Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə60/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

 
241 
MÜCİRƏDDİN BƏYLƏQANİ 
 
O, gənclik zamanında  Şirvana gedib, Xaqaninin xidmətində 
olmuş və onun əfkarını qələmə almaqla məşğul olmuşdur. Xaqani-
nin yaxın qohumlarından birinə aşiq olmuş Mücirəddin rədd cavabı 
alınca, naümid bir halda Şirvanı tərk etmişdir. Sultan Məsud zama-
nında və ondan sonra da Tuğrul ibni - Arslanın anasını alıb, illərcə 
səlcuqilər dövlətinin vəkili olan və bir padşah kimi hökm sürən 
səxavətli, hünərli və elmi sevən Atabək Eldəgəzin hüzuruna get-
mişdir. O, Atabək Eldəgəzin  ən yaxın adamlarından olub, cah və 
cəlal ilə yaşamışdır. Atabək Eldəgəz və Qızıl Arslan haqqında gözəl 
qəsidələri vardır. 
Mucirəddin bir vaxt hökumət vergilərini toplamaq üçün İsfa-
hana getmişdi. Buranın fazilləri onu istədiyi kimi qarşılamamışdılar. 
O, bu xüsusda belə yazır: 
 
Rübai 
 
Elə xəyal etdim ki, İsfahandan ruha qida olur.  
Mürüvvət və insaf mədəndən çıxarılmaz bir ləldir. 
  
Nə bilim ki, İsfahandan sürmə çıxarıldağı halda,  
Bütün İsfahan xalqı kordur. 
 
Onun divanındandır: 
 
Qitə 
 
Susən çiçəyinin ağzından ona görə süd qoxusu gəlir ki,  
Hələ səba rüzgarının məməsi onun ağzındadır.  
Onun dili vardır, (bununla belə) danışmır. O haqlıdır.  
Belə bir ömür ki, onun vardır, daha nə söz ola bilər. 
Yenə onundur: 
 
242
Demişsən ki, sənin üzərindən kölgəmi
1
 götürərəm, 
Torpaq (yer) üzərindən kölgəni necə götürmək olar? 
Sən məni gözdən saldın, lakin, 
Əzəmətli şahın kərəmi məni yüksəltdi. 
Qızıl Arslan şahın səxavət əli və ürəyi, 
Dünyada dəniz və mədənin vüsətini heçə endirmişdir 
 
Rübai 
 
Saqi piyalədən gül rəngli şərab tökürdü,  
Çalğıçı mizrab ilə qiymətli incilər saçırdı,  
Bunlardan biri fəssad
2
, digəri isə təbib kəsilmişdi,  
Biri nəbz tuturdu, o biri qan tökürdü. 
 
SEYİD ZÜLFÜQAR ŞİRVANİ 
 
Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin  Əlidir. Qiymətli bir 
alim və yüksək dərəcəli bir şair olmuşdur.  Şirvanşahın vəziri Sədr 
Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. 
Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. 
Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə 
çəkmiş  və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır. Moğol 
dövləti zamanında da, Abaqa xanın vəziri atabək Yusif ona hədsiz 
iltifat göstərmişdir. Abaqa xanın əsrində vəfat edib, Təbrizin Sürxab 
qəbristanında basdırılmışdır. Onun qəsidələrindən aşağıda bir neçə 
beyt verilmişdir: 
 
Tərifində yazılan kitab yığıncaqlar yaraşığıdır,  
Adına oxunan xütbə məclislər bəzəyidir.  
Sən şərafət məclisinin sədrisən, buna yüz bürhan və 
                                                           dəlil vardır. 
                                                 
1
 Himayəmi. 
2
 Qanalan
 


 
243 
Sənin kərəm və səxavətin yüz dəlil ilə isbat edilmişdir.  
Qüvvət və qüdrət sənin əlinə, yüksəklik də sənin 
                                                            dərəcənə məxsusdur,  
Gözəl xasiyyətlər təbiətinə, fəzilətlər isə zatinə 
                                                             məxsusdur. 
Siz Cəmşid dövlətli və Cəmşid bəxtlisiniz,  
Sizin ədalətiniz sayəsində, qafilədən geri qalanlar yol 
                                                              kəsənlərdən bac alırlar. 
 
Yenə onundur: 
 
Sənin yaqut kimi olan dodağının qarşısında Bədəxşan 
                                                               ləli rəngsizdir. 
Sənin ay kimi olan rüxsarının üzərini hilal kimi qara 
                                                                bir zülf tutmuşdur. 
Ey Cəmşid rütbəli və Dara kimi cahangir olan Yusif şah! 
Ulduzların padişahı sənin qapında bir sərhəngdir. 
Sənin xeyrxahlarının hərəkəti insana fəxr gətirir
Sənin bədxahlarının adı insanə ar gətirir. 
 
ƏBUSƏİD ABDAL BAKUYİ 
 
Yoxsul olmasına baxmayaraq, kəramətlə tanınmış və son də-
rəcə  əliaçıq bir dərviş olmuşdur. Bakı  şəhərinin xaricində bir sov-
məədə oturub ibadətlə məşğul idi. Azacıq olan mədaxili ilə yanına 
gələnləri qonaq edərdi. Sultanların fərmanları mucibincə  Şibani 
nefti və əkinləri onun türbəsinin məsarifinə məxsus idi. Axırda bu 
ölkənin vəziyyətində əmələ gələn iğtişaş nəticəsində, onun məscid 
və mehmanxanası xarab olub, qəbri və ibadət etdiyi yer torpaq al-
tında qalmışdır. Bu yerdə olan bir neçə ev «Xəlifə da-mı» adı ilə 
məşhurdur. 
Hicri 1232-ci (=1817) ildə, bakılı Hacı Qasım bəy Mənsurxan 
bəy oğlu onun qəbrini və məscidini təmir etdirmişdir. İşlərin vəziy-
 
244
yətindən, Bakı  şəhərinin kənarından neft quyusundan və onun 
mehmanpərvərliyindən məlum olur ki, cənab Əbusəid həmin dər-
vişdir ki, Məhəmməd ibni - Mahmud Amili «Nəfayisülfünun» adlı 
kitabında Sultan Ulcaytu Məhəmməd Xudabəndədən bəhs 
edərkən onun haqqında belə yazmışdır: 
Dərvişlərdən bir nəfər Bakı hüdudunda özü üçün bir neft 
quyusu qazmışdı. O, öz həyatı  və  gəlib-gedənlərin (müsafirlərin) 
xərcini bir quyunun mədaxili ilə təmin edirdi. Bir gün sultan buraya 
gəldi. Dərviş adəti üzrə ona xidmət etmək üçün ayağa qalxdı. Sul-
tan ona bəxşiş vermək istədi, dərviş razı olmayıb dedi: Bu miqdar 
ilə ruzigarım keçir, bundan artığına ehtiyacim yoxdur. Onun sözü 
sultana xoş gəlib, necə yaşadığını bilmək istədi. Onun hal və əhvalı 
sultana məlum olunca: «Sənin səltənətinə afərin olsun» dedi. O, 
dərviş ilə qardaşlıq əli tutub buyurdu: məni yaddan çıxartma. Dər-
viş sultanın xatirini saxlayıb, hər il onun üçün hədiyyə göndərirdi. 
Sultan da hədiyyələri öz böyük xidmətkarlarından Qara Məhəm-
məd adlı birinə tapşırırdı ki, onları satsın və  gələn mədaxili onun 
üçün kəfən pulu saxlasın. 
 
MÖVLANA SEYYİD YƏHYA BAKUYİ 
 
Onun haqqında ancaq bu qədər məlumdur ki, adı hicri səkki-
zinci əsrin ortalarında təriqət böyükləri sırasında çəkilir. Onun fəzi-
lətləri və gözəl xasiyyətləri məşhurdur. Bakı şəhərində ona mənsub 
olan məscidin yanında sovməəsi, mədrəsəsi və qəbri indi də durur. 
 
MÖVLANA ŞEYX MOLLA YUSİF MÜSKÜRÜ 
 
Onun ulu babaları... Qubanın Müskür nahiyəsinə Qarabağdan 
gəlmişlər. Şeyx cənabları hicri səkkizinci əsrin ortalarında dünyaya 
gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya 
Bakuyidən irşad xirqəsi almış  və  təriqət saliklərinin üzünə feyz və 
təbliğ qapılarını açmışdır. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə