197
görüncə, naçar qalıb, Fətəli xanın yanına gəldi. O, iki oğlu – Mah-
mud bəy və İskəndər bəylə Səlyana
və Məhəmmədrza xan da
Qubaya göndərilərək, həbsə alındılar.
Bu hadisə zamanı, Məhəmmədsəid xanın oğlanları - Əsgər
bəy, Qasım bəy və Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaç-
mışdılar. Ərəşli Məlikəlinin qardaşı oğlu Şəhabəddin sultan, Mə-
həmmədhəsən xan onların üçünü də buxovlayıb, Fətəli xanın elçisi
Məhəmmədkərim bəy Haçı Səfərli bəy oğlu və öz inanılmış adamı
Hacı Seyid bəylə Şirvana göndərdi. Təsadüfi olaraq, Göyçay yolu
kənarında, Şəki və Şirvan sərhəddində, Ali-Sərkar tərəfdarlarından
bir nəfər, belə bir yalan şayiə buraxdı: guya Fətəli xan Şəki tacirlə-
rini soyub həbsə almışdır, özü də müharibəyə hazırlaşır. Hacı
Seyid bəy Şirvan xanzadələrini buraxıb, Məhəmmədkərim bəyi
buxovlayaraq geri qayıtdı. Bu 3 nəfər Cara,
buradan da Avara get-
dilər. Novsan xanın qardaşı oğlu və damadı Əmma xanı, əmilərinin
qanını almaq üçün Şirvana gətirdilər. Yanında hazır qoşunu olma-
yan Fətəli xanı, Ağsu şəhərində 9 ay mühasirəyə aldılar. Axırda,
Fətəli xan öz qızı Pəricahan xanımı və Səlyan nahiyəsini Əmma xan
Avara verdi. Şirvan xanzadələri isə Qarabağa, oradan da osmanlı
Axalkalakına getdilər.
Bu zamanlar Mürtəzaqulu xan Qacar öz qardaşı Ağa Mə-
həmməd xandan üz çevirib, Bakıya və mühasirədən iki ay əvvəl
Şirvana gəlmişdi. O, qalanı müdafiə etməkdə Fətəli xana böyük
xidmət göstərdi. Mühasirə bitəndən sonra da, kömək istəmək
üçün, Rusiya imperatoriçəsinin dərbarına getdi.
Hicri 1202-ci (=1788) ildə, Ali-Sərkarın məhbusları olan saf
qəlbli, dəyişkən məcazlı Məhəmmədsəid xan iki oğlu ilə Səlyanda,
iş bacaran cəsarətli və eyni zamanda etimada layiq olmayan Ağası
xan, iki oğlu ilə Bakıda, Məhəmmədrza xan da Qubada öldürüldü.
Ağası xanın övladından iki-üç nəfəri kor edildi.
Məhəmmədhəsən xan Əmmə xanın hadisəsindən və şirvanlı-
ların təhrikindən cəsarətləndi. Əli sultan
bəy Mehdi bəy oğlu Can-
kutay ilə ittifaq edərək, qəfildən Ağsu şəhəri üzərinə gəldi. Müha-
198
ribədə ondan qalibiyyət nişanələri zahir oldu və hətta qoşunundan
bir hissəsi də şəhərə daxil olmuşdu. Bu zaman, Fətəli xan Quba və
Dərbənd dəstəsi ilə hücuma keçdi. Əvvəlcə döyüşdə zəiflik gös-
tərən ləzgilər də Mehdi bəy Məhəmmədoğlu şamxalın komandası
altında hücuma başladılar. Məhəmmədhəsən xan məğlub olub
Şəkiyə qaçdı. Əli sultan bəy də, Mehdi bəyin vasitəçiliyilə, məğlub
və qarət edilmiş qoşunu ilə Quba və Dərbənd yolundan vətəninə
qayıtmağa izn aldı.
Həmin il, Fətəli xan gedib Ərdəbili aldı və Şahsevən əmirləri
ona tabe oldular. Muğanlı Həsən
xan da ona səmimiyyət göstər-
məkdə idi. Əvvəlcə Qubada məhbus olan Mir Mustafa xan Qara
xan oğlu, sonralar onun himayəsi altında Talışda, həmçinin Hidayət
xan da Gilanda hakimiyyət sürürdülər. Yalnız qarabağlı İbrahim
xan, olduğu yerin möhkəmliyinə görə düşmənlikdə davam edirdi.
Lakin Qarabağın aşağı mahalları Fətəli xanın hücumundan rahat
deyildilər. Şamxal, üsmi və Qaziqumuq xanı ona qarşı ixlas göstə-
rirdilər. Avar xanı və Mehdili əmiri çarəsiz qalıb, onunla sülh ilə
keçinirdilər. Təbərsəranın məsum və qadisi onun itaətkar xidmətçi-
si idilər. Dağıstanın azad xalqının əyan, qazi əmirlərinin çoxu onun
sədaqətli tərəfdarları idilər. O özünə məxsus olan Quba, Dərbənd
və Səlyan ölkələrindən başqa, Şirvan ölkəsini də tamamilə ələ keçirdi.
Bakının kiçik yaşlı xanı da onun himayəsi altında idi. İran dövlətinin
üsul-idarəsindən olan qarışıqlıq səbəbilə Azərbaycan əmirlərindən
bir çoxu, məsələn, Qaradağ, Təbriz
və sair əmirləri Ağa Məhəm-
məd xan Qacarla düşmən olduqları üçün, himayə ediləcəkləri
ümidilə ona səmimiyyət göstərməyə başladılar. Axırda, bütün istiq-
lal və ehtişam vəsaitinə malik olan Fətəli xan, Azərbaycan və bəlkə
də, bütün İran işlərini intizama qoymaq xəyalilə, Gürcüstan valisi
İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da
öz dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifətilə Fətəli
xanın yanına göndərdi. O, qədim gürcü valiləri nəslindən yadigar
qalıb, doqquzuncu babası, İranın qüvvətli padişahları dövründə,
müsəlman olmuşdu. Onun oğlu və nəvələri
indi də Tiflisdə yaşa-
199
maqdadır. Səfir Sadıq bəy Nuxuda xanın hüzuruna gəlib, hədsiz
lütf və mərhəmətə nail oldu.
Məhəmmədhəsən xan öz əməlindən peşman oldu, əyalı olan
Fətəli xanın bacısını əfv və aman diləməyə göndərdi. Özü də Fətəli
xanın hüzuruna gəldi. Fətəli xan cah və cəlalla Nuxu şəhərinə getdi.
Bir neçə gün qonaqlıq və şadlıqla keçirib, Gəncəyə yola düşdü.
Cavad xan ibni-Şahverdi xan Ziyad oğlu Qacar, ölkənin bütün
əyanı ilə bərabər Kür çayının kənarında onu pişvaz edib qalanın
qapılarını üzünə açdı. Fətəli xan da Cavad xanın əlindən çıxmış
Şəmsəddinli mahalını Gürcüstan valisindən alıb ona verdi.
Xülasə, yüksək mərtəbəli iki vali, Şəmkir yaxınlığında bir-birilə
görüşdülər. Rusiya dövlətindən himayə görmək ümidilə tədbirlər
gördülər. Geri qayıtdığı zaman, Fətəli xan şiddətli bir qızdırmaya
tutuldu. Xəstəliyi gündən-günə şiddətləndi.
Buna görə sürətlə
Şirvana, buradan da Bakıya, bacısının yanına getdi. Hicri 1203-cü
(=1789) ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi.
Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmlə-
kəti idarə etmək işlərində mahir bir adam idi. O, könülləri ələ al-
maq və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi.
Hünərli bir əmir olan qaziqumuqlu Məhəmməd xan da həmin
ildə vəfat etdi. Oğlu II Surxay xan onun yerinə keçdi.
Fətəli xanın böyük oğlu Əhməd xan hökumət bayrağını
yüksəltdi. Onun başında gənclik ehtirası və hökmranlıq qüruru var
idi. O, ölkəni idarə etmək işlərindən bixəbərdi. Bir ildən sonra,
Məhəmmədhəsən xan köhnə ədavətə görə, onun əleyhinə olaraq
şirvanlılarla ittifaq bağladı. Osmanlı ölkəsindən Qarabağa gəlmiş
Əsgər bəyi, Qasım bəyi və Mustafa bəyi öz yanına çağırdı. Hacı
Məhəmmədəli xanın oğlu Manaf bəylə Şirvan üzərinə hərəkət etdi.
Əhməd xan müqavimət göstərə bilməyib Qubaya getdi.
Məhəmmədhəsən xan Ali-Sərkarı, elat arasında, Manaf xanı
isə Ağsu şəhərində hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlər-
dən və başqalarından çoxlu mal topladı və orada bir
neçə gün qal-
dıqdan sonra Şəkiyə qayıtdı.
200
Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif
təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından bö-
yük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturt-
dular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu.
Hicri 1205-ci (=1791) ildə Əhməd xan ilə bakılı II Mirzə
Məhəmməd xan arasına ədavət düşdü. Əhməd xan, ona xəracgü-
zarlıq vədə verən I Mirzə Məhəmməd xanın oğlu Məhəmmədqulu
ağanın təhrikilə, bir dəstə qoşunu Səlyana getmək bəhanəsilə
Bakıya göndərdi. Məhəmmədqulu ağa da gizlicə Bakıya gəlib, öz
tərəfdarlarının köməyilə, azacıq döyüşdən sonra şəhəri aldı. Mirzə
Məhəmməd xanı Qubaya göndərdi. Məhəmmədqulu xan müstəqil
olub, Əhməd xana vergi vermədi. Əhməd xan da öz gördüyü işdən
peşman olub, Mirzə Məhəmməd xana kömək üçün, Bakıya bir
dəstə qoşun göndərdi. Məhəmmədqulu xan naçar qalıb, Mirzə
Məhəmməd xanın evində Nadir şah dövründən qalan malların
talan edilməsi haqqında ölkə əhalisinə əmr verdi.
Bu vəsilə ilə
əhalinin çoxu Mirzə Məhəmməd xandan qorxub, Məhəmmədqulu
xana tərəfdar oldu. Mirzə Məhəmməd xan naçar qalıb bir sıra
mühasirə və müharibədən sonra Qubaya döndü.
Məhəmmədhəsən xan da Manaf xanın öldürülməsİ müna-
sibətilə Ali-Sərkardan incimişdi. Əhməd xanın yanına üzr üçün bir
elçi göndərdi və Şirvanın alınmasında ona kömək edəcəyini vəd
etdi. Əhməd xanla Məhəmmədhəsən xan, öz qoşunları və Dağıstan
ləzgilərilə gəlib, Ağsu şəhərini iki tərəfdən mühasirə etdilər.
Mühasirə xeyli uzandı, istilər də şiddətləndi. Əsgər xan Məhəm-
mədhəsən xanın ordusundakı ləzgilər üçün, gizli olaraq, nağd və
mal ilə 5000 tümən göndərdi. Beləliklə, qoşunun arasına ayrılıq
düşdü.
Bu hadisədən bir az sonra Əhməd xan vəfat etdi. Onun
Səlyanda naib olan 13 yaşlı qardaşı Şeyx Əli ağa,
hökmran olmaq
üçün Qubaya gəldi. Yeddi yaşlı Həsən ağa adlı qardaşını naib adı
ilə Səlyana göndərdi.