GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə10/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
31 
miyayind  ki,  «pul  mənə  bidi!»  –  «Bir  gün  Molla  Nəsrəddin 
fikirləşdi  ki:  «Mən  ki,  evdə  oturmuşam,  borc  yiyələri  gəlib 
mənə deyərlər ki, pulumu ver!» 
Qorag  birən  «geyinmək»  (birən  «olmaq»)  (Ab.).  Bə 
məktəb  hamə  nuqə  alat  qorağ  birəbirund.  «Məktəbdə  hamı 
təzə  paltar  geyinmişdi».  Burada  əsas  mətləb  mürəkkəb  sözün 
birinci  tərkib  hissəsinin  (qoraq)  üzərinə  düşür.  Bizim  topladı-
ğımız materiallar içərisində belə bir sözə müstəqil bir söz kimi 
rast  gəlməmişik.  Bizə  belə  gəlir  ki,  bu  məqamda  Azərbaycan 
dili  bizim  köməyimizə  gələ  bilər.  Azərbaycan  danışıq  dilində 
qıvraq (qısıqıvraq derivatı da var) məhz geyimlə bağlı olan bir 
təsəvvürlə bağlıdır. Hətta onun  qoraq formasında işlənməsi də 
istisna  olunmur.  Dialektoloji  lüğətdə  qıvraq  sözünün  bu 
mənası  əksini  tapmayıb.  Nəzərdə  tutulan  məna  aşağıdakı 
cümlədə müşahidə olunur: o, qısıqıvraq geyinmişdi. Ola bilsin 
ki,  qoraq  sözü  qıvraq  sözünün  başqa  dil  mühitində  qazandığı 
formadır. 
Qələbə  «çox» (Ab.). Ə mü  qələbə razü büründ.  «Məndən 
çox  razı  qalldılar».  Digər  tat  ləhcələrində  bu  sözə  qe,  qəy 
şəklində  rast  gəlirik.  Azərbaycan  dilində  bu  sözün  qələbəlik 
«tünlük», «basabas» törəməsi mövcuddur. 
Qolay  qolay-qolay/qulay-qulay;  «yaxşıca»,  «yaxşı-yax-
şı».  Müq.et:  Haydı,  fikrim  kimi  qalınlaş,  orman,  Ruzgar,  duy-
ğum kimi əs qolay-qolay
Gal şəndən «əmr etmək» (Ab.). Hadütü dürüst əst, amma 
key  ki  mü  kağaz  bnöyştənüm,  bədə  münə  gal  bşəndənund. 
«Sözün  düzdür,  amma  nə  vaxt  mən  kağız  yazıram,  mənə  əmr 
edirlər». 
Gödə/ködək  «gödək».  Tat  dilinin  müxtəlif  ləhcələrində 
gudə, güdə, gedə, küti, gutə variantları var. 
Ləbbadə  «plaş»  (Ab.).  Bil  ləbbadə  xaştənə  dəkünü. 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
32 
«Qoy, plaşını geyinsin». 
Ləc  durmarən  «acığı  gəlmək»  (Kil.).  Əzü  qəy  ləc  dur-
marabü. «Ondan çox acığı gəlirdi» və s. 
Ləşgər  «işçi  arı»  (Lah.).  Əngə  səto  növi  bəliran:  Şoh, 
ləşgər, kələsər. «Arının üç növü olur: ana arı,  işçi arı və erkək 
arı. 
Nosi-nosi  «novruz  payı»  (Ab.).  Əyəlun  müamarund  bə 
nosi-nosi  xonçə  muxastund.  «Uşaqlar  xonçadan  novruz  payı 
gəlib istəyərdilər» və s. 
Tirəçu  «yelləncək»  (Qon.  k.).  İmi  bə  hamin  bə  Qonaq-
kənd  bəraftəni  boş  əyalun  ə  tütdar  tirəçi  midoruxtim.  «Biz 
yayda  Qonaqkəndə  gedəndə  uşaqlarla  tut  ağacından  yelləncək 
asardıq» və s. 
Nühəvar  (nun  «çörək»+həvar  «yaymaq»)  (Q.,  Qon.  k.). 
İki mənada işlənir: «çörəkyayan»; «yellənçək». Mu nün həvar-
dənüm «Mən lavaş yayıram» və s. 
Odəs  (o  «su»+dəs  «əl»)  (Q.)  «əl  suyu»  mənasına  gəlir 
(tualetdə istifadə etmək üçün).  
Ösinə  «nağıl»  (Qon.  k.).  Nəneymu  beymu  «Dütə  birar»ə 
öüsineyirə  qaft  saxt.  «Nənəmiz  bizə  «İki  qardaş»ın  nağılını 
danışdı». 
Pezirən  «bişirmək».  Balaxanı  və  Suraxanı  tatlarının  di-
lində qeydə alınmışdır. Nezilə əyəlü, nə  mutanı xurak pezirən. 
«Nazilə uşaqdır, xörək bişirə bilməz».  
Bürcundan  «bişirmək».  Tat  dilinin  bir  çox  ləhcələrində 
məlum  olan  bir  sözdür.  Digər  İran  dili  və  ləhcələrində  də 
işlənir. 
Pirvayi  «yaxşı»  (Ab.).  Əsasən,  Balaxanı  tatlarının  dilin-
də  işlənir.  Uşuna  xuneyşun  pirvayiyü.  «Onların  evləri  lap 
yaxşıdır». 
Çak  «yaxşı»  (Kil.).  «Çak,  bra  bu  xunə,  bü  künc  ye  kürə 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
33 
histi,  ta  ba  dun  hərşəfi  puru»,  «Yaxşı,  get  evə,  evin  küncündə 
bir  kuzə  (küpə)  var,  ağzunadək  qızılla  doludur».  Talış  dilində 
çok  variantında  işlənir.  Bundan  başqa,  xob//xub  «yaxşı»  həm 
səciyyələndirici söz kimi, həm də modal söz kimi işlənir. 
Pişətə  «əvvəllər»  (Q.).  Pişətə  ye dihə ədəmiyəyi u  yekin 
deh zu-zu bəraftən birund. «Əvvəllər bir kəndin adamları o biri 
kəndə tez-tez gedib-gələrdilər» və s. 
Pısgiri  «cırcırama»  (Lah.).  Bə homin bərə ve  pisgiri pur 
bəbiran. «Yayda bura cırcırama ilə dolu olur». 
Pəsfərdu  «birisi  gün»  (Q.)  Hərfən:  «sabahdan  sonrakı 
(gün)». Pəsfərdu avaz ama di u yəhudi bə həmin çuqo poyustes 
hərey  zərənü.  «Birisi  gün  yenə  gəlib  görür  ki,  həmin  yəhudi 
burada dayanıb ağlayır» və s. 
Ruzinə  «nəfəslik»  (Lah.).  Umhəli  duxta  birə  xunahona 
bə  həmmeyi  ruzinə  nohra  bire.  «O  vaxt  tikilən  evlərin  hamısı-
na nəfəslik qoyulardı» və s. 
Sər  zərən  «qalxmaq»  (Xaç.).  Sər  «baş»  və  zərən  «vur-
maq»  sözlərindən  əmələ  gəlmişdir.  Ma  sər  zərü.  «Ay  qalxdı 
(doğdu)» və s. 
Sərzimi  «üzüaşağı»  (Ab.)  (Hərfən:  başıaşağı).  Xaçmaz, 
Dəvəçi  ləhcələrində  «sərzirava»,  Lahıc  ləhcəsində  isə  «sərbə-
nüşvə»  kimi  işlənir.  Məs:  Ey  taraf  bire,  sərzimi  ibire  «Bu 
tərəfdən gedəsi olsan, üzüaşağı düşəcəksən» və s. 
Sərzirava  «eniş»  (Q.).  Ə  ye  galə  bədə  imu  be  sərzirava 
raftem. «Bir azdan bir enişlə getdik» və s. 
Şatur «qasid» «şatır» (Ab.). Başqa ləhcələrdə rast gəlmə-
dik. Şatur, bereki nü maha rahə bə çahar ma mirey? «Qasid, nə 
üçün doqquzaylıq yolu dörd aya gəldin?». 
Şüküm,  şükümüm  «hirs,  qəzəb;  hirsli,  qəzəbli,  qırım» 
(Q.).  Xədicə  xalə  şüküm  xastənə  pönə  nədast  saxtən.  «Xədicə 
xala öz qəzəbini gizlədə bilmədi». 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə