Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

83
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
 
NƏTİCƏ 
 
Tatlar irandilli xalq olub, Xəzəryanı  ərazilərdə,  əsasən, 
İranda, Azərbaycanın  şimal-şərq rayonlarında, Abşeron 
yarımadasında,  Dağıstanın  c ənub-şərqində,  Dərbənd  və  Ma- 
haçqala  şəhərlərində  məskunlaşmışlar. Azərbaycan  ərazisində 
tatlar,  əsasən respublikanın  İsmayıllı, Xızı,  Şamaxı, Quba, 
Dəvəçi və Abşeron ərazilərində daha sıx şəkildə yaşayırlar. 
Yazısız dillərin tarixinin öyrənilməsi üçün başqa material 
olmadığından, dialekt və  şivələrin lüğət və nitq nümunələri 
müstəsna   əhəmiyyət   verdiyi   kəsb   edir.   Dialekt   fakt larına 
əsaslanmaqla,   dilin   öz   inkişafı   boyu   onda   baş   vermiş   d ə- 
yişikliklər və ona təsirləri üzə  çıxarmaq olur. Daha qədim 
dövrlərdə baş vermiş  dəyişikliklər haqqında təsəvvürləri isə bu 
dili  qohum  dillərlə, xüsusən  də,  yazılı  abidələri  olan  dillərlə 
müqayisə etməklə, üzə çıxarmaq mümkündür. 
Aparılan tədqiqatlara  əsaslanmaqla, belə demək olar ki, 
elmə iki tat dili məlumdur. Bunlardan btirincisi «məx susən tat 
dili», ikincisi isə dağ  yəhudilərinin istifadə etdiyi «yə hudi-tat 
dili» adlandırılır. Hər iki dil mənşəcə hind -Avropa dillərinin 
İran qrupuna daxildir. Tarixi-dialektoloji təsnifata görə, «tat» 
və «yəhudi-tat» dilləri cənub-qərbi  İran dillərinə aid olub, fars 
və tacik dillərinə yaxındır. 
Tat dili ilə  yəhudi tatlarının dili arasında quruluş ya xın- 
lığı ilə yanaşı,  əhəmiyyətli dil fərqləri də var. Bu, həmin dil - 
lərin  daşıyıcılarının  ünsiyyət  prosesində  bir -birini  tam  başa 
düşməməsinə  səbəb olur. Tat dili Azərbaycan, dilinin, yə hudi 
tat dili isə daha çox ivritin təsirinə məruz qalmışdır. 
Tat dilinin tədqiqi XIX əsrin axırları, XX əsrin  əv vəllə- 
rindən başlanmışdır. 
Azərbaycanda yaşayan tatların dilind əki ləhcə  fərqlərinin 


84
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
müəyyənləşdirilməsi və  həmin ləhcələrin sərhədinin təyin 
edilməsi üçün fonetik, leksik-qrammatik fərqlərlə yanaşı, dini 
fərqlər   də   əsas   götürülmüşdür.   Tat   l əhcələrinin   ilkin   təs- 
nifinina görə, bu dilin 1) şimal (sünni) şiv ələri – Quba, Də- 
vəçi,  Qonaqkənd  rayonları  və  Xızı  rayonunun  Qızıl  Qaz ma 
kənd  sovetliyi  ərazisində  yayılmış  şivələr;    2)  mərkəzi  (şiə) 
şivəsi – Xızı rayonunun Ərüsküş v ə Dağquşçu kənd sovetliyi 
ərazisində   yayılmış   şivə;   3)   cənub   (şiə)   şivələri   –   Xızı 
rayonunun digər  ərazilərində  və Siyəzən rayonu ərazisində 
yayılmış  şivələri var. Bu təsnifata  Abşeron və Lahıc  şivələri 
daxil edilməmişdir. Sonralar tat dilinin Az ərbaycanda yayılmış 
ləhcələrinin   cənub   qrupuna   Abşeron,   Balaxanı,   Sura xanı, 
Lahıc və  Məlhəm (Şamaxı) tatlarının ləhcələri də  əlavə 
edilmişdir. 
Azərbaycan  ərazisində  yaşayan  tatlar  dini  m ənsubiyyət- 
lərinə görə  aşağıdakı 3 qrupa bölünür: 1) müs əlman tatlar; 2) 
yəhudi tatlar; 3) xristian tatlar. 
Dini mənsubiyyətinə görə  fərqlənən qrupların ləhcələrin- 
də oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var. 
Tat dilinin həmin bölgülər üzrə öyrənilməsinə  əsa s  yara- 
dan amil tədqiqatçıların eyni qrupa mənsub dil daşıyıcıla rının 
kompakt  şəkildə yaşadıqları  ərazilərdən materiallar top laması 
olmuşdur. 
Tat dilinin İran dill əri arasındakı yerini mü əyyənləşdiril- 
məsi, onun  İran dillərinin dialekt və  ləhcələri ilə müqayisəli 
şəkildə öyrənilməsi üçün dəqiq elmi təsnifat prinsiplərinə 
əsaslanmalıdır. Mahiyyət etibarilə geniş dil materialını  əhatə 
edən bu cür tədqiqatlar tat dili l əhcə  və  şivələrinin hərtərəfli 
öyrənilməsi zəminində həyata keçirilə bilər. 
Azərbaycan  ərazisində yaşayan tatların dil əlaqələri sis - 
temində Azərbaycan-tat dil əlaqələri  əsas yer tutur. İran  əra - 


85
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
zisində  bu,  başqa  İran  dilləri  ilə  olan  əlaqələri  özündə  bir - 
ləşdirir.   Dağıstan   ərazisində   yaşayan   tatların   dili   Dağıs tan 
dilləri və rus dili ilə qarşılıqlı əlaqələr şəraitindədir. 
Azərbaycan-tat dil əlaqələri çox qədim tarixə malikdir və 
bu  məsələ  haqqında  tat  dilinin  ilk  t ədqiqatçıları  da  fikirlər 
söyləmişlər. 
Mövcud tədqiqatlardan aydın olur ki, Xəzərətrafı  ərazidə 
yayılmış tat dili ilə digər  İran dillərinin dialekt və  ləhcələrinin 
fərqləndirilməsində dilçilər arasında fikir müxtəlifliyi özünü 
göstərir. Tat dilinin İran dilləri ailəsində tutduğu yer, bu dilin 
onun ayrı-ayrı  ləhcələrinin fərqi məsələsi də dilçilər arasında 
mübahisə obyektidir. Lakin nəzərə çarpan fərqlər dil əlaqələri 
müstəvisində  nəzərdən keçirilməmiş, dil əlaqələrinin təsiri ilə 
bağlı fərqlərə fikir verilməmişdir. 
Dil  əlaqələri prosesində başqa dilin təsirinə  ən tez və  ən 
çox  məruz  qalan  dilin  leksik  sistem idir.  Hər  bir  dil  əlaqədə 
olduğu dildən sözlər alır. Tat dilinin bütün l əhcə və şivələrində 
Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsi ilə digər 
dillərdən alınmış sözlər müəyyən çoxluq təşkil edir. 
Azərbaycan və tat xalqlarının uzunəsrlik tarixi əlaqələri 
nəticəsində bu xalqların dillərində qarşılıqlı  şəkildə söz alın- 
ması prosesi baş vermişdir. Bu alınmaların xarakteri key fiyyət 
etibarilə  bir-birindən  fərqlənir.  Azərbaycan  dili  leksik 
səviyyədə  ümumən  tat  dilinə  təsir  etdiyi  halda,  tat  dili  daha 
çox   qonşuluqda    yaşayan   bu   v ə   ya   digər   dialekt   nüma- 
yəndələrinin məhəlli şivələrində iz buraxmışdır. 
Ümumiyyətlə,  Azərbaycan  klassiklərinin,  eləcə  də,  şair 
və yazıçılarının  əsərlərində, o cümlədən, Mikayıl Müşfiqin, 
Cəfər Cabbarlının, Sabirin, Rəsul Rzanın və başqalarının 
əsərlərində  müasir  tat  dilində  işlənən  bir  sıra  sözlər  qeydə 
alınır. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə