xorasana sahib olan Xarəzmşahlara çatdı. Bu
sülalənin qısaca tarixi belədir:
Məlikşah Səlcuqinin qulamlarından Ənuştəkin adlı bir şəxs,
Xarəzm əyalətinə hakim təyin olunmuşdu. Ondan sonra, oğlu
Qütbəddin Məhəmməd də Xarəzmşah ləqəbilə bu mənsəbə keçdi.
Sultan Səncər Quz tayfası əlində əsir olduğu zaman, Məhəmməd
sikkəni öz adına vurdurub, xütbəni öz adına oxutdu. Ondan sonra,
oğlu Adsız və ondan sonra da Sultan şah,
Təkəş xan və el Arslan
bir-birinin ardınca səltənət sürdülər. Hicri 596-cı (=1200) ildə,
xarəzmşahlardan Məhəmməd Təkəş oğlu taxta oturdu. Hicri 617-ci
(=1221) ildən başlayaraq 4 il davam edən Çingiz xan hadisəsi
zamanında, qaçıb Mazandaranın Abesikun adasında vəfat etdi.
Onun böyük oğlu Cəlaləddin səltənət taxtına oturdu. Gürcüstanı
almaq üçün gəldiyi zaman Şirvan və Dağıstana da hücum etmiş
olduğu məlum deyildir.
86
ÜÇÜNCÜ FƏSİL
MOĞOL İSTİLASINDAN SƏFƏVİLƏRİN ZÜHURUNA QƏDƏR,
ŞİRVANŞAHLAR SÜLALƏSİ VƏ ONLARIN SƏLTƏNƏTİNƏ AİD
HADİSƏLƏR HAQQINDA
Hülaku xan bin-Tuluy bin-Çingiz xan, öz qardaşı Mənku qaan
zamanında İrana gəldi. Hicri 656-cı (=1258) ildə xəlifə Müstəsim
Billahı
1
öldürərək abbasilər dövlətini dağıtdı. Sonra, özü ilə bərabər
gətirdiyi 200000 türk ailəsini müxtəlif yerlərdə yerləşdirdi. İran
səltənətini öz əlinə alıb möhkəmləndirdi. Lurlar və kürdlərdən
başqa, İran köçəri qəbilələrinin əksəri bunların nəslindəndir. Şam
ölkəsinin o başından (Əqsayi-Şamdan) Ceyhuna,
Ümmandan Dər-
bəndə qədər onun hakimiyyəti altında idi. Elm və hikmət sahiblə-
rinin ehtiramını saxlar, ümumi mənfəətinə aid müəssisə və binalar
tikdirməyə son dərəcə səy edərdi. Paytaxtı Təbriz şəhərində, ali bir
imarət tikdirdi. Hülaku xana çox yaxın olan Xacə Nəsirəddin
Məhəmməd Tusi, onun əmrilə Mərağada bir rəsədxana bina etdir-
di. Hicri 663-cü (=1265) ildə səltənəti oğlu Abaqa xana tərk edib
vəfat etdi. Bu da Şirvan, Ermənistan və Azərbaycanın idarə-sini
qardaşı şahzadə Eşmuta tapşırdı. Bu zaman Qıpçaq padişahı Cağa-
tay xanın
oğlu Bərəkə xan, şahzadə Buğanı Dağıstan yolu ilə Azər-
baycanı almağa göndərdi. Eşmut hicri 664-cü (=1266) ilin əvvəllə-
rində, Dərbənd yaxınlığında onu məğlub edib geri qaytardı.
Bu məğlubiyyətdən sonra Bərəkə xan 300000 atlı ilə Dərbənd
yolu ilə gəldi. O, Kür çayı kənarına çatıncaya qədər atın cilovunu
çəkmədi. Abaqa xan da külli qoşunla Kürün o biri tayında düşüb
onu çaydan keçməyə qoymadı. Bərəkə xan körpüdən keçmək üçün
Tiflisə üz qoydu. Lakin xəstələndiyindən yolda vəfat etdi. Buna
1
Mücməsim Billah - abbasilərdən otuz yeddinci və sonuncu xəlifədir
(640- 656=1242-1258).
87
görə də qoşunu dağılıb öz yurdlarına qayıtdı. Abaqa xan hicri 681-ci
(=1282) ildə vəfat etdi.
İslam dinini qəbul etdikdən sonra Sultan Əhməd adını alan
Nikudar bin-Hulaku xan, İraq və Azərbaycanda rəyasət və ədalət
taxtına oturdu. İki il sonra Abaqa xanın
oğlu Arqun onu öldürüb
özü onun yerinə keçdi. Arqun zalım və xain bir padişah idi. Hicri
690-cı (=1291) ildə vəfat etdi. Onun yerinə keçən qardaşı Keyxatu
eyş və işrətlə məşğul olub əmirlərinin irz və namusuna təcavüz
edirdi. Bunların (əmirlərin) təhriki ilə Baydu ibni-Taraqay ibni-
Hülaku xan Bağdaddan qoşun çəkib gəldi. Keyxatu Muğana qaçdı.
Əmirlər Baydu xanın əmrilə onu təqib edərək hicri 694-cü (=1295)
ildə əsir edib öldürdülər.
Bu hadisədən sonra, islam dinini qəbul edib Sultan Mahmud
adını alan Xorasan hakimi Qazan ibni-Arqun xan, Keyxatunun
intiqamını almaq üçün Baydu xanın üzərinə hərəkət etdi. Əvvəlcə
sülh və sonra hərb etdilər. Baydu xan qaçıb Naxçıvanda Əmir
Novruzun əlində öldü. Qazan xan hakimiyyət başına keçdi...
O vəfat edəndən sonra, hicri 703-cü (=1304) ildə, Ulcaytu
Məhəmməd Xüdabəndə ibni-Arqun xan taxta oturdu. Sultaniyyə
şəhərini bina və özünə paytaxt etdi. O, ədalətli
və xeyirli işlər görən
bir padişah idi. Onun adı, Bakı şəhərində bina etdirdiyi burc və
məscidlər üzərindəki kitabələrdə indi də durur. Hükəmanın təhqi-
qatına və alimlərin söhbətinə çox mail idi. Şiəliyi qəbul etdi və sik-
kəni on iki imamın adına vurdurdu. Bir çox həkimanə sözləri var-
dır, bunları fazil adamlar toplamışlar...
Ondan sonra hicri 716-cı (=1317) ildə, 13 yaşında olan böyük
oğlu Sultan Əbusəid taxta oturdu. Bunun dövründə Cüci-ibni-
Çingiz xan nəslindən Qıpçaq padişahı Özbək xan - Özbək qəbiləsi
bunun adı ilə adlanmışdır - hicri 718-ci (=1319) ildə Dərbənd yolu
ilə Azərbaycanı almağa gəldi. Sultan Əbusəid müqavimət məqsə-
dilə çıxıb Qarabağ düzündə qışladı. Özbək qoşunları Şirvanda qətl-
qarətlə məşğul idilər. Əmir Çoban 20000 qoşunla Sultanın
köməyi-
nə gəldi. Özbəyin qoşunu müqavimət göstərə bilməyib qaçmağa
88
başladı. Əmir Çoban onları təqib edərək bir çoxunu öldürdü. Öz-
bək şah hicri 735-ci (=1335) ildə təkrar həmin yol ilə Azərbaycana
yürüş etdi. Sultan Əbusəid yenə müqavimət məqsədilə qarşıya
çıxdı. Havanın istiliyi və üfunəti üzündən Şirvanda xəstələnib hicri
736-cı (=1336) ildə vəfat etdi. Müasirlərindən biri yazdığı bir şeirdə
onun Qarabağda vəfat etdiyini qeyd etmişdir. Qarabağ çox vaxt
Şirvan üstündə sayıldığından, tarix kitablarında Şirvan adı ilə şöhrət
tapmışdır.
«Zəfərnamə»nin müqəddəməsində deyilir: (Əbusəidin) arvadı
Bağdad xatun, Əmir Çobanın qızı və keçmişdə Şeyx Həsən Elxanın
arvadı idi. Sultan ona aşiq olub, zor ilə təlaq verdirərək almışdı,
atasını və qardaşını da öldürmüşdü. Bağdad xatun, Özbəyin təhrik
və təşviqi ilə, Sultana zəhər verdi. Bundan sonra, Tulu Çingiz xan
oğlu nəslindən olan Arpa xan səltənətə keçdi.
Özbəyi məğlub
edərək Şirvan və Dərbənddən çıxartdı. Bu zaman Musa ibni-Əli
ibni-Baydu xan üsyan edib, Arpa xanı öldürdü. Hülaku xan nəslin-
dən Məhəmməd də buna qarşı üsyan etdi. Daha sonra, bu süla-
lədən bir neçə nəfər bir-birilə vuruşaraq, öz nəsillərinin kəsilməsinə
və ölkənin xaraba qalmasına səbəb oldular. Bunların Azərbaycan
və İraqdakı əzəmətli dövləti elxanilərə keçdi.
Bu sülalənin əhvalatı belədir: Ağ Buğa
ibni-Elxan ibni-Cəlayir
Keyxatu dövründə əmirülüməra olub Baydu xan hadisəsində öldü-
rüldü. Oğlu Əmir Hüseyn Arğun xanın qızını aldı. Bunun oğlu Şeyx
Həsən, Sultan Əbusəid dövründə Rum valisi idi. Əbusəid öləndən
sonra, Şeyx Həsən onun arvadı Dilşad xatunu aldı. Bu arvad Əmir
Çobanın oğlu Xacə Dimişqin qızı idi. Musiqi elmində, rəssamlıqda
öz əsrinin nadiri və gözəllikdə bütün dünyada məşhur olan Şeyx
Üveys bundan doğulmuşdur. O, hicri-757-ci (=1356) ildə İraqi-
Ərəb səltənəti taxtına oturdu.
Hülaku övladı səltənətinin sarsıldığı və elxanilər dövlətinin
hələ müstəqil olmadığı bir zaman idi. Zalım və qəddar bir şəxs olan
Şeyx Həsən ibni-Teymurtaş ibni-Əmir Çoban yeddi il onun ölü-
mündən sonra uğursuz qardaşı Əmir Əşrəf 13
il Təbriz mülkünü və