Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə55/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

 
221 
məğlub etdilər. İranlılardan bir çoxu qarət edildi, elat da öz məskə-
ninə qayıtdı. 
Bu zaman, Naibüssəltənə Aslandüz və Qarabağ yolu ilə Şirva-
na hərəkət etdi. İran qoşununun keçməsinə mane olmaq üçün 
Mustafa xanın Kür çayı kənarında yerləşdiyi cəmiyyəti dağıtdı. 6000 
ailəyə yaxın olan Şəryan, Muradxanlı və sair elatı Muğana köçürdü, 
özü isə, Ağsu şəhəri xaricində düşdü. Mustafa xan şəhəri köçürüb, 
çətinliklə gedilən Fit dağına çəkildi.  Şeyx  Əli xan şahzadənin xas 
atlılarından bir dəstəni Pirqulu xan Qacarın komandası altında 
Qubaya apardı. Özü bakılı Hüseynqulu xanla Naibüssəltənənin 
hüzuruna gəldi və sonra geri qayıtdı. Naibüssəltənə Şirvanda məq-
sədinə nail olmayacağını görərək Qaimməqamın oğlu mirzə Əbül-
qasımı, iranlılardan qorxan Şəki hakimi Səlim xanın yanına gön-
dərdi. Onu öz tərəfinə çəkmək istədi. Sonra, Pirqulu xanı Qubadan 
gətirib, Muğanda qalmağa məmur etdi, özü də Azərbaycana qayıtdı. 
Qraf Qudoviç Qafqazın hər iki tərəfindən dəfələrlə səfər edə-
rək ləzgi, os (osetin) və  mıçıqıçları (çeçenləri) sakit etdi. General 
Qlazenapi Qızlar tərəfindən Dərbənd, Quba və Bakını almağa gön-
dərdi. O, özünə tabe olan şamxal Mehdi xanla bərabər Buynaqa 
gəldikdən sonra, dərbəndlilər mirzə bəy nəvəsi Əlipənah bəy oğlu 
Bayatın başına toplaşıb, rəftar və hərəkətlərindən narazı olduqları 
Şeyx  Əli xanı  şəhərdən qovdular. Generalın istiqbalına adamlar 
göndərib, tabe olduqlarını bildirdilər. Hicri 1221-ci (=1806) ildə, 
həziran (iyun) ayının 21-də, Dərbənd Rusiya dövlətinin ixtiyarına 
keçdi. Ulus mahalı, səmimi xidmətlərinə görə, Dərbənd xanı ləqəbi 
alan general-leytenant Mehdi xan şamxala,  şəhərin naibliyi isə 
mayorluq rütbəsi alan Əlipənah bəyə verildi. 
Bir ay keçəndən sonra, general-anşef Bulqakov, qoşun sərdarı 
təyin edilib Qubaya gəldi. Buradan da o zaman Hüseynqulu xanla 
birləşməsinə görə qubalı  Şeyx  Əli xandan incik olan II Mirzə 
Məhəmməd xanla Bakıya yola düşdü. Bakı şəhərinin altı ağaclığına 
çatanda cəsarətli, lakin təbiətən iradəsiz və ürəyi saf əmir olan 
Hüseynqulu xan öz təbəəsilə İrana qaçdı. Bakı əhalisi səmimiyyətlə 
 
222
tabe oldu. Bulqakov Bakını Rusiya dövlətinin ixtiyarına keçirdi. Qu-
baya qayıtdığı zaman, uzaqdan zahiri itaət göstərən  Şeyx  Əli 
xandan girov aldı. Surxay xan tərəfindən elçi gəlib, ixlas və səmi-
miyyət izhar etdi. Təbərsəranlı  Qırxlarqulu məsum, Məhəmməd 
qadi və Qaytaq üsmisi Əli xan da itaətdə idilər. Bundan sonra, 
Gəncədə olan ruslardan bir dəstə Şirvana gəldi. Mustafa xan çarə-
siz onları qəbul etdi. İstədi ki, onların qüvvəsilə öz elini Muğandan 
geri qaytarsın. O gedib elatı Talışa aparan Pirqulu xan Qacar ilə 
müharibəyə girişdi və məğlub olaraq geri qayıtdı. Buradan öz ca-
maatını ruslarla Səlyana göndərdi. Mir Mustafa xan Talışın qardaşı 
Mir Bağır bəy 300 nəfərlə orada idi. Səlyanlılardan bir hissəsi öz 
hakimləri  Əli xandan narazı olduqları üçün şirvanlı Mir Mustafa 
xanla gizli əlaqə saxlayırdı. Səlyanlılar müharibədən üz çevirdilər. 
Əli xan da qaçdı. Mir Bağır bəy talışlarla bərabər əsir düşdü. 
Bu zaman Şəki hakimi Səlim xan, İbrahim xanın arvadı olan öz 
bacısının öldürülməsi ədavətilə Rusiya dövlətilə çəkişməyə başladı. 
Bir müddət bundan əvvəl, Gəncədən özünə kömək gətirdiyi 
ruslardan bir neçə  nəfərini öldürdü, qalanları  Gəncəyə qayıtdılar. 
Bu hadisədən sonra general Nebolsin, sərdar Qudoviçin əmrilə 
Gəncədən Şəkiyə hərəkət etdi. Səlim xan, qabaqcadan Naibüssəl-
tənədən çoxlu pul almışdı, Car və Avar ləzgilərini gətirib, mükəm-
məl qüvvə ilə, yerin çətinliyinə  və lazımi hazırlığa arxalanaraq, 
müqavimətə girişdi. Müharibə zamanı  ləzgilər qaçdı, o da naçar 
qalıb, ailə  və  əqrəbəsilə  vətənini buraxıb  İrana getdi. Səlim xan 
xoşrəftar, kefcil və rəhmsiz bir əmir idi. 
Hicri 1221-ci (=1806) ildə Şəki ölkəsi Rusiyanın ixtiyarına keç-
di. Keçən il Koroğluya nisbət verilən Çənlibel adlı yerdə Rusiya 
dövlətinə  pənah aparmış olan general-leytenant Cəfərqulu xan 
Dünbüli, Şəki hakimiyyətinə təyin edildi. 
Qraf Qudoviç həziranın (iyunun) 18-də  sərəsgər Yusif paşanı 
Arpa çayı kənarında məğlub etdi. Sonra hicri 1223-cü (=1808) ildə 
İrəvanı almağa getdi. Ayrı bir dəstəni də, Qarabağ yolu ilə Naxçı-
van üzərinə göndərdi. Nabüssəltənə də gəldi. Bu ətrafda arası kə-


 
223 
silməyən müharibələr oldu. Axırda qış zamanı, soyuğun  şiddətin-
dən Rusiya qoşunu məqsədə çatmadan geri qayıtdı. Həmin cəsa-
rətli və zabitəli bir əmir olan Üsmi Əli xan vəfat etdi, qardaşı Adil 
xan yerinə keçdi. 
Keçən il şirvanlılar gəlib Bərmək mahalının qoyunlarını qarət 
etmişdilər. Şeyx Əli xan bunun əvəzini almaq üçün Şirvan üzərinə 
gedib müharibə etdi və cüzi bir qarətdən sonra geri qayıtdı. Buna 
görə qədimdən bəri Fətəli xan sülaləsinə ədavət bəsləyən Mustafa 
xan, Şirvanda sakin olan rus sərkərdəsi podpolkovnik Tixanovski ilə 
Quba üzərinə  hərəkət etdi. Bir neçə döyüşdən sonra, buduqlu 
Məlik Adi nəslindən olan Məlik bəy Hacı bəy oğlu, bəylər və əha-
linin çoxu Şeyx  Əli xandan üz çevirib Rusiya dövlətinin itaətinə 
keçdilər. Şeyx Əli xan eyş və işrəstpərəst olub, ölkənin vəziyyətin-
dən xəbərsiz idi. Lakin çox şücaətli, səxavətli və yüksək himmətə 
malik bir zat idi. O, bir çox bəy və sair tərəfdarları ilə bərabər Tə-
bərsəran nahiyəsinə, öz damadı Abdulla bəyin yanına getdi. Bura 
əhalisinin çoxu onun ehsan və iltifatına borclu və sülaləsinin tərəf-
darı idilər. 
Qırx gün keçdikdən sonra Şeyx  Əli xan 5000 nəfər qoşunla 
yenə Qubaya gəldi. Qaladan başqa bütün ölkəni  ələ keçirdi. 
Şabran qalası yanında, kömək üçün Bakıdan Qubaya gələn bir 
dəstə rusla müharibə edib, bir iş görə bilmədi. General-mayor 
Quriyev öz qoşunu ilə Bakıdan gəlib çatdı. Çərxi kəndində onu 
məğlub etdi. Şeyx  Əli xan yenə  Təbərsərana  getdi.  Quba  ölkəsi 
daimi olaraq Rusiya dövlətinin ixtiyarına keçdi. Buranın ixtiyarı Bakı 
və Qubanın alınmasında bir çox xidmətlər göstərmiş olan bakılı II 
Mirzə Məhəmməd xana verildi. 
Şeyx  Əli xan Təbərsərana qayıdandan sonra Ersi kəndində 
sakin oldu. Rüstəm qadinin oğlu Abdulla bəy, qardaşları və əmisi 
mirzə qadi ilə  bərabər onunla müttəfiq idilər, Dərbənd və Quba 
ətrafında çapqınçılıq və müharibə edirdilər. Rusiya qoşunu da Tə-
bərsəranın bəzi  əmirləri və  Dərbənd qoşunu ilə Mehraqa kəndi 
 
224
üzərinə yürüdülər. Şeyx Əli xan və Rüstəm qadinin oğlanları, mirzə 
qadinin köməyinə gəldilər, lakin məğlub olub geri döndülər... 
Hicri 1224-cü (=1809) ildə, general-anşef Tormasov qraf 
Qudoviçin yerinə  sərdarlığa keçdi. O da Başaçıq (İmeretiya) və 
Abxaziyada asayiş yaratmaqda idi. Bu zaman İran şahının oğlu və 
Kirmanşahın fərmanfərması olan Məhəmmədəli mirzə Gürcüstan 
səfərinə göndərildi. Ona kömək olaraq Naibüssəltənə  İrəvanın 
Göycə yaylağına və Fərəculla xan Nəsəqçibaşı Muğan hüdudunun 
mühafizəsinə  təyin edildi. Məhəmmədəli mirzə, damqanlı  İsmayıl 
bəyi bir dəstə ilə  Bəy kəndi və Hamamlı  kəndlərindəki rusların 
üzərinə göndərdi. Bir neçə dəfə müharibə oldu. İrəvanın Pənbək və 
Şuragil sakini olan keçmiş elatı və xüsusən Nağı bəy İran dövlətinə 
bir çox yararlı xidmətlər göstərdilər. Bunun ardınca, Məhəmmədəli 
mirzə  gəlib Bozçalı (Borçalı) mahalını çalıb-çapdı. Sonra, Abbas 
mirzə gizli olaraq onun işlərinə qarışdığı üçün, Qars hüdudundan 
İrəvana və buradan da Kirmanşahına getdi. Fərəculla xan Nəsəqçi-
başı  Ərdəbilə  gəldikdən sonra şahsevən Nəzərli xandan (talışlara 
qarşı) qoşun toplamağı tələb etdi. Lakin o, Mir Mustafa xan Talışla 
qohum olduğundan işi ləngidirdi. Mir Mustafa xan məşhur adam-
lardan bir hissəsini və Talış qoşununu köçürüb Gamışvanda yerləş-
di. Bura hər tərəfdən dəniz və mürdab ilə əhatə olunmuşdu, yalnız 
bir tərəfdən - qurudan Ləngərkünan (Lənkəran) ilə bitişirdi. O, 
kömək olaraq ruslardan da bir dəstə gətirdi. Bundan bir az əvvəl, 
Şirvanın möhtərəm adamlarından biri sayılan Ömər sultan Sədari, 
hər iki Mustafa xanı barışdırmaq və  Şirvan elini geri köçürmək 
üçün Talışa gəlmişdi. Mir Mustafa xan Talışın oğlu Mir Həsən bəyin 
davasında qəflətən öldürülmüşdü. Buna baxmayaraq, Mir Mustafa 
xan yenə öz oğlu Mir Hidayət bəyi kömək istəmək üçün şirvanlı 
Mustafanın yanına göndərdi. Mustafa xan Şirvandan Gamışvana bir 
dəstə piyada qoşun yola saldı. 
Mir Həsən bəy bir dəstə ilə, Ucarud hüdudunda olan bakılı 
Hüseynqulu xanın,  şirvanlı Mustafa xanın qaçqın qardaşı Haşım 
xanın, rudbarlı Əli xanın, Bekdili Məhəmməd xanın üzərinə qəflətən 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə