Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə56/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

 
225 
hücum etdi. Əli xan və Məhəmməd xan əsir düşdülər, o birilər isə 
qaçıb qurtardılar. Nəsəqçibaşı vaxtın tələbinə görə  əlində olan 
ixtiyara əsasən, şahsevən Nəzərli xanı və Fərəculla xanı həbsə aldı, 
Ləngərkünan (Lənkəran)  şəhərini yandırdı, Gamışvanı mühasirə 
etməyə başladı, lakin bir iş görə bilmədi. Axırda, barışıq sözü araya 
düşdü, mirzə Büzürg Qaimməqam  şah tərəfindən gəlib Mir 
Mustafa xanla görüşdü, əhdnamə və dostluğu möhkəmləndirdi. 
Hicri 1225-ci (=1810) ildə, il yarımdan artıq Təbərsəranda qal-
mış Şeyx Əli xan, əcdadı səfəvilər dovründən Şeyx Cüneyd türbə-
sinin mütəvəllisi olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun 
təhrikilə gəlib Quba əhalisinin çoxunu özünə müttəfiq etdi, ölkəni 
almaq və qalanı mühasirə etməklə dörd ay məşğul oldu. O, əhali-
nin bir hissəsini Qrız kəndinə köçürüb, yeni bir şəhər salmışdı. Bu 
zaman polkovnik Lisaneviç rus qoşunu, Şəki və Şirvan atlıları ilə gə-
lib Şeyx Əli xanı Çiçi kəndi yaxınlığında məğlub edərək ölkədən çı-
xardı. Şeyx Əli xan yenə Aqquşaya gedib orada sakin oldu. Damadı 
Abdulla bəy də, Təbərsəranda qala bilməyib onunla birləşdi. 
Bir zaman keçəndən sonra, Şeyx  Əli xan Aqquşa  əhalisindən 
və öz təbəələrindən üç minə yaxın bir cəmiyyətlə maniəsiz Üsmi 
mülkündən keçib Təbərsərana gəldi. Rüstəm qadidən sonra qarda-
şı polkovnik Məhəmməd qadi hökumət başına keçmişdi. O, yalnız 
bir keçidi olan Xoçni kəndinin yarım ağaclığında bir yerdə səngər 
düzəldib müdafiəyə başladı. Ləzgilər yürüş etmədilər. Şeyx Əli xan 
öz nökərləri ilə hücum edib, səngəri aldı. Məhəmməd qadi qaçdı, 
Abdulla bəy isə Xoçnidə onun yerinə keçdi. 
Şeyx  Əli xanın qayıtmasından iki ay sonra, Məhəmməd qadi 
yenə gəlib Abdulla bəyi çıxartdı və öz yerində əyləşdi. Xülasə, bir 
müddət Rusiya, Rum (Türkiyə) və İran hüdudları döyüş meydanı və 
xüsusən Qarabağ ölkəsi qoşunkeşlik və elat gediş-gəlişinə məxsus 
bir sahə olmuşdu. 
Hicri 1226-ci (=1811) ildə, general Tormasov Fransa ilə müha-
ribə etmək üçün, Rusiyaya çağırıldı. General-leytenant markiz Pau-
luççi onun yerinə keçdi. 
 
226
Şeyx Əli xan Aqquşa qazisi Əbubəkrin köməyi və İran dövləti-
nə onun adına göndərilən vəsaitlə, Aqquşa əhalisini təkrar mühari-
bəyə  təhrik etdi. Aqquşa, Mehdili, Təbərsəran və Qaziqumuqdan 
topladığı səkkiz min nəfərə yaxın bir ordu və II Surxay xanın oğlu 
Nuh bəylə birlikdə Qubanın üstünə gəldi. Ləzgilər öz atlarını Kürə 
nahiyəsinin Samur çayı  kənarındakı  Məhərrəm kəndindən Təbər-
sərana qaytardılar. Özləri piyada olaraq Cibir kəndinə getdilər. 
Ertəsi gün general-mayor Quriyev onların üzərinə  hərəkət etdi, 
lakin Quba bəylərinin ona göstərdikləri əlverişli qərb yolunu qoyub 
şərq tərəfdəki yoldan hücuma keçdi. Yolun çətinliyi üzündən məğ-
lub olub Zeyxur kəndinə qayıtdı. 
Şeyx Əli xan Rustov kəndinə gedib, ölkəni yenə öz itaəti altına 
keçirdi. Yalnız Quba qalası və Zeyxur kəndi rusların əlində qaldı. 
İki aydan artıq keçəndən sonra, general-mayor Xatuntsev yeni 
bir qüvvə ilə yetişdi. Şeyx Əli xanı Rustov kəndində məğlub edib, 
ölkədən çıxardı. Ləzgilər çox tələfat verdilər. Aqquşa qazisi Əbu-
bəkr də bu döyüşdə öldürüldü. General Xatuntsev, Surxay xanı 
cəzalandırmaq üçün Kürə nahiyəsinə  hərəkət etdi. Surxay xanın 
qardaşı  oğlu Aslan ağa  Şahmərdan oğlunu öz yanına çağırdı. O, 
keçmişdə öz əmisi Surxay xanın yanından Rum (Türkiyə) ölkəsinə 
qaçmış, keçən il Tiflisə və oradan da Qaytağa, üsminin yanına gəlib 
orada sakin olmuşdu. General Xatuntsev Şeyxi kəndində  səngər 
atmış Surxay xanın üzərinə yürüşə başladı. Surxay xan məğlub olub 
Qaziqumuğa qaçdı. Kürə nahiyəsi rusların  əlinə keçdi. Aslan ağa 
polkovnik rütbəsi və xanlıq ləqəbilə buraya hakim təyin edildi. Onu 
qorumaq üçün də Qurahda bir batalyon saldat saxlanıldı. O, 
hünərli, zabitəli, bədməzac və içki sevən bir əmir idi. 
Şeyx  Əli xan Qubadan qaçdıqdan sonra, bir zaman Sunbat 
kəndində, onun yaxın adamları isə, Cümcüqat kəndində olurdular. 
O,  Əbubəkr qazinin oğlu Bəhanın köməyi və sair vasitələrlə yenə 
Aqquşaya gedib orada məskən saldı. 
Həmin ilin axırında,  İrana tərəfdar olması  qəti zənn edilən 
polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb, 


 
227 
ruslardan bir dəstə piyada və bir neçə nəfər kazakla Tiflisə göndə-
rildi. Tərtər çayından keçərkən, Cəfərqulu ağa atının cilovunu sal-
datın  əlindən qapdı, özü ilə  bərabər atın sağrısında oturan o biri 
saldatı suya salaraq, Cəbrayıllı elinin arasına qaçdı. Bu xəbər Nai-
büssəltənəyə çatan kimi Qarabağa gəldi.  Əmir xan Qacarı, Cəfər-
qulu ağa ilə  Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə 
məmur etdi. Özü isə, topxana və  sərbazla Sultan Bud səngəri 
üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu 
var idi. Bunları məğlub edib bir çoxunu öldürdü və sağ qalanlarını 
əsir aldı. Mehdiqulu xan isə qaçıb qurtardı. 
Əmir xan və Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib, 
Naibüssəltənə ilə birləşdilər. Naibüssəltənə Qarabağ elatını yerbə-
yer edib, Qarabağ kəndlərinin hökumətini xanlıq ləqəbilə Cəfərqu-
lu ağaya verdi. Özü də Təbrizə qayıtdı. 
Bu zaman qaziqumuqlu Surxay xan Kürə üzərinə gəldi. Aslan 
xan rus batalyonu ilə gedərək Qurahdan üç ağac yuxarıda Kərxən 
kəndində onu məğlub etdi. Surxay xan da Aslan xanın anasından 
olan öz oğlu Mürtəzaəli ağanı Qaziqumuq hakimliyinə təyin edib, 
özü İrana getdi. Aslan xan öz ana qardaşının yanına gedib orada 
sakin oldu. Surxay xan bir il sonra İrandan qayıtdı. 
Mürtəzaəli xan, Aslan xanın qardaşı Fətəli ağanı götürüb, mü-
haribə bəhanəsilə qarşıya çıxdı. Lakin o, yolda Fətəli ağanı öldürüb 
öz atası ilə birləşdi. Aslan xan Kürəyə qayıtdı. Surxay xan da yenə 
Qaziqumuğa sahib oldu. Surxay xan alim, rəiyyətpərvər və qantö-
kən bir əmir idi. 
Markiz Pauluççi Naibüssəltənənin gəlmək xəbərini eşidincə
tam sürətlə Qubadan Qarabağa gəldi. O, general Kotlyarovskini 
Qubada qoydu, özü isə ... Tiflisə getdi. Buradan da qulluqdan çıxa-
rılaraq Rusiyaya qayıtdı. General-anşef Rtişşev onun yerinə sərdar 
göndərildi. 
Hicri 1227-ci (=1812) ilin baharında, Naibüssəltənə  şah tərə-
findən göndərilmiş külli ləvazimat və qoşunla Mişkin qəsəbəsinə 
varid oldu. Əmir xan Qacar sərbaz və topxana ilə bu tərəfdən, sair 
 
228
əsgərlər də, onun ixtiyarında olaraq Ərkəvan, Zuvand və Astara 
səmtində Talış Mir Mustafa xanı cəzalandırmaq üçün göndərildi. O 
yenə  İran dövlətindən üz çevirib, rusları öz köməyinə çağırmışdı. 
Əmir xan aqustos (avqust) ayının dördündə, Ləngərkünana (Lənkə-
rana) çatdı. Ruslar döyüşdən sonra Mir Mustafa xanla bərabər Ga-
mışvana çəkildilər. İranlılar Gamışvanın qarşısında səngər və burc-
lar düzəltdilər. İki ay dənizdən və sahildən atışma davam etdi. Ga-
mışvanı almaq mümkün olmadı. Naibüssəltənənin  əmrilə  Ləngər-
künanda (Lənkəranda), Ərkəvanda və Astarada üç qala tikildi və bu 
qalalara mühafizlər, topxana və azuqə təyin olundu. Qalan qoşun 
isə, geri qayıtdı. 
Bu zaman ingilis elçisi ser Qrozli vasitəsilə barışıq söhbəti 
araya atıldı. Rusiya sərdarı Naibüssəltənə ilə Arazın kənarında 
danışığa başladı. Lakin bu danışıq bir nəticə vermədi. Sərdar 
Rtişşev, Kotlyarovskini 2000 saldat və altı topla Arazın kənarında 
qoyub özü Tiflisə qayıtdı. Naibüssəltənə Pirqulu xan və Mirzə 
Məhəmməd xan Qacarı və Əlimərdan xan Xəmsəni atlı dəstələrilə 
Sultanhasardan Şəki ölkəsinə göndərdi. Özü də sərbaz və topxana 
ilə Aslandüz adlı yerə gəldi. Sadıq xan Qacarı və Cəfərqulu ağanı, 
eli köçürtmək üçün Qarabağa göndərdi. Ağoğlanda dayanan 
general Kotlyarovski, gecə gizlicə Arazdan keçib, səhər çağı öz 
qoşunundan bir neçə qat artıq olan İran ordusu üzərinə hücum 
edib onları  məğlub etdi. İranlıların bir hissəsi olduqca pərişan bir 
halda qaçdı. Naibüssəltənə isə, qalan qoşunla müharibəni davam 
etdirdi. General ertəsi gecə, təşrini-əvvəlin (oktyabrın) 20-də 
hücum edib, onları tamamilə dağıtdı. Bir çoxlarını öldürüb, külli 
qənimətlə geri qayıtdı. Şəki və Qarabağa təyin edilən qoşunlar da, 
bu xəbəri eşidincə, qayıdıb Naibüssəltənə ilə Mişkidə birləşdilər. 
Buradan da Təbrizə getdilər. 
General Kotlyarovski Muğana gedib, burada olan Qarabağ 
elatını geri qaytardı  və  Ərkəvan qalasını yürüşlə aldı. Sonra 
Ləngərkünana (Lənkərana) gedərək, oranın qalasını mühasirə etdi. 
Hicri 1228-ci (=1813) ildə, kanuni-saninin (yanvarın) birində, aşura 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə