Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi
təhlili
31
miyayind ki, «pul mənə bidi!» – «Bir gün Molla Nəsrəddin
fikirləşdi ki: «Mən ki, evdə oturmuşam,
borc yiyələri gəlib
mənə deyərlər ki, pulumu ver!»
Qorag birən «geyinmək» (
birən «olmaq») (Ab.). Bə
məktəb hamə nuqə alat
qorağ birəbirund. «Məktəbdə hamı
təzə paltar
geyinmişdi». Burada əsas mətləb mürəkkəb sözün
birinci tərkib hissəsinin (
qoraq) üzərinə düşür. Bizim topladı-
ğımız materiallar içərisində belə bir sözə müstəqil bir söz kimi
rast gəlməmişik. Bizə belə gəlir ki, bu məqamda Azərbaycan
dili bizim köməyimizə gələ bilər. Azərbaycan danışıq dilində
qıvraq (
qısıqıvraq derivatı da var) məhz geyimlə bağlı olan bir
təsəvvürlə bağlıdır. Hətta onun
qoraq formasında işlənməsi də
istisna olunmur. Dialektoloji lüğətdə
qıvraq sözünün bu
mənası əksini tapmayıb. Nəzərdə tutulan məna aşağıdakı
cümlədə müşahidə olunur: o,
qısıqıvraq geyinmişdi. Ola bilsin
ki,
qoraq sözü
qıvraq sözünün başqa dil mühitində qazandığı
formadır.
Qələbə «çox» (Ab.). Ə mü
qələbə razü büründ. «Məndən
çox razı qalldılar». Digər tat ləhcələrində bu sözə
qe, qəy
şəklində rast gəlirik. Azərbaycan dilində bu sözün
qələbəlik
«tünlük», «basabas» törəməsi mövcuddur.
Qolay qolay-qolay/qulay-qulay; «yaxşıca», «yaxşı-yax-
şı». Müq.et: Haydı, fikrim kimi qalınlaş, orman, Ruzgar, duy-
ğum kimi əs
qolay-qolay.
Gal şəndən «əmr etmək» (Ab.). Hadütü dürüst əst, amma
key ki mü kağaz bnöyştənüm, bədə münə
gal bşəndənund.
«Sözün düzdür, amma nə vaxt mən kağız yazıram, mənə əmr
edirlər».
Gödə/
ködək «gödək». Tat dilinin müxtəlif ləhcələrində
gudə, güdə, gedə, küti, gutə variantları var.
Ləbbadə «plaş» (Ab.). Bil
ləbbadə xaştənə dəkünü.