Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə52/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

 
209 
Dağıstan yolundan Qızlara hərəkət etdi. Pəricahan xanım, həmin il 
atası Məhəmməd şamxalın ölümü münasibətilə onun yerinə şam-
xallığa keçmiş olan Mehdi bəyə  ərə getdi. Fətəli xan sülaləsinin 
əsrlər boyu toplanmış olduğu bütün malları və qiymətli şeyləri özü 
ilə apardı, sair vərəsələri bundan məhrum etdi. Bacısı Çimnaz xanı-
mı da, Şeyx Əli xandan icazəsiz Rüstəm qadinin oğlu Abdulla bəyə 
verdi. Həsən xan Qaytağa getdi. Rüstəm xan üsmi, İlisu əmirləri xa-
nədanından olan onun anası Hürzad xanımı aldı. Rus qoşunu hələ 
Kafiri səhrasında idi ki Şeyx Əli xan Qaziqumuqdan Dərbəndə gəldi. 
Gəncəli Cavad xan, hünərli və elm sevən bir adam olmaqla 
bərabər qaniçən və günah işdən çəkinməyən bir əmir idi. Ölkə 
əhalisi ondan üz çevirmişdi və qonşu əmirlər də onun məhv olma-
sını arzu edirdilər. Buna görə, ruslar qayıtdıqları zaman, Gəncə öl-
kəsini Gürcüstan valisinə verdilər. Vali İrakli xan, qarabağlı İbrahim 
xan və  şəkili Səlim xan qoşunla Gəncənin xaricinə  gəldilər.  Şəm-
səddinli Əli sultanı vali tərəfindən naib sifətilə Gəncə hökumətinə 
təyin etdilər. Cavad xan çarəsiz qalıb, qaçmaq fikrinə düşdü. Lakin 
onun arvadı Şükufə xanım adam göndərib, Əli sultan ilə mehman-
nəvazlığa başladı. Keçmişdə Cavad xanın etmiş olduğu yaxşılıqları 
və onu həbsxana cəzasından necə azad etdiyini ona xatırlatdı. Əli 
sultan da, zatında olan vəfadarlıq və insanlığı üzündən, Cavad 
xanın hüzuruna gəlib, ixlas və təzim ilə qalanın açarını təslim etdi 
və onun xidmətində durdu. Bu hadisədən sonra Gəncə əhalisi ona 
tabe oldu. Ətrafa dağılmış xanlar da öz mülklərinə qayıtdılar. 
Digər tərəfdən Ağa Məhəmməd xan hicri 1210-cu (=1796) il-
də, Tehrana varid olandan sonra səltənət tacını başına qoyub, Xo-
rasana hərəkət etdi. Məşhəd  şəhəri asanlıqla alındı.  Şahrux mirzə 
Nadirin xəzinələrini ona verdikdən sonra vəfat etdi. Oğlu Nadir 
mirzə  Qəndəhara qaçdı, Teymur övladından  Əfqan  şahına pənah 
apardı. 
Sonrakı il, şah  Şuşa qalasını almaq və  Şirvan ölkəsini fəth 
etmək qəsdilə 100.000 qoşunla səfərə çıxdı. Araz çayını keçəndən 
sonra, İbrahim xan Car nahiyəsinə qaçdı. Şuşa qalası maneəsiz və 
 
210
zəhmətsiz zəbt edildi. Əliqulu xan Sərdar  Şirvana təyin olundu. 
Qasım xan zahirdə itaət göstərdi. Ruslar Qarabağdan qayıdandan 
sonra, Qətran səngərinə  gəlmiş olan Mustafa xan, oradan şahın 
hüzuruna getdi. Bundan qorxuya düşən Qasım xan, Şirvanı boşal-
dıb Şəkiyə qaçdı. 
Gəncəli Cavad xan və bakılı Hüseynqulu xan da şahın hüzuru-
na gəlib töhmət edildilər. Hələ bu üç nəfərin işinin axırı məlum de-
yildi. Bu zaman, hicri 1211-ci (=1797) ildə həziranın (iyunun) 12-də, 
səhər açılanda, həyatları qorxu altında olan saray xidmətçilərindən 
iki-üç nəfər, qaniçən  şahın qəzəbindən qorxub onu öldürdülər. 
Keşik  əmirlərindən və sairədən bir neçə  nəfər cəvahir və qiymətli 
şeylərdən ələ keçəni götürüb Tehrana qaçdı. 
Ağa Məhəmməd xanın aşağıda yerləşmiş böyük ordusu da 
onun baş əmirlərindən Sadıq xan Şəqaqinin başına toplandı. Şahın 
qatilləri onun qılınc, xəncər, bazubənd və sandıqçasını Sadıq xanın 
yanına aparmışdılar. Sadıq xan Azərbaycanı  fəth etdikdən sonra 
Qəzvin üzərinə gəldi. Lakin şəhərə girə bilmədi. Öldürülən padişa-
hın vəliəhdi və qardaşı  oğlu Fətəli  şah Hüseynqulu xan oğlu  ilə 
olan müharibədə Sadıq xan məğlub olub Səraba qayıtdı. Fətəli şah 
Zəncana gəldi, Hacı İbrahim xan Şirazini Sadıq xanın yanına gön-
dərib təklif etdi ki, itaətə gəlib, dövlətə aid qiymətli şeyləri təslim 
etsin. Sadıq xan bütün şeyləri ərizə ilə göndərib üzr istədi. O, şah 
tərəfindən bağışlandı. Kərmrud və Səraba hakim təyin olundu. 
Ağa Məhəmməd şah öldürüləndən sonra, Şuşada Pənah xan 
nəvəsi Məhəmməd bəy Mehrəli bəy oğlu bir neçə gün hökmranlıq 
iddiasında oldu. Lakin o, İbrahim xan gələn kimi Şəkiyə qaçdı. Şəki 
hakimi Məhəmmədhəsən xan onu həbsə alıb,  şirvanlı Mustafa 
xanın yanına göndərdi. Məhəmməd bəy qubalı Fətəli xanın əmrilə, 
onun atasını və qardaşlarını Bakıda öldürmüşdü. Buna görə, o da 
Məhəmməd bəyi intiqam məqsədilə öldürdü. 
İbrahim xan şahın cənazəsini böyük ehtiram və alimlərin 
(ruhanilərin) müşayiətilə yola saldı. Səmimiyyət və ixlas tərzilə yeni 


 
211 
şahın hüzuruna bir ərizə yazdı və nəvazişə nail oldu. Oğlu Əbülfəth 
ağanı da padişahın hüzurunda qalmaq üçün göndərdi. 
Mustafa xan Şuşadan  Şirvana qayıtdığı zaman, şahın Təbriz-
dən gətirib Muqanda saxladığı kor Məhəmmədhəsən xanı özü ilə 
aparıb Şirvanı aldı. Buradan da Şəki üzərinə getdi. Səlim xan Qara-
bağa qaçdı. Məhəmmədhəsən xan yenə hökymət başına keçdi. 
Mirzə Məhəmməd xan şahın öldürülməsi xəbərini alınca, Qubadan 
Bakını almağa hərəkət etdi. Hüseynqulu xan ondan qabaq gəlib, 
qalanın müdafiəsi ilə  məşğul oldu. Axırda aralarında barışıq olub 
məmləkəti böldülər. Hüseynqulu xan şəhərdə, Mirzə  Məhəmməd 
xan Məşqətə kəndində bir qala tikdirib, hökumətə oturdular. 
Bir zaman sonra şahın yaxın adamlarından olub, Xoy və Təbriz 
əyalətlərini idarə edən Cəfərqulu xan Dünbüli, Sadıq xana qarşı 
köhnə ədavətinə görə, bir bəhanə ilə gəlib Sərabı xaraba qoydu. 
Sadıq xan Muğan yolu ilə Şirvana, Mustafa xanın yanına qaçdı. 
Bir müddət keçəndən sonra, Cəfərqulu xanın başına dönüklük 
havası düşdü. Bunu eşidən Sadıq xan Şirvandan Sərabə qayıdıb, 
onunla birləşdi və bir neçə başqa əmirlə üsyana başladı. Cəfərqulu 
xanı  məhz bir xain kimi qələmə verən Sadıq xan, özü şahın 
sarayına gəldi. Lakin o, boş bir otaqda həbs edildi və burada da 
acından öldü. 
Cəfərqulu xan Xoya getdi. Lakin, şaha sadiq olan qardaşı 
Hüseyn xan onu qəbul etmədi. O, bir neçə müddət avara gəzdi, 
qardaşı öləndən sonra isə, gəlib Xoyu ələ keçirdi. Bir vaxtdan 
sonra, şahın istəkli oğlanlarından olub, Azərbaycan işlərini nizama 
salmağa təyin edilən Abbas mirzə  tərəfindən məğlub edildi. 
Makuya və oradan da Rum sərhəddinə, Koroğluya nisbət verilən 
Çənlibel adlı yerə gedib sakin oldu. 
Rus hadisəsində Həsən xan Qubaya gəldikdən sonra, İbrahim 
xan Rudbarinin qardaşı  oğlu Məhəmməd xan, Səlyanı  ələ keçirdi, 
Əmir Kəlbəli sultanın oğlu naib Mir Qubad sultanı oradan çıxartdı. 
Hicri 1213-cü (=1799) ildə, Şirvan vilayətinə və xüsusilə Ağsu 
şəhərinə şiddətli taun xəstəliyi düşdü, bir çox adam tələf oldu. Bu 
 
212
zaman Quba qoşunu rus qayıqları ilə gedib Səlyanı aldılar. Şeyx Əli 
xan 4000 ləzgi ilə oraya getdi. Rəməzan ayında öz yaxın adamları-
nın təhrikilə, zülmkarlığa və günah işlər görməyə başladı. O, qayı-
dandan sonra, şirvanlı Mustafa xan Rudbar əmirlərinin köməyi və 
səlyanlıların təklifi ilə gedib Səlyanı aldı. Şəhəri köçürüb, dörd aqac 
yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də  İbrahim xanın 
oğlu  Əli xana verdi. Bir müddətdən sonra, buranı bölüşdürüb  Əli 
xana və onun əmisi oğlu Məhəmməd xana verdi. Lakin Əli xan tez 
bir zamanda Məhəmməd xanı həbsə alıb, Talış Mir Mustafa xanın 
himayəsi altına keçdi. 
Digər tərəfdən  Şeyx  Əli xan Səlyandan qayıdandan sonra 
Dərbənddə  bərk xəstələndi. Qaziqumuqlu Surxay xan bu hadisə-
dən istifadə edərək, bir gecə gizlincə öz oğlu Nuh bəyi Həsən xan 
adı ilə göndərib Quba qalasını aldı. Özü də qoşun ilə Qubanın 
Qullar adlı kəndində oturub, ay yarım hökmranlıq etdi. Şeyx Əli xan 
şamxaldan, Aqquşa və Qoysuboy mahallarından 10.000 nəfər 
kömək aldı. Surxayı Qubadan çıxardıqdan sonra, Kürə üzərinə yü-
rüdü. Şiddətli müharibə oldu. Surxay xan məğlub edildi, o nahiyə 
də ta Çıraq kəndinə  qədər tamamilə qarət olundu. Şeyx  Əli xan 
buraya qayıdaraq, ləzgiləri altı ay Qubada qonaq saxladı. Onların 
tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi. Hətta əhalidən 
diş kirayəsi belə alınırdı. Şeyx Əli xan 8000 nəfərin məsarifini Quba 
maliyyatına verib, qalan 2000 nəfər ləzgini Dərbəndə  gətirdi ki, 
onların maaşlarını da oranın mədaxilindən ödəsin. 
Qubadakı kimi olan iki günlük qonaqlıq dərbəndlilərin ümumi 
iğtişaşına səbəb oldu. Xalq Şeyx Əli xanın eyş və işrət düşkünü oldu-
ğundan narazı idi. O, çıxılmaz bir vəziyyətə düşdü. Axırda, Şeyx Əli 
xanın görüşünə  gəlmiş olan bakılı II Mirzə  Məhəmməd xan, dər-
bəndlilərin yığıncağına gedib ləzgiləri buradan çıxarmaq vədilə on-
ları sakit etdi. Şeyx Əli xan bu məsələdən inciyib Qubaya üz qoydu. 
Hicri 1214-cü (=1800) ilin əvvəllərində, Dərbənddə  şiddətli 
taxıl qəhətliyi oldu. Taxıl gətirmək üçün şamxal mülkündən Qubaya 
gedən 400 arabanı dərbəndlilər döyüş və söyüşlə geri qaytardılar. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə