Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə53/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

 
213 
Bu məsələ  Şeyx  Əli xanın xoşuna gəlmədi və bundan bərk incidi. 
Dərbəndlilər Sultan bəy Bayatın təhrikilə üsyan qaldırıb, Dərbənd 
naibi olan Məhəmmədhüseyn bəy Əhməd bəy oğlu  Bayatı qovdu-
lar. Şeyx Əli xan Dərbəndə gəlib Sultan bəyin ətrafında çoxlu cə-
miyyət toplandığını gördü. Labüd qalıb, öz bacısı və II Mirzə Mə-
həmməd xanın arvadı olan Xan Bikə xanımı Dərbəndin sahibi ixti-
yarı (hakimi) və Sultan bəyi də onun kargüzarı (müavini) təyin etdi. 
Şeyx  əli xan Qubaya qayıdandan bir az sonra II Surxay xan 
Fətəli xanın oğlu Həsən xanı cürbəcür vasitələrlə Qaytaqdan öz 
yanına gətirdi. Aralarında bir çox ixtilaf olan dərbəndlilər ilə ittifaq 
etdikdən sonra, həmin ilin mayis (may) ayında Həsən xanı Dərbənd 
hökumətinə oturtdu. 
Bir gecə Sultan bəy Bayat, Xızır bəy Qorçu ilə xan sarayında 
dava saldı. Hər iki tərəfdən bir çox adam tələf olub, Xızır bəy 
öldürüldü. Sultan bəy də, yaralı olaraq, aradan çıxıb getdi. Ertəsi 
gün, xanın əmri və dərbəndlilərin ittifaqı ilə Sultan bəy cəzalandı. 
Bu hadisədən sonra, Şeyx Əli xan Şirvan, Şəki və Bakı xanlarından, 
həmçinin  şamxaldan və Aqquşa camaatından kömək aldı, hər iki 
tərəfdən Dərbəndin mühasirəsinə başladı. Yalnız Təbərsəran qadisi 
dərbəndlilərin tərəfini saxlayırdı. On iki günlük mühasirədən sonra, 
Şeyx  Əli xan məqsədə çatmadan Qubaya qayıtdı. Ağır xəstə 
olduğundan onun ölüm xəbəri  ətrafa yayıldı. Surxay xan qoşunla 
Eniq kəndinə gəldi və qarşısına çıxan Quba qoşununu məğlub etdi. 
Özü də Şeyx Əli xanın sağ olduğunu bilincə, vətəninə qayıtdı. 
Bundan sonra, Quba hakimiyyətini Həsən xana vəd edərək 
qəflətən külli qoşunla Quba şəhərinin bir ağaclığındakı Zizik kən-
dinə gəldi. Şeyx Əli xan azacıq sağalmış olsa da, müdafiə üçün bir 
tədarükü yox idi. Arvadı, bakılı Hacı  Məlikməhəmməd xanın qızı 
Zeybünnisa bəyim ruslardan qaçdığı zaman Surxay xanla ata  qızlıq 
peymanı bağlamışdı. Ziyafət mərasimini yerinə yetirməklə və dost-
luğu bildirən peyğamlar göndərməklə Surxay xanı geri qayıtmağa 
razı etdi. Həsən xan da çarəsiz qalıb Dərbəndə getdi. 
 
214
Bir zaman keçəndən sonra, Şeyx  Əli xan qəflətən gedib Dər-
bəndin Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Beləliklə 
Həsən xanın əlində Dərbənd şəhərindən başqa heç bir yer qalmadı. 
Həmin ilin axırlarında, Gürcüstan valisi Gürgin xan vəfat etdi. 
Bu ölkənin əyani və əmirləri daxili qarışıqlardan və xarici müdaxilə-
lərdən xilas olmaq ümidilə, Rusiya imperatoru III Pyotrun oğlu I Pa-
velin dərbarına vəkillər göndərib, onun himayəsinə keçməyi xahiş 
etdilər. Bu xahişin qəbulunu bildirən imperator fərmanı, hicri 1215-ci 
(=1801) ildə, kanuni-saninin (yanvarın) 18-də sadir oldu. General-
leytenant Knorrinq Gürcüstan hökumətinə  təyin edildi. Bundan 
başqa həmin ayın 23-də ayrıca bir fərman verilərək, ona tapşırıldı 
ki, onlardan vergi toplanmasın və daxili işlərinə qarışmasın. Yalnız 
o zaman müdaxilə etsin ki, onlar öz razılıqları ilə mənim himayəmi 
qəbul etmiş olsunlar, çünki, sülhpərvər müttəfiqlərə malik olmaq, 
etibarsız rəiyyəti başa toplamaqdan daha yaxşıdır. 
Bundan sonra martın 12-də imperator Pavel birdən-birə vəfat 
etdi. Oğlu I Aleksandr səltənət təxtinə oturdu. Qafqazın işləri hə-
min qayda üzrə intizama düşməkdə idi. Keçən il dərbəndli Həsən 
xan tərəfindən Hacı Tağı, qubalı  Şeyx  Əli xan tərəfindən mirzə 
Əsgər, bakılı Hüseynqulu xan tərəfindən mirzə Hadi bəy, Talış Mir 
Mustafa xanın və Dağıstan  əmirlərindən Mehdi xan şamxalın, 
Rüstəm xan üsminin, avarlı  Əmmə xanın və  təbərsəranlı Rüstəm 
qadinin elçiləri ilə  bərabər, himayə edilmək üçün səfarətlə Rusiya 
imperatorunun dərbarına göndərilmişdilər. Aqustos (avqust) ayının 
28-də, bu əmirlərdən hər birinin adına imperatorun fərmanı sadir 
oldu. Bu fərmanda deyilirdi ki, onlar bir-birlərilə  həmişə müdara 
edərək sülh ilə yaşasınlar və bölüşdükləri kimi Qubaya Şeyx  Əli 
xan, Dərbəndə  Həsən xan sahib olsun. Beləliklə, iki qardaş çay 
kənarında bir-birlərilə görüşüb, qardaşlıq və xüsusiyyət mərasimini 
təzələdilər. 
 


 
215 
 
Bu qayda üzrə Aleksandrın səltənətindən iki ilə yaxın keçdi. 
Gürcüstana sahib olmaq Rusiya dövlətindən böyük məsarif və çox 
səy tələb edirdi. Başaçıq (İmeretiya) valisi və Minqreliya əmirləri 
Rusiya padişahı Aleksey Mixayloviçin zamanında, yardım almaq 
arzusu ilə həmin dövlət ilə, əlaqə və rabitə qapısını açmışdılar. 
Tarxu şamxalı, Bakı və Dərbənd xanları onun oğlu Böyük Pyotra 
tabe olmuşdular. Şirvan, Şəki Qarabağ və Gənçə xanları Qraf Zubov 
gəldiyi zaman himayə xahiş etmişdilər. Bunların bir çoxu təzədən 
yenə elçilər vasitəsilə tabe olmaq fikrində idilər. Buna görə, impe-
rator Aleksandr bu böyük və mühüm işlərin sərəncamını əslən gür-
cü olub, Rusiyada yaşayan general-anşef knyaz Sisiyanova tapşırdı. 
Bu əmir daxili işlərin intizamına, ədalətin bərpa edilməsinə və xarici 
fütuhata son dərəcə səy edirdi. 
A.Bakıxanovun əlyazmaları
 
216
Hicri 1217-ci (=1803) ildə Həsən xan çiçək xəstəliyindən ölüm-
cül bir halda xəstələndi, dərbəndlilər onun görüşünə gələn Şeyx Əli 
xanın arvadı Zeybünnisa bəyimə vasitəçilik üçün yalvardılar. O da, 
and içərək öz əri tərəfindən onları xətircəm etdi və vəziyyəti bildir-
mək üçün Qubaya bir qasid göndərdi.  Şeyx  Əli xan Həsən xanın 
vəfatını eşidən kimi, Dərbəndə gəlib, matəm mərasimini yerinə ye-
tirdi. Sonra İmamqulu bəyi Dərbəndə naib qoyub Qubaya qayıtdı, 
Bu zaman, bakılı Hüseynqulu xan, şirvanlı Mustafa xanın kö-
məyilə Məşqətə qalasını aldı, Mirzə Məhəmməd xan Qubaya qaçdı 
və öz mülkünü geri almaq üçün vəsait toplamağa başladı. 
Həmin il avarlı  Əmmə xan Car nahiyəsində  vəfat etdi. Zatən 
hünərli olan Əmmə xanın  şən və  şöhrəti, Fətəli xan dövrünün 
axırlarından başlayaraq daha da artmaqda idi. O, ətrafa etdiyi bas-
qınlardan başqa, dəfələrlə Gürcüstana gəlib, Gümüşxananı talan və 
qarət edərək, Axısqaya getmiş və oradan Balakənə qayıtmış idi. O, 
Gəncənin ətrafını qarət edərək, öz damadı qarabağlı İbrahim xanın 
köməyilə Naxçıvanı ələ keçirmişdi. Lakin tez bir zamanda Naxçıvan 
xanı  tərəfindən məğlub edilərək Qarabağa qayıtmışdı. Gürcüstan 
valisi  İrakli xan, öz mülkünün ətrafını qorumaq üçün, hər il ona 
5000 manat verərək, onunla müdara edirdi. Keçən il Rusiya dövlə-
tinin himayəsinə girdikdən sonra da, onun aldığı bu pul maaş 
şəklində yenə ona verilirdi. Heç bir vərəsəsi yox idi. Ögey qardaşı 
Gebek  əmirlik arzusu ilə onun arvadı  və Novsal xanın qızı olan 
Gehlini almaq istədi. Lakin, Gehli gizlicə  Əmmə xanın bacısı  oğlu 
Sultan Əhməd bəy Əli Sultan bəy oğlu Cənkutay ilə əlbir olub, bir 
gecə Gebeyi aldadaraq öldürdü. Sultan Əhməd, Əmmə xanın bacı-
sı oğlu olub, onun başqa arvaddan olan qızı - Paxu bikəni almışdı. 
Sonra Gehli Avar xanı Sultan Əhmədi  əmirliyə  qəbul etdi. Sultan 
Əhmədin kiçik qardaşı Həsən xan öz ata-baba mülkü olan Mehdili 
əmirliyində qaldı. 
Sonrakı il, Gürcüstanın ən böyük düşmənlərindən olan Cavad 
xan ibni-Şahverdi xan Ziyad oğlu, əvvəlcə Rusiyaya və daha sonra 
İrana zahiri itaət göstərməklə Tiflis tacirlərini qarət edirdi. Knyaz 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə