Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə57/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   53   54   55   56   57   58   59   60   ...   70

 
229 
axşamı yürüşə başladı. Hər iki tərəf  şiddətli müqavimət göstərib
mərdanəliklə vuruşdu. Axırda rus generalının qorxu bilməz təbiəti-
nin qüvvəti sayəsində qala alındı. Qala mühafizlərinin sərkərdələri 
olan sərhəng Sadıq bəy və Məhəmməd bəy Qacar rus və müsəl-
manlardan bir çox adamla bərabər öldürüldü. Kotlyarovski özü də 
üç ağır yara aldı. 
Həmin ilin baharında, İran dövləti ruslar tərəfindən alınan öl-
kələri geri qaytarmaqdan namüd oldu. Rum (Osmanlı) barışığı və 
Xorasanda baş verən iğtişaş  nəticəsində,  şah barışığa meyl gös-
tərdi. Mirzə Əbülhəsən xan Şirazi, İran dövləti tərəfindən vəkil edil-
di. Sərdar Rtişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 
1228-ci (=1813) ildə, təşrini əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə 
İran dövlətləri arasında  əhdnamə bağlandı. Bu əhdnaməyə görə 
iran dövləti Gəncə, Qarabağ, Talış,  Şəki,  Şirvan, Bakı, Quba, Dər-
bənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı  və ona həmhüdud 
olan ölkələri Rusiya dövlətinə  tərk etdi. Onlar haqqında hər cür 
iddiadan əl çəkdi. 
Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını 
vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə 
etsin. 
 
230
NƏTİCƏ 
 
ŞİRVAN VƏ ONA QONŞU OLAN VİLAYƏTLƏRDƏN  
YETİŞMİŞ TƏLİFAT SAHİBİ VƏ YA BAŞQA BİR  
MƏZİYYƏTƏ MALİK ŞƏXSLƏRİN  
TƏRCÜMEYİ-HALLARI HAQQINDA 
 
Hər bir tayfanın kəmalat dərəcəsini, vəziyyət və hallarının gö-
zəlliyini onların təlifatından və sair əsərlərindən gözəlcəsinə anla-
maq olar. Bir çox şəhər və kənd xarabaları, Həzrət Şəmunun Aran 
şəhərində  və yüksək dərəcəli üç imamzadənin  Şamaxı, Gəncə  və 
Bərdə  şəhərlərində olan türbələri, Bülbülə  kəndindəki imamzadə, 
imam Museyi-Kazımın qızı Həlimə xatunun Bakıda, Bibiheybətdəki 
türbəsi, Sufi Həmidin Şirvan Qabıstandakı məzarı və bir çox başqa 
yerlərdə olan məşhur seyidlərin, şeyxlərin və hörmətli fazil kimsə-
lərin qəbirləri göstərir ki, bu ölkə həmişə din böyüklərinin məskəni, 
arif və alimlərin vətəni olmuşdur. Başqa faydaları bir tərəfə dursun, 
bu ölkə mötədil iqlimli ən yaxşı yerlər sırasına daxildir. Öz dağla-
rında, çöllərində, meşələrində  və vadilərində bütün dünyanın 
müxtəlif məhsulatını yetişdirməkdədir. Bu ölkədə yaşayanların nəsli 
bütün insan tayfalarından qarışıqdır. O tayfalardan hər birinin 
əxlaqı və asarı bunlarda görünməkdədir... 
Əgər bu ölkə əhalisinin təbii istedadını inkişaf etdirmək üçün 
lazım gələn asayiş və tərbiyə üsulları yaradılsaydı, o zaman bunlar 
nə böyük tərəqqiyə nail olardılar! 
Çoxlu qoşunkeşlik və mütəmadi müharibələrin yaratdığı 
xarabalıqlara baxmayaraq, onlardan bir çoxu özünün elm və hünəri 
ilə bütün dünyada şöhrət qazanmışdır. Onlar hər bir əsrdə, hər bir 
ölkədə hörmətli və inanılmış kimsələr olmuşlar. Lakin təəssüflər 
olsun ki, onların VI (XII) əsrdən əvvələ aid əsərlərindən bizə heç bir 
şey məlum deyildir. Həqiqətən böyük xaqan Mənuçehr və onun 
xəlifələrinin 400 illik səltənət dövrü, şirvanşahların ən gözəl əsri və 
Şirvanın abad zamanı olmuşdur. Səfəvilər dövrünün əvvəllərində 


 
231 
olan osmanlı və qızılbaş döyüşləri bir neçə vaxt qarışıqlıq və iğti-
şaşa səbəb olmuşdu.  Şah Abbasın zühurundan sonra bu ölkənin 
işləri nüfus və mənəviyyatca dəyişikliyə üz tutub, etidal və müvazi-
nət kəsb etdi. Hünər və mərifət bazarı başqa bir rövnəq tapdı. Şah 
Sultan Hüseyn dövrünün axırlarında isə fitnəkar fəsadçıların istila-
sından, müxtəlif orduların gediş-gəlişindən və Nadir şahın səfərlə-
rindən tamamilə  pərişan bir hala düşdü və bir çox yeri xarabazar 
oldu. Bundan sonra ölkənin vilayətlərini müstəqil surətdə öz ixti-
yarlarına keçirmiş olan xanlar da mütəmadi müharibə nəticəsində 
maarifi inkişaf etdirməyə  və  rəiyyətlərinin halını yaxşılaşdırmağa 
müvəffəq ola bilmədilər. Hər halda, bu ölkənin alim və fazillərinin 
həyatı imkan daxilində hər birinin əsrinə müvafiq olaraq zikr edilir 
və azacıq da olsa onların əsərlərindən və fikirlərinin nəticələrindən 
qeyd olunur. 
 
MÖVLANA ŞEYX ƏBUƏBDULLAH ƏLİ  
İBNİ-MƏHƏMMƏD BAKUYİ 
 
Bir çox tarixçilərin yazdığına görə, zahiri və batini elmlərdə 
kamil bir şəxs olmuşdur. O, ilk gənclik dövrlərindən başlayaraq 
böyük və  məşhur simalarla söhbət etmiş  və  Şeyx  Əbdullah Xəfif, 
Şeyx Əbülqasım Qəşiri və Şeyx Əbusəid Əbülxeyirlə görüşmüşdür. 
Şeyx  Əbusəid ilə onun arasında bir çox elmi mübahisələr olmuş-
dur. Bir müddət də, Şeyx Əbülabbas Nəhavəndi ilə təhqiqata baş-
lamış, həmin şeyx onun fəzilətini təsdiq və onu tərif etmişdir. Öm-
rünün axırlarında Şiraz şəhərinə yaxın bir dağın mağarasında guşə-
nişinlik qəbul etmişdir. Ölkənin bir çox şeyxləri və böyük alimlər 
onun söhbətilə yetişmişlər. O, hicri 442-ci (=1051) ildə  həmin öl-
kədə vəfat etmişdir. Heyf ki, onun əsərlərindən əlimizdə heç bir şey 
yoxdur. 
 
 
232
MƏŞHUR ŞAİRƏ MƏHSƏTİ GƏNCƏVİ 
 
«Məh» farsca «mah» sözünün yüngülləşdirilmiş  şəkli və ya 
böyük mənasında olub, «səti» xanım deməkdir. Azər «Atəşkədə» 
kitabında yazır ki, Məhsəti Gəncə əşrafı xanədanından olub, Sultan 
Səncərin nədiməsi idi. Bu sayədə tam bir etibara və şövkətə malik 
olmuşdu. Onun divanından və coşqun təbindən nümunələr: 
 
Rübai 
 
O gözəlin üzü yasəmən və qızıl gül üçün həsəd və 
                                                     qibtə mənbəidir. 
Onun şux qəmzəsi kişilərlə qadınlar arasında 
                                                        fitnə salmışdır. 
Onu yolda gedərkən gördüm, o, axar su kimi lətif 
                                                   idi, 
O, axar sudan indi də mənim gözümdə vardır. 
 
Yenə onundur: 
 
Hər gecə sənin qəmindən yeni bir əzab çəkirəm.  
Gözümdə yuxu əvəzinə yaş görürəm.  
Sənin nərgisin (gözlərin) kimi məni yuxu aparan 
                                                          zaman, 
Sənin zülfündən daha qarışıq bir yuxu görürəm. 
 
Yenə onundur: 
 
Bizi qoçaların yanında saxlamaq olmaz.  
Bizi qəmgin adamların evində saxlamaq olmaz.  
O kimsə ki, zülfün ona zəncir kimi ola,  
Onu evdə zəncir ilə tutub saxlamaq olmaz. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə