Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə59/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   55   56   57   58   59   60   61   62   ...   70

 
237 
Mən heç bir kəsin boşboğazlığından
1
 qorxmaram, çünki, 
Mənimlə bir taledə
2
 olan kimsə hələ yoxdur. 
Mən şairlərin bədiiyyat aləmində vəhy alan peyğəmbəriyəm
Bu gün söz ecazı mənim bəyanımdadır. 
 
Axırda maddi və  mənəvi olaraq asudə yaşamaq zövqü onun 
könlünə düşdü və xaqanın xidmətindən çəkilmək istədi. Xaqan 
onun söhbətinə vurğun olduğundan, onun guşənişinliyə çəkilmə-
sinə icazə vermədi. Xaqani bir vaxt firsət tapıb  Şirvandan qaçdı. 
Xaqanın məmurları onu Bəyləqanda tutub, Xaqanın hüzuruna 
göndərdilər. Xaqani yeddi ay Şirvan və sair qalalarda həbsdə qaldı. 
Bu xüsusda uzun və gözəl bir qəsidə yazmışdır. Həbsdən sonra 
fəqr təriqətini qəbul edərək, Şirvandan çıxdı və böyük kərəm sahibi 
olan Cəmaləddin Musili ilə Hicazə (Məkkəyə) səfər etdi. Onun 
tərifində bir qəsidədə belə deyir: 
 
Beyt 
 
Onu qəlbin sultanı və xəlifəsi adlandıraram, çünki  
Sultan ona ata, xəlifə isə qardaş deyə yazırlar. 
 
«Töhfətüliraqeyn» adlı əsərini bu səfərində yazmış və öz fəsa-
hətini orada göstərmişdir. Divanı çox bəzəkli olub, söz mətanəti, 
ibarə  və cümlə yaraşığı etibarilə son dərəcə gözəldir. Onun 
mükəmməl və uzun bir qitəsindən bir neçə beyt qeyd olunur: 
 
Ey ibrətbin olan könül, gözünlə yaxşı bax!  
Mədayin sarayını bir ibrət güzgüsü bil.  
Bu həmin saraydır ki, xalqın üzünün nəqşindən,  
Qapısının torpağı nigaristan divarına dönmüşdü.  
Bu həmin dərgahdır ki, buraya Diləm,  
                                                 
1
 Hərzəkarlığından. 
2
 Mənim kimi xoşbəxt.
 
 
238
Babilistan, Hindistan və Türküstan şahları gələrdilər.  
Elə zənn et ki, həmin dövrdür, təfəkkür gözilə,  
Sarayın dərgahının silsiləsinə və eyvanının dəbdəbəsinə 
                                                                                 bax. 
Yer kürəsi sərxoşdur, çünki şərab əvəzinə,  
Hürmüzün qafa tasında Nuşirəvanın ürəyinin qanını 
                                                                               içmişdir. 
Üzüm tənəyinin verdiyi şərab, Şirinin dodağının qanıdır.  
Kəndlinin qoyduğu şərab küpü də, Pərvizin su və palçığı 
                                                                 ilə yoğrulmuşdur. 
Burada nə üçün ağlayırsan deyə mənim gözlərimə gülürsən, 
Burada ağlamayan gözlərə gülürlər.  
Sən bilmirsən, Mədayini Kufə ilə bərabər tut.  
Sinəndən təndir
1
 və gözlərindən tufan tələb et.  
Bu bəsirət dəryasını gör, buna iştirak etmədən keçib 
                                                                         getmə. 
Belə bir dəniz kənarından susuz keçmək olmaz.  
Ey Xaqani! Bu dərgahdan
2
 ibrət dilənçiliyi et,  
Tainki bundan sonra sənin qapından də xaqan dilənçilik 
                                                                                  etsin. 
Səyahətdən gələnlərin dostlara hədiyyə gətirməsi 
                                                                          adətdir, 
Mənim bu mənzuməm də, dostların xatirəsi üçün bir 
                                                                      hədiyyədir. 
 
Müxtəlif rəvayətlərə görə, Xaqani hicri 590-cı (=1194) və ya-
xud 595-ci (=1198/9) ildə  vəfat etmişdir. O, Təbrizin Sürxab adlı 
məhəlləsində, Məqbərətüşşüərada
3
 basdırılmışdır. 
                                                 
1
 Od 
2
 Mədayindən. 
3
 Şairlər qəbristanında.
 


 
239 
FƏLƏKİ ŞİRVANİ 
 
Məşhur alimlərdən və  fəsahətli  şairlərdən biri olmuşdur. Adı 
Məhəmməd, doğulduğu və öldüyü yer Şamaxıdır. Fələki gənc-
liyindən nücum elmini təhsil etməyə başlamışdır. Fitri istedad və 
qabiliyyətinə görə, bu elmi mükəmməl bir surətdə öyrənmiş və şeir 
söyləməyə də rəğbət göstərmişdir. İxtisasına uyğun olaraq «Fələki» 
təxəllüsünü qəbul etmişdir. 
Şirvanşahın mədhinə yazdığı bir qəsidədə deyir. 
 
Sən yüksəklik və alicənablığın səması, dünya nöqtəsinin 
                                                                         mühitisən, 
Sən gözəl xalq və səxavət dünyası, bəşər ailəsinin 
                                                                           çırağısan. 
Sən beşinci iqlimin padişahı, yeddi səyyarənin fövqündə 
                                           səkkizinci yeganə bir ulduzsan,  
Sən böyüklükdə ikinci Cəmşid, əzəmətdə padişahlar 
                                                                    padişahısan. 
Sən Zühəd dərəcəli, qəza əlli, qədər muradlı və fələk 
                                                                         kinəlisən. 
Sən şimal təbiətli, sübh qədər parlaq, Məsihə təsirli 
                                                            və mələk nəfəslisən.  
Sən Arəş kimi rəyi bəyənilmiş, Bəhmən kimi sə- 
                                                                             xavətlisən, 
Sən Rüstəm kimi cahangir, Neyrəm kimi hünərlisən. 
Günəş üzlü Mənuçehr səmanın günəşidir, 
O, qaranlıq aləmin üzündən zülm tüstüsünü sildi. 
 
İZZƏDDİN ŞİRVANİ 
 
Öz  əsrinin böyük fəzl və  kəmal sahiblərindən biridir. O, fazil 
kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə 
müasir idi. 
Bu hissə onun şeirlər məcmuəsindəndir: 
 
240
 
Qəsidə 
 
Səba yeli çiçəklikdən ətir saçdığı halda keçərkən,  
Mən reyhanların qorxusilə şirin yuxudan ayıldım  
Sevgilim yüz min bəzəklə bir çəmən guşəsindən,  
Əlində şərabla dolu bir piyalə ilə keçib gedirdi.  
Sübh kimi yaxasının düyməsini açmış,  
Yanağına göy rəngli məxmurluq dağı çəkilmişdi.  
Şəbnəm damlası altında gülnar yarpağı kimi,  
Onun yanaqları şərab hərarətindən tərləmişdi.  
Bağçada ruzgarın əsməsilə qızıl gül budağı kimi,  
Onun gözəl qaməti badənin təsirindən əyilmiş kimi idi.  
Onun gümüş kimi olan sinəsində köynəyin izi qalmışdı,  
Onun lətif dodaqları nəfəs çəkmədən pörtülmüşdü.  
O, güldüyü zaman ləl kimi olan dodaqlarının şəkli, 
Yüksək dərəcəli Cəmşidin üzüyünə bənzəyir.  
Onun ədaləti sayəsində məzlumların qapıları,  
Əmn və amanlıqdan arxalarını fəraqət divarına 
                                                              söykəmişdir
1

 
Yenə onundur: 
 
Dün gecə fələk məni sənin məhəllənə düşmüş 
                                                         görüb dedi: 
- Soruşmursan, səni bu günə salan kimdir? 
Dedim: - Onun gözəl gözləridir, dedi: - Heyhat!  
Onlar (gözlər) sərxoşdurlar, çıx, get, ta səni 
                                                            öldürməsinlər. 
 
                                                 
1
 
Açıq qalmışdır
 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə