Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə71/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

aşağı atır, sağ əllərindəki dəyənəklə pəli bərkdən vurub uzaqlaşdırırlar. Kim pəli daha çox
uzaqlaşdırarsa, oyunun qalibi sayılır.
Nəticə: Milli oyunları yaşatmaq, onları başqalarına öyrətmək lazımdır. Çünki bu da dəyərdir.
Dil qaydaları. Dərslikdə verilmiş tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır.
Sual: – Elə cümlələr yazın ki, eyni söz həm böyük, həm də kiçik hərflə yazılsın. (Balaca Lalə
vərəqdə lalə gülünün şəklini çəkdi. Bacım Qərənfil şəhidlərin məzarı önünə qərənfil düzdü.)
Ev tapşırığı:
– Yaxınlarınızdan milli oyunlarımız haqqında daha geniş məlumat toplayıb
təqdimat hazırlayın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 95. ATALAR SÖZLƏRİ (4 saat) 
Motivasiya.
Müəllim: – Yəqin, artıq bilirsiniz ki, həyatda hər şey zəhmətlə əldə olunur.
İndi mən bu fikri iki cür ifadə edəcəyəm:
1. Yemək istəyən işləməlidir.
2. İşləməyən dişləməz.
Köməkçi sual: – Hansı ifadə daha çox xoşunuza gəldi? Nə üçün?
Tədqiqat sualı:
– Atalar sözünün hansı xüsusiyyətləri var? Atalar sözləri hansı mövzu-
larda olur?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrupAtalar sözündəki sözləri düzgün ardıcıllıqla yazın (müəllim söz sırası pozulmuş
atalar sözü verir.) Onun mənasını izah edin. 
II qrup.  “İgid oğul düşmənə əyilməz” atalar sözünü izah edin. 
III qrup. “Əyri oturaq, düz danışaq” atalar sözünü hansı məqamda işlədirlər? 
Məzmun standartları 
Təlim məqsədləri
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Situasiyaya uyğun olaraq nitqində atalar
sözlərindən istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlər -
dən nit qində istifadə edir.
Atalar sözlərindəki əksmənalı sözləri
müəyyən edir və yerli-yerində işlədir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Atalar sözlərində müdrik fikri izah edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Əzbər bildiyi atalar sözlərini yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.7. Tələb olunan məqsəd  və intonasi -
yaya görə cümlə qurur  və müvafiq işarə -
lərlə tamamlayır.  
Cümləni məqsəd və intonasiyaya görə
fərqləndirir.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
191
Çap üçün deyil


IV qrup.  Verilən atalar sözlərini (müəllim atalar sözləri verir) məzmununa görə
qruplaşdırın: zəhmət haqqında, ağıl, bilik haqqında, böyük-kiçik münasibətləri
haqqında. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən nəzəri hissə oxunur, təhlil olunur. Dərslikdəki tapşırıqlar
kollektiv müzakirə yolu ilə yerinə yetirilir.
1-ci tapşırıq. Tapşırığın şərtinə əsasən, şagirdlər rastlaşdıqları situasiyalardan misallar
gətirməklə verilən atalar sözünü izah edirlər.
2-ci tapşırıq. Cavablar: 
Yorğanına bax, ayağını uzat. 
Şərti şumda kəs, xırmanda yabalaşmayasan. 
Sən saydığını say, gör fələk nə sayır. 
Quyuya tüpürmə, suyunu içməli olarsan. 
Od yanmasa, tüstü çıxmaz. 
Yağışdan çıxdıq, yağmura düşdük. 
3-5-ci tapşırıqlar yerinə yetirilir. 
Əlavə tapşırıqlar.
– “Yol böyüyündür, su kiçiyin!” atalar sözünün mənasını izah edin. Sizcə, niyə su
gətirəndə ilk növbədə kiçiyə təklif edirlər, kiçiklər isə hər zaman böyüklərə yol
verməlidirlər?
– Hansı ifadə atalar sözlərini tamamlaya bilər:
yaddaşı, çörək yeyirsən, yaş, doqquzu, doymadım 
1. Qonağa deməzlər ... 2. Qonaq ... deməz. 3. Yalançının ... olmaz. 4. Gözəllik ondur,
... dondur. 5. Qurunun oduna ... da yanar.
– Söhbət zamanı biri yalan danışanda bu ifadələrdən hansı işlədi lir? 
A) Sonrakı peşmançılıq fayda verməz. 
B) Bişmiş toyuğun gülməyi gəlir. 
C) Saqqalım yoxdur, sözüm ötmür.
Nəticə:
Atalar sözündə müdrik fikir qısa və yığcam şəkildə ifadə olunur. Atalar sözləri
zəhmət, vətən, böyük-kiçik münasibətləri, mərdlik, düzlük və başqa mövzularda olur.
Tətbiqetmə. 
İş dəftərinin 122-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllim atalar sözləri ilə bağlı “Auksion” oyunu keçirir. Şagirdlərin bilik səviyyəsindən asılı
olaraq bu oyun müxtəlif istiqamətdə keçirilə bilər:
1. Şagirdlər hər hansı mövzuya aid atalar sözləri deyirlər. (dostluğa, ata-anaya, zəhmətə,
yalana  və s. aid)
2. Hər şagird istədiyi atalar sözünü söyləyir. Sonuncu atalar sözünü deyən şagird qalib
hesab edilir. 
Hər iki halda “Təkrar atalar sözü söyləmək olmaz” şərti qoyulur. Bu şərt həm də şagirdlərin
diqqətli olmaları, deyilənləri dinləmələri üçün meyardır. 
Yazı. 1. Şagirdlərə əzbər bildikləri 3 atalar sözü yazmaq tapşırılır. Yazılan atalar sözünün
hansı mövzuda olduğu araşdırılır. 
Dərslərin planlaşdırılması
VII bölmə
192
Çap üçün deyil


2. İmla mətni:
DİL QAYDALARI
Motivasiya.
6-cı tapşırıq yerinə yetirilir. Cümlələrin sonunda müvafiq olaraq sual, nöqtə
və ya nida işarəsi qoyulur. Dərslikdən nəzəri hissə oxunur. 7-ci tapşırıq yerinə yetirilir.
Cümlənin növləri üzrə qiymətləndirmə 
Test tapşırıqları:
1. Sual cümləsi hansıdır?
A) Artıq hava qaralmışdı
B) Ordumuza eşq olsun
C) Dünən niyə dərsə gəlməmişdin
2. Nəqli cümlənin sonunda hansı işarə qoyulur?
A) nöqtə
B) sual
C) nida
3. Nida cümləsi hansıdır?
A) Ura, bu gün mənim ad günümdür
B) Məktəbimizdə görüş keçirilirdi
C) Təkrar biliyin anasıdır
4. Nəqli cümlə hansıdır?
A) Bu gün hava istidir
B) Qardaşın hara gedir
C) Necə də gözəl havadır
5. Nəqli cümlə haqqında hansı fikir doğrudur?
A) Sual məqsədilə işlədilir.
B) Müəyyən bir məlumat bildirir.
C) Əmr, xahiş, arzu və s. bildirir.
6. Sual cümləsini seçin:
A) Qış ayları hansılardır
B) Dərs zamanı diqqətli ol
C) İşləməyən dişləməz 
İş dəftərinin 122-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə: Müəllim izah etməlidir ki, dialoqu tamamlamaq üçün şagirdlər boş
sətirlərdən əvvəlki və sonrakı cümlələrə diqqət yetirməlidirlər.
Ev tapşırığı:
– 1. Vətənə aid atalar sözləri öyrənin. 
2. Dəftərə elə atalar sözləri yazın ki, sualla ifadə olunsun.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
DAMLALAR (39 söz)
Damlalar bulağın altından sızıb çinarın kökünü tapdı. Kök onları gövdəyə,
oradan da yarpağa qaldırdı. Günəş çıxanda yarpaqlar əl kimi açıldı. Şüalar bacı-
qardaş damlaları bir göz qırpımında havaya qaldırdı. 
Bir neçə gündən sonra onlar yağış olub yenidən torpağa qayıtdı.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
193
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə