Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə74/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   70   71   72   73   74   75   76   77   ...   80

1. “Müharibə” sözünün əksmənalı qarşılığı (sülh). 
2. İnsanın doğma yurdu (vətən). 
3. “Sülh” sözünün əksmənalı qarşılığı (müharibə). 
4. Dövlətlərin ərazilərini ayıran xətt (sərhəd). 
5. Vətənin keşiyində duran, onun uğrunda döyüşən adam (əsgər). 
6. Himnimizin bəstəkarı (Ü.Hacıbəyli). 
7. Tüfəng, top, tapançanın bir sözlə ifadəsi (silah). 
8. “Mərd” sözünə yaxınmənalı söz (igid). 
9. “Mehriban” sözünün əksmənalı qarşılığı (kobud).
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. 
Dərsliklə iş. “Göyərçin” əfsanəsinin (dərslik, səh.176) 1-ci hissəsi oxunur. Mətnin davamı
ilə bağlı şagirdlər öz variantlarını təqdim edirlər.  
Mətnin ikinci hissəsi oxunur və şagirdlərin versiyaları ilə müqayisə olunur.
Şagirdlərin göyərçin haqqında öyrəndikləri cədvəlin 3-cü sütununa qeyd olunur.
Nəticə:_Əfsanəyə_görə,_göyərçin_müharibənin_qarşısını_alıb,_ona_görə_də_sülh_quşu_sayılır._Göyərçin_sülh_rəmzidir._Tətbiqetmə._Dərslikdən_1-2-ci'>Nəticə: 
Əfsanəyə görə, göyərçin müharibənin qarşısını alıb, ona görə də sülh quşu sayılır.
Göyərçin sülh rəmzidir.
Tətbiqetmə. 
Dərslikdən 1-2-ci tapşırıqlar yerinə yetirilir. 
1-ci tapşırıq. Şagirdlər mətnin məzmunundan çıxış edərək dəbilqə təsvir olunmuş şəkli
müəyyən edirlər.
2-ci tapşırıq. 1-ci hissə: “Dəbilqənin içində yuva quran göyərçin”. 2-ci hissə: “Sülh  quşu”.
Hər hissəyə plan tutulur, plana əsasən mətnin məzmunu nəql edilir. 
Əqli həmlə: Göyərçinin əlamətləri sadalanır (ağdır, incədir, gözəldir, adama tez alışandır,
bəzən poçtalyon kimi istifadə olunur – insanlar arasında ünsiyyət yaradır).
– Sizcə, qarğa və ya bayquş kimi quşlar sülh rəmzi ola bilərdimi? Niyə?
Danışma. Sual: – “Göyərçin” əfsanəsindəki padşahları müqayisə edin. Hansından daha
çox xoşunuz gəldi? Fikrinizi əsaslandırın.
Dil qaydaları. 4-cü tapşırıq. 1-ci və 3-cü boşluğun yerinə nöqtə, 2-ci boşluğun yerinə sual
işarəsi qoyulmalıdır.  Durğu işarəsi qoyulan cümlələrin hansı növə aid olduğu müəyyən ləş di rilir.
Yazı. Hüsnxət. “T” hərfi. İş dəftəri, səh. 124.
Ev tapşırığı:
– Elə bir rəvayət düşünüb yazın ki, orada göyərçin poçt quşu rolunda olsun.
Şagirdlərə əvvəlcədən bildirilir ki, qədimdə göyərçindən məktub göndərmək üçün poçt
quşu kimi də istifadə edirdilər. Ona görə də göyərçin həm də xəbər, məlumat rəmzidir.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
VII bölmə
200
Çap üçün deyil


Dərs 101. BAYATILAR (4 saat)
Motivasiya.
Müəllim dördmisralı bir tapmaca və bayatı söyləyir. 
– Bu şeirlər bir-birindən nə ilə fərqlənir?
Venn diaqramı. 
Tədqiqat sualı:
– Bayatıların hansı xüsusiyyətləri var?
Tədqiqatın aparılması. 
Lövhəyə 2-3 bayatı yazılır:
Verilmiş bayatılara əsasən bu şeir növünün xüsusiyyətlərini araşdırın.
Kiçik qruplarla iş. Müəyyən mövzuya həsr olunmuş bayatılar paylanır. Lakin 4-cü misra
gizli saxlanır. İlk versiyada 4-cü misra uşaqlar tərəfindən qafiyələnməlidir. Kömək məqsədilə
seçim üçün bir neçə variant zərflərdə təqdim oluna bilər.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən bayatı haqqında verilən məlumat oxunur.  1-3-cü tapşırıqlar
yerinə yetirilir. 
1-ci tapşırıq. Yağı – düşmən, barı – hasar, tab gətirmək – dözmək, igid – qəhrəman.
Məzmun standartları 
Təlim məqsədləri
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
izah edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Sözləri yaxınmənalı sözlərlə əvəz edir.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeiri nəsr formasında yazılmış digər əsərlərdən
fərqləndirir və əsas xüsusiyyətini (vəzn, qafiyə)
izah edir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Oxuduğu bayatıda əsas fikri müəyyən edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“U” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Bayatını üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısında yazılışı və tələffüzü
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, hərəkət bildirən sözləri müəyyənləşdirir.
Tapmaca
Bayatı
Əziziyəm, dost aşı,
Dost çörəyi, dost aşı.
Düşmənin gülləsindən
Yaman olar dost daşı.
Mən aşiq, bada qaldı,
İşim imdada qaldı.
Cəfası mənnən oldu,
Səfası yada qaldı.
Sular gələr, göl dolar,
Şaxta vurar, gül solar.
Mərd igidin balası
Özü kimi mərd olar.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
201
Çap üçün deyil


2-ci tapşırıq. Cavab “C” variantıdır.
3-cü tapşırıq. Birinci  və ikinci misralardakı “barı” sözü “heç olmasa” mənasında, dördün -
cü misrada isə “hasar” mənasında işlənib.
Nəticə:
Bayatı 4 misradan ibarət olur. 1, 2, 4-cü misralar qafiyələnir. Bayatının əsas məz -
munu sonuncu iki misrada açılır.
Tətbiqetmə. 
1-ci tapşırıq. Verilmiş bayatı bu şəkildə olmalıdır:
İş dəftərinin 125-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. 4-cü tapşırıq. Cavab “B” variantıdır.
Sual: Elə sözlər deyin ki, həm ad, həm də hərəkət bildirsin. (gül, yay, yaz və s.) Bu
sözləri müxtəlif mənalarda cümlədə işlədin.
Yazı. İmla mətni:
Hüsnxət. “U” hərfi. İş dəftəri, səh. 127.
Ev tapşırığı:
– 3 bayatı tapıb köçürün. Onların mövzusunu müəyyən edin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 102. JANRLAR (2 saat)
Motivasiya.
Müəllim şagirdlərə məlumat verir: – Hər bir əsər müəyyən xüsusiyyətlərə
malik olur. Məsələn, atalar sözləri müdrik fikir, tapmacalar sual ifadə edir, bayatılar dörd mis-
radan ibarət olur, yanıltmacı demək çətindir. Bu cür xüsusiyyətlərə görə əsərlər janrlara
ayrılır.
Daha sonra müəllim bir tapmaca, bir atalar sözü, bir layla və bir bayatı oxuyur. Şagirdlər -
dən hər bir oxunan mətnin hansı janra aid olduğu soruşulur. 
Tədqiqat sualı:
– Janrlar bir-birindən nə ilə fərqlənir?
Mən aşiqəm, şum olsun,
Şumla yeri, şum olsun.
Yaxşı evim olunca
Bir yaxşı qonşum olsun.
BƏNÖVŞƏ (39 söz)
Bir qar dənəciyi torpağa düşüb yazda bənövşəyə çevrildi. Amma heç kəs onun
qar dənəciyindən yarandığına inanmadı. Buna görə də bənövşə hamıdan küsdü.
Kolun dibində boynunu büküb təkcə qaldı. 
İndiyəcən bənövşə kol dibindən çıxmayıb. Çünki hələ də çiçəklər ona inanmır.
Məzmun standartları 
Təlim məqsədləri
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir.
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəyyənləşdirir.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Məzmun və forma xüsusiyyətlərinə görə
bədii nümunələrin janrını müəyyən edir.
Dərslərin planlaşdırılması
VII bölmə
202
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə